Siqli Əkbər

wikishia saytından

Siqli Əkbər (ərəbcə: الثقل الأكبر), Peyğəmbərin (s) "Səqəleyn" hədisində Quran üçün işlətdiyi bir vəsfdir. Siql ağır yük[1], Səqəl isə dəyərli və qiymətli hər şey mənasınadır.[2]

Doqquzuncu qəməri əsrinin dilçi alimi Firuzabadinin dediyinə görə, "Səqəleyn" hədisindəki "səqəleyn" kəlməsi "səqəl" kökündən götürülüb.[3]

"Səqəleyn" hədisini nəql edən bəzi rəvayətlərə görə, Peyğəmbər (s) bu hədisdə Quranı Siqli Əkbər, Əhli-beyti isə siqli əsğər kimi təqdim etmiş və ümmətinin bu ikisinə bağlı olduqları halda, əsla azğınlığa düşməyəcəklərini bildirmişdir.[4]

Həzrət Peyğəmbər (s) həmçinin Qədir-Xum xütbəsində Quranı Siqli Əkbər, Əli (ə) və onun nəslindən olan pak şəxsləri isə Siqli Əsğər kimi təqdim etmişdir.[5]

İmam Əli (ə) də bəzi yerlərdə özünü siqli əsğər və Quranı isə Siqli Əkbər kimi təqdim etmişdir. O cümlədən, xütbələrinin birində[6] və həmçinin Kumeyl ibn Ziyada[7] verdiyi nəsihətdə.

Quranın Siqli Əkbər kimi vəsf edilməsinin səbəbi haqqında deyilib ki, Əhli-beytin Qurana tabe və onun ardıcılı olmasına görə Quranın ondan daha böyük olduğu bildirilmişdir.[8]

Həbibullah Xoi demişdir ki, Quran Peyğəmbərin (s) möcüzəsi və dinin əsası hesab edildiyi üçün Əhli-beytdən[9] daha böyükdür.

Əlaqəli məqalələr

İstinadlar

  1. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.11, s.85
  2. Fiyruzabadi, Əl-Qamus, h.q 1426, s.972
  3. Fiyruzabadi, Əl-Qamus, h.q 1426, s.972
  4. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.1, s.5
  5. Yaqubi, Tarixul-Yaqubi, c.2, s.112; İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.456
  6. Nəhcül-bəlağə, xütbə 87
  7. Məclisi, Biharul-ənvar, h.q 1390, c.74, s.375
  8. Bəhrani, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.2, s.303
  9. Xoyi, Minhacul-bəraə, h.q 1400, c.6, s.215

Ədəbiyyat

  • İbn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1409
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Darul-fikr, h.q 1414
  • Bəhrani, İbn Meysəm, Nəhcül-bəlağənin şərhi, Tehran, h.q 1404
  • Xoyi, Mirza Həbibullah, Minhacul-bəraə, Tehran, h.q 1400
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Tehran, 1-ci çap, h.q 1380
  • Fiyruzabadi, Məhəmməd ibn Yaqub, Əl-Qamus, Beyrut, h.q 1426
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Tehran, Darul-kutubil-İslamiyyyə h.q 1390
  • Yaqubi, Əhməd, Tarixul-Yaqubi, Beyrut, Daru Sadir