Məzmuna keç

Müdafiə cihadı

wikishia saytından


Müdafiə cihadı (ərəbcə: الجهاد الدفاعي) İslam dinini məhv etmək və ya müsəlman torpaqlarına hücum etmək istəyən hər bir düşmənə qarşı aparılan mübarizə deməkdir. Müdafiə cihadının məqsədi İslamı qorumaq, eləcə də müsəlmanların canını, malını və namusunu müdafiə etməkdir.

Müdafiə cihadı, ibtidai cihadının qarşısında dayanır. İbtidai cihad, müsəlmanların özlərinin kafirlərlə savaşa başlaması və məqsədinin İslamı yaymaq olduğu bir cür müharibədir. Bəzi şiə alimləri müdafiə cihadını ibtidai cihaddan üstün hesab ediblər.

Fəqihlərin fətvasına əsasən, hücuma məruz qalan torpaqları müdafiə etmək bütün müsəlmanlara vacibdir. Bu vacibliyin yeganə şərti insanın müdafiə və düşmənə qarşı müqavimət gücünün olmasıdır. Müdafiə cihadının vacibliyində, ibtidai cihaddan fərqli olaraq, məsum İmamın (ə) və ya onun naibinin iştirakı və icazəsi şərt sayılmır.

Fəqihlərin fikrincə, müdafiə cihadı ilə digər vacib və ya haram əməllər arasında “təzahüm” (toqquşma) olarsa, məsələn, Həcc mərasimləri ilə eyni vaxta düşərsə və ya haram aylarda müharibə olarsa, müdafiə cihadı bu işlərə üstünlük təşkil edir.

Müdafiə cihadının tərifi və əhəmiyyəti

Müdafiə cihadından məqsəd, İslam torpaqlarına hücum edən düşmənlə vuruşmaqdır.[1] Bu cihad növü, İslamı[2]müsəlman torpaqlarını[3] qorumaq üçün aparılır. Müdafiə cihadı, ibtidai cihadın əksinədir. İbtidai cihad müsəlmanların müharibəyə başlaması və müşrikləri, kafirləri İslama dəvət məqsədilə aparılır.[4]

13-cü hicri əsrinin fəqihlərindən olan Cəfər Kaşiful-Ğita müdafiə cihadını ibtidai cihaddan üstün bilmişdir.[5] Əksər fəqihlərə görə, müdafiə cihadında öldürülənlər də ibtidai cihaddakı kimi şəhid sayılır və şəhid hökmləri onlara da tətbiq olunur.[6]

Müdafiə cihadının vacibliyi və şərtləri

Fəqihlərin fətvasına görə, müdafiə cihadı vuruşmağa gücü çatan (kişi və qadın, böyük və kiçik, sağlam və xəstə, döyüş yerinə yaxın və uzaqda olan)[7] hər kəsə kifai vacibdir. Yəni bu vacibliyin yeganə şərti insanın müdafiə və müqavimət gücünün olmasıdır.[8] Bu vaciblik, ibtidai cihaddan fərqli olaraq,[9] İmamın (ə) və ya onun naibinin iştirakı və icazəsinə ehtiyac duymur.[10]

Müdafiə cihadının vacibliyinin sübutları arasında ağıl dəlili ilə yanaşı,[11] İslam ölkələrinin məhv olmasının və küfrün İslama qalib gəlməsinin qarşısını almaq göstərilmişdir.[12] Şiə fəqihlərindən olan Sahib Cəvahir müdafiə cihadının vacibliyini Qurandakı ayələrə, rəvayətlərə[13]icmaya[14] əsaslandırmışdır.[15]

Hökm və qaydalar

Müdafiə cihadının bəzi hökmləri aşağıdakı kimidir:

  • Məşhur fəqihlərin görüşünə görə, müdafiə cihadı yalnız düşmən hücumuna məruz qalan müsəlmanlara vacib deyil, həqiqətdə, bütün müsəlmanlar İslam torpaqlarında təcavüzə məruz qalmış müsəlmanları müdafiə etməyə borcludurlar.[16] Nə qədər ki, ehtiyac qədər müdafiə edilməyib, bu vəzifə heç bir müsəlmandan götürülmür.[17]
  • Müdafiə cihadı ilə həcc kimi digər ilahi vacibatlar arasında təzahüm (qarşıdurma) olarsa, müdafiə cihadı onlardan öncə gəlir.[18] Həmçinin İslam torpaqlarını müdafiə etmək haram sayılan işləri məsələn, zalım hakimlərlə əməkdaşlıq,[19] haram aylarda döyüşmək[20] və ya düşmən tərəfindən canlı qalxan kimi istifadə edilən müsəlmanların öldürülməsini tələb edərsə, bu işlərə icazə verilmişdir.[21]

Müdafiə cihadının növləri

Cəfər Kaşiful-Ğitanın baxışına görə, cihad beş növdən ibarətdir ki, bunlardan dördü müdafiə, yalnız biri isə ibtidai (başlanğıc) cihaddır. Dörd müdafiə cihad növü bunlardır:

  1. Kafirlərin İslamı məhv etmək və küfrü hakim etmək məqsədilə müsəlman torpaqlarına hücum etdiyi zaman İslamın əsaslarını qorumaq üçün aparılan cihad
  2. Müsəlmanların qanına və namusuna təcavüz edənlərə qarşı cihad
  3. Kafirlərlə qarşıdurma yaşayan və onların müsəlmanlara qalib gəlməsindən qorxulan hallarda bu müsəlmanları müdafiə etmək üçün aparılan cihad
  4. Müsəlman torpaqlarına hakim olmuş kafirləri oradan çıxarmaq məqsədilə aparılan cihad.[22] Bu növ cihad digər növlərdən üstün sayılır.[23]

Müdafiə cihadı ilə ibtidai cihadın fərqi

Fəqihlər müdafiə və ibtidai cihadın mənasını və sərhədlərini izah etmək üçün onların arasında bir sıra fərqlər qeyd etmişlər. Bunlar aşağıdakılardır:

  • Müdafiə cihadının məqsədi İslamın məhv edilməsinin qarşısını almaq, İslam cəmiyyətini qorumaq, müsəlmanların müstəqilliyini, canını və namusunu müdafiə etməkdir.[24] Halbuki ibtidai cihad İslamın yayılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə aparılır.[25]
  • İbtidai cihad üçün lazım olan bütün vacib şərtlər müdafiə cihadında tələb edilmir, müdafiə qabiliyyəti olması kifayətdir.[26]
  • İbtidai cihad yalnız kafirlərə qarşı aparılır, lakin müdafiə cihadı hər hansı düşmənə qarşı, istər kafir olsun, istərsə də müsəlman, aparıla bilər.[27]
  • İbtidai cihadda zimmə əqdini, əmanı, sülhü və əhd-peymanları pozmaq olmaz. Lakin müdafiə cihadında əgər düşmənin gücündən qorxu yaranarsa, bu kimi işləri və öhdəlikləri pozmaq icazəlidir.[28]
  • Müdafiə cihadında dövlət büdcəsi (beytülmal) kifayət etməzsə, hakim xalqdan zorla müdafiə üçün xərcləri ala bilər. Halbuki ibtidai cihad üçün vacib olma şərtlərindən biri müsəlmanların maliyyə imkanına malik olmasıdır.[29]

Cihad fətvalarından nümunələr

İslam torpaqları yadellilərin təcavüzünə məruz qaldıqda, fiqh alimləri fətva verərək xalqı düşmənə qarşı müdafiəyə səsləmişlər. Bunlardan bəziləri:

  • Rusların hücumuna qarşı verilmiş cihad fətvaları: Bu fətvalar əsasən hicri 1218–1229-cu illərdə baş vermiş İran-Rus müharibəsinə (nəticədə Gülüstan müqaviləsi imzalanmışdır) və hicri 1241-ci ilə aiddir. Məsələn, hicri 1228-ci ildə 13-cü əsrin tanınmış şiə mərcəyi-təqlidlərindən olan Şeyx Cəfər Kaşiful-Ğita tərəfindən Fətəli şah Qacara İslam torpaqlarını rusların hücumundan qorumaq üçün müdafiə işinə rəhbərlik etməyə icazə verilməsi və xalqa rus işğalçılarına qarşı cihad fətvası verilməsi.[30]
  • Vəhhabilərin Kərbəla və Nəcəfə hücumuna qarşı verilən cihad fətvası: Hicri 1217-ci ildə vəhhabilər Nəcəf və Kərbəlaya hücum etdikdə, Şeyx Cəfər Kaşiful-Ğita cihad fətvası vermiş və 200 nəfər alim və mücahidlə birlikdə vəhhabiləri şəhərlərdən uzaqlaşdırmağa nail olmuşdur.[31]
  • Fələstin ölkəsinin azadlığı uğrunda verilən cihad fətvası: Məhəmməd Hüseyn Kaşiful-Ğita,[32] Ayətullah Burucerdi[33]İmam Xomeyni (r.ə)[34] kimi fiqh alimləri Fələstin xalqının müdafiəsinin vacib olduğu barədə fətva vermişlər.
  • İŞİD-ə qarşı verilən cihad fətvası: Ayətullah Sistaninin hicri şəmsi 1393-cü ildə İraqda İŞİD-lə mübarizə üçün verdiyi cihad fətvası.[35]

Monoqrafiya

“Cihad risalələri və fətvaları, o cümlədən: müstəmləkə dövlətləri ilə cihadda İslam alimlərinin risalələr və fətvaları” kitabına 1200-1338-ci hicri illəri arasında fəqihlər tərəfindən verilmiş 95 risalə və fətva daxildir. Bu toplunu Məhəmməd Həsən Rəcəbi bir cilddə toplayıb və İran Mədəniyyət və İslami İrşad Nazirliyi hicri şəmsi 1378-ci ildə (miladi 1999) nəşr etmişdir.[36]

İstinadlar

  1. Əbus-Səlah Hələbi, Əl-Kafi fil-fiqh, h.q 1403, s.246; Şəhid Sani, Məsalikul-əfham, h.q 1313, c.3, s.8; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.15
  2. Nümunə üçün baxın: Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.2, s.8
  3. Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.2, s.379; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.4
  4. Sərami və Ədalət Nejad, h.h. 1386, c.11, s.434
  5. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.4, s.289
  6. Nümunə üçün baxın: Mühəqqiq Hilli, Əl-Mötəbər, h.ş 1364, c.1, s.311; Zikruş-şiə, h.q 1419, c.1, s.321; Mühəqqiq Sani, Cameul-məqasid, h.q 1414, c.1, s.365; Mirzaye Qumi, Ğənaimul-əyyam, h.q 1417, c.3, s.396; Xoyi, Ət-Tənqihu fi şərhil-urvətil-vüsqa, h.q 1421, c.8, s.376; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.15-16; Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.39; Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.4, s.333
  7. Şəhid Sani, Məsalikul-əfham, h.q 1313, c.3, s.8
  8. Nümunə üçün baxın: Mühəqqiq Hilli, Şəraiul-islam, h.q 1498, c.1, s.287; Əllamə Hilli, Təzkirutul-füqəha, h.q 1414, c.9, s.37; Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.4, s.288; İmam Xomeyni, Təhirul-vəsilə, h.ş 1392, c.1, s.461
  9. Əmid Zəncani, Fiqhe siyasi, h.ş 1377, c.3, s.139
  10. Nümunə üçün baxın: Əllamə Hilli, Təzkirutul-füqəha, h.q 1414, c.9, s.37; Təbatəbai Kərbəlayi, Riyazul-məsail, h.q 1418, c.8, s.14; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.18; İmam Xomeyni, Təhirul-vəsilə, h.ş 1392, c.1, s.461
  11. Səbzivari, Muhəzzəbul-əhkam, c.15, s.101
  12. Mirvarid, Silsilətul-yənabiul-fiqhiyyə, h.q 1413, c.9, s.32
  13. Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.15, s.30
  14. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.47
  15. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.18-19
  16. Şəhid Sani, Məsalikul-əfham, h.q 1313, c.3, s.8
  17. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.4, s.291
  18. Mirzaye Qumi, Cameuş-şətat, h.ş 1377, c.1, s.394
  19. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.13, s.310-312
  20. İraqi, Şərhu təbsirətil-mütəllimin, h.q 1414, c.4, s.320
  21. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.2, s.283; Əllamə Hilli, Təlxisul-məram, h.q 1421, s.79
  22. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.4, s.287-289
  23. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.4, s.289
  24. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.14
  25. Müntəziri, Dirasətun fi vilayətil-fəqih, h.q 1415, c.1, s.115
  26. Nümunə üçün baxın: Şeyx Mufid, Əl-Muqniə, h.q 1410, s.810; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.3, s.8; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.47
  27. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.4, s.291
  28. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.4, s.291
  29. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.4, s.333-334
  30. Rəcəbi, Rəsail və fətavaye cihadi, h.ş 1387, s.22
  31. Ali Məhbubə, Mazin-Nəcəf və haziruha, h.q 1406, c.1, s.326
  32. «المرجعیة الشیعیة و قضایا العالم الإسلامی من فتاوی و مواقف الإمام الشیخ محمد الحسین آل کاشف الغطاء عن فلسطین», s.191
  33. Əbazəri, Ayətullah Burucerdi Ayəte ixlas, h.ş 1383, s.117
  34. İmam Xomeyni, Səhifeyi imam, h.ş 1389, c.2, s.199
  35. Həttab, Təvziful-Həşdiş-Şəbi fi mədrəkis-siyasil-iraqi, s.108
  36. Rəcəbi, Rəsail və fətavaye cihadi, h.ş 1387, s.13

Ədəbiyyat

  • Ali Məhbubə, Cəfər ibn Baqir, Mazin-Nəcəf və haziruha, Beyrut, h.q 1406
  • Əbazəri, Əbdür-Rəhman, Ayətullah Burucerdi Ayəte ixlas, Tehran, h.ş 1383
  • İmam Xomeyni, Seyid Ruhullah, Səhifeyi imam, Tehran, h.ş 1389
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1416
  • Həttab, Cavad Kazim, توظیف الحشد الشعبی فی المدرک السیاسی العراقی
  • Xoyi, Seyid Əbül-Qasim, Ət-Tənqihu fi şərhil-urvətil-vüsqa, Qum, h.q 1421
  • Rəcəbi, Məhəmməd Həsən, Rəsail və fətavaye cihadi, h.ş 1387
  • Səbzivari, Seyid Əbdül-Əli, Muhəzzəbul-əhkam, Qum, Darut-təfsir
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, h.q 14113
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Rövzətul-bəhiyyə, Qum, h.q 1410
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut fi fiqhil-İmamiyyə, Tehran, Məktəbətul-Mürtəzəviyyə, h.q 1387
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Muqniə, Qum, İslami nəşr müəssisəsi, h.q 1410
  • Sərami və Ədalət Nejad, Cihad, Tehran, h. 1386
  • Təbatəbai Kərbəlayi, Seyid Əli, Riyazul-məsail, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1418
  • İraqi, Ziyauddin, Şərhu təbsirətil-mütəllimin, Qum, İslami nəşr müəssisəsi, h.q 1414
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirutul-füqəha, Qum, Alul-beyt müəssisəsi, h.q 1414
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təlxisul-məram, Qum, h.q 1421
  • Kaşiful-ğita, Cəfər ibn Xızır, Kəşful-ğita, Qum, h.q 1422
  • Mühəqqiq Sani, Əli ibn Hüseyn, Cameul-məqasid, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1414
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-islam, Qum, İsmailiyyan, 2-ci çap, h.q 1498
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Əl-Mötəbər, Qum, Seyyidüş-şühəda müəssisəsi, h.ş 1364
  • Mirvarid, Əli Əsğər, Silsilətul-yənabiul-fiqhiyyə, BeyrutŞ Fiqhuş-şiə müəssisəsi, h.q 1413
  • Müntəziri, Hüseyn Əli, Dirasətun fi vilayətil-fəqih, Qum, Təfəkkür nəşri, h.q 1415
  • Mirzaye Qumi, Əbul-Qasim, Cameuş-şətat, Düzəliş: Mürtəza Rəzəvi, Tehran, Keyhan müəssisəsi, h.ş 1377
  • Mirzaye Qumi, Əbul-Qasim, Ğənaimul-əyyam, h.q 1417
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.ş 1362

Xarici keçidlər