İmam Sadiqin (ə) həyat yoldaşı Hümeydə

wikishia saytından
(Hümeydə səhifəsindən yönləndirilmişdir)
İmam Sadiqin (ə) həyat yoldaşı Hümeydə
LəqəbiHumeydətul-musəffat
Nəsəb \ QəbiləBərbər nəsəbi
Tanınmış qohumlarıİmam Sadiq (ə) - İmam Kazim (ə)
Dəfn olunduğu məkanMədinə, Məşrəbə ümmi İbrahim
Şöhrət tapmasının səbəbiİmam Sadiqdən (ə) hədis nəql edib.
Önəmli işləriHəcc mövzusunda və İmam Sadiqin (ə) şəhadəti haqda rəvayətlər nəql edib.


Humeydətul-musəffat (ərəbcə: حمیدة المُصَفّاة) və ya Humeydə, imam Kazimin (ə) anası idi. Nəql edilən bir hədisə əsasən, şiələrin altıncı imamı öz səhabələrindən birinin fiqhi sualını cavablandırmanı Humeydəyə yönləndirmişdi. Humeydə həmçinin, imam Sadiqin (ə) beş vəsisindən biri idi.

İmam Baqir (ə) Humeydəni “dunyada bəyənilmiş, axirətdə isə təriflənən”, imam Sadiq (ə) isə onu “çirikinliklərdən pak” olaraq vəsf etmişdir.

Həyatı

Humeydə imam Kazimin (ə) anasıdır.[1] Onun doğum və vəfat tarixi haqqında bir məlumat yoxdur.[2]

Humeydənin atası Said Bərbər və ya Saleh adlı bir nəfər idi.[3] Humeydənin soyu haqqında fikir ixtilafı vardır.[4] Tarixi mənbələrdə onu Humeydə Bərbəriyyə, Humeydə Əndəlusiyyə,[5] Humeydə Məğribiyyə[6] olaraq da qeyd etmişlər.

Bir hədisə əsasən, imam Baqir (ə) Humeydəni bir qul satandan aldı və övladı imam Sadiqə (ə) bağışladı.[7] Əllamə Məclisinin nəqlinə əsasən, bu xanım imam Sadiqin (ə) övladlarından Musa ibn Cəfərin (ə), İshaqın və Fatimənin anası idi.[8]

Deyilənə görə Humeydənin qəbri Bəqi qəbristanlığının Şərq hissəsində əl-Əvali məntəqəsində yerləşən Ummu-İbrahim məşrəbəsində və imam Rzanın (ə) anası Nəcmənin qəbrinin yaxınlığında idi.[9]

Məqamı

Hədis mənbələrinin verdiyi məlumata əsasən, imam Sadiq (ə) öz səhabələrindən birinin fiqhi sualını cavablandırmanı həyat yoldaşı Humeydəyə yönləndirmiş və həmin səhəbəyə öz kənizini sualın cavabı üçün Humeydənin yanına göndərməyi tapşırmışdır.[10] İmam Sadiq (ə) Humeydəni və qızı Ümmü-Fərvəni Mədinə əhlinin haqlarını ödəmək üçün göndərirdi.[11] Həmçinin, Humeydə imam Sadiqin (ə) öz vəsisi olaraq təyin etdiyi beş nəfərdən biridir.[12]

İmam Baqir (ə) Humeydənin dünyada bəyənilmiş, axirətdə təriflənmiş olduğunu demişdir.[13] İmam Sadiq (ə) onu çirkinliklərdən pak olan və və qızılın külçəsi və mələklərin daim qoruduğu şəxs olaraq vəsf etmişdir.[14] Buna görə də Humeydə Musəffat ləqəbi ilə ləqəblənmişdir.[15] Luluə[16] və Muhəzzəbə[17] onun digər ləqəblərindəndir.

Hədis mənbələrində Humeydədən uşaqların həcci,[18] həmçinin imam Sadiqin (ə) şəhadəti haqqında hədis nəql edilmişdir.[19] Bir hədisə əsasən imam Rzanın (ə) anası Nəcmə, Humeydənin sadiq yuxu[20] əsasında oğlu imam Kazimə (ə) bağışladığı bir kəniz idi.[21]

İstinadlar

  1. Əbül-Fərəc İsfahani, Məqatilut-talibin, Darul-mərifə, s.413
  2. Əsğər Nejad, Humeydə: Madəre İmam Kazim (ə), h.ş 1389, s.10
  3. Qərəşi, Həyatul-İmam Musa ibn Cəfər (ə), h.q 1413, c.1, s.42-43
  4. Qərəşi, Həyatul-İmam Musa ibn Cəfər (ə), h.q 1413, c.1, s.42-43
  5. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.5, s.261
  6. İbn İnəbh, Umdətut-talib, h.q 1417, s.177
  7. Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.477
  8. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.47, s.477
  9. Hüseyni Cəlali, Fədək vəl-əvali, Məşhəd, s.55
  10. Kuleyni, Əl-Kafi, h.ş 1363, c.4, s.301
  11. Hürr Amuli, Hidayətul-ummət, h.q 1412, c.1, s.331
  12. Qərəşi, Həyatul-İmam Musa ibn Cəfər (ə), h.q 1413, c.1, s.415-416
  13. Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.477
  14. Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.477
  15. Qumi, Hidayətul-ənam, s.359-360
  16. Həsun, İlamun-nisail-muminat, h.q 1411, s.311
  17. Məsudi, İsbatul-vəsiyyə, h.q 1417, s.190
  18. Kuleyni, Əl-Kafi, h.ş 1363, c.4, s.301; Hürr Amuli, Vəsailuş-şiə, h.q 1401, c.8, s.207
  19. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.47, s.2
  20. İrbili, Kəşful-ğummə, h.q 1421, c.2, s.803-804
  21. Şeyx Səduq, Uyunu əxbarir-Rza, h.q 1404, c.2, s.24

Ədəbiyyat

  • İbn İnəbh, Əhməd ibn Əli, Umdətut-Talib, Qum, Ənsariyan nəşri, h.q 1417
  • Əbül-fərəc İsfəhani, Əli ibn Həsən, Məqatilut-talibin, Təhqiq: Seyyid Əhməd, Darul-mərifə
  • İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, Daru Sadir
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Qum, h.q 1421
  • Əsğər Nejad, Məhəmməd, Hümeydə: Madəre İmam Kazim (ə), h.ş 1389
  • Hürr Amuli, Məhəmməd ibn İsa, Hidayətul-ummət, Məşhəd, Məcməul-buhusil-İslamiyyə, h.q 1412
  • Hürr Amuli, Məhəmməd ibn İsa, Vəsailuş-şiə, Tehran, Məktəbətul-İslamiyyə, h.q 1401
  • Həsun, Məhəmməd, İlamun-nisail-muminat, Üsvə nəşri, h.q 1411
  • Hüseyni Cəlali, Məhəmməd Baqir, Fədək vəl-əvali, Məşhəd
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza, Beyrut, h.q 1404
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Qərəşi, Baqir Şərif, Həyatul-İmam Musa ibn Cəfər, Darul-bəlağə, h.q 1413
  • Qumi, Abbas, Hidayətul-İmam, Qum, h.ş 1389
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1363
  • Məsudi, Əli ibn Həsən, İsbatul-vəsiyyət, Qum, Ənsariyan nəşri, h.q 1417


Xarici keçid