İsrail (ləqəb)
İsrail, Yaqub peyğəmbərin (ə) ləqəbidir. "Məcməül-Bəyan" təfsirinə görə, İsrail ivrit dilində "Allahın seçilmişi" və ya "Allahın qulu" mənasını verir.[1] Şeyx Tusi, İsrail sözünü "əsra" (qul) və "il" (Allah) sözlərindən ibarət olduğunu hesab edərək, onu "Allahın qulu" kimi tərcümə etmişdir.[2] Şiə təfsirçilərinin fikrincə, "İsrail" sözü "Ali-İmran" surəsinin 93-cü ayəsində və "Məryəm" surəsinin 58-ci ayəsində Yaqub peyğəmbərə (ə) işarə edir.[3] Buna görə də Quranda Yaqubun övladları və nəsli "Bəni-İsrail" adlandırılmışdır.[4] Tövratda Yaqubun İsrail adlandırılması haqqında belə deyilir: İlahi mələk Yaqubla güləşdikdən sonra ona dedi: "Sübh vaxtıdır, getməliyəm". Lakin Yaqub cavab verdi: "Mənim üçün dua etməsəniz buraxmaram". Mələk ondan soruşdu: "Adın nədir?" O dedi: "Yaqub." Mələk dedi: "Sən həm mələklə, həm də insanlarla mübarizə apardın və qalib gəldin. Buna görə də, artıq adın Yaqub deyil, İsrail olacaq".[5]
İstinadlar
- ↑ Təbərsi, Məcməul-bəyan, c.1, s.182
- ↑ Şeyx Tusi, ət-Tibyan fi təfsiril-Quran, c.1, s.180
- ↑ Təbərsi, Məcməul-bəyan, c.2, s.344; Sübhani, Mənşure cavid, İmam Sadiq (ə) müəssisəsi, Qum, c.11, s.325
- ↑ Ruhi, Simaye Bəni-İsrail dər Quran və əhdeyn, h.ş 1384, s.58
- ↑ Müqəddəs Kitab, Kitabe peydayeş, surə 32, 27-29 ayələr
Ədəbiyyat
- Ruhi, Əbəlfəzl, Simaye Bəni-İsrail dər Quran və əhdeyn, h.ş 1384
- Sübhani, Cəfər, Mənşure cavid, İmam Sadiq (ə) müəssisəsi, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1390
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, ət-Tibyan fi təfsiril-Quran, Beyrut
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Beyrut, h.q 1415
- Müqəddəs kitab