Əbdi-Saleh

wikishia saytından

Əbdi-salih (Ərəbcə: العبد الصالح) sözünün mənası Əməlisaleh bəndə deməkdir. Əbdi-Salih sözü Quranda işlənən ifadələrdəndir ki, bəzi insanlar barəsində istifadə olunmuşdur. İmam Kazim (ə) çox ibadət etdiyinə görə şiə və sünni mənbələrində “Əbdi-saleh” ləqəbi ilə tanınmışdır.

Bu söz Quranda cəm şəklində işlənmişdir (عِبَادِكَ الصَّالِحِينَ - Sənin saleh bəndələrin).[1] Quranda həzrət NuhLut (ə) iki saleh bəndə olaraq xatırlanır.[2] Bir hədisdə Zülqərneyn də “Əbdi-saleh” ləqəbi ilə qeyd edilib.[3]

Şiəsünni mənbələrinə əsasən, İmam Kazimə(ə) çox ibadət etdiyinə görə “Əbdi-saleh” ləqəbi verilmişdir.[4] İmam Kazimdən (ə) nəql edilən bəzi hədislərin sənədində onun adı “Əbdi-saleh” kimi keçib.[5]

Həzrət Abbasın (ə) İmam Sadiqdən (ə) nəql edilən ziyarətnaməsində həzrət Abbas (ə) “əbdi-saleh” olaraq xatırlanır.[6]Müslim ibn Əqilin[7]Hani ibn Ürvənin[8] ziyarətnaməsində də o iki şəxsə “əbdi-saleh” olaraq salam verilir. Eləcə də namazda Allahın saleh bəndələrinə salam göndərilir.[9]

İstinadlar

  1. Nəml surəsi, ayə 19
  2. Təhrim surəsi, ayə 10
  3. Məclisi, Biharul-ənvar, h.q 1403, c.12, s.199; Əyyaşi, Təfsir, h.q 1380, c.2, s.343
  4. Bəğdadi, Tarixu Bəğdad, h.q 1417, c.13, s.29; Yaqubi, Tarixul-Yaqubi, Daru Sadir, c.2, s.414
  5. Nümunə üçün: Kuleyni, Əl-kafi, h.q 1407, c.1, s.177, 539, c.3, s.59, 109, c.4, s.72, 412
  6. İbn Quləveyh, Kamiluz-ziyarat, h.ş 1356, s.257; Məclisi, Biharul-ənvar, h.q 1403, c.98, s.277
  7. İbn Məşhədi, Əl-məzarul-kəbir, h.ş 1419, s.178; Məclisi, Biharul-ənvar, h.q 1403, c.97, s.428
  8. İbn Məşhədi, Əl-məzarul-kəbir, h.ş1419, s.180; Məclisi, Biharul-ənvar, h.q 1403, c.97, s.428
  9. İmam Xomeyni və başqaları, Risale Tozihul-məsail (mərace), Dəftəre enteşarate İslami, c.1, s.598

Ədəbiyyat

  • İbn Qulaveyh, Cəfər ibn Muhəmməd, Kamuluz-ziyarat, Təshih: Əbdül-Hüseyn Əmini, Nəcəf, Darul-Murtəzəviyyə, h.ş 1356
  • İbn Məşhədi, Əl-məzarul-kəbir, Düzəliş: Cəvad Qəyyumi İsfahani, Qum, Dəftəre enteşarate İslami vapeste be Cameə Mudərrisine Hoze, h.q 1419
  • İmam Xomeyni, Ruhullah və sayer mərace, Risale Tozihul-məsail (mərace), Cəm edən: Muhəmməd Həsən Bəni
  • Haşim Xomeyni və Ehsan Usuli, Qum, Dəftəre enteşarate İslami
  • Bağdadi, Xətib, Tarixu Bəğdad, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1417
  • Əyyaşi, Muhəmməd ibn Məsud, Təfsirul-əyyaşi, Düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Tehran, h.q 1380
  • Kuleyni, Muhəməd ibn Yaqub, Əl-kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Muhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məclisi, Muhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Darul ehyait-terasil-ərəbi, h.q 1403
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-yaqubi, Beyrut, Daru Sadr