Cəbirə dəstəmazı
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Cəbirə dəstəmazı (farsca: وضوی جبیرهای) dəstəmazın növlərindən biridir. Dəstəmazda yuyulan və ya məsh edilən bədən üzvlərindən birində yara və ya sınıq olarsa, onu yumaq və ya məsh etmək mümkün deyilsə, adi qaydada dəstəmaz almalıdır. Amma yaralı və ya sınıq yeri yumaq və ya məsh etmək əvəzinə yaş əli cəbirəyə çəkməlidir. "Cəbirə" yaranı bağlamaq üçün istifadə edilən parça və ya hər hansı bir şeydir.
Tərif
"Cəbirə" (sarğı), yaranı bağlamaq üçün istifadə edilən parça və ya hər hansı bir şeydir.[1] Dəstəmazda yuyulan və ya məsh edilən bədən üzvlərindən birində yara və ya sınıq olarsa, onu yumaq və ya məsh etmək mümkün deyilsə, adi qaydada dəstəmaz almalıdır. Amma yaralı və ya sınıq yeri yumaq və ya məsh etmək əvəzinə yaş əli cəbirəyə çəkməlidir.[2] Dəstəmaz alan yaş əlini "cəbirə"yə (sarğının üzərinə) çəkdiyi üçün bu dəstəmaz "cəbirə" adlanır.
Cəbirə dəstəmazının hökmləri
Dəstəmazda yuyulan və ya məsh edilən bədən üzvlərindən birində yara və ya sınıq olarsa, onu yumaq və ya məsh etmək mümkün deyilsə, adi qaydada dəstəmaz almalıdır. Amma yaralı və ya sınıq yeri yumaq və ya məsh etmək əvəzinə yaş əli cəbirəyə çəkməlidir.[3] "Cəbirə" dəstəmazı ancaq sarğını açmaq çətin və ya zərərli olarsa, yaxud yara və ya sınığa birbaşa su tökmək olmazsa, caizdir.[4]
Bəzi hallarda dəstəmaz əvəzinə təyəmmüm etmək vacibdir; Məsələn, namazın vaxtı o qədər dar olar ki, dəstəmaz almaq namazın hamısının və ya bir hissəsinin vaxtından sonra qılınmasına səbəb olar.[5] Həmçinin su olmayan və ya suyun bədənə zərərli olduğu yerlərdə dəstəmaz əvəzinə təyəmmüm yerinə yetirilir.[6] Cənabət qüslu verən şəxs namaz qılmaq üçün dəstəmaz almamalıdır. Həmin qüsl dəstəmazı da əvəz edər.[7]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Fəllahzadə, Dərsname Əhkam mübtəlabih, h.q 1389, s.37
- ↑ Fəllahzadə, Dərsname Əhkam mübtəlabih, h.q 1389, s.37 və 38
- ↑ Fəllahzadə, Dərsaneme Əhkam mübtəlabih, h.q 1389, s.37 və 38
- ↑ Fəllahzadə, Əhkame din, h.q 1386, s.47 və 48
- ↑ Fəllahzadə, Əhkame din, h.q 1389, s.46
- ↑ İbn İdris Hilli, Əs-sərair, h.q 1410, c.1, S.135
- ↑ Fəllahzadə, Əhkam din, h.q 1386, s.57
Ədəbiyyat
- İbn İdris Hilli, Muhəmməd ibn Əhməd, Əs-sərair, Qum, Muəssisətun-nəşril-İslami, 2-ci çap h.q 1410
- Fəllahzadə, Muhəmməd Hüseyn, Əhkame din, Tehran, Məşər, h.ş 1390
- Fəllahzadə, Muhəmməd Hüseyn, Dərsname Əhkam mübtəlabih, Tehran, Məşər, h.ş 1389