İrtimasi dəstəmaz

wikishia saytından
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin.

İrtimasi dəstəmaz, (ərəbcə: الوضوء الارتماسي) dəstəmazın növlərindən biridir ki, niyyətdən sonra[1] dəstəmaz niyyəti ilə üz, sonra əllər suya salınır.[2] Həmçinin dəstəmaz alan şəxsin dəstəmaz üzvlərini suya batırmasını, dəstəmaz niyyəti etdikdən sonra onu sudan çıxarmasını caiz hesab etmişlər.[3]

İrtimasi dəstəmazında üz və əllər suya batırıldıqdan sonra baş və ayaqlar məsh edilir.[4]

İrtimas fiqhi termindir. Başın və ya digər üzvlərin suya batırılması mənasında işlədilir[5] İrtimasi dəstəmazda da tərtibə riayət etmək qeyri irtimasi dəstəmazda olduğu kimidir ki, əvvəlcə üz, sonra sağ əl, sonra isə sol əl yuyulur. Dəstəmazda üz və əllər yuxarıdan aşağı yuyulur; Üz alından, əllər dirsəkdən suya batırlır. Əlbəttə ki, əllərini və üzünü sudan çıxararkən dəstəmaz almaq niyyəti etsə, üzünü alından, əlləri isə dirsəkdən çıxarmalıdır.[6]

İmam Xomeyninin (r.ə.) fətvasına əsasən, dəstəmazda yalnız iki dəfə əl və üzü suya salmaq olar; Birinci dəfə vacib, ikinci dəfə isə icazəlidir, ondan artıq olması isə caiz deyil.[7] Bəzi üzvləri irtimasi, bəzilərini isə tərtibi şəkildə yumaq caiz sayılır.[8]

Bəzi fəqihlər irtimasi dəstəmazda başın və ayaqların dəstəmaz suyu ilə məsh edilməsi üçün bəzi şərtlər qoyublar ki, onlarsız irtimasi dəstəmaz səhih deyildir:

  • İmam Xomeyni belə hesab edirdi ki, dəstəmaz suyu ilə baş və ayaqlara məsh çəkmək üçün yalnız əlləri suya saldıqdan sonra dəstəmaz niyyəti edib, sonra əlləri sudan çıxartmaq olar.[9]
  • Şiə fəqihlərindən Seyyid Əbülqasım Xoi və Mirzə Cavad Təbrizi hesab edirdilər ki, sol əli irtimasi şəkildə yumaq olmaz.[10]
  • Mərcəyi-təqlid Seyyid Əli Sistani irtimasi qaydada yuyulan əlin yaşlığı ilə məsh çəkməyi caiz bilir, lakin onun ehtiyatın əksinə olduğunu hesab edir.[11]
  • Mərcəyi-təqlidlərdən Nasir Məkarim Şirazi hesab edir ki, dəstəmaz alan şəxs əlləri sudan çıxardıqdan sonra su əllərin üzərinə axdığı müddətcə dəstəmaz almağa niyyət etməlidir.[12]

Əlaqəli məqalələr

İstinadlar

  1. Mirzaye Qummi, Cameuş-şitat, h.q 1413, c.1, s.32
  2. Behcət, Risalə Tozihe Məsail, h.q 1428, s.53
  3. İmam Xomeyni, Tozihul-məsail, h.q 1426, s.61
  4. Xamenei, Əcvəbətul-istiftaat, h.q 1424, s.21
  5. Muəssisətu dairətil-məarif Fiqhu İslami, h.q 1426, c.1, s.346
  6. Məkarim Şirazi, Risalə Tozih-Məsail, h.q 1429, s.60
  7. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s. 199
  8. Muəssisətu dairətil-məarif Fiqhu İslami, h.q 1426, c.1, s.347
  9. İmam Xomeyni, Risalə Nicatul-ibad, h.ş 1385, s.20
  10. İmam Xomeyni, Tozihe məsail, h.ş 1385, s.160
  11. İmam Xomeyni, Tozihe məsail, h.ş 1385, s.160
  12. İmam Xomeyni, Tozihe məsail, h.ş 1385, s.161

Ədəbiyyat

  • İmam Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, (Həmrah ba fətəvaye füqəhaye bozorq), Qum, Came Mudərrisin, h.q 1424
  • İmam Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, h.q 1426
  • İmam Xomeyni, Seyyid Ruhullah, Risalətu nicatil-ibad, Tehran, Muəssisə: Tənzim və nəşre asare İmam Xomeyni (r), 2-ci çap, h.ş 1385
  • Behcət, Muhəmməd Təqi, Risalə tozihe məsail, Qum, Enteşarate Şəfəq, h.q 1428
  • Xamanei, Əli, Əcvəbətul-istiftaat, Qum, Mərkəze nəşre Ayətullah Xamenei, h.q 1424
  • Məkarim Şirazi, Nasir, Risalə Tozih məsail, Qum, Enteşarate mədrəse İmam Əli ibn Əbi Talib (ə), h.q 1429
  • Mirzaye Qummi, Əbul-Qasim ibn Muhəmməd Həsən, CAmeuş-şitat fi əcvəbətis-sualat, Tehran, Kihan, h.q 1413
  • Muəssisətu dairətil-məarif Fiqhu İslami, Fərhənge fiqh mutabiq ba məzahebe Əhli Beyt (ə), Qum, Muəssisətu dairətil-məarif İslami, h.q 1426