Məzmuna keç

Beşikdən qəbirə qədər elm öyrənin

wikishia saytından
"Beşikdən qəbirə qədər elm öyrənin" ibarəti

Beşikdən qəbirə qədər elm öyrənin (ərəbcə: اطلبوا العلم من المهد إلى اللحد) ifadəsi Peyğəmbərdən (s) nəql ounan bir hədis kimi məşhurdur və onun tərcüməsi nəzmə çəkilib: "Beşikdən qəbirə qədər elm öyrənin"

Hərçənd ki, bu ifadə nə şiə, nə də sünni mənbələrində mötəbər hədis kimi qeyd olunmayıb, amma məzmun baxımından doğrudur və eyni məzmunlu digər hədislər mövcuddur.

Bu ifadənin geniş yayılması İranın təhsil ocaqlarında "Beşikdən qəbirə qədər elm öyrən" misrasının hədis tərcüməsi kimi yazılmasına səbəb olub. Bəziləri bu misranı Əbul-Qasim Firdovsinin şeiri hesab etsə də, tədqiqatçılar bunu qəbul etmirlər.

İfadənin hədis olub-olmaması

Keçmiş dövrlərin bir çox müəllifləri "utlubul-ilmə minəl-məhdi iləl-ləhd" ifadəsini Peyğəmbər (s) hədisi kimi nəql ediblər. Məşhur yazıçı və tərcüməçi Əbul-Qasim Payəndə bu ifadəni "Nəhcül-fəsahə" kitabında Peyğəmbərin (s) qısa kəlamı kimi gətirmişdir.[1] Xacə Nəsirəddin Tusi "Adabul-mütəəllimin" kitabında bu ifadəni "Əsərül-məruf" (məşhur rəvayət) adlandırmışdır.[2]

Bundan əlavə, Feyz Kaşani,[3] 11-ci əsr tarixçisi Hacı Xəlifə[4] və "Ruhul-Bəyan" təfsirinin müəllifi Həqqi Burusəvi[5] də bu ifadənin hədis olduğunu qeyd ediblər.

Lakin bəzi tədqiqatçılar bu ifadəni heç bir hədis mənbəsində tapmadıqlarını bildiriblər.[6] Digərləri isə bunun rəvayət olmadığı qənaətinə gəlib və onu hədis kimi qəbul edən müəlliflərin yanaşmasını qeyri-dəqiq hesab ediblər.[7]

İbarətin məzmunu

Hərçənd "utlubul-ilmə minəl-məhdi iləl-ləhd" ifadəsinin hədis olub-olmaması barədə mübahisələr mövcuddur, lakin onun məzmunu və mahiyyəti qüsursuzdur. Etibarlı kitablarda məzmunu bu ifadəyə bənzəyən başqa hədislər də mövcuddur. İmam Kazim (ə) bir rəvayətdə İmam Əlidən (ə) möminin xüsusiyyətlərindən birini belə nəql edir: "O, bütün həyatı boyu elm öyrənməkdən doymur".[8]

Fars mədəniyyətində

"Utlubul-ilmə minəl-məhdi iləl-ləhd" ifadəsinin Peyğəmbər Əkrəm (s) tərəfindən deyildiyi o qədər məşhur olmuşdur ki, fars dilində nəzmə çəkilmişdir:[9]

Nə xoş söylədi doğru danışan Peyğəmbər, *** Beşikdən qəbrə qədər elm öyrən.

Bu ifadə uzun illərdir ki, İranın məktəb və təhsil ocaqlarının divarlarında yazılır.[10]

Bu beyitin ikinci misrası "Dehxuda lüğət"ində "qəbir" sözünün izahında Sədiyə aid edilsə[11] də, onun dil baxımından möhkəmliyi və Şahnamə ilə olan musiqi uyğunluğu səbəbindən bir çox yazıçılar bu misranı Firdovsinin şeiri hesab edirlər.[12]

Bununla belə, araşdırmalar göstərmişdir ki, bu beyitin qədim İran şairlərinə aid edilməsi yanlışdır və onun yazılma tarixi miladi 1936-cı ilə gedib çıxır.[13]

İstinadlar

  1. Payənde, Nəhcül-fəsahət, h.ş 1382, s.218
  2. Nəsirəddin Tusi, Adabul-mütəllimin, h.q 1416, s.112
  3. Feyz Kaşani, Əl-Vafi, h.q 1406, c.1, s.126
  4. Hacı Xəlifə, Kəşfuz-zunun, c.1, s.51
  5. Həqqi Burusəvi, Təfsiru Ruhil-bəyan, c.5, s.274
  6. Müntəziri, Əz ağaz ta əncam dər qoftequye du daneşcu, h.ş 1388, s.29
  7. Bir qrup yazıçı, Daneşnameye əqaide İslami, h.ş 1385, c.3, s.15; Reyşəhri, Əl-elmu vəl-hikmətu fil-kitabi vəs-sünnət, h.q 1422, s.218, 219
  8. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.19
  9. «آگاهی‌های تازه دربارهٔ «ز گهواره تا گور دانش بجوی» و سرایندهٔ آن», s.150
  10. «آگاهی‌های تازه دربارهٔ «ز گهواره تا گور دانش بجوی» و سرایندهٔ آن», s.150
  11. Hikmət Şirazi, «یادداشت‌هایی از عصر پهلوی: آموزش بزرگسالان» , s.734-739
  12. Natiqi Bəlxabi, «نقش حدیث در غنای ادب فارسی», s.140; Bir qrup yazıçı, Daneşnameye əqaide İslami, h.ş 1385, c.3, s.14
  13. «آگاهی‌های تازه دربارهٔ «ز گهواره تا گور دانش بجوی» و سرایندهٔ آن», s.150

Ədəbiyyat

  • Payənde, Əbul-Qasim, Nəhcül-fəsahət, Tehran, Dunyaye daneş, h.ş 1382
  • Bir qrup yazıçı, Daneşnameye əqaide İslami, Qum, Darul-hədis nəşriyyatı, h.ş 1385
  • Hacı Xəlifə, Mustafa ibn Abdullah, Kəşfuz-zunun, Beyrut, 1-ci çap
  • Hikmət Şirazi, Əli Əsğər, Yaddaşthayi əz əsre pəhləvi: Amuzeşe bozorqsalan, h.ş 1354
  • Həqqi Burusəvi, İsmail, Təfsiru Ruhil-bəyan, Beyrut, Darul-fikr
  • Reyşəhri, Məhəmməd, Əl-elmu vəl-hikmətu fil-kitabi vəs-sünnət, Sazmane çap və nəşr, h.q 1422
  • Feyz Kaşani, Məhəmməd Möhsin, Əl-Vafi, İsfahan, 1-ci çap, h.q 1406
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Darul-kutubil-İslamiyyə, Tehran, h.q 1407
  • Müntəziri, Hüseynəli, Əz ağaz ta əncam dər qoftequye du daneşcu, Tehran, h.ş 1388
  • Natiqi Bəlxabi, Məhəmməd Həsən, Nəqşe hədis dər ğinaye ədəbe farsi, Səfir, h.ş 1386
  • Nəsirəddin Tusi, Məhəmməd ibn Məhəmməd, Adabul-mütəllimin, Şiraz, 1-ci çap, h.q 1416