Məzmuna keç

Təvasin

wikishia saytından

Təvasin (ərəbcə: الطواسين) adı, "ta sin mim" ilə başlayan "Şüəra" və "Qəsəs" surələri, eləcə də, "ta sin" ilə başlayan "Nəml" surəsi üçün işlədilir.[1] "Təvasin" surələrinin tilavətinin fəziləti haqqında Şeyx Səduq "Səvabul-Əmal" əsərində İmam Sadiqdən (ə) belə nəql edir: "Hər kəs cümə gecəsi "Təvasin" surələrini oxusa, Allahın övliyalarından olar və Onun civarında, himayəsi və lütfü altında yerləşər. Dünyada ona heç bir çətinlik üz verməz, axirətdə isə Allah ona behiştdən o qədər bəxş edər ki, razı qalar. Hətta razılığından da artıq verilər və Allah onu yüz huri ilə evləndirər".[2] Başqa bir rəvayətdə İmam Sadiq (ə) əlavə edərək buyurur ki, hər kəs "Təvasin" surələrini oxusa, Allah onu "Ədn" cənnətində peyğəmbərlər, mürsəllər və onların vəsiləri ilə birlikdə qərar verər.[3] Həmçinin Əllamə Hilli bildirir ki, "Təvasin" surələrinin, xüsusilə cümə gecəsi oxunması müstəhəbdir.[4]

İstinadlar

  1. Ramyar, Tarixe Quran, h.ş 1387, s.597
  2. Səduq, Səvabul-əmal, h.q 1406, s.109; Hürr Amili, Vəsailuş-şiə, h.q 1414, c.7, s.411, hədis 9722; Hüveyzi, Nurus-səqəleyn, h.q 1415, c.4, s.74
  3. Hüveyzi, Nurus-səqəleyn, h.q 1415, c.4, s.74
  4. Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.4, s.117

Ədəbiyyat

  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt müəssisəsi, h.q 1414
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum, Alul-beyt müəssisəsi, h.q 1414
  • Hüveyzi, Əbdu Əli ibn Cümə, Nurus-səqəleyn, Düzəliş: Haşim Rəsuli, Qum, İsmailiyyan, 4-cü çap, h.q 1415
  • Ramyar, Mahmud, Tarixe Quran, Tehran, Əmir Kəbir nəşriyyatı, h.ş 1387