Kəlimullah (ləqəb)
Kəlimullah (ərəbcə: كليم الله) (Allahın onunla danışdığı şəxs) ləqəbi Həzrət Musaya (ə) məxsusdur[1] və o, Allahın heç bir vasitə olmadan onunla danışmasına görə Kəlimullah adlandırılmışdır.[2] Bu ləqəbin Həzrət Musaya (ə) məxsus olması onun üçün bir fəzilət hesab edilmişdir.[3]
"Nisa" surəsinin 164-ci ayəsinə əsasən, Allah Musa (ə) ilə danışmışdır: "Kəlləməllahu Musə təklimə", yəni "Allah Musa ilə danışdı".[4] "Əraf" surəsinin 143 və 144-cü ayələrində də Allahın Həzrət Musa (ə) ilə danışdığı qeyd olunmuşdur.[5] Həmçinin "Taha" surəsinin 11-ci ayəsində "nudiyə" (ona nida olundu) ifadəsi ilə bu xüsusiyyətə işarə edilmişdir. Bəzi müsəlman[6] və yəhudi[7] alimləri bu cür danışığın yalnız Musa peyğəmbərə (ə) məxsus olduğunu söyləmişlər.[8] Yəhudiləri, Həzrət Musanın (ə) Kəlimullah olması səbəbilə "Kəlimi" adlandırmışlar.[9]
Bəzi müsəlman alimləri Allahın merac zamanı İslam Peyğəmbəri (s) ilə də danışdığına inanırlar və hədislər buna dəlalət edir.[10] Onlar hesab edirlər ki, Allahın vasitəçisiz danışması yalnız İslam Peyğəmbərinə (s) və Həzrət Musaya (ə) məxsus olmuşdur.[11]Allahın danışığını cismə malik olmadan bir danışıq kimi izah edirlər; çünki dil ilə danışmaq cismin varlığını göstərir, halbuki Allahın cismi yoxdur.[12]
On ikinci əsr təfsirçisi Burusəvi, bu danışıq növünün Musa peyğəmbərə (ə) məxsus olmasının səbəbini onun uşaq ikən dilinin yanması ilə əlaqələndirmişdir. O, hesab edir ki, Allah bu yanmanı əvəz etmək üçün onunla danışmış və onu Kəlimullah adlandırmışdır.[13] Bu təfsirçi bunu bir şeirlə belə ifadə etmişdir:
Bəzi təfsirçilər Kəlimullah ləqəbinin səbəbinin başqa bir izahını vermişlər. Onların fikrincə, Allah Musaya (ə) ilk təcəllisi zamanı "inni ənə Rabbuk", yəni "Mən sənin Rəbbinəm" deyə müraciət etmiş və Musa peyğəmbərin (ə) nübüvvəti Allahın kəlamı ilə başlamışdır. Buna görə də onu "Kəlimullah" adlandırmışlar.[15]
İstinadlar
- ↑ Fəzlullah, Təfsirun min vəhyil-Quran, h.q 1419, c.20, s.202
- ↑ Təyyib, Ətyəbul-bəyan, h.ş 1378, c.3, s.3
- ↑ Zuheyli, Ət-Təfsirul-munir, h.q 1418, c.6, s.35
- ↑ Nisa surəsi, ayə 164
- ↑ Təyyib, Ətyəbul-bəyan, h.ş 1378, c.5, s.453
- ↑ Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.3, s.394; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.11, s.267
- ↑ لقب حضرت موسی به فارسی چه میباشد و نبوت ایشان چگونه بود؟, iranjewish.com saytı
- ↑ Qərəşi, Təfsiru əhsənil-hədis, h.ş 1377, c.1, s.470; Rəşid Rza, Əl-Mənar, m.1990, c.3, s.4
- ↑ لقب حضرت موسی به فارسی چه میباشد و نبوت ایشان چگونه بود؟, iranjewish.com saytı
- ↑ Banu Əmin, Məxzənul-irfan, h.ş 1361, c.2, s.379
- ↑ Burucerdi, Təfsiru came, h.ş 1366, c.2, s.462
- ↑ Məkarim Şirazi, Yeksədo həştad porseş və pasox, h.ş 1386, s.75
- ↑ Borusəvi, Təfsiru ruhil-bəyan, Beyrut, c.5, s.372
- ↑ Borusəvi, Təfsiru ruhil-bəyan, Beyrut, c.5, s.372
- ↑ Qiraəti, Nur təfsiri, h.ş 1383, c.7, s.328
Ədəbiyyat
- Banu Əmin, Məxzənul-irfan dər təfsire Quran, Tehran, h.ş 1361
- Burucerdi, Seyyid Məhəmməd İbrahim, Təfsiru came, Tehran, Sədr nəşriyyatı, 6-cı çap, h.ş 1366
- Borusəvi, İsmail, Təfsiru ruhil-bəyan, Beyrut, Darul-fikr
- Rəşid Rza, Təfsirul-Mənar, Misir, m.1990
- Zuheyli, Vəhbətu ibn Mustafa, Ət-Təfsirul-munir, Beyrut, Dəməşq, 2-ci çap, h.q 1418
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
- Təyyib, Seyyid Əbdül-Hüseyn, Ətyəbul-bəyan fi təfsiril-Quran, Tehran, İslam nəşriyyatı, 2-ci çap, h.ş 1378
- Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, 3-cü çap, h.q 1420
- Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Təfsirun min vəhyil-Quran, Beyrut, 2-ci çap, h.q 1419
- Qiraəti, Möhsin, Nur təfsiri, Tehran, 11-ci çap, h.ş 1383
- Məkarim Şirazi, Nasir, Yeksədo həştad porseş və pasox, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1386