Cüz (Quran)
Cüz (ərəbcə: الجزء), Quranın bölünməsinin meyarlarından biridir. Hər bir cüz Qurani-Kərimin otuzda biri və Osman Taha xətti ilə təxminən onun iyirmi səhifəsinə bərabərdir. Hər bir cüz dörd hizbə bölünür. 30-cu cüz 37 surəyə sahib olmaqla ən çox surəsi olan cüzdür. Bəzi mədəniyyətlərdə Quran cüzləri həmin cüzün nömrəsinin adı ilə və ya cüzün başlanğıc sözünün adı ilə adlandırılır.
Tərif
“Cüz” Qurani-Kərimin bölmələrindən biridir. Müsəlmanlar Quranı otuz cüzə, yəni otuz hissəyə bölmüşlər.[1] Bəzi mədəniyyətlərdə Quran cüzləri həmin cüzün nömrəsinin adı ilə və ya cüzün başlanğıc sözünün adı ilə adlandırılır. Məsələn, “Əmmə cüz”dən məqsəd otuzuncu cüzdür ki, “əmmə yətəsaəlun” ifadəsi ilə başlayır.[2] Hər bir cüz dörd hizbdən ibarətdir, Osman Taha xətti ilə isə hər cüz iyirmi səhifəyə şamil olur.[3]
Quranın cüzlərə bölünməsinin tarixi
Bəziləri hesab edirlər ki, Quranın cüzlərə bölünməsi prinsipi Peyğəmbərin (s) hər qəməri ayında Quran tilavətinin qeyd edildiyi bir rəvayətdən alınmışdır.[4] Bununla belə, Quranın otuz cüzə bölünməsinin başlanğıc tarixi barədə müxtəlif fikirlər mövcuddur. Deyilənə görə, bu bölgü Həccac ibn Yusif Səqəfinin (hicri 95-ci ildə vəfat edib) dövründə başlamışdır[5] ki, Ramazan ayının hər günündə onun bir cüzü oxunsun.[6] Bəziləri də deyirlər ki, Məmun Abbasi (hökmdarlığı hicri 198-218-ci illər) Quranı bu şəkildə bölməyi əmr etmişdir.[7] 8-ci əsrin təfsirçilərindən olan Zərkeşi Quranın 30 cüzə bölünməsinin yayılmasını dini məktəblərdən başladığını hesab edirdi.[8]
Cüz oxumaq
Əsas məqalə: Cüz oxumaq
İran və bəzi digər İslam ölkələrində müsəlmanlar Ramazan ayında birlikdə Quranı xətm edirlər. Buna görə də onlar hər gün Qurandan bir cüzü oxuyurlar və bu ənənə “Cüzxani” (cüz oxumaq) adlanır. İran televiziyası müqəddəs yerlərdə bəzi qiraətləri birbaşa radio və televiziya vasitəsilə yayımlayır.[9]
İran kimi bəzi İslam ölkələrində Quranın cüzləri də müstəqil şəkildə çap olunur. Bu Quranlar otuz cüz adlanır və onlardan dəfn mərasimlərində istifadə olunur.[10] Əlbəttə, Seyid Məhəmməd Hüseyn Tehrani (hicri 1416-cı ildə vəfat edib) dəfn mərasimlərində Quranın cüz şəklində paylanmasının əleyhinə idi. O, Yezid ibn Müaviyənin dövründən bu üsulun geniş yayıldığını bildirirdi və xətm məclislərində Quranın kamil şəkildə istifadə edilməsinə inanırdı.[11]
Quranın cüzlərinin siyahısı
İstinadlar
- ↑ Muini, Cüz, s.836
- ↑ Muini, Cüz, s.836
- ↑ Rzapur, http://irandaveh.blogfa.com/post/130
- ↑ Əhməd ibn Əhməd ibn Məhəmməd Ət-Təvil, Fənnut-tərtil və ulumihi, h.q 1420, s.65
- ↑ Feyz Kaşani, Muhəccətul-beyza, h.q 1428, s.224
- ↑ Muini, Cüz, s.836
- ↑ Mərifət, Ət-Təmhid, h.q 1412, c.1, s.364
- ↑ Zərkeşi, Əl-Burhan, h.q 1408, c.1, s.250
- ↑ https://www.tavoosebehesht.ir/news/1572
- ↑ Dəhxoda, Dəhxoda lüğətnaməsi, Si pre sözünün şərhi
- ↑ https://maktabevahy.org/, Vəhy məktəbi
Ədəbiyyat
- Əhməd ibn Əhməd ibn Məhəmməd Ət-Təvil, Fənnut-tərtil və ulumihi, h.q 1420 \ m.1999
- https://www.tavoosebehesht.ir/news/1572, tavoosebehesht.ir saytı
- Rzapur, Məhəmməd Təqi, http://irandaveh.blogfa.com/post/130
- Dəhxoda, Dəhxoda lüğətnaməsi, https://vajehyab.com
- Zərkeşi, Bədruddin Məhəmməd ibn Abdullah, Əl-Burhan, Beyrut, h.q 1408
- Mərifət, Məhəmməd Hadi, Ət-Təmhid, Qum, İslami nəşr müəssisəsi, 1-ci çap, h.q 1412
- Muini, Möhsin, "Cüz", Daenşanmeye Quran və Quranpejuhi, Tehran, Dustan və Nahid, h.ş 1377
- https://maktabevahy.org/, Vəhy məktəbi</ref>
Xarici keçidlər
- Qurani-Kərimi necə 30 hissəyə bölmək olar. , Farsca məqalə