Həcərul-əsvəd rüknü

wikishia saytından
(Qara daşın rüknü səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Həcərul-əsvədin rüknü barəsindədir. Həcərul-əsvədin özü və ona istilam barəsində məlumat almaq üçün Həcərul-əsvədİstilami həcər məqalələrinə daxil olun.
Həcərul-əsvəd rüknü

Həcərul-əsvəd rüknü (ərəbcə: ركن الحجر الأسود), həcər rüknu və ya şərq rüknu, Kəbənin künclərindən biridir ki, qara daş orada yerləşir. Bu rükn şərq və Zəmzəm quyusu tərəfdə yerləşir. Hər təvaf da onun kənarından başlayır.

Təvaf zamanı Allahın Peyğəmbəri (s) Həcərul-əsvəd rüknünə və Yəmani rüknünə toxunar və öpərdi. Ona görə də fəqihlər Həcərul-əsvəd rüknünə toxunmağı, onu öpməyi, qucaqlamağı və onun yanında dua etməyi tövsiyə ediblər.

Axirəz-zamanla bağlı hədislərə əsasən, İmam Mehdinin (ə.f) zühur əlamətlərindən olan Nəfsi-Zəkiyyənin (İmam Mehdinin (ə.f) səhabələrindən birinin öldürülməsi) qətl edilməsi bu rüknun yanında baş verəcək və İmam Mehdinin (ə.f) zühurundan sonra şiələrin bir dəstəsi bu yerdə o Həzrətə beyət edəcək.

Məqam və əhəmiyyəti

Şərq rüknü, həcər rüknü və əsvəd rüknü kimi də tanınan Həcərul-əsvəd rüknü Kəbənin künclərindən biridir.[1] Strukturun rüknünü onun bünövrəsi və sütunu mənasında hesab edirlər.[2] Kəbənin içərisinin dörd küncündə dörd sütun evin damını dəstəklədiyi üçün Kəbənin hər küncünə [bir sütun daxildir] "rükn" deyilir.[3]

Həcərül-Əsvəd rüknü demək olar, şərq və Zəmzəm quyusu tərəfdə yerləşir ki, həcərül-Əsvəd orada qərar tutub.[4] Bu səbəbdən ona "həcərül-əsvəd rüknü" deyilir.[5] Hər bir təvafın əvvəli həcərül-əsvəd rüknünün qarşısından başlayır, sonu da bu rükün qarşısında bitir.[6]

Fəzilət və qaydaları

İmam Baqirdən (ə) nəql olunan rəvayətə görə, Allahın Peyğəmbəri (s)İmam Səccad (ə) həcərül-əsvəd rüknü və Yəmani rüknünə toxunar, sonra onları öpər və üzlərini ona qoyardılar.[7] Bu hədislərə əsasən istilam (əllə toxunmaq), iltizam (qucaqlamaq) və həcər rüknünü öpmək,[8] həmçinin onun yanında salavat zikr etmək,[9] dua, münacattövbə etmək kimi əməllər tövsiyə edilmişdir.[10]

Təbərrük etməyin caizliyi

Vəhhabi alimləri müqəddəs əşyalara toxunmağı və onları öpməyi şirk hesab etsələr də,[11] rüknə əl çəkməyi və qara daşı öpməyi qəbul edirlər.[12] Həcər rüknünə əl çəkmək, müqəddəs əşyalara təbərrük etmək və onları öpməyin caiz olmasını sübuta yetirmək üçün istinad edilən məsələlərdən biridir.[13]

Zühur zamanı hadisələrin baş verdiyi yer

Hədis mənbələrində İmam Mehdinin (ə.f) zühuru zamanı qara daş rüknünün yanında baş verəcək hadisələr belə qeyd olunur:

İstinadlar

  1. Haşimi Şahrudi, Fərhənge fiqh, h.q 1426, c.1, s.359 və 360
  2. Müstəfəvi, Ət-Təhqiq, h.q 1460, c.4, s.234
  3. Sadiqi, Həcc əz miyqat ta miyad, h.ş 1385, s.104
  4. Meşkini, Mustələhatul-fiqh, h.ş 1377, s.275
  5. Furqani, Sərzəmine yadha və neşanha, h.ş 1379, s.59
  6. Meşkini, Mustələhatul-fiqh, h.ş 1377, s.275
  7. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.408, hədis 8
  8. Haşimi Şahrudi, Fərhənge fiqh, h.q 1426, c.1, s.359
  9. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.403, hədis 1
  10. İmam Rzaya (ə) nisbət verilən, Fiqhur-Rza (ə), h.q 1406, s.231
  11. İbn Cəvzi, İğasətul-ləhfan, c.1, s.194
  12. İbn Teymiyyə, Ər-Rəddu ələl-əxnai Qazi Əl-Malikiyyə, h.q 1423, c.1, s.124
  13. Eyni, Umdətul-qari, c.9, s.241
  14. Şeyx Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.331
  15. Şeyx Mufid, Əl-İrşad, Qum, h.q 1413, c.2, s.379
  16. Şeyx Tusi, Əl-Ğeybə, Qum, h.q 1411, s.453

Ədəbiyyat

  • İbn Teymiyyə, Ər-Rəddu ələl-əxnai Qazi Əl-Malikiyyə, Beyrut, h.q 1423
  • İbn Cəvzi, İğasətul-ləhfan, Təhqiq: Məhəmməd Hamid, Riyaz, Məktəbətul-arif
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Tehran, İslamiyyə, 2-ci çap, h.q 1395
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Qum, 1-ci çap, h.q 1411
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, 1-xi çap, h.q 1413
  • Sadiqi, Əhməd, Həcc əz miyqat ta miyad, Tehran, 2-ci çap, h.ş 1385
  • Eyni, Mahmud ibn Əhməd, Umdətul-qari, Beyrut
  • Furqani, Sərzəmine yadha və neşanha, Tehran, Məşər çapı, h.ş 1379
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 4- cü çap, h.q 1407
  • Meşkini, Mirza Əli, Mustələhatul-fiqh, Qum, Əl-Hadi nəşri, h.ş 1377
  • Müstəfəvi, Həsən, Ət-Təhqiq, Tehran, h.q 1460
  • İmam Rzaya (ə) nisbət verilən, Fiqhur-Rza (ə), Məşhəd, Alul-beyt (ə) müəssisəsi, h.q 1406
  • Haşimi Şahrudi, Seyyid Mahmud, Fərhənge fiqh, Qum, h.q 1426