Məzmuna keç

Züleyxa

wikishia saytından

Züleyxa (ərəbcə: زليخا) Misirin Əzizinin həyat yoldaşıdır. Onun və Həzrət Yusifin (ə) hekayəti Quranda gəlib.[1] Quranda Züleyxanın adı çəkilmir və yalnız “Əlləti huvə fi bəytiha” (o qadın ki,Yusif onun evində idi)[2] və “imrətul-Əziz” (Misirin Əzizinin həyat yoldaşı)[3] ifadəsi ilə ondan yad edilir.[4] Lakin bəzi təfsir,[5] tarix[6] və hədis[7] mənbələrində onun adı Züleyxa kimi təqdim edilir. Sünni təfsirçisi Fəxr Razi hesab edir ki, bu ad üçün etibarlı mənbə yoxdur.[8] Bəzi mənbələrdə də Misirin Əzizinin həyat yoldaşının adının Zəlyəxə olduğu bildirilir.[9]

Quran və Tövratın bəzi yerlərində Yusif və Züleyxanın əhvalatı bəyan olunur.[10] Bəzi tədqiqatçıların fikrincə, Quran və Tövratın bu əhvalatın nəqlində ixtilafları vardır.[11] Quranın dediyinə görə, Züleyxa Yusiflə zina etmək istəyir; Yusif isə “Rəbbinin dəlilini görüb” qapıya tərəf qaçdı.[12] Şiə təfsirçilərindən Nasir Məkarim Şirazi Həzrət Yusifin (ə) o günahkar mühitdən qeybi kömək ilə xilas olduğuna inanır.[13] Züleyxa Yusifə yaxınlaşıb köynəyini cırdı.[14] Qapının qarşısında Yusif və Züleyxa Misirin Əzizi ilə üz-üzə gəldilər.[15] Züleyxa və Yusif hər biri digərini xəyanətdə ittiham etdilər.[16] O zaman Züleyxanın qohumlarından biri dedi ki, əgər Yusifin köynəyi arxadan cırılıbsa, Yusif düz deyir.[17] Buna görə də xəyanət ittihamı Yusifin üzərindən götürüldü.[18]

Bəzi məlumatlara görə, Yusifin (ə) lehinə şahidlik edən şahid Züleyxanın üç aylıq qardaşı qızı idi[19] ki, Allahın qüdrəti ilə danışdı.[20] Lakin başqa xəbərlərdə həmin şahid müdrik adam kimi təqdim edilir.[21] Bəzi təfsirçilərə görə Yusif (ə) Züleyxanın istəyi ilə zindana atılmışdır.[22] Lakin bir müddət sonra Züleyxa özünün təqsirli olduğuna və Həzrət Yusifin düz danışdığına etiraf etdi.[23]

Züleyxa gözəl, zəngin[24] və bütpərəst bir qadın idi.[25] Onun ərindən övladları olmurdu.[26] Bəzi mənbələrə görə, Züleyxa qocalıqda tövbə etdi və müvəhhid oldu. Bundan sonra Həzrət Yusifin duası ilə cavanlaşdı və onunla evləndi.[27] Deyilir ki, onların evliliyindən iki övlad dünyaya gəldi.[28] Lakin bəzi tədqiqatçılar bu rəvayətlərin mətn və sənədlərində irad olması kimi müxtəlif dəlillərə görə onlara istinad edilə bilməyəcəyinə inanırlar. Həmçinin deyirlər ki, onların məzmunu Tövratdan götürülmüşdür.[29]

Aparılan araşdırmalara görə, Züleyxanın sufilərin təfəkkürünə böyük təsiri olmuşdur.[30] Deyilənə görə, sufilər Züleyxanın əhval-ruhiyyəsini və davranışlarını yüksək qiymətləndirmiş, onun əhval-ruhiyyəsi və davranışlarına əsaslanaraq öz irfani baxışlarını bəyan ediblər.[31] Züleyxanın Həzrət Yusifə (ə) olan məhəbbət hekayəsi dünya ədəbiyyatında, o cümlədən fars, türk və Avropa ədəbiyyatında geniş əksini tapmışdır.[32]

İstinadlar

  1. ↑ Əsədi, Züleyxa, s.416
  2. ↑ Yusif surəsi, ayə 23
  3. ↑ Yusif surəsi, ayə 23
  4. ↑ Əsədi, Züleyxa, s.414
  5. ↑ Məqatil, Təfsiru Məqatil ibn Süleyman, h.q 1423, c.2, s.327; Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.357; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.340
  6. ↑ Müqəddəsi, Əl-Bəda vət-tarix, c.3, s.68; İbn Xəldun, Tarixu ibn Xəldun, h.q 1408, c.2, s.45; İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.1, s.315
  7. ↑ Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.55; Xəzzaz Razi, Kifayətul-əsər, h.q 1401, s.264; Ravəndi, Qisəsul-ənbiyaŞ h.q 1409, s.136
  8. ↑ Fəxr Razi, Məfatihul-ğəyb, h.q 1420, c.18, s.435
  9. ↑ Deyləmi, Əlamud-din, h.q 1408, s.429
  10. ↑ Yusif surəsi, ayə 32-23; Tövrat, bab 39, ayə 7-20
  11. ↑ Sadiqi, Neqahi be datane Yusif və Züleyxa dər Qurane Məcid və Tövrat, s.101-103
  12. ↑ Yusif surəsi, ayə 23-25
  13. ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.9, s.374
  14. ↑ Yusif surəsi, ayə 25
  15. ↑ Yusif surəsi, ayə 25
  16. ↑ Yusif surəsi, ayə 25-26
  17. ↑ Yusif surəsi, ayə 26-27
  18. ↑ Yusif surəsi, ayə 28-29
  19. ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.347
  20. ↑ Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.343
  21. ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.347
  22. ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.354; Biyzavi, Ənvarut-tənzil, h.q 1418, c.3, s.163
  23. ↑ Yusif surəsi, ayə 51
  24. ↑ Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.357
  25. ↑ Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.2, s.45
  26. ↑ Kaşani, Təfsiru Mənhəcus-sadiqin, h.ş 1336, c.5, s.28
  27. ↑ Feyz Kaşani, Təfsirus-Safi, h.q 1415, c.3, s.52
  28. ↑ Qurtubi, Əl-Cameu l iəhkamil-Quran, h.ş 1364, c.9, s.214
  29. ↑ Məarif və başqaları, Bərresiye təfsiri firqeyn dər məsəleye izdivace Həzrət Yusif ba Züleyxa, s.26
  30. ↑ Pakmehr, Züleyxa dər əndişeye şairan və arifane qərne pəncom ta həftom, s.149
  31. ↑ Pakmehr, Züleyxa dər əndişeye şairan və arifane qərne pəncom ta həftom, s.149
  32. ↑ Xosrəvi, Pejuheşe tətbiqi dastane Yusif və Züleyxa dər ədəbiyyate İslami, s.71

Ədəbiyyat

  • Qurani-Kərim
  • Tövrat
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Muntəzəm, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1412
  • İbn Xəldun, Əbdür-Rəhman ibn Məhəmməd, Tarixu ibn Xəldun, Beyrut, Darul-fikr, h.q 1408
  • Əsədi, Əli, Züleyxa, Qum, Bustane kitab, h.ş 1395
  • Biyzavi, Abdullah ibn Ömər, Ənvarut-tənzil, Beyrut, h.q 1418
  • Xəzzaz Razi, Əli ibn Məhəmməd, Kifayətul-əsər, Qum, Bidar, h.q 1401
  • Deyləmi, Həsən ibn Məhəmməd, Əlamud-din, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1408
  • Ravəndi, Qutbuddin Səid, Qisəsul-ənbiya, Məşhəd, h.q 1409
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza (ə), Təhqiq və düzəliş: Mehdi Lacavərdi, Tehran, Cahan nəşri, 1-ci çap, h.q 1378
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Qum, Davəri, h.ş 1385
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğəyb, Beyrut, h.q 1420
  • Feyz Kaşani, Molla Möhsin, Təfsirus-Safi, Təhqiq: Hüseyn Ələmi, Əs-Sədr nəşri, Tehran, 2-ci çap, h.q 1415
  • Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li əhkamil-Quran, Tehran, Nasir Xosrov, h.ş 1364
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Mühəqqiq və düzəliş: Musəvi Cəzairi, Darul-kitab, Qum, 3-cü çap, h.q 1404
  • Kaşani, Molla Fəthullah, Təfsiru Mənhəcus-sadiqin, Tehran, h.ş 1336
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Darul-kutubil-İslamiyyə, h.ş 1374
  • Məqatil, İbn Süleyman, Təfsiru Məqatil ibn Süleyman, Beyrut, h.q 1423
  • Müqəddəsi, Muthir ibn Tahir, Əl-Bəda vət-tarix

Xarici keçid