İmam Hüseynin (ə) qiyamı
Hadisənin izahı | İmam Hüseynin (ə) Yezid ibn Müaviyənin əleyhinə etiraz hərəkatı |
---|---|
İki tərəf | İmam Hüseyn (ə) \ Yezid ibn Müaviyə |
Zaman | H.q 60-61 |
Dövrə | Əməvilər |
Məkan | Mədinədən Kərbəlaya qədər |
Hədəflər | İslam cəmiyyətini doğru yola qaytarmaq və sapmalarla mübarizə aparmaq |
Nəticələr | İmam Hüseynin (ə) şəhadəti və ailəsinin əsir düşməsi |
Reaksiyalar | Təvvabin qiyamı, Muxtarın qiyamı, Xazir döyüşü, Zeyd ibn Əlinin qiyamı |
Əlaqəli | Məhərrəm ayının əzadarlığı, Kərbəla hadisəsi |
- Bu məqalə İmam Hüseynin (ə) qiyamının təhlilindən bəhs edir. Bu qiyamın tarixi tərəflərini bilmək üçün Kərbəla vaqiəsi və Aşura günü (hadisələr) məqalələrinə baxın.
İmam Hüseynin (ə) qiyamı (ərəbcə: قيام الإمام الحسين(ع)) Yezid ibn Müaviyə hökumətinə qarşı etiraz hərəkatı idi və onun və onun yoldaşlarının Məhərrəm ayının 10-da (hicri 61-ci) şəhid olması və ailəsinin əsir düşməsi ilə nəticələndi. Bu hərəkat İmam Hüseynin (ə) Yezidin nümayəndəsi olaraq Mədinənin valisinə beyət etməkdən çəkinməsi və hicri 60-cı ildə Mədinəni tərk etməsi ilə başlamış və əsirlərin Mədinəyə qayıtması ilə sona çatmışdır.
İmam Hüseynin (ə) qiyamı Əməvilər sülaləsinə qarşı qiyamların yaranmasına və süqutuna səbəb oldu. Şiə xalqları hər il bu hadisənin ildönümündə müxtəlif mərasimlər keçirirlər. Yas mərasimlərinin yayılması, Aşura ədəbiyyatının formalaşması, dini binaların və məkanların inşası, sənət əsərlərinin istehsalı və zülmə qarşı müqavimət ruhunun güclənməsi bu hadisənin şiə cəmiyyətinə və mədəniyyətinə təsirləri sırasına aid edilə bilər.
İmam Hüseynin (ə) əsas məqsədi Məhəmməd ibn Hənəfiyə vəsiyyətində bildirdiyi kimi, İslam ümmətini doğru yola qaytarmaq və azğınlıqla mübarizə aparmaqdır. Lakin dövlət qurmaq, şəhadət etmək, canını qorumaq və Yezidə beyət etməkdən çəkinmək onun digər məqsədləri arasında sayılır. Şiə ədiblərindən Nemətullah Salehinin ”Şəhide Cavid” (Əbədi Şəhid) əsəri İmam Hüseynin (ə) dövlətin qurulması və əsas məqsədi kitabı yazıldıqdan və bu, şiə yazıçıları tərəfindən müzakirə, təhlil və nəqd edildikdən sonra Aşuraya, İmam Hüseyn (ə) qiyamının məqsədləri ilə bağlı müzakirələr sırasına daxil oldu. Bu mövzuda araşdırmalar və müxtəlif fikirlər ortaya çıxmış, şəhadət arzusu və dövlətin qurulması ən əhəmiyyətliləri arasındadır.
Kərbəla vaqiəsi
- Əsas məqalə: Kərbəla vaqiəsi
Kərbəla hadisəsi İmam Hüseyn (ə) və onun tərəfdarlarının Kufə ordusu ilə döyüşə aiddir. Bu hadisə İmam Hüseynin (ə) Yezid ibn Müaviyə ilə beyət etməməsi nəticəsində ortaya çıxdı və İmam Hüseyn (ə) və onun tərəfdarlarının şəhadəti, Əhli-beytin ələ keçirilməsi ilə nəticələndi. İmam Hüseyn (ə) hicri 61-ci ilin Məhərrəm ayında Mədinənin hökmdarı ilə beyət etməkdən imtina etdikdə ailəsi və Bəni Haşimdən bir neçə nəfərlə birlikdə Mədinəni tərk edərək Məkkəyə getdi.[1] O, dörd aya yaxın Məkkədə qaldı. Bu müddət ərzində Kufə əhalisinin dəvət məktubları onun əlinə çatır.[2] Bu səbəbdən Zilhiccə ayının 8-ci günü Kufəyə doğru yola düşdü.[3]
Kufəyə çatmazdan əvvəl Kufə əhalisinin razılaşmanı[4] pozduğunu xəbərini aldı. Daha sonra Hürr bin Yezid Riyahinin ordusu ilə qarşılaşıb Kərbəlaya doğru irəlilədi. Übeydullah bin Ziyadın ona göndərdiyi ordu ilə Kərbəlada rastlaşdı.[5] İki ordunun toqquşması Məhərrəm ayının 10-cu günündə baş verib. İmam Hüseyn (ə) və tərəfdarları şəhid olduqdan sonra qalanları əsir götürüldü.[6]
Qiyamın əsas arxa fonu
Bəzi tədqiqatçılar İmam Hüseynin (ə) qiyamının əsas səbəbini İslam cəmiyyətinin dini və əxlaqi inanclardan uzaqlaşmasında görürlər.[7] Çünki Əməvilər dövründə cahiliyyə və qəbilə dəyərləri yenidən güclənmiş[8] və tayfalararası, xüsusən də Haşimilər və Əməvilər arasında ixtilaflar yenidən gündəmə gəlmişdi.[9] Bundan əlavə, Müaviyənin Yezidi xəlifə kimi təqdim etməsi və Yezidin İmam Hüseynə (ə) beyət etməkdə israr etməsi bu qiyamın digər səbəblərindən idi. İmam Hüseyn (ə) Yezidin xilafətə uyğun bir şəxs olmadığını düşünür və onun xəlifə kimi təqdim olunmasını İmam Həsənin(ə) Müaviyə ilə bağladığı əhd-peymana zidd bir hərəkət kimi görürdü. Çünki müqavilədə Müaviyənin özündən sonra canişin təyin etmək kimi hüququnun olmadığı müəyyən edilmişdi.[10]
Üsyanın məqsədləri və planları
Tarix araşdırmaçısı Məhəmməd İsfəndiari (1338-ci il təvəllüdlü) “Aşura şinaslıq” kitabında İmam Hüseynin (ə) Aşura qiyamının əsas məqsədinin haqqı qorumaq, əmr be məruf və nəhy əz münkər etmək, adət-ənənəni dirçəltmək olub və eyni zamanda bidətləri aradan qaldırmaq olub kimi qeyd edib.[11]
Ayətullah Xamenei İmam Hüseynin (ə) məqsədini İslam cəmiyyətini düzgün yola qaytarmaq və böyük azğınlıqlarla mübarizə aparmaq hesab edirdi.[12] Onun sözlərinə görə, imam Hüseyn (ə) qiyamında məqsəd və nəticə bir-birinə qarışmışdır, çünki bu məqsədin nəticəsi hökumətin qurulması və ya şəhadət idi, bəziləri isə bu ikisini İmam Hüseynin hədəfi hesab edir.[13]
Esfəndiari qeyd edir ki, İmam Hüseynin (ə) məqsədi ilə bağlı müzakirələr Şəhid Cavid kitabının yazılması ilə adi hala çevrilib.[14] O, İmam Hüseynin (ə) məqsədi və hədəflərinin qarışıq olduğuna inanır. Buna görə də o, ikinci dərəcəli hədəflər kimi İmam Hüseynin (ə) öz məqsədinə çatmaq planını qeyd etdi və bununla bağlı yeddi nəzəriyyə topladı:[15]
Beyət etməkdən çəkinmə və həyatı xilas etmək
İmam Hüseyn (ə): Mən isə üsyandan, fitnə-fəsaddan, zülmdən üsyan etmədim, yalnız ata-babamın millətini islah etmək istəyirdim. Mən yaxşı işlər görməyi əmr edib, nəhy əz münkər edib, babam və atam Əli ibn Əbi Talibin yolu ilə davranmaq istəyirəm.[16]
Bu fikrə görə, İmam Hüseynin (ə) Mədinədən Məkkəyə və oradan da Kufəyə hərəkəti üsyan məqsədi ilə deyil, müdafiə və etiraz məqsədi ilə olmuşdur. Yezidə beyət etməkdən boyun qaçırdığı üçün həyatı təhlükədə idi və həyatını xilas etmək üçün Mədinəni, sonra isə Məkkəni tərk etdi[17] Əli Pənah İştihardi[18] və Məhəmməd Səhiti Sərdroudi[19] bu görüşün müdafiəçiləridir. Bu fikirləri İmam Hüseynin (ə) xislətini və məqamını aşağı salan bir görüş olduğu qeyd olunur.[20]
Hökumətin formalaşması
Bu fikrə əsaslanaraq, İmam Hüseyn (ə) hökumət qurmaq üçün qiyam etdi. Nəcəfabadi Nemətullah Salehi (1385-1302) “Şəhid Cavid” kitabında İmam Hüseynin (ə) qiyamında ilk hədəfini hökumətin qurulması hesab etmişdir.[21] O, şiə ilahiyyatçılarından Seyyid Mürtəzanın eyni baxışa malik olduğuna inanır. Seyid Mürtəzanın dediyinə görə, İmam Hüseyn (ə) kufəlilərin təkidindən və onların bacarığını və Kufə hökumətinin zəifliyini görüb onların dəvətini qəbul etdi[22] İmam Hüseynin (ə) qələbəsinin səbəblərini belə hesab edir. mövcud idi; Lakin sonrakı baş verən hadisələr gözlənilənin əksinə etdi. Kufi əhd-peymanının pozulması aşkar olunca, İmam Hüseyn (ə) İmam Həsən (ə) kimi geri qayıtmaq və münaqişəyə son qoymaq qərarına gəldi. Lakin müharibənin atəşkəsi ondan qəbul edilmədi.[23] Deyilir ki, bu fikir İmamın qeybi elmi ilə uyğun gəlmir, çünki İmam Hüseynin qələbə qazanmayacağını bilməməsini iddia edir. Bu irada cavabda deyilirdi ki, İmam Hüseyn (ə) onun şəhadətindən və zəfər azlığından xəbərdardır, lakin ona adi elmə əsaslanaraq hərəkət etmək tapşırılıb.[24]
Şəhadət
Bəziləri, həzrət Hüseynin (ə.s) məqsədinin şəhadət olduğuna inanırla. Əlbəttə şəhadət üçün fərqli şərhlərin olduğunu vurğulayırla:
- Siyasi şəhadət: Bu nəzəriyyəyə görə Hz. Hüseyn (ə) məşruiyyətini Yezid hökumətindən almaq və İslamı Əməvilərdən xilas etmək üçün şəhid olmağı üstün tutdu.[25] Bununla da xalqı hakimiyyətə qarşı üsyana sövq etdi.[26] Bu görüşün bir çox tərəfdarları var o cümlədən[27] Məhəmməd İsfəndiyari, Əli Şəriəti, Mirzə Xəlil Kəmareyi, Mürtəza Mütəhhəri, Seyyid Rza Sədr, Cəlaləddin Farsi, Seyyid Möhsin Əmin, Haşim Maruf əl-Hüseyni, Ayətullah Safi Qolpayqani və Məhəmməd Cavad Muğniyə kimi adlar bu nəzəriyyəni dəstəkləyənlər arasındadır.[28]
- Fədai Şəhidlik: Bəziləri, İmam Hüseynin (ə) şəhadətinin günahkarlara şəfaət etmək və onları mənəvi dərəcələrə yüksəltmək üçün baş verdiyinə inanır[29]. Bu, bəzi xristianların İsa (ə.s)-ın ölümü ilə bağlı fikirlərinə bənzəyir.[30] Şərif Təbatəbai, Molla Mehdi Nəraqi və Molla Əbdülrəhim İsfahani[31] kimi adlar bu nəzəriyyəni dəstəkləyənlər sırasındadır. Həmçinin, bəziləri, düşünür ki, İmam Hüseynin ölməyində məqsəd insanları onun üçün ağlamaq və bu yolla doğru yola yönəltmək olub.[32]
- İrfani Şəhidlik: Bu yanaşmaya görə Hz. Hüseyn (ə) öz şəhadəti ilə şəhadət nemətinə[33] çatmaq istəyirdi və bu nemətə başqalarını dəvət[34] edib gətirmək istəyirdi. Bu təfsirdə mübarizədən bəhs edilmir, ancaq Hz. Hüseynin (ə.s) qiyamına elmi bir qiymət verilir. Bir növ siyasi baxışları rədd edirlər.[35] Seyid bin Tavus, Fazil Dərbəndi, Safi Əli Şah, Oman Samani və Nair Təbrizi kimi adlar, Hz. Hüseynin (ə) qiyamının irfani təfsirini gətirdilər.[36]
- Təklifi Şəhidlik (Funksional Şəhidlik): Bəziləri, həzrət Hüseynin (ə) qiyamını Allahın əmr etdiyi sirli bir iş olaraq təyin edir. Lakin onun insanlar üçün məqsədinin nə olduğu bəlli deyil və yalnız Allaha məlumdur kimi düşüncədədirlər.[37]
Şəhidlik nəzəriyyəsinin tənqidində tarixi qaynaqlara əsasən imam Hüseyn (ə) özünü müdafiə etdiyi və öldürülmək istəmədiyi faktların olması səbəbindən bu kimi baxışlarla uyğun gəlmir.[38]
Hökumət və şəhidlik
Bəziləri belə hesab edir ki, İmam Hüseynin (ə) qiyamda məqsədi hakimiyyət və şəhadətin birləşməsidir. Bu qrupa görə, İmam Hüseyn hökumət qurmaq məqsədi ilə qiyam qaldırdı. Lakin o, dost və köməkçilərinin azlığından məyus olanda məqsədini şəhadətə çevirdi.[39]
Bəziləri hesab edir ki, siyasi məqsəd dörd mərhələli plan idi. Birinci mərhələ Mədinədən Məkkəyə köçmə zamanıdır ki, bu da Yezidin hakimiyyətinə etirazla səciyyələnir. İkinci mərhələ Kufəyə getməyə qərar verdiyi andan Kufə və İraqı tutmaq niyyətində olan Hürrlə qarşılaşana qədərdir. Üçüncü mərhələ, Hürrün ordusu ilə qarşılaşdığı vaxtdan Kufə ordusu ilə qarşılaşana qədər, İbn Ziyadın əlindən qaçmağı düşündüyü zaman, dördüncü mərhələ isə Kufə ordusu ilə qarşılaşdığı zamandır. şəhadəti seçər.[40]
Təsirlər və nəticələr
İmam Hüseynin qiyamı bəzi işlərə səbəb oldu, onlardan bəziləri:
İslamın dirçəlişi və Peyğəmbər sünnəsi
Bəzi yazarlar İmam Hüseynin (ə) qiyamının və şəhadətinin ən mühüm təsirini İslam dininin dirçəlişi hesab etmişlər.[41] İmam Xomeyninin fikrincə, Kərbəla hadisəsi baş verməsəydi, Yezid bin Müaviyə İslam dinini və Peyğəmbərin (s) sünnətini alt-üst edərdi.[42]
Bəni-Üməyyə hökumətinə qarşı etiraz hərəkatlarının formalaşması
İmam Hüseynin (ə) şəhadətindən sonra Əməvilərə qarşı etiraz hərəkatları yarandı. Təbərinin tarixinə görə, Əməvilərə qarşı qiyamın başlanması hicri 61-ci illə bağlıdır ki, İmam Hüseynin(ə) şəhadətindən sonra bir qrup insan həmişə onun intiqamını almaq üçün tədbirlər görürdü.[43] İlk etiraz belə idi. Abdullah bin Afif Əzdinin İbn Ziyadla qarşıdurması. O, Kufə məscidində İmam Hüseyni (ə) yalançı adlandıran, onu və atasını yalançı adlandıran İbn Ziyadın çıxışına etiraz etdi.[44] Həmçinin Sistan tarixində bir xəbərə görə, Sistan əhalisi İmam Hüseynin (ə) şəhadəti xəbərin eşidəndə onlar Übeydullah bin Ziyadın qardaşı olan Sistan hakiminə qarşı üsyan etdilər.[45] Mədinə əhalisi də Abdullah bin Hənəzzələ başçılığı ilə Yezid bin Müaviyə hökumətinə qarşı qiyam qaldırdılar.[46] Hicrətin 63-cü ilində Hənzələ bin Əbi Ameri (ə) Mədinə əhalisinin qiyamının səbəblərindən biri hesab edir.[47]
Təvvabin üsyanı
- Əsas məqalə: Təvabin üsyanı
Aşura hadisəsindən sonra İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin qanını istəmək məqsədi ilə Süleyman bin Sərd Xəzainin başçılığı ilə hicri 65-ci ildə Təvabin qiyamı baş verdi.[48] Təvabin qoşunu Kərbəlaya çatdıqda atlarından düşüb ağladılar və İmamın (ə) qəbrinə çatdılar və coşqulu bir məclis təşkil etdilər.[49] Süleyman onların arasında dedi: İlahi, şahid ol ki, biz Hüseynin (ə) dini və yolundayıq , onun qatillərinin düşməniyik.[50]
Muxtarın qiyamı
Hicri 66-cı ildə Muxtar Səqəfi İmam Hüseynə (ə) qisası üçün qiyam etdi və Kufə şiələri də ona qoşuldular.[51] O, qiyamında iki şüar işlətdi: “Ya Ləsaratül-Hüseyn” və “Mənsur Əmet”.[52] Bu qiyamda Kərbəla hadisəsini törədənlərin çoxu, o cümlədən Übeydullah bin Ziyad, Ömər bin Səad, Şimr ibn Zil Cəvşən və Xoli öldürüldü.[53]
Zeyd bin Əlinin qiyamı
Əməvi hökumətinə qarşı Zeyd bin Əli bin Hüseynin üsyanı formalaşdı. Zeyd hicri 122-ci ildə on beş min Kufə əhalisinin beyətinə arxalanaraq Əməvi xəlifəsi Hişam bin Əbdülməlikə qarşı qiyam qaldırdı. Şiə alimlərindən olan Şeyx Mufid, Zeyd bin Əlinin Əməvi hökumətinə qarşı qiyamın əsas motivini İmam Hüseynin (ə) qanın yerdə qoymamaq və qisasını almaq istəyi hesab etmişdir.[54]
Kərbəla qiyamının Əməvilərin süqutuna təsiri
Kərbəla qiyamının Əməvilərin süqutuna təsiri oldu. Çünki insanlar Kərbəla hadisəsinin səbəbkarı Əməviləri hesab edirdilər. İmam Hüseyn (ə) də öz qiyamını Yezidin hakimiyyətinə qarşı adlandırdı.O, “Əla-İslam əl-Səlam” kimi ifadələrlə onun və Əməvilərin hakimiyyətini və Yezidin it oynatmasını və içki içməsini vurğulayıb şübhə altına aldı.[55]
Abbasilər də Əməvilərə qarşı qiyamın əsas səbəblərindən birinin İmam Hüseynin (ə) qisası olması olduğunu bildirdilər.[56]
Kərbəla qiyamının şiə icmasına təsiri
İmam Hüseynin qiyamı şiə icmasına[57] təsir etdi, o cümlədən:
Yas mərasimlərinin yayılması
İmam Hüseyn (ə) və Kərbəla şəhidləri üçün matəm və əzadarlıq şiə cəmiyyətini və şəxsiyyətini formalaşdıran ünsürlərdən biridir.[58] Tarixi məlumatlara görə, əzadarlıq Kərbəla hadisəsindən qısa müddət sonra və şiə imamlarının tövsiyəsi ilə şiələr arasında adi hala çevrilmişdir, lakin bu, fərdi bir əməl kimi kiçik quruplarla olurdu. Ali-Buyeh hakimiyyəti nəticəsində ictimai və ümumi ayinlərlə məhdudlaşır.[59] İbn Kəsirə görə, hicri 359-cu ildə, Aşura günü şiələr bazarları bağladılar və matəm tutmağa başladılar.[60] İmam Hüseyn (ə) üçün xüsusilə Məhərrəm ayı üçün on gün əzadarlıq yemək və qurbanlarla yanaşı müxtəlif ölkələrdə şiələr arasında yayılmış haldır.[61]
Aşura ədəbiyyatının formalaşması
Aşura hadisəsi ərəb ədəbiyyatının bir hissəsinin Aşura poeziyasına və mərsiyyələrə həsr olunmasına səbəb oldu. Aşura hadisəsi haqqında şeir yazan ilk ərəbdilli şair Uqbə ibn Əmr Səhmidir.[62] Əbdülcəlil Razi, Hənəfi və Şafii şairlərinin İmam Hüseyn (ə) üçün yazdığı şerləri saysız-hesabsız adlandırmışdır.[63] Aşurai poeziya ensiklopediyasına farsca şeir yazan İmam Hüseynin (ə) əzadarlığı və Kərbəla hadisəsi hicri IV əsrdə başlamış və ilk əzadarlıq şeiri Kəsai Mərozi (hicri 390-cı ildə vəfat etmişdir) tərəfindən yazılmışdır.[64] “Aşurai poeziyasının ensiklopediyası” kitabında 345 şairin adı və onların İmam Hüseynə yazdığı[65] şeirlərdən bəzi beytlər toplanmışdır.[66]
Məqtəlnigarlığın yayılması
Məqtəlnigəri mühüm şəxsiyyətlərin öldürülməsi və ya şəhadəti ilə məşğul olan bir tarixşünaslıq növüdür. İmam Hüseyn (ə) və səhabələrinin şəhadətindən bəhs edən Məktal kitabları şiələrin ədəbi və tarixi irslərindən sayılır və Aşura hadisəsindən sonra onların yazıları genişlənir. Şiələr arasında məqtəlnigarlıq məsum imamların (ə) və şiələrin görkəmli şəxsiyyətlərinin şəhadətini təsvir etmək üçün istifadə olunurdu; Lakin Kərbəla hadisəsi ilə bağlı məqtəllərin çoxluğu səbəbindən bu termindən istifadə İmam Hüseyn (ə) və onun səhabələrinin şəhadəti ilə bağlı hadisələrin nəqli üçün yadda qalmışdır.
Zülmə qarşı durma ruhiyyəsi
Mahatma Qandi: Mən İslamın böyük şəhidi İmam Hüseynin (ə) həyatını diqqətlə oxudum və Kərbəla səhifələrinə kifayət qədər diqqət yetirdim və mənə aydın oldu ki, Hindistan qalib ölkə olmaq istəyirsə, gərək İmam Hüseyni (ə) özünə nümunə götürsün.
İmam Hüseynin (ə) qiyamının zülmə qarşı müqavimət ruhunu və şiələrin müxtəlif dövürlərdə zalım hökumətlərlə mübarizədəki rolunu vurğulayır. Bəzi müəlliflər islahat hərəkatlarının və İran İslam İnqilabı kimi xalq inqilablarının bu qiyamdan ilhamlandığını düşünürlər.[67]
İmam Xomeyni hesab edirdi ki, hər gün Aşura bəyanatı zülmə qarşı davamlı mübarizənin zəruriliyinə dəlalət edir.[68]
Xüsusi yerlərin tikintisi
Şiələr İmam Hüseyn (ə) üçün hüseyniyyə, zeynəbiyyə və imamzadə kimi xüsusi binalar tikirlər. Bu yerlərdə yas mərasimləri keçirilir. Bundan əlavə, Hindistan kimi bəzi bölgələrdə Kərbəla şəhidlərinin məzarları və İmam Hüseyn (ə) və ya Həzrət Əbu Fəzlin (ə) məqbərələri kimi rəmzi ziyarət yerləri tikilir və ziyarətlər oxunur.[69]
Sənət əsəri
İmam Hüseynin (ə) qiyamı şiələrin dini – məzhəbi sənətinə təsir göstərmiş və Aşura hadisəsi ilə bağlı rəsmlər, ikonoqrafiya, xəttatlıq, filmlər və s. kimi bir çox əsərlər hazırlanmışdır.[70]
Əhli-sünnətin baxışı
Sünni yazarların İmam Hüseynin (ə) hərəkatına vahid yanaşması yoxdur. Əbu Bəkr İbn Ərəbi kimi bəziləri bunu qanuni hökumətə qarşı qeyri-qanuni hərəkət kimi qiymətləndirmişlər.[71] İbn Teymiyyənin İmam Hüseynin (ə) qiyamına baxışı, İmam məzlum və şəhid olub; Amma İmamın işində dünyəvi və axirət məqsədəuyğunluğu yoxdur və o, Aşura qiyamını İslam ümmətində və əziz Peyğəmbərin yoluna qarşı bir çox fitnələrin səbəbi kimi təqdim edir.[72] Həmid Ənayatin fikrincə, son yüz ildə və xüsusilə Seyid Camaluddin Əsədabadi dövründən sonra, sünni yazıçıları Aşura hadisəsinə baxışların dəyişdilər və onların bir çox müəllifləri İmam Hüseynin hərəkatını təsdiqləyir.[73] Əbdülcəlil Raziyə görə, Nəqz kitabında Məhəmməd bni İdris , Şafii kimi bəzi sünni alimləri İmam Hüseyn (ə) və Kərbəla şəhidləri haqqında mərsiyə yazmışdır.[74] Mərsiyyələrdən biri Şafiiyə aid edilir ki, bu mərsiyyə aşağıdakı beytlə ilə başlayır: [75]
Bibliyoqrafiya
İmam Hüseynin qiyamına dair müxtəlif əsərlər yazılıb. İmam Hüseynin qiyamının səbəb və məqsədlərini təhlil edən bəzi əsərlər bunlardır:
- “Aşuraşunasi: “Araşdırma İmam Hüseynin hədəfləri” kitabı üç hissədən ibarətdir: “Məqsədin müəyyən edilməsi”, “Kufə, İmamın doğru qərarı” və “Keçmişə baxış”.[76] Kitabın ikinci hissəsində müəllif İmam Hüseynin (ə) hədəfləri haqqında yeddi nəzəriyyə təqdim edir. Həmçinin müəllifin fikrincə, İmam Hüseynin hökumət qurmaq məqsədi ilə qiyam etdiyi güman edilir. Buna görə də kitabın üçüncü hissəsi İmam Hüseynin (ə) məqsədləri haqqında müəllifin və digər şiə alimlərinin nəzərlərinə həsr edilmişdir.
- Əlli ildən sonra Hüseyn (ə) qiyamına dair Seyid Cəfər Şəhidinin (1297-1386) analitik baxışla qələmə aldığı yeni bir araşdırma çapdan çıxıd. Şəhidi bu kitabda İmam Hüseyn qiyamının formalaşmasında ictimai, siyasi, etnik və dini kontekstləri araşdırmışdır. Bu kitab 1358-ci ildə nəşr edilmişdir.
- Rəsul Cəfərianın Aşura hərəkatı haqqında düşüncəsi. Bu kitabda Kərbəla hadisəsi ilə bağlı bəzi mənbələrə yer verilmiş və qiyamın tarixi, hadisənin təsviri, İmam Hüseynin şəhadəti, qiyamın təsirləri, onun ritorik və formal tərəfləri, hadisə barədə tarixi təhriflərə yer verilmişdir. Kərbəla hadisəsi və sünnilərin İmam Hüseynə əzadarlıq tarixi haqqında danışılmışdır.[77]
- İmam Xomeyninin kəlam və dualarında Aşura qiyamı. Bu kitabın birinci hissəsində Məhərrəm və Aşura ilə bağlı üç mühazirə var. İkinci hissədə Aşura qiyamının səbəb və amilləri, əzadarlıq və dua fəlsəfəsi öz əksini tapıb və yekunda İmam Xomeyninin Məhərrəmlik və Kərbəla qiyamına aid sözlərindən seçmələr təqdim olunub.[78]
İstinadlar
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.341; Mufid, Əl-İrşad, h.q 1399, c.2, s.34
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.352; Mufid, Əl-İrşad, h.q 1399, c.2, s.38
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.381; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.81
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.398
- ↑ Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.253; Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.409
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.456
- ↑ Şəhidi, Pəs əz pəncah sal, h.ş 1380, s.112-123
- ↑ Zəminehaye Qiyame İmam Hüseyn (ə), h.ş 1383, c.2, s.18
- ↑ Şəhidi, Pəs əz pəncah sal, h.ş 1380, s.69-78
- ↑ İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.4, s.290-291
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.33
- ↑ Xamenei, İnsane 250 sale, h.ş 1394, s.179
- ↑ Xamenei, İnsane 250 sale, h.ş 1394, s.172
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.25
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.59
- ↑ Qərəşi, Həyatul-İmamil-Hüseyn (ə), m. 1975, c.2, s.264
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.60
- ↑ İştihardi, Həftsale çera səda dər avord ?, s.154
- ↑ Səhiti, Aşura pejuhi, h.ş 1384, s.441
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.68
- ↑ Salihi Nəcəfabadi, Şəhide cavid, s.159
- ↑ Seyyid Mürtəza, Tənziyhul-ənbiya, s.176
- ↑ Seyyid Mürtəza, Tənziyhul-ənbiya, s.176-178
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.33
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.156-157
- ↑ Cəfəriyan, Təmmoli dər nehzəte Aşura, h.ş 1386, s.243
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.157
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.93
- ↑ Məhrizi, Təhlili dərbareye əhdafe qiyame İmam Hüseyn (ə), s.13
- ↑ Məhrizi, Təhlili dərbareye əhdafe qiyame İmam Hüseyn (ə), s.13
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.84
- ↑ Səhiti, Aşura pejuhi, h.ş 1384, s.338
- ↑ Seyyid ibn Tavus, Əl-Luhuf, s.3 və 28
- ↑ Fazil Dərbəndi, İksirul-ibadat, c.1, s.56
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.70
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.70-74
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.77-78
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.157
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.68-69
- ↑ Cəfəriyan, Təmmoli dər nehzəte Aşura, h.ş 1386, s.242
- ↑ Kədivər, Nəqşe nehzəte Aşura dər şeklgiri və tədavome İnqilabe İslami İran, s.12
- ↑ İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, s.17, s.52
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.558
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.459
- ↑ Tarixe Sistan, h.ş 1366, s.100
- ↑ İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1410, c.1, s.230
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.68-69
- ↑ İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.8, s.251
- ↑ İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1417, c.3, s.264
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.5, s.589
- ↑ İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.347
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, m.1967, c.6, s.20
- ↑ İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.4, s.347
- ↑ Mufid, Əl-İrşad, h.q 1399, c.2, s.171-172
- ↑ Cəfəriyan, Təmmoli dər nehzəte Aşura, h.ş 1386, s.245
- ↑ Rəfii, Nəqşe Aşura və Əzadarihaye əsre Əimme (ə) dər suqute Əməviyan və piyruziye Abbasiyan, s.72
- ↑ Cəfəriyan, Təmmoli dər nehzəte Aşura, h.ş 1386, s.251
- ↑ Cabbar Rəhmani, Ayin və usture dər İrane Şii, s.10
- ↑ Cabbar Rəhmani, Ayin və usture dər İrane Şii, s.58
- ↑ İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.11, s.267
- ↑ Muəssiseye şie şenasi, Sünnəte əzadari, h.ş 1386, s.156
- ↑ Mehmandar, İmam Hüseyn (ə) dər ayineye şer və ədəb, s.53
- ↑ Razi Qəzvini, Nəqz, s.371
- ↑ Məhəmmədzadə, Daneşnameye şere Aşurayi, h.ş 1386, c.2, s.717
- ↑ Məhəmmədzadə, Daneşnameye şere Aşurayi, h.ş 1386, c.2, s.719
- ↑ Məhəmmədzadə, Daneşnameye şere Aşurayi, h.ş 1386, c.2
- ↑ Qolizəvare Qəmşei, Həmase Hüseyni və İnqilabe İslami, s.105-106
- ↑ İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.9, s.445
- ↑ Şiəşenasi müəssisəsi, Sünnəte əzadari, h.ş 1386, s.158
- ↑ «کربلا؛ خاستگاه تجلی هنر», www.imna.ir saytı
- ↑ Xəzəli, Qiyame İmam Hüseyn əz didqahe uləmaye Əhli-Sünnət, s.58-59
- ↑ İbn Teymiyyə, Minhacus-sunnət, h.q 1406, c.4, s.530
- ↑ İnayət, Əndişeye siyasi dər İslame muasir, h.ş 1365, s.314
- ↑ Razi, Nəqz, s.370-371
- ↑ Razi, Nəqz, s.370
- ↑ İsfəndiari, Aşura şenasi, h.ş 1387, s.59
- ↑ Cəfəriyan, Təmmoli dər nehzəte Aşura, h.ş 1386, s.12
- ↑ «قیام عاشورا در کلام و پیام امام خمینی(س)», imam-khomeini.ir saytı
Ədəbiyyat
- İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Beyrut, Darul-fikr, h.q 1409\m.1989
- İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, Beyrut, Darul-kitabil-ərəbi, h.q 1417\m.1997
- İbn Əsəm, Əl-Futuh, Təhqiq: Əli Şiri, Beyrut, h.q 1411\m.1991
- İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sunnətin-Nəbəviyyə, Təhqiq: Məhəmməd Salim, h.q 1406\m.1986
- İbn Qüteybə, Abdullah ibn Muslim, Əl_İmamə vəs-siyasə, Düzəliş: Əli Şiri, Beyrut, h.q 1410\m.1990
- İbn Kəsir Dəməşqi, İsmail ibn Ömər, Əl-Bidayə vən-nəhayə, Darul-fikr, h.q 1407\m.1986
- İsfəndiyari, Məhəmməd, Aşura şenasi, Qum, h.ş 1387/h.q 1430
- İmam Xomeyni, Seyyid Ruhullah, Səhifeye İmam, Tehran, h.ş 1389
- Tarixe Sistan, Düzəliş: Məhəmməd Təqi Bahar, Tehran, h.ş 1366
- Cəfərian, Rəsul, Təmmoli dər nehzəte Aşura, Qum, h.ş 1386
- Xamenei, Seyyid Əli, İnsane 250 sale, Tehran, 50-ci çap, h.ş 1394
- Razi Qəzvini, Əbdül-Cəlil, Nəqz, Tehran, Əncoməne asare milli
- Rəfii, Məhəmməd Tahir, نقش عاشورا و عزاداریهای عصر ائمه(ع) در سقوط امویان و پیروزی عباسیان» ensani.ir saytı
- Seyyid ibn Tavus, Musa, Əl-lühuf, Əl-Aləm
- Seyyid Mürtəza, Əli ibn Hüseyn, Ət-Tənziyhul-ənbiya, Qum
- Şəhidi, Seyyid Cəfər, Pəs əz pəncah sal, Tehran, Dəftəre nəşre fərhənge islami, h.ş 1380
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbül-fəzl, Beyrut, h.q 1387
- İnayət, Həmid, Əndişeye siyasi dər İslame muasir, Tehran, h.ş 1365
- Fazil Dərbəndi, Ağa ibn Abid, İksiyrul-ibadat, Kərbəla
- Qərəşi, Baqir Şərif, Həyatul-İmam Hüseyn (ə), Nəcəf, h.q 1975\h.q 1395
- Qolizəvare, Qəmşei, Həmase Hüseyni və İnqilabe İslami, Fərhənge kövsər
- Məhəmmədzadə, Mərziyyə, Daneşnameye şere Aşurayi, 2-ci çap, Tehran, h.ş 1386
- Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb, Qum, h.q 1409
- Mütəhhəri, Mürtəza, Həmase Hüseyni, Tehran, Sədra nəşriyyatı, 59-cu çap, h.ş 1387
- Məhrizi, Mehdi, Təhlili dərbareye əhdafe qiyame İmam Hüseyn (ə), h.ş 1401