Hədəsi-əsğər

wikishia saytından
(Hədəs-əsğər səhifəsindən yönləndirilmişdir)


Hədəsi-əsğər (ərəbcə: الحدث الأصغر) dəstəmazı batil edən və dəstəmaz tələb edən əməllərin yerinə yetirilməsinə mane olan bir şeydir.[1] Şiə fəqihlərinə görə, sidik, nəcis, mədə yeli, gözün görmədiyi, qulaqların eşitmədiyi yuxu, (dəlilik, sərxoşluq, huşsuz olmaq kimi) ağlı aradan aparan şeylər və az istihazə hədəsi-əsğərin nümunələrindəndir.[2] Onlardan biri insandan baş verdiyi zaman dəstəmaz batil olar. Yerinə yetirilməsi üçün dəstəmazın şərt olduğu namaz kimi əməllərə görə dəstəmaz almaq lazımdır.[3]

Fəqihlər hədəsi hədəsi-əsğər və hədəsi-əkbərə bölürlər. Hədəsi-əsğər kiçik hədəs mənasınadır, yəni hədəsi-əsğər dəstəmazı batil edən şeylərdir. Hədəsi-əkbər daha böyük hədəs mənasınadır. Hədəsi-əkbər bəzi ibadi əməlləri yerinə yetirmək üçün qüsl almağın vacib olmasına səbəb olan şeylərdir.[4]

Əməli risalələrin və digər fiqhi kitabların təharət fəslində hədəsin hökmlərindən bəhs edilmişdir.[5] Başına hədəs gələn şəxsə Muhdis deyirlər.[6]

Əlaqəli məqalələr

İstinadlar

  1. Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1387, c.3, s.246-248
  2. Feyz Kaşani, Rəsail, h.q 1429, c.2, risalə 4, s.22
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.1, s.63; Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1387, c.3, s.246
  4. Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1387, c.3, s.246-248
  5. Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.4, s.43
  6. Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1387, c.3, s.246

Ədəbiyyat

  • Şeyx Ənsari, Mürtəza, Kitabut-təharət, Qum, h.q 1415
  • Feyz Kaşani, Məhəmməd Möhsin, Rəsail, Təhqiq: Behzad Cəfəri, Şəhid Mütəhhəri ali mədrəsəsi, h.q 1429
  • Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, Seyyid Mahmud Haşimi Şahrudinin nəzarəti ilə, h.ş 1387
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Düzəliş: Abbas Quçani və Əli Axundi, Beyrut, h.q 1404