İmam Sadiqin (ə) həyat yoldaşı Hümeydə
Ləqəbi | Humeydətul-musəffat |
---|---|
Nəsəb \ Qəbilə | Bərbər nəsəbi |
Tanınmış qohumları | İmam Sadiq (ə) - İmam Kazim (ə) |
Dəfn olunduğu məkan | Mədinə, Məşrəbə ümmi İbrahim |
Şöhrət tapmasının səbəbi | İmam Sadiqdən (ə) hədis nəql edib. |
Önəmli işləri | Həcc mövzusunda və İmam Sadiqin (ə) şəhadəti haqda rəvayətlər nəql edib. |
Humeydətul-musəffat (ərəbcə: حمیدة المُصَفّاة) və ya Humeydə, imam Kazimin (ə) anası idi. Nəql edilən bir hədisə əsasən, şiələrin altıncı imamı öz səhabələrindən birinin fiqhi sualını cavablandırmanı Humeydəyə yönləndirmişdi. Humeydə həmçinin, imam Sadiqin (ə) beş vəsisindən biri idi.
İmam Baqir (ə) Humeydəni “dunyada bəyənilmiş, axirətdə isə təriflənən”, imam Sadiq (ə) isə onu “çirikinliklərdən pak” olaraq vəsf etmişdir.
Həyatı
Humeydə imam Kazimin (ə) anasıdır.[1] Onun doğum və vəfat tarixi haqqında bir məlumat yoxdur.[2]
Humeydənin atası Said Bərbər və ya Saleh adlı bir nəfər idi.[3] Humeydənin soyu haqqında fikir ixtilafı vardır.[4] Tarixi mənbələrdə onu Humeydə Bərbəriyyə, Humeydə Əndəlusiyyə,[5] Humeydə Məğribiyyə[6] olaraq da qeyd etmişlər.
Bir hədisə əsasən, imam Baqir (ə) Humeydəni bir qul satandan aldı və övladı imam Sadiqə (ə) bağışladı.[7] Əllamə Məclisinin nəqlinə əsasən, bu xanım imam Sadiqin (ə) övladlarından Musa ibn Cəfərin (ə), İshaqın və Fatimənin anası idi.[8]
Deyilənə görə Humeydənin qəbri Bəqi qəbristanlığının Şərq hissəsində əl-Əvali məntəqəsində yerləşən Ummu-İbrahim məşrəbəsində və imam Rzanın (ə) anası Nəcmənin qəbrinin yaxınlığında idi.[9]
Məqamı
Hədis mənbələrinin verdiyi məlumata əsasən, imam Sadiq (ə) öz səhabələrindən birinin fiqhi sualını cavablandırmanı həyat yoldaşı Humeydəyə yönləndirmiş və həmin səhəbəyə öz kənizini sualın cavabı üçün Humeydənin yanına göndərməyi tapşırmışdır.[10] İmam Sadiq (ə) Humeydəni və qızı Ümmü-Fərvəni Mədinə əhlinin haqlarını ödəmək üçün göndərirdi.[11] Həmçinin, Humeydə imam Sadiqin (ə) öz vəsisi olaraq təyin etdiyi beş nəfərdən biridir.[12]
İmam Baqir (ə) Humeydənin dünyada bəyənilmiş, axirətdə təriflənmiş olduğunu demişdir.[13] İmam Sadiq (ə) onu çirkinliklərdən pak olan və və qızılın külçəsi və mələklərin daim qoruduğu şəxs olaraq vəsf etmişdir.[14] Buna görə də Humeydə Musəffat ləqəbi ilə ləqəblənmişdir.[15] Luluə[16] və Muhəzzəbə[17] onun digər ləqəblərindəndir.
Hədis mənbələrində Humeydədən uşaqların həcci,[18] həmçinin imam Sadiqin (ə) şəhadəti haqqında hədis nəql edilmişdir.[19] Bir hədisə əsasən imam Rzanın (ə) anası Nəcmə, Humeydənin sadiq yuxu[20] əsasında oğlu imam Kazimə (ə) bağışladığı bir kəniz idi.[21]
İstinadlar
- ↑ Əbül-Fərəc İsfahani, Məqatilut-talibin, Darul-mərifə, s.413
- ↑ Əsğər Nejad, Humeydə: Madəre İmam Kazim (ə), h.ş 1389, s.10
- ↑ Qərəşi, Həyatul-İmam Musa ibn Cəfər (ə), h.q 1413, c.1, s.42-43
- ↑ Qərəşi, Həyatul-İmam Musa ibn Cəfər (ə), h.q 1413, c.1, s.42-43
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.5, s.261
- ↑ İbn İnəbh, Umdətut-talib, h.q 1417, s.177
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.477
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.47, s.477
- ↑ Hüseyni Cəlali, Fədək vəl-əvali, Məşhəd, s.55
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1363, c.4, s.301
- ↑ Hürr Amuli, Hidayətul-ummət, h.q 1412, c.1, s.331
- ↑ Qərəşi, Həyatul-İmam Musa ibn Cəfər (ə), h.q 1413, c.1, s.415-416
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.477
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.477
- ↑ Qumi, Hidayətul-ənam, s.359-360
- ↑ Həsun, İlamun-nisail-muminat, h.q 1411, s.311
- ↑ Məsudi, İsbatul-vəsiyyə, h.q 1417, s.190
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1363, c.4, s.301; Hürr Amuli, Vəsailuş-şiə, h.q 1401, c.8, s.207
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.47, s.2
- ↑ İrbili, Kəşful-ğummə, h.q 1421, c.2, s.803-804
- ↑ Şeyx Səduq, Uyunu əxbarir-Rza, h.q 1404, c.2, s.24
Ədəbiyyat
- İbn İnəbh, Əhməd ibn Əli, Umdətut-Talib, Qum, Ənsariyan nəşri, h.q 1417
- Əbül-fərəc İsfəhani, Əli ibn Həsən, Məqatilut-talibin, Təhqiq: Seyyid Əhməd, Darul-mərifə
- İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, Daru Sadir
- İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Qum, h.q 1421
- Əsğər Nejad, Məhəmməd, Hümeydə: Madəre İmam Kazim (ə), h.ş 1389
- Hürr Amuli, Məhəmməd ibn İsa, Hidayətul-ummət, Məşhəd, Məcməul-buhusil-İslamiyyə, h.q 1412
- Hürr Amuli, Məhəmməd ibn İsa, Vəsailuş-şiə, Tehran, Məktəbətul-İslamiyyə, h.q 1401
- Həsun, Məhəmməd, İlamun-nisail-muminat, Üsvə nəşri, h.q 1411
- Hüseyni Cəlali, Məhəmməd Baqir, Fədək vəl-əvali, Məşhəd
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza, Beyrut, h.q 1404
- Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Qərəşi, Baqir Şərif, Həyatul-İmam Musa ibn Cəfər, Darul-bəlağə, h.q 1413
- Qumi, Abbas, Hidayətul-İmam, Qum, h.ş 1389
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1363
- Məsudi, Əli ibn Həsən, İsbatul-vəsiyyət, Qum, Ənsariyan nəşri, h.q 1417