Həcərul-əsvəd

wikishia saytından
Bu məqalə Həcərül-əsvəd barəsindədir. İstilami həcərHəcərul-əsvəd rüknü haqda məlumat almaq üçün adı keçən məqalələrə daxil olun.
Kiçik şəkil yaratma xətası:
Həcərül-əsvədin Kəbədəki yeri

Həcərül-əsvəd (ərəbcə: الحجر الأسود) Kəbənin divarına qoyulmuş qara daşdır. Bu daş yer üzündə tikilmiş ilk ibadətgahdan qalan yeganə parçadır. İmam Baqirdən (ə) nəql edilən rəvayətə görə, Həcərül-əsvəd yer üzündəki üç Cənnət daşından biridir.

İslam peyğəmbəri (s) Qara daşa toxunmağı tövsiyə edib və müsəlman fəqihləri bunu müstəhəb hesab ediblər. Kəbənin təvafı bu daşın qarşısından başlayır və burada da bitir. Hər bir vacib və müstəhəb təvafda bu daşa sağ əllə toxunub onu öpmək, mümkün olmadıqda isə əli ilə işarə edib onunla əhdi təzələmək tövsiyə olunur.

Bəzi şiə alimlərinin fikrincə, Məhəmməd ibn Hənəfiyyə ilə İmam Səccad (ə) arasında imamlıq mübahisəsi düşəndə İmam (ə) Həcərül-əsvədi hakim təyin etdi və daş İmam Səccadın (ə) imamətinə şahidlik etdi. Tarix boyu Qara daşa dəfələrlə hücum edilib və bir çox insanlar onu dağıtmağa və ya oğurlamağa çalışıb, bəzən buna nail də olublar.

Təqdimatı və məqamı

İmam Sadiq (ə): “Allah Qara daşı yaratdı və sonra bəndələrdən əhd aldı. Sonra daşa dedi: “Bu əhdi içində saxla”. Möminlər (daşa toxunmaqla) əhdə sadiq olduqlarını bildirirlər”.[1]

Həcərül-əsvəd Kəbənin şərq sütununda[2] divara vurulan qara daşdır.[3] Bu daş müsəlmanlar arasında böyük mənəvi dəyərə malikdir.[4] Kəbənin şərq sütununa Qara daş orada olduğu üçün Həcərül-əsvəd sütunu da deyirlər.[5]

Bu daş Məscidül-haramın yerindən bir metr yarım hündürdür. Daş gümüş qutuya qoyulub. Bu gün bu daşdan yalnız səkkiz kiçik parça qalıb ki, onların ən böyüyü bir xurma ölçüsündədir.[6]

İmam Baqirdən (ə) gələn rəvayətə görə, yer üzündə Cənnətdən üç daş vardır ki, onlardan biri Həcərül-əsvəddir.[7]

Quranda Qara daşdan bəhs edilmir. Buna baxmayaraq, “Ali-İmran” surəsində Allahın evinin “aydın nişanələr”i olduğu bildirilir[8] və bu ayənin təfsirində Qara daşı Kəbənin aydın nişanələrinin nümunələrindən biri hesab edirlər.[9]

İkinci xəlifə Qara daşı insanlara heç bir faydası və zərəri olmayan daş hesab edirdi. Qara daşı sevməyi ancaq Peyğəmbərin (s) sevdiyi üçün lazım bilirdi. İmam Əli (ə) xəlifə ilə razılaşmadı və dedi ki, Allah bu daşı Qiyamət günü bir dili və iki dodağı olduğu halda dirildəcək və o, əhd-peymanına sadiq olanlara şəhadət verəcək. Bu daş insanların Allaha beyət etdiyi sağ əlini təmsil edir.[10]

Peyğəmbər (s) Ümrətül-qəza zamanı dəvəyə minərək üzərində Kəbəni təvaf etdi[11] və əsa ilə Qara daşa toxundu.[12]

Fəziləti

Əli Şəriəti: “Öncə Qara daşa toxunmalısınız. Sağ əlinizlə ... Bu, daş əlin simvoludur, sağ əlin, Allahın sağ əlinin! İndi isə, ... Allah sağ əlini sənə uzadıb, sağ əlini gətir, onun beyətində ol, onunla əhd bağla, əvvəlki bütün əhd-peymanlarını ləğv et”.[13]


İslam peyğəmbəri (s) Qara daşa toxunmağı tövsiyə edib və bu daşı insanların ona toxunması üçün Allahın sağ əli hesab edib.[14] Şiə alimlərindən Ayətullah Cavadi Amuli (h. q. 1312) Qara daşa toxunmağı müsəlmanların Allaha beyət etməsi kimi dəyərləndirir.[15] Bəziləri Peyğəmbərin (s) sözlərini belə qəbul ediblər ki, insan Qara daşla səadətə nail ola bilər.[16] Həmçinin, bir rəvayətdə deyilir ki, İmam Zaman (ə) zühur edəndən sonra Qara daşa söykənəcək və insanlar ona beyət edəcəklər.[17]

“Təfsiri-nümunə”də bu daşın fəziləti ilə bağlı danışarkən onun bir ibadət ocağında tikinti materialı kimi istifadə edilən ən qədim əşya olduğu bildirilir. Çünki yer üzündəki bütün məbədlər, hətta Kəbə də dəfələrlə yenidən tikilib, materialları dəyişdirilib. Yalnız bu, min illər sonra bu məbədin daimi hissəsi kimi qalmış yeganə daş parçasıdır.[18]

Şiə mənbələrində duaların Qara daşın yanında oxunması tövsiyə olunur.[19] Kəbənin təvafı bu daşdan başlayır və bu daşla da bitir.[20] Hər bir vacib və müstəhəb təvafda bu daşa sağ əllə toxunub onu öpmək, mümkün olmadıqda isə əli ilə işarə edib onunla əhdi təzələmək tövsiyə olunur.[21]

Tarixi qaynaqlara görə, Qara daşa tarix boyu, hətta ona böyük ehtiram bəslənilən Cahiliyyət dövründə də heç vaxt sitayiş edilməyib və büt sayılmayıb. Əksinə, o, həmişə xalis tövhidin və sirki inkarın əlaməti olub.[22]

İstilami-həcər

Əsas məqalə: İstilami Həcər

İstilami-həcər Qara daşa toxunmaq və təbərrük niyyəti ilə onu öpmək deməkdir.[23] Hədislərdə Qara daşa toxunub öpmək tövsiyə olunur.[24] Şiə və sünni fəqihləri Qara daşa toxunmağı müstəhəb hesab edirlər.[25]

Əllamə Təbatəbainin “Təfsirül-mizan”da yazdığına görə, Qara daşa toxunmaq və onu öpmək hökmü göstərir ki, mütləq şəkildə ilahi nişanələri, Peyğəmbərə (s) ehtiramı, onu və Əhli-beytini (ə) sevməyi tövsiyə edən və s. bu qəbildən olan bütün rəvayət və ayələr düzgün tövsiyələrdir. Onun fikrincə, bütün bunlarda heç bir irad yoxdur və onlara şirk damğası vurmaq olmaz.[26]

Mənşəyi və rəngi

Qara daş parçalarının təsviri

Həcərül-əsvəd Cənnət daşı hesab olunur.[27] Bəzi rəvayətlərə görə, Həcərül-əsvəd ilkin olaraq bütün mələklərdən qabaq ilahi əhdə sadiq olan mələklərdən biri olub və Allah onu bütün məxluqatın əmini edib.[28]

Bəzi rəvayətlərə görə, Adəm (ə) Kəbənin inşasında bu Cənnət daşından istifadə edib.[29] Həzrət İbrahim (ə) Kəbəni yenidən tikəndə bu daş Əbu Qübeys dağında idi və İbrahim onu Kəbənin üzərinə qoydu.[30]

Bəzi rəvayətlərə görə, bu daş əvvəllər çox ağ olub, lakin insanların günahları, günahkarların və münafiqlərin toxunuşu onu qara rəngə çevirib.[31] Onun həddindən artıq tutqun və qara olmasının Kəbənin müxtəlif dövrlərdə bir neçə dəfə yandırılması ilə bağlı olduğu da söylənilir.[32] Həmçinin, bəzi rəvayətlərdə onun qaralmasına səbəb kimi kafirlərin toxunması göstərilib.[33]

Müasir şiə təfsirçilərindən Məhəmməd Cavad Muğniyə (h. q. 1322) hesab edir ki, Qara daşın Cənnət daşı olması və onun əvvəlcə ağ, sonra isə qara olması bizim qəbul etməyə heç bir məsuliyyətimiz olmayan vahid xəbər və ya hekayəçilikdir.[34]

Tarixi hadisələr

İslam peyğəmbərinin (s) nübüvvətindən beş il əvvəl Kəbənin yenidən bərpa olunması zamanı hər qəbilə Qara daşı özü yerləşdirmək istəyirdi. Mübahisə daha da şiddətləndi və nəhayət, həzrət Məhəmmədin (s) təklifi ilə daş parçanın içinə qoyuldu və ətrafı Qüreyş başçılarına tapşırıldı. Onlar daşın qoyulacağı yerə çatanda Peyğəmbər (s) özü daşı götürüb yerinə qoydu.[35]

6-cı əsrdə yaşamış şiə alimi İbn Həmzə Tusi[36] və başqalarının [37]nəql etdiyinə görə, Məhəmməd ibn Hənəfiyyə imam olmaq üçün İmam Səccad (ə) ilə mübahisə etdi. İmam Səccad (ə) onunla danışdı, lakin o, qəbul etmədi. Sonda İmam Həcərül-əsvədi hakim təyin etdi. Allahın izni ilə Həcərül-əsvəd İmam Səccadın (ə) imamətinə şəhadət verdi.[38]

Həcərül-əsvəd tarix boyu dəfələrlə hücuma məruz qalıb və bir çox insanlar onu dağıtmağa və ya oğurlamağa çalışıbşlar.[39] Hicri-qəməri 317-ci ilin zilhiccə ayında Qərmətlilər Məkkəyə hücum etdilər. Kəbədən Qara Daşı çıxarıb paytaxtlarına apardılar. 339-cu ildə Qara daşı külli miqdarda pul qarşılığında Kəbəyə qaytardılar.[40]

İstinadlar

  1. Məclisi, Biharul-ənvar, h.q 1403, c.96, s.221
  2. Səfəri Furuşani, Məkkə dər bəstəre tarix, h.ş 1386, s.92
  3. Dəhxoda, حجر الاسود
  4. Hacı Mənuçöhri, "Həcərül-əsvəd", h.ş 1391, c.20, s.189
  5. Furqani, Sərzəmine yadha və neşanha, h.ş 1379, s.59
  6. حجر الأسود
  7. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.1, s.383
  8. Ali-İmran surəsi, ayə 97
  9. Feyz Kaşani, Təfsirus-Safi, h.q 1415, c.1, s.358
  10. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.13, s.320-321
  11. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.2, s.736
  12. Vaqidi, Əl-Məğazi, h.q 1409, c.2, s.735
  13. حج, shariati.com saytı
  14. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.2, s.424
  15. پیام آیت الله جوادی آملی به حجاج بیت الله الحرام, isna.ir saytı
  16. Rağib İsfahani, Əl-Müfrədat, h.q 1423, s.894
  17. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.185
  18. Məkarim Şirazi, Təfsiri-nümunə, h.ş 1374, c.3, s.10
  19. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.13, s.313
  20. حجر الاسود
  21. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.13, s.316
  22. Pərvazi Yəzdi, Həcərül-əsvəd, c.12, s.676
  23. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.1, s.482
  24. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.403
  25. Hacı Mənuçöhri, "Həcərül-əsvəd", h.ş 1391, c.20, s.189-190
  26. Təbatəbai, Əl-Mizan, h.ş 1374, c.10, s.296
  27. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.1, s.60
  28. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.185
  29. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.186
  30. Bəhrani, Əl-Burhan, h.q 1416, c.1, s.330
  31. Məclisi, Biharul-ənvar, h.q 1403, c.96, s.220
  32. Pərvazi Yəzdi, Həcərül-əsvəd, c.12, s.675
  33. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.62
  34. Muğniyə, Təfsirul-kaşif, h.q 1424, c.1, s.203-204
  35. İbn Kəsir, Əl-Bidayə, m. 1997, c.3, s.487
  36. İbn Həmzə Tusi, Əs-Saqib fil-mənaqib, h.q 1419, s.349
  37. İbn Əbdül-Vəhhab, Uyunul-mucizat, Qum, s.71
  38. Ravəndi, Əl-Xəraic vəl-cəraih, h.q 1409, c.1, s.258
  39. Sabri Başa, Musuətu miratil-hərəmeyniş-şərifeyn və cəzirətil-ərəb, m. 2004, c.2, s.841
  40. Dəftəri, Tarix əqaide İsmailiyyə, h.ş 1376, s.190-192

Ədəbiyyat

  • İbn Həmzə Tusi, Məhəmməd ibn Əli, Əs-Saqib fil-mənaqib, Qum, Ənsariyan nəşri, 3-cü çap, h.q 1419
  • İbn Əbdül-Vəhhab, Hüseyn ibn Əbdül-Vəhhab, Uyunul-mucizat, Qum, 1-ci çap
  • İbn Kəsir Dəməşqi, İsmail ibn Ömər, Əl-Bidayə, Darul-fikr, Beyrut, h.q 1407
  • Bəhrani, Seyyid Haşim, Əl-Burhan, Tehran, Bunyade besət, 1-ci çap, h.q 1416
  • Pərvazi Ravəndi, Nərges, Daneşnameye cəhane İslam, Tehran, h.ş 1387
  • Hacı Mənuçöhri, Fəramərz, Həcərül-əsvəd, Dairətul-məarife bozorqe İslami, h.ş 1391
  • Hürr Amili, Vəsailuş-şiə, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1409
  • Dəftəri Fərhad, Tarix və əqaide İsmailiyyə, Tehran, h.ş 1376
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Əl-Müfrədat, Beyrut, Darul-qələm, 1-ci çap, h.q 1412
  • Ravəndi, Qutbuddin, Əl-Xəraic vəl-cəraih, Qum, 1-ci çap, h.q 1409
  • Şeyx Səduq, İləluş-şəraye, Qum, 1-ci çap, h.ş 1385
  • Səbri Başa, Musuətu miratil-hərəmeyniş-şərifeyn və cəzirətil-ərəb, Qahirə, Darul-afaqil-ərəbiyyə, m. 2004
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, h.ş 1374
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Müqəddimə: Məhəmməd cavad Bəlaği, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Düzəliş: Haşim Rəsuli Məhəllati, Tehran, h.q 1380
  • Furqani, Məhəmməd, Sərzəmine yadha və neşaneha, Tehran, Məşər çapı, h.ş 1379
  • Feyz Kaşani, Molla Möhsin, Təfsirus-Safi, Tehran, Enteşaratus-sədr, 2-ci çap, h.q 1415
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, Darul-kitab, 3-cü çap, h.q 1404
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş və təhqiq: Əli Əkbər Ğəffari, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Muğniyə, Məhəmməd Cavad, Təfsirul-kaşif, Darul-kutubil-İslamiyyə, h.q 1424
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374
  • Vaqidi, Məhəmməd ibn Ömər, Əl-Məğazi, Beyrut, 3-cü çap, h.q 1409
  • Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, Qum, h.ş 1390
  • حج, shariati.com saytı
  • حجرالأسود, Dəhxoda
  • حجر الأسود, gph.gov.sa