Bəqinin dağıdılması

wikishia saytından
(Səkkiz Şəvval hadisəsi səhifəsindən yönləndirilmişdir)
Bəqinin dağıdılması
Hadisənin izahıBəqi türbələrinin və onun tarixi abidələrinin dağıdılması
Zaman8 Şəvval h.q 1344
MəkanMədinə-Bəqi qəbiristanlığı
SəbəbQəbirlərin üzərində məqbərələrin tikintisinə qarşı çıxmaq
HədəflərQəbirləri ziyarət etmək və təbərrük etməkdən çəkindirmək
SəbəbkarlarVəhhabilər
NəticələrƏsərlərin yazılması
Zərərlərİran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin korlanması
ReaksiyalarEtiraz aksiyalarının təşkili
ƏlaqəliYəvmul-hədm


Bu məqalə Bəqi qəbiristanlığının dağıdılması hadisəsindən bəhs edir. Bu hadisənin ildönümünündən məlumat əldə etmək üçün "Yəvmul-Hədm" məqaləsinə baxın.

Bəqinin qəbiristanlığının dağıdılması (ərəbcə:هدم قبور أئمة البقيع) hicri 1344-cü ildə Mədinənin mühasirəsindən sonra baş vermiş hadisəyə aiddir. Bəqi qəbiristanlığı və qəbirləri Mədinə müftisi və Səudiyyə qazisi Şeyx Abdullah Əl-Bəlihadın fətvası ilə dağıdıldı; O cümlədən dörd şiə imamının: İmam Həsən (ə), İmam Səccad (ə), İmam Baqir (ə)İmam Sadiqin (ə) qəbirləri də dağıdıldı. Vəhhabilər iki dəfə, əvvəlcə hicri 1220-ci ildə və sonra hicri 1344-cü ildə qəbirlər üzərində ziyarətgah tikilməsinin yekdilliklə qadağan olunması və onların dağıdılmasının zəruriliyi ilə bağlı Mədinə şəhərinin 15 müftisinin fətvasına əsaslanaraq Bəqidəki məqbərələri və abidələrini dağıdıblar. Bəqinin dağıdılması İran, İraq, Pakistan, keçmiş Sovet İttifaqı və s. kimi ölkələrdə bir çox insanların və alimlərin reaksiyasına səbəb oldu. Müsəlmanların müqəddəs yerlərinin dağıdılmasına cavab olaraq o dövrdəki İran hökuməti ümumxalq matəm günü elan etmiş və nəticədə yeni yaradılmış Səudiyyə Ərəbistanı ölkəsinin rəsmiyyətə tanınması üç il müddətinə təxirə salınmışdı.

Dağıntıdan sonra Bəqi qəbiristanlığı düz bir yerə çevrildi, lakin dörd şiə imamının qəbri daşlarla işarələnib. Şiə alimlərinin və İran hökumətinin Bəqi imamlarının məzarları üzərində məqbərə tikmək və həmçinin qəbirlərin ətrafında divar çəkmək cəhdləri Səudiyyə Ərəbistanı hökumətinin ilkin razılığına baxmayaraq, heç bir nəticə vermədi.

Şiə alimləri Bəqinin dağıdılmasına etiraz etməklə yanaşı, vəhhabilik prinsiplərini və müqəddəs yerlərin dağıdılmasını tənqid edən əsərlər yazmışlar; O cümlədən Seyyid Möhsin Əminin yazdığı "Kəşfül-İrtiab" kitabı və Məhəmməd Cavad Bəlağinin yazdığı Dəvətul-Hüda kitabını qeyd etmək olar. Bildirilib ki, vəhhabilər öz dini baxışlarına görə dini yerləri dağıdan ilk qrup olublar.

Bəqi qəbiristanlığının dəyəri və əhəmiyyəti

Bəqi, Cənnətul-Bəqi və ya Bəqiul-Ğərqəd (İslam Peyğəmbərinin (s) gəlişindən əvvəl Bəqinin adı[1]) Mədinədə mühüm müsəlman qəbiristanlığı idi.[2] İslam rəvayətlərinə görə bura, Həzrət Məhəmmədin (s) xüsusi diqqət mərkəzində olmuşdur.[3] Bəqi, dörd məsum imamın (ə), çoxlu səhabə və tabeinin dəfn yeridir.[4] Hicri 1220-ci ildə və nəhayət hicri 1344-cü ildə vəhhabilər tərəfindən dağıdılmadan əvvəl Bəqidə dəfn olunan imamların (ə) və başqalarının qəbirləri üzərində məqbərələr var idi.[5] Verilən məlumatlara əsasən, 1297-ci hicri ilində Bəqi qəbiristanlığında şiə imamlarının hərəmi, Beytül-Əhzan və bir neçə başqa məqbərə olub.[6] Bu tikililər ilk dağıntıdan və Mədinənin vəhhabilərdən geri alınmasından sonra osmanlı imperiyasının sultanı 2-ci Mahmudun əmri ilə hicri 1234-cü ildə tikilmişdir.[7]

Abbas Mirzənin (1168-1212) oğlu və Hisamus-Səltənə kimi tanınan Murad Mirzənin öz kitabında yazdığı kimi ən azı hicri 1297-ci ilə qədər Bəqi qəbiristanlığında İmam Həsən (ə), İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqin (ə) məqbərələrində mehrabdan əlavə yaşıl rəngli taxta zərih var idi. Həmçinin Həzrət Zəhraya (s) nisbət verilən Beytul-Əhzan dörd şiə imamının məqbərəsinin arxasında idi.[8] Qaşqaylar qəbiləsinin xəzinədarı Ayaz xan Qaşqayın hicri 1341-ci ildə, yəni Bəqi tamamilə məhv edilməzdən iki il əvvəl yazılmış səyahətnaməsində qeyd olunur ki, dörd şiə imamının qəbirlərinin üzərində bir məqbərə olub, lakin Onların hər birinin qəbirləri məlum idi.[9] Ayaz Xan Qaşqay həmçinin Bəqidə Peyğəmbərin (s) oğlu İbrahiminAbdullah ibn Cəfər Təyyarın məzarlarının mövcudluğundan bəhs edilmişdir. Habelə Bəqi yaxınlığındakı xiyabanda o, Peyğəmbərin (s) bibisi Səfiyyə, Əbdül-Müttəlibin qızı Atikə , Həzrət Abbasın (ə) anası Ummul-BəninəBəni-Haşimin bir neçə digər üzvlərinə aid edilən məqbərələrini gördüyünü bildirib.[10]

Tamamilə dağıdıldıqdan sonra

Dağıldıqdan sonra Məsumların (ə) mübarək qəbrlərinin vəziyyəti

İran hökumətinin Ciddədəki nümayəndəsi Müzəffər Ələmin 21 dekabr 1330-cu ildə Həcc Daimi Komissiyasına ünvanladığı məktubda yazdığı kimi, Hicri 1344-cü ildə vəhhabilər tərəfindən dağıdılandan sonra[11] Bəqi, İmamlarının qəbirlərinin bütün binalarının dağıdıldığı və din böyüklərinin məzarları məlum olmayan bir qəbiristanlıq oldu.[12] Həmin məktubda o, dörd Şiə imamlarının məzarlarının ətrafında dəmir pəncərəli divar hörmək üçün Səudiyyə hökumətindən razılığın alınmasının vacibliyini vurğulayıb.[13]Bununla belə, Rəsul Cəfəriyan hesab edir ki, Tehran alimlərindən Fusule-Hairinin sahibi Şeyx Əbdür-Rəhim (hicri 1294-1367) Səudiyyə Ərəbistanı kralı Əbdül-Əziz ilə görüşməsi səbəb olub ki, Bəqinin dörd şiə imamının qəbirlərinin yerləşdiyi hissəsi, Bəqinin digər hissələri kimi, hamarlanmasın. Ən azı İmamların (ə) qəbirlərinin dəqiq yeri müəyyən olunmuş şəkildə qalsın.[14]

Bəqi və digər islami müqəddəs yerlərin dağıdılmasından sonra İran[15] və Əfqanıstan[16] hökumətləri, həmçinin Nəcəf,[17] Qum, Hindistan[18] və Pakistan[19] şiə alimlərinin Bəqinin qəbirləri üzərindəki türbələrini yenidən bərpa etmək səyləri oldu. Lakin bunların heç biri nəticə vermədi. Hətta Bəqidə dörd şiə imamının qəbri ətrafında divar çəkilməsi və onun üzərində çardaq yaradılması barədə yeni qurulan Səudiyyə hökumətinin ilkin razılığına baxmayaraq, heç bir nəticə vermədi.[20] Bəqi qəbiristanlığı Kral Fəhd ibn Əbdül-Əzizin dövründə yenidən quruldu və sonra hicri 1418-1419-cu illərdə Bəqi qəbiristanlığının içərisindəki yollar zəvvarların gediş-gəlişi üçün asfaltlandı.[21]

Müxtəlif məlumatlara görə, bu gün Səudiyyə Ərəbistanı hökumətində "Əmr bil-məruf və nəhy ənil-münkər" adlı idarəyə təyin olunmuş şəxslər Bəqi şəhərinin əsas girişi yaxınlığında yerləşərək zəvvarların qəbirlərə yaxınlaşıb onlardan təbərrük götürməsinə mane olurlar.[22] Hazırda, Bəqidəki şiə imamlarının qəbirləri üzərində, eləcə də İslamın əvvəlindəki böyüklərin məzarlarında daş parçalarından başqa heç bir əlamət yoxdur.[23] Bu gün Bəqinin vəziyyətinin tam dağıdıldıqdan sonrakı ilk illərlə müqayisədə daha uyğun olduğu bildirilir.[24]

Dağıtmağa səbəb olan hadisələr

Hicri 1220-ci ildə vəhhabilər bir il yarım mühasirədən sonra və Mədinədə quraqlığın başlaması nəticəsində şəhəri ələ keçirdilər.[25] Mövcud mənbələrə görə, Mədinənin təslim olmasından sonra Səud ibn Əbdül-Əziz, Peyğəmbərin (s) hərəminin xəzinəsində olan bütün mal-dövləti müsadirə etdi. Həmçinin Mədinənin bütün bina və günbəzlərinin, o cümlədən Bəqi qəbiristanlığının dağıdılmasını əmr etdi.[26] Buna görə də dörd şiə İmamının məqbərəsi, eləcə də Həzrət Fatiməyə (s) aid edilən və Beytül-Əhzan adlanan günbəz hicri 1220-ci ildə vəhhabilərin ilk hücumunda dağıdılmış və ya ciddi şəkildə zərər görmüşdür.[27] Bu hadisədən sonra Osmanlı hökuməti Mədinəni ələ keçirmək və vəhhabilərdən geri almaq üçün bir ordu göndərdi. Hicri 1227-ci ilin Zil-hiccə ayında Mədinə hökumətini geri aldı. Buna uyğun olaraq, 30-cu Osmanlı sultanı 2-ci Mahmud hicri 1234-cü ildə məqbərələrin yenidən tikilməsini əmr etdi.[28]

Hicri 1344-cü ilin Səfər ayında vəhhabilər növbəti dəfə Mədinəyə hücum etdilər.[29] Bu hücumda Peyğəmbərin (s) hərəminə və dini yerlərə ziyan dəydi.[30] Yeddi ay sonra hicri 1344-cü ilin Ramazan ayında 1343-cü ildən 1345-ci ilə qədər Məkkə qazisi olan[31] Şeyx Abdullah ibn Boleyhid (hicri 1284-1359) Mədinəyə daxil oldu və Mədinə müftilərindən sual etməklə qəbirləri dağıtmaq hökmünü aldı.[32] Hicri 1344-cü ilin şəvval ayının səkkizinci günü səudiyyəli qazi Şeyx Abdullah Boleyhidin Mədinə müftilərinin fətvasına əsaslanaraq verdiyi hökmlə Bəqi qəbiristanlığının bütün tarixi abidələri, o cümlədən Bəqi türbələri dağıdıldı.[33] Mədinənin 15 müftisi[34] qeyd olunan fətvada yekdilliklə qəbirin üzərində məqbərə tikilməsini qadağan etmiş və onun dağıdılması barədə hökm vermişlər.[35] Lakin vəhhabi inancının əksinə olaraq, sünni və şiələrin məşhur inancına görə, qəbirlərin üzərində məqbərə tikilməsi İslam inancı ilə ziddiyyət təşkil etmir. Həmçinin din böyüklərinin və möminlərin qəbirlərini ziyarət etmək müstəhəbb sayılır.[36]Əldə olan sənədlərə görə, məqbərələrin dağıdılmasından sonra Səudiyyə Ərəbistanı kralı Əbdüləziz 1344-cü hicri ilində şəvval ayının 12-də Abdullah ibn Boleyhidə ünvanladığı məktubda onun bu istiqamətdəki addımlarını tərifləmişdir.[37]

Reaksiyalar və nəticələr

Alimlərin reaksiyası və əsərlərin yazılması

Bəqinin, Məkkə və Mədinədə müsəlmanların digər müqəddəs yerlərinin dağıdılması, xüsusən də Bəqinin dağıdılması Seyyid Əbül-Həsən İsfahani, Nəcəf və Qum elmi hövzələrinin böyüklərindən Şeyx Əbdül-Kərim Hairinin reaksiyasına səbəb oldu. Həmçinin bu hadisə, elmi hövzələrin dərslərinin və bazarların tətil edilməsi ilə nəticələndi.[38] Şeyx Məhəmməd Xalisi və Seyyid Həsən Müdərris də Bəqi qəbiristanlığının dağıdılmasına reaksiya verdi və müqəddəs yerlərin qəbirlərini dağıtmaqda məsul olanlara qarşı qətiyyətli tədbir görülməsini tələb etdilər.[39] Ayətullah Qomi kimi tanınan Seyyid Hüseyn Təbatəbai Qomi də Bəqi məqbərələrinin dağıdılmasından sonra illər boyu Bəqidə imamların məzarlarını yenidən bərpa etməyə çalışan şiə mərcəyi-təqlidlərindən idi. İran Xarici İşlər Nazirliyi isə onun xahişini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanı hökuməti ilə danışıqlar apardı.[40]

Məhəmmədhüseyn Kaşiful-ğita, vəhhabilərin hakimi Abdullah ibn Boleyhidə ünvanladığı məktubda şiələrin tövhid etiqadının mərtəbələrini ifadə etməkdən əlavə, onu elmi müzakirəyə çağırmışdır. Həmçinin onun tərəfindən cavab verilməməsini dəlilinin zəifliyi kimi qiymətləndirmişdir.[41]

Seyyid Möhsün Əmin, müqəddəs islami yerlərin dağıdılmasından sonra Hicaza səfər etdi və vəhhabiliyi, onun tarixini və əməllərini şərh etmək üçün “Kəşful-İrtiyab” kitabını yazdı.[42] Sözügedən kitabda vəhhabi inanclarının ifadəsi və onların inanclarını təkzib edən materiallar da yer alır. Bu kitab "vəhhabilərin tənqidinin və araşdırılmasının tarixi" adı ilə Fars dilinə tərcümə edilmişdir.[43]

Məhəmməd Cavad Bəlaği özünün "Rəddul-fətva bihədmi quburil-Əimməti fil-Bəqi" adlı kitabında müqəddəs yerlərin dağıdılması barədə vəhhabi düşüncəsinin əsaslarını tənqid etmişdir.[44] O, başqa "Dəvətul-huda iləl-vərəi fil-əfali vəl-fətva" kitabında mübarək türbələrin dağıdılması haqqında olan fətvaya reaksiya vermişdir.[45] Həmçinin bir çox şairlər Bəqinin qəbirlərinin dağıdılması barədə narazılıqlarını şeirlə ifadə etmişlər.[46]

Məhəmməd Cavad Bəlaği "Ərrəddu ələl-vəhhabiyyə" kitabında İslam Peyğəmbərindən (s), İmam Əlidən (ə), İmam Sadiqdən (ə) və... olan hədislərə əsaslanaraq, eləcə də İslamın əvvəlindəki müsəlmanlar arasında ümumi ənənəyə əsaslanaraq, bu mövzuda vəhhabi inanclarını rədd etmişdir. Onların istinad etdikləri hədisləri məqsədlərinə uyğun olmayan hesab edirdi. Çünki Bəlağinin fikrincə, vəhhabilərin sitat gətirdikləri hədislərdə qəbirlərin üzərində məqbərə tikmək deyil, qəbirlərin üzərində divar kimi tikililər tikmək qadağandır.[47]

Deyilib ki, vəhhabilər dini fikirlərinə görə din böyüklərinin məqbərələrini dağıtan ilk qrupdur. Lakin bəzi hallarda vəhhabilərdən başqa insanlar da Bəqi ziyarətgahının xəzinəsində xəlifələri pisləyən kitabların olmasına əsaslanaraq bu qəbiristanlığın qəbirlərini dağıtmağa cəhd etdilər. Amma buna nail ola bilmədilər.[48]

Bir sıra şiə fəqihləri Bəqi məqbərələrinin yenidən qurulmasının zəruriliyi ilə bağlı fətvalar vermişlər;[49] O cümlədən, Məhəmməd Fazil Lənkərani, Nasir Məkarim ŞiraziLütfullah Safi Qolpayeqani Bəqidə imamların məqbərələrinin yenidən bərpası üçün göstərilən səyləri vacib və ya vacibi kifai (meyyit namazı kimi hamıya vacib olan, amma bir, yaxud bir neçə nəfər yerinə yetirdikdə hamının öhdəsindən götürülən əməl) hesab ediblər. Habelə Seyyid Əli Sistani bunu caiz bilmişdir.[50]

Xalq və dövlət tərəfindən atılan addımlar

Seyid Məhəmməd Behbəhaninin vasitəçiliyi ilə Əhməd Şah Qacara məktubu və vəhhabilərin Bəqidə imamların qəbirlərini dağıtmalarına etirazı

Bəqidəki qəbirlər dağıdılandan sonra keçmiş Sovet İttifaqının müxtəlif yerlərində yaşayan müsəlmanlar, eləcə də Türkiyə, Əfqanıstan, Çin və Monqolustan müsəlmanları Məkkə və Mədinədə müqəddəs yerlərin qorunub saxlanmasını tələb edən mesajlar göndərdilər.[51]

Hicri şəmsi təqvimi ilə 1304-cü il şəhrivər ayının 14-də (1925-ci il sentyabrın 5-də) İran hökuməti bir bəyanat yayaraq h.q 1344-cü il səfər ayının 16-sı şənbə gününü ümumxalq matəm elan etdi.[52] Beləliklə, Tehranda insanlar əza mərasimi keçirdilər.[53] Bəzi mənbələr vəhhabilərin Mədinənin müqəddəs yerlərinə hörmətsizlik etməsinə etiraz olaraq Tehranın hökumət qapısı ətrafına on minlərlə insanın toplaşdığı barədə məlumat veriblər.[54]

İran hökuməti başqa bir addım ataraq h.ş 1304-cü il isfənd ayının 11-də (1926-cı il mart ayının 1-də) zəvvarların təhlükəsizliyinin qayğısına qalaraq Hicaza səyahəti qadağan etdi.[55] İran hökumətinin 1305-ci il tir ayının 1-də (1984-ci il iyun ayının 22-də) verdiyi başqa bir rəsmi bəyanatda din böyüklərinin Bəqidəki mübarək məqbərələrinə hörmətsizlik edilməsini möminlərin narahatlıq səbəbi kimi qiymətləndirilmişdir. Həmçinin Səudiyyə hökumətinin müsəlman inanclarına hörmətsizliyin qarşısını almadığını xatırladaraq, İbn Səudun Hicaz Baş Məclisində iştirak etmək üçün etdiyi dəvəti rədd edildi.[56]

Beləliklə hökumət Səudiyyə Ərəbistanını rəsmiyyətə tanımadı.[57] Bununla belə h.ş 1307-ci ildə (1928-ci ildə) Səudiyyə Ərəbistanı hökuməti İslam ölkələrinə məktub göndərərək, o cümlədən İran hökuməti zəvvarlarının təhlükəsizliyini təmin etməyi öz üzərinə götürdü.[58] Bundan sonra 1308-ci ilin iyununda (1929-cu il may ayında) İran hökuməti ilə Səudiyyə Ərəbistanı arasında əlaqələr başladı.[59] Habelə nəticədə 4 ildən sonra Həcc ziyarətinə qoyulan rəsmi qadağa götürüldü.[60]

Əlaqəli məqalələr

İstinadlar

  1. Cəfərian, Asare İslami Məkke və Mədine, h. 1382, s.322
  2. Cəfərian, Asare İslami Məkke və Mədine, h. 1382, s.322
  3. Cəfərian, Asare İslami Məkke və Mədine, h. 1382, s.328
  4. Cəfərian, Asare İslami Məkke və Mədine, h. 1382, s.322
  5. Cəfərian, Asare İslami Məkke və Mədine, h. 1382, s.330
  6. Həssam Əs-Səltaneh, Dəlilul-Ənam, h.ş 1374, s.152
  7. Cəfərian, Pəncah səfərname Həcce Qacari, h.ş 1389, c.3, s.196
  8. Həssam Əs-Səltaneh, Dəlilul-Ənam, h.ş 1374, s.152
  9. Ayazxan Qaşqayi, Səfərnameye Hace Ayazxan Qaşqayi, h.ş 1389, s.455
  10. Ayazxan Qaşqayi, Səfərnameye Hace Ayazxan Qaşqayi, h.ş 1389, s.455
  11. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.41
  12. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.95-96
  13. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.95-96
  14. جعفریان، «چه شد که پس از تسلط وهابیان، صورت قبور ائمه بقیع سالم ماند؟», khabaronline.ir saytı
  15. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.95-158
  16. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.153-154
  17. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.63, 65, 133
  18. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.167-168
  19. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.156-158
  20. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.159; Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.95-158
  21. Cəfərian, Asare İslami Məkke və Mədine, h.ş 1382, s.332
  22. Cəfərian, Asare İslami Məkke və Mədine, h.ş 1382, s.135-137
  23. Cəfərian, Asare İslami Məkke və Mədine, h.ş 1382, s.333
  24. Cəfərian, Asare İslami Məkke və Mədine, h.ş 1382, s.332
  25. Cəbrəti, Əcaibul-asar, c.3, s.91
  26. Ğalib, Min əxbaril-hicaz vən-nəcd, h.q 1395, s.104, Hacəri, Əl-bəqi Qissətut-tədmir, h.q 1411, s.84; Cəbrəti, Əcaibul-asar, c.3, s.91
  27. Cəbrəti, Əcaibul-asar, c.3, s.91
  28. Cəfərian, Pəncah səfərname Həcce Qacari, h.ş 1389, c.3, s.196
  29. Hacəri, Əl-bəqi Qissətut-tədmir, h.q 1411, s.113-139; Əmini, Bəqiul-Ğərğəd, h.ş 1386, s.49
  30. Hacəri, Əl-bəqi Qissətut-tədmir, h.q 1411, s.113-139; Əmini, Bəqiul-Ğərğəd, h.ş 1386, s.49
  31. Zirikli, Əl-Əlam, m.2002, c.4, s.91
  32. Əl-Bəlaği, Ər-rəddu ələl-Vəhhabiyyə, h.q 1419, s.39-41
  33. Hacəri, Əl-bəqi Qissətut-tədmir, h.q 1411, s.113-139; Əmini, Bəqiul-Ğərğəd, h.ş 1386, s.49, Nəcmi, Tarixe Hərəme Əimme (ə), h.ş 1386, s.51
  34. Əl-Bəlaği, Ər-rəddu ələl-Vəhhabiyyə, h.q 1419, s.45
  35. Əl-Bəlaği, Ər-rəddu ələl-Vəhhabiyyə, h.q 1419, s.40
  36. Mədəni, Tarixul-Əmin, h.q 1418, s.431-450; Əmini, Bəqiul-Ğərqəd, h.ş 1386, s.12
  37. العساف، «عبدالله بن سلیمان البلیهد.. القاضی والمستشار فی زمن التأسیس». Al-riyadh saytı
  38. Əmini, bəqiul-ğərqəd, h.ş 1386, s.53; Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.49
  39. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.54
  40. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.148-151
  41. Moxtari, "Se sənəd əz Əllame Şeyx Muhəmməd Hüseyn Kaşiful-ğita", s.217
  42. Muhəmməd Əli, Mucəmul-muəlləfatil-İslamiyyə fir-rəddi ələl-firqətil-vəhhabiyyə, h.q 1430, s.375-376
  43. Muhəmməd Əli, Mucəmul-muəlləfatil-İslamiyyə fir-rəddi ələl-firqətil-vəhhabiyyə, h.q 1430, s.375-376
  44. Ər-Rifai, Mucəmu ma kətəbə fil-Həcc, h.q 1427, s.171
  45. Muhəmməd Əli, Mucəmul-muəlləfatil-İslamiyyə fir-rəddi ələl-firqətil-vəhhabiyyə, h.q 1430, s.480
  46. Mədəni, Ət-tarixul-Əmin, h.q 1418, s.366-368; Əmini, bəqiul-ğərqəd, h.ş 1386, s.335-341
  47. Əl-Bəlaği, Ər-rəddu ələl-vəhhabiyyə, h.q 1419, s.69-72
  48. Cəfərian, Səfəviyye dər ərseye din..., h.ş 1379, c.2, s.783 və 842
  49. Əmini, bəqiul-ğərqəd, h.ş 1386, s.55
  50. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.160
  51. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.55-56; Əmini, Bəqiul-ğərqəd, h.ş 1386, s.52-53
  52. Məkki, Mədrəse Qəhrəmane azadi, h.ş 1359, c.2, s.682; Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.49-50
  53. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.50
  54. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.50-51
  55. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.72
  56. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.73-75
  57. Mühəqqiq, İsnad rəvabete İran və Ərəbistane Səudi, h.ş 1379, s.61
  58. Bərresiye tarixi rəvabete İran və Ərəbistan dər movzue Həcc, s.18
  59. Qazi Əskər, Təxrib və bazsaziye Bəqi, h.ş 1386, s.77
  60. Bərresiye tarixi rəvabete İran və Ərəbistan dər movzue Həcc, s.17

Ədəbiyyat

  • Əmini, Muhəmməd Əmin, Bəqiul-ğərqəd, Tehran, Məşər, h.ş 1386
  • Ayazxan Qaşqayi, Səfərnameye Hace Ayazxan Qaşqayi be Məkke, Mədine vəətəbate aliyyat dər ruzeqare Əhməd şah Qacar, Rəsul Cəfərianın təlaşı sayəsində, Elm nəşri, h.ş 1389
  • Bərresiye tarixi rəvabete İran və Ərəbistan dər movzue Həcc, Miqat Həcc jurnalında, h.ş 1392
  • Əl-Bəlaği, Muhəmməd Cəvad, Ər-rəddu ələl-vəhhabiyyə, Təhqiq: Seyyid Muhəmməd Əli Həkim, Beyrut, Müəssisə: Əhlul-Beyt li-ihyait-teras, h.q 1419, m. 1998
  • Cəbərti, Əbdür-Rəhman, Əcaibul-asar, Beyrut
  • Cəfərian, Rəsul, Ba karevane səfa, Tehran, Nəşre elm, h.ş 1389
  • Cəfərian, Rəsul, «چه شد که پس از تسلط وهابیان، صورت قبور ائمه بقیع سالم ماند؟», Xəbər Onlayn saytı
  • Cəfərian, Rəsul, Səfəviyye dər ərseye din, Fərhəng və siyasət, Qum, Pejuheşkəde hoze və daneşqah, h.ş 1379
  • Həssam Əs-Səltəne, Dəlilul-Ənam, Fi səbili ziyarəti Beytillahil-Həram, Düzəliş: Rəsul Cəfərian, Tehran, Nəşre Məşər, h.q 1374
  • Ər-rifai, Əbdül-Cəbbar, Mucəmu ma kətəbə fil-Həcc, Tehran, Məşər, h.q 1427
  • Zirikli, Xeyrud-din, Əl-əlam, Beyrut, Darul-elmi lil-məlaiin, m. 2002
  • Əl-Əssaf, Mənsur, عبدالله بن سلیمان البلیهد.. القاضی والمستشار فی زمن التأسیس, Ər-Riyadh saytında
  • Qazi Əskər, Əli, Təxrib və bazsaziye Bəqi be rəvayəte isnade Tehran,
  • Moxtari, Riza, "Se sənəd əz Əllame Şeyx Muhəmməd Hüseyn Kaşiful-Ğita" Dər məcəlle ketabe şie, h.ş 1390
  • Mühəqqiq, Əli, İsnad rəvabete İran və Ərəbitane Səudi, (h.ş 1304-1357), Tehran, Mərkəze çap və enteşarate vezarate umure xarice, Tehran, h.ş 1379
  • Muhəmməd Əli, Abdullah, Mucəmu Muəlləfatil-İslamiyyə fir-rəddi ələl-firqətil-Vəhhabiyyət, h.q 1430-m.2009
  • Mədəni, Əbdül-Əziz, Ət-tarixul-Əmin li mədinəti Seyyidil-Mursəlin, Qum, h.q 1418
  • Nəcmi, Muhəmməd Sadiq, Tarixe hərəme Əimmeye Bəqi və asare digər dər Mədineye Munəvvər, Nəşre Məşər, Tehran, h.ş 1386
  • Ğalib, Muhəmməd Ədib, Min əxbaril-Hicaz vən-Nəcdi fi tarixil-Cəbərti, Riyaz, Darul-Yəmamə, h.q 1395
  • Macəri, Yusuf, Əl-bəqiu qissətut-tətmir, Beyrut, Muəssisətu Bəqiin li ihyait-teras, h.q 1411
  • Məkki, Hüseyn, Mədrəs, Qəhrəmane azadi, Tehran, Bonqahe tərcümə və nəşre ketab, h.ş 1359