Züleyxa

wikishia saytından
(Misirin əzizinin xanımı səhifəsindən yönləndirilmişdir)

Züleyxa (ərəbcə: زليخا) Misirin Əzizinin həyat yoldaşıdır. Onun və Həzrət Yusifin (ə) hekayəti Quranda gəlib.[1] Quranda Züleyxanın adı çəkilmir və yalnız “Əlləti huvə fi bəytiha” (o qadın ki,Yusif onun evində idi)[2] və “imrətul-Əziz” (Misirin Əzizinin həyat yoldaşı)[3] ifadəsi ilə ondan yad edilir.[4] Lakin bəzi təfsir,[5] tarix[6] və hədis[7] mənbələrində onun adı Züleyxa kimi təqdim edilir. Sünni təfsirçisi Fəxr Razi hesab edir ki, bu ad üçün etibarlı mənbə yoxdur.[8] Bəzi mənbələrdə də Misirin Əzizinin həyat yoldaşının adının Zəlyəxə olduğu bildirilir.[9]

Quran və Tövratın bəzi yerlərində Yusif və Züleyxanın əhvalatı bəyan olunur.[10] Bəzi tədqiqatçıların fikrincə, Quran və Tövratın bu əhvalatın nəqlində ixtilafları vardır.[11] Quranın dediyinə görə, Züleyxa Yusiflə zina etmək istəyir; Yusif isə “Rəbbinin dəlilini görüb” qapıya tərəf qaçdı.[12] Şiə təfsirçilərindən Nasir Məkarim Şirazi Həzrət Yusifin (ə) o günahkar mühitdən qeybi kömək ilə xilas olduğuna inanır.[13] Züleyxa Yusifə yaxınlaşıb köynəyini cırdı.[14] Qapının qarşısında Yusif və Züleyxa Misirin Əzizi ilə üz-üzə gəldilər.[15] Züleyxa və Yusif hər biri digərini xəyanətdə ittiham etdilər.[16] O zaman Züleyxanın qohumlarından biri dedi ki, əgər Yusifin köynəyi arxadan cırılıbsa, Yusif düz deyir.[17] Buna görə də xəyanət ittihamı Yusifin üzərindən götürüldü.[18]

Bəzi məlumatlara görə, Yusifin (ə) lehinə şahidlik edən şahid Züleyxanın üç aylıq qardaşı qızı idi[19] ki, Allahın qüdrəti ilə danışdı.[20] Lakin başqa xəbərlərdə həmin şahid müdrik adam kimi təqdim edilir.[21] Bəzi təfsirçilərə görə Yusif (ə) Züleyxanın istəyi ilə zindana atılmışdır.[22] Lakin bir müddət sonra Züleyxa özünün təqsirli olduğuna və Həzrət Yusifin düz danışdığına etiraf etdi.[23]

Züleyxa gözəl, zəngin[24] və bütpərəst bir qadın idi.[25] Onun ərindən övladları olmurdu.[26] Bəzi mənbələrə görə, Züleyxa qocalıqda tövbə etdi və müvəhhid oldu. Bundan sonra Həzrət Yusifin duası ilə cavanlaşdı və onunla evləndi.[27] Deyilir ki, onların evliliyindən iki övlad dünyaya gəldi.[28] Lakin bəzi tədqiqatçılar bu rəvayətlərin mətn və sənədlərində irad olması kimi müxtəlif dəlillərə görə onlara istinad edilə bilməyəcəyinə inanırlar. Həmçinin deyirlər ki, onların məzmunu Tövratdan götürülmüşdür.[29]

Aparılan araşdırmalara görə, Züleyxanın sufilərin təfəkkürünə böyük təsiri olmuşdur.[30] Deyilənə görə, sufilər Züleyxanın əhval-ruhiyyəsini və davranışlarını yüksək qiymətləndirmiş, onun əhval-ruhiyyəsi və davranışlarına əsaslanaraq öz irfani baxışlarını bəyan ediblər.[31] Züleyxanın Həzrət Yusifə (ə) olan məhəbbət hekayəsi dünya ədəbiyyatında, o cümlədən fars, türk və Avropa ədəbiyyatında geniş əksini tapmışdır.[32]

İstinadlar

  1. Əsədi, Züleyxa, s.416
  2. Yusif surəsi, ayə 23
  3. Yusif surəsi, ayə 23
  4. Əsədi, Züleyxa, s.414
  5. Məqatil, Təfsiru Məqatil ibn Süleyman, h.q 1423, c.2, s.327; Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.357; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.340
  6. Müqəddəsi, Əl-Bəda vət-tarix, c.3, s.68; İbn Xəldun, Tarixu ibn Xəldun, h.q 1408, c.2, s.45; İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.1, s.315
  7. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.55; Xəzzaz Razi, Kifayətul-əsər, h.q 1401, s.264; Ravəndi, Qisəsul-ənbiyaŞ h.q 1409, s.136
  8. Fəxr Razi, Məfatihul-ğəyb, h.q 1420, c.18, s.435
  9. Deyləmi, Əlamud-din, h.q 1408, s.429
  10. Yusif surəsi, ayə 32-23; Tövrat, bab 39, ayə 7-20
  11. Sadiqi, Neqahi be datane Yusif və Züleyxa dər Qurane Məcid və Tövrat, s.101-103
  12. Yusif surəsi, ayə 23-25
  13. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.9, s.374
  14. Yusif surəsi, ayə 25
  15. Yusif surəsi, ayə 25
  16. Yusif surəsi, ayə 25-26
  17. Yusif surəsi, ayə 26-27
  18. Yusif surəsi, ayə 28-29
  19. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.347
  20. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.343
  21. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.347
  22. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.354; Biyzavi, Ənvarut-tənzil, h.q 1418, c.3, s.163
  23. Yusif surəsi, ayə 51
  24. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.357
  25. Şeyx Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.2, s.45
  26. Kaşani, Təfsiru Mənhəcus-sadiqin, h.ş 1336, c.5, s.28
  27. Feyz Kaşani, Təfsirus-Safi, h.q 1415, c.3, s.52
  28. Qurtubi, Əl-Cameu l iəhkamil-Quran, h.ş 1364, c.9, s.214
  29. Məarif və başqaları, Bərresiye təfsiri firqeyn dər məsəleye izdivace Həzrət Yusif ba Züleyxa, s.26
  30. Pakmehr, Züleyxa dər əndişeye şairan və arifane qərne pəncom ta həftom, s.149
  31. Pakmehr, Züleyxa dər əndişeye şairan və arifane qərne pəncom ta həftom, s.149
  32. Xosrəvi, Pejuheşe tətbiqi dastane Yusif və Züleyxa dər ədəbiyyate İslami, s.71

Ədəbiyyat

  • Qurani-Kərim
  • Tövrat
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Muntəzəm, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1412
  • İbn Xəldun, Əbdür-Rəhman ibn Məhəmməd, Tarixu ibn Xəldun, Beyrut, Darul-fikr, h.q 1408
  • Əsədi, Əli, Züleyxa, Qum, Bustane kitab, h.ş 1395
  • Biyzavi, Abdullah ibn Ömər, Ənvarut-tənzil, Beyrut, h.q 1418
  • Xəzzaz Razi, Əli ibn Məhəmməd, Kifayətul-əsər, Qum, Bidar, h.q 1401
  • Deyləmi, Həsən ibn Məhəmməd, Əlamud-din, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1408
  • Ravəndi, Qutbuddin Səid, Qisəsul-ənbiya, Məşhəd, h.q 1409
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza (ə), Təhqiq və düzəliş: Mehdi Lacavərdi, Tehran, Cahan nəşri, 1-ci çap, h.q 1378
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Qum, Davəri, h.ş 1385
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğəyb, Beyrut, h.q 1420
  • Feyz Kaşani, Molla Möhsin, Təfsirus-Safi, Təhqiq: Hüseyn Ələmi, Əs-Sədr nəşri, Tehran, 2-ci çap, h.q 1415
  • Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li əhkamil-Quran, Tehran, Nasir Xosrov, h.ş 1364
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Mühəqqiq və düzəliş: Musəvi Cəzairi, Darul-kitab, Qum, 3-cü çap, h.q 1404
  • Kaşani, Molla Fəthullah, Təfsiru Mənhəcus-sadiqin, Tehran, h.ş 1336
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Darul-kutubil-İslamiyyə, h.ş 1374
  • Məqatil, İbn Süleyman, Təfsiru Məqatil ibn Süleyman, Beyrut, h.q 1423
  • Müqəddəsi, Muthir ibn Tahir, Əl-Bəda vət-tarix

Xarici keçid