Məzmuna keç

Əl-car sümməd-dar

wikishia saytından
(Əvvəl qonşu sonra ev səhifəsindən yönləndirilmişdir)
Yağlı boya ilə çəkilmiş "Əl-Car sümməd-dar" rəsm əsəri, Rəssam: Əli Bəhreyni

Əl-car sümməd-dar (Ərəbcə: الجار ثم الدار) (əvvəl qonşu, sonra ev) mənasındadır, o, məşhur bir hədisdən[1] götürülmüş bir ifadədir. Bu hədis, Həzrət Fatimədən (s) nəql olunub.[2] İmam Həsən (ə) belə nəql edir: "Anam cümə gecəsi sübhədək ibadət mehrabında ibadət edirdi və mömin kişi və qadınların adını çəkərək çoxlu dua edirdi, lakin özü üçün heç bir dua etmirdi. Soruşdum: "Anacan! Necə olur ki, başqaları üçün dua edirsən, amma özün üçün etmirsən?" O dedi: "Oğlum! Əvvəl qonşu, sonra ev."[3]

Şeyx Səduq "İləlüş-şərayi" kitabının 145-ci fəsilində " Əl-car sümməd-dar" ifadəsini ehtiva edən iki hədisi fərqli sənədlərlə nəql etmişdir. Birinci hədis İmam Həsəndən (ə), ikincisi isə İmam Kazımdən (ə) nəql olunub ki, onlar da öz atalarından rəvayət ediblər. Bu hədislərin məzmununda ciddi bir fərq yoxdur.[4] Şeyx Hürr Amuli insanın özü üçün dua etməsindən öncə başqalarına dua etməyi müstəhəb hesab etmiş və "Vəsailüş-şiə" kitabında buna ayrıca bir fəsil ayırmışdır. O, öz fikrinin dəlili kimi bu iki hədisi göstərmişdir.[5]

Seyid Əli Xan Mədəni öz lüğət kitabında eyni ifadəni fərqli bir məzmunla, qonşu haqqı ilə bağlı atalar sözlərindən biri kimi təqdim etmişdir. Onun sözlərinə görə, bu məsəldə ev almaqdan və ya bir yerdə məskunlaşmadan əvvəl qonşunu tanımağın vacibliyinə işarə edilir.[6] "Əl-Kafi" və "Tuhəful-uqul" kimi hədis kitablarında İmam Əlinin (ə) ev seçməzdən öncə qonşunu nəzərə almağın əhəmiyyəti barədə buyurduğu bir cümlə yer alır ki, bu da Həzrət Fatimənin (s) ifadəsinə bənzəyir.[7] Hədis elmləri üzrə tədqiqatçı Mehdi Mehrizi ortaq ifadələri olan hədisləri düzgün başa düşmək üçün onların söyləndiyi konteksti nəzərə almağın vacibliyini vurğulamışdır.[8] Bu ifadənin və onun iki fərqli mənasının fars ədəbiyyatında və ürfündə də istifadə edildiyi bildirilmişdir.[9] "Əl-ixtisas" kitabının müəllifi əhli-sünnə alimi Əvzaidən Loğman Həkimin oğluna verdiyi nəsihətləri nəql etmişdir ki, onların arasında "Əl-car summəd-dar" ifadəsi də yer alır.[10]

Bildirilir ki, Əttar Nişaburi və Qəzzali kimi ariflər və şairlər, bu ifadəni hicri 2-ci əsrin zahid qadınlarından olan Rabiə Ədəviyyəyə aid etmişlər.[11] Lakin bəzi tədqiqatçılar hədis mənbələrinə və Həzrət Fatimənin (s) sözlərinə əsaslanaraq bu iddianı təkzib etmişlər.[12] Ariflər bu ifadənin məzmununu Allahı Cənnətdən üstün tutmaq və ibadətdə ixlaslı olmaq kimi izah etmişlər.[13]

İstinadlar

  1. Cəmşidi, Qəvaide fəhme hədis, s.60
  2. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.182
  3. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.182
  4. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.182
  5. Şeyx Hürr Amili, Vəsailuş-şiə, h.ş 1409, c.7, s.113
  6. Mədəni Şirazi, Ət-Tiraz, h.ş 1384, c.7. s.230
  7. Kuleyni, Kafi, h.q 1407, c.8. s.24; İbn Şube Hərrani, Tuhəful-uqul, h.q 1404, s.86; Nəhcül-bəlağə, Düzəliş; Sübhi Saleh, məktub 31, s.405
  8. Mehrizi, Hədispejuhi, h.ş 1390, c.1, s.179
  9. «تأثیر زبانی و محتوایی روایات شیعی بر ادبیات فارسی», makarem.ir saytı
  10. Şeyx Mufid, Əl-İxtisas, h.q 1413. s.337
  11. Pənahi, Əl-Caru sümməd-dar və bərresiye məxuz və amuzehaye əxlaqi və irfaniye an, s.32-34
  12. Pənahi, Əl-Caru sümməd-dar və bərresiye məxuz və amuzehaye əxlaqi və irfaniye an, s.34-36
  13. Pənahi, Əl-Caru sümməd-dar və bərresiye məxuz və amuzehaye əxlaqi və irfaniye an, s.33; Molla Sədra, Təfsirul-Quranil-Kərim, h.ş 1366, c.4, s.414; c.7, s.399

Ədəbiyyat

  • İbn Şube Hərrani, Həsən ibn Əli, Tuhəful-uqul, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Came müdərrisin, 2-ci çap, h.q 1404
  • Pənahi, Məhin, Əl-Caru sümməd-dar və bərresiye məxuz və amuzehaye əxlaqi və irfaniye an, h.ş 1390
  • Cəmşidi, Əsədullah, Qəvaide fəhme hədis, h.ş 1383
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Qum, 1-ci çap, h.ş 1385
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İxtisas, Qum, h.q 1413, 1-ci çap
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Mədəni Şirazi, Əli Xan ibn Əhməd, Ət-Tiraz, Məşhəd, Alul-beyt (ə) müəssisəsi, 1-ci çap, h.ş 1384
  • Molla Sədra, Məhəmməd, Təfsirul-Quranil-Kərim, Təhqiq: Məhəmməd Xacəvi, 2-ci çap, Qum, Bidar nəşriyyatı, h.ş 1366
  • Mehrizi, Mehdi, Hədispejuhi, Qum, Darul-hədis, 2-ci çap, h.ş 1390
  • Nəhcül-bəlağə, Düzəliş; Sübhi Saleh, Qum, Darul-hücrə, h.q 1414