Hədəsi-əsğər
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Hədəsi-əsğər (ərəbcə: الحدث الأصغر) dəstəmazı batil edən və dəstəmaz tələb edən əməllərin yerinə yetirilməsinə mane olan bir şeydir.[1] Şiə fəqihlərinə görə, sidik, nəcis, mədə yeli, gözün görmədiyi, qulaqların eşitmədiyi yuxu, (dəlilik, sərxoşluq, huşsuz olmaq kimi) ağlı aradan aparan şeylər və az istihazə hədəsi-əsğərin nümunələrindəndir.[2] Onlardan biri insandan baş verdiyi zaman dəstəmaz batil olar. Yerinə yetirilməsi üçün dəstəmazın şərt olduğu namaz kimi əməllərə görə dəstəmaz almaq lazımdır.[3]
Fəqihlər hədəsi hədəsi-əsğər və hədəsi-əkbərə bölürlər. Hədəsi-əsğər kiçik hədəs mənasınadır, yəni hədəsi-əsğər dəstəmazı batil edən şeylərdir. Hədəsi-əkbər daha böyük hədəs mənasınadır. Hədəsi-əkbər bəzi ibadi əməlləri yerinə yetirmək üçün qüsl almağın vacib olmasına səbəb olan şeylərdir.[4]
Əməli risalələrin və digər fiqhi kitabların təharət fəslində hədəsin hökmlərindən bəhs edilmişdir.[5] Başına hədəs gələn şəxsə Muhdis deyirlər.[6]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1387, c.3, s.246-248
- ↑ Feyz Kaşani, Rəsail, h.q 1429, c.2, risalə 4, s.22
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.1, s.63; Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1387, c.3, s.246
- ↑ Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1387, c.3, s.246-248
- ↑ Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.4, s.43
- ↑ Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1387, c.3, s.246
Ədəbiyyat
- Şeyx Ənsari, Mürtəza, Kitabut-təharət, Qum, h.q 1415
- Feyz Kaşani, Məhəmməd Möhsin, Rəsail, Təhqiq: Behzad Cəfəri, Şəhid Mütəhhəri ali mədrəsəsi, h.q 1429
- Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, Seyyid Mahmud Haşimi Şahrudinin nəzarəti ilə, h.ş 1387
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Düzəliş: Abbas Quçani və Əli Axundi, Beyrut, h.q 1404