İmam Hüseynin (ə) ziyarəti

wikishia saytından
(Seyyidüş-Şühədanın ziyarəti səhifəsindən yönləndirilmişdir)

İmam Hüseynin (ə) ziyarəti (ərəbcə: زيارة الإمام الحسين (ع)) o həzrətin hərəminində İmama salam vermək və İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaqdır.

İmam Hüseynin (ə) ziyarəti şiələr arasında ən fəzilətli əməllərdən sayılır. Şiənin rəvayət kitablarında bu iş üçün çoxlu fəzilət və savablar qeyd olunub. O cümlədən, İmam Hüseynin (ə) zəvvarları ilə Allahın fəxr etməsi, Peyğəmbərin (s) və imamların onlar üçün etdiyi dualar. İmam Hüseyni (ə) uzaqdan da ziyarət etmək olar. Ona salam vermək və orada olmayanlar üçün ziyarətnamə oxumaq da müstəhəbdir və yaxından ziyarət etməyin savabı da vardır.

Şeyx Hürr Amuli bəzi rəvayətlərə istinad edərək, İmam Hüseyni (ə) ziyarət etməyi kifayi vacib hesab etmişdir.

Hədislərdə İmam Hüseyni (ə) ziyarət etmək üçün bir çox ədəb və qaydalar da qeyd edilmişdir. İmam Hüseyni (ə) tanımaq, qüsl vermək, təmiz paltar geyinmək, hərəmə daxil olmaq üçün Allahdan icazə istəmək, ziyarətnamə oxumaq bu ədəb və qaydalardandır. Piyada ziyarət etmək İmam Hüseyni (ə) ziyarət etməyin ədəblərindəndir ki, Şiə rəvayətlərində ona təkid edilmişdir. Şeyx Mürtəza Ənsari və Şeyx Cəfər Kaşiful-Qita kimi alimlər İmam Hüseynin (ə) Ərbəinində onun həyata keçirilməsinə sadiq qalıblar. Bu gün Ərbəin yürüşü Şiələrin ən mühüm ayinlərindən biridir və milyonlarla insan bu mərasimdə iştirak edir.

Şiə hədis mənbələrində İmam Hüseyni (ə) ziyarət etmək üçün Varis ziyarəti, Nahiyeyi-Müqəddəsə ziyarətiAşura ziyarəti kimi ziyarətlər qeyd edilmişdir. İmam Hüseyni (ə) ziyarət etmək Ərəfə, Aşura, Nimeyi-Şəban və Rəcəb ayının günlərində daha çox tövsiyə olunur.

Tarixi mənbələrə görə, İmam Hüseynin (ə) ziyarətinə ilk gedən şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Harun və Mütəvəkkil də daxil olmaqla bəzi Abbasi xəlifələri İmam Hüseyni (ə) ziyarət etməyə mane olmağa çalışdılar. Əksinə, Ali-Buyə, Səfəviyyə və Qacarlar dövründə İmam Hüseynin (ə) hərəminin genişləndirilməsi və bərpası üçün addımlar atıldı.

Əhəmiyyəti

İmam Hüseynin (ə) ziyarəti, o həzrətin (ə) hərəmində[1] iştirak etmək, salam vermək, Ziyarətnamə oxumaq kimi əməlləri yerinə yetirməkdir.[2] Əlbəttə, bəzən o həzrətin ziyarətnaməsini uzaqdan da oxuyurlar.

Peyğəmbər (s)[3]şiə imamlarının[4] çoxsaylı rəvayətlərinə əsasən, ən üstün və fəzilətli əməllərdən biri Kərbəlada İmam Hüseynin (ə) məqbərəsini ziyarət etməkdir.

Hədislərdə qeyd olunan İmam Hüseyni (ə) ziyarət etməyin fəzilətlərindən bəziləri bunlardır: Ərşdə Allahı ziyarət etməyin savabına bərabər, Allahın İmam Hüseynin (ə) zəvvarları ilə fəxr etməsi, Peyğəmbərə (s), İmam Əliyə (ə)Həzrət Fatiməyə (ə) yaxın olmaq, Peyğəmbərin (s) və imamların (ə) zəvvar üçün etdiyi xeyirli dua, xeyirli aqibətə sahib olmaq, ruzinin çoxalması və zəvvarın ömrünün uzun olması.[5]

Bəzi hədis kitablarında İmam Hüseyni (ə) ziyarət etməyin vacibliyi adlı ünvanlar vardır. Onlardan biri Şeyx Müfidin yazdığı "Əl-Məzar" kitabıdır.[6]

Şeyx Hürr Amuli də "Vəsailuş-Şiə" kitabında İmam Hüseyni (ə) ziyarət etməyin kifayi vacib olması barəsində bir sıra rəvayətləri qeyd etmişdir.[7]

Tarixi

Şiələrin rəvayət mənbələrində İslamdan əvvəlki dövrlərdən İmam Hüseynin (ə) şəhadət məkanına hörmətlə yanaşılması barədə xəbərlər vardır.[8] Rəvayətə görə, İmam Əli (ə) "Siffeyn" döyüşündən qayıdarkən Kərbəlada Aşura hadisəsini xatırlayır və ağlayır.[9] Tarixi məlumatlara görə, İmam Hüseynin (ə) şəhadətindən sonra Kərbəlaya gedən ilk şəxs Cabir ibn Abdullah Ənsari olub. O, Ətiyyə Ovfi ilə birlikdə İmamın (ə) şəhadətinin Ərbəinində (40-cı günündə) Mədinədən Kərbəlaya getmişdir.[10]

Seyyid ibn Tavus "Luhuf" kitabında qeyd edir ki, Həzrət Zeynəb (s) və digər Kərbəla əsirləri də həmin gün Kərbəlaya çatdılar.[11] Bəziləri də Ubeydullah ibn Hürr Cofini ilk zəvvar hesab edirlər.[12]

Əməvilər dövründə, onların çətinliklər yaratmalarına baxmayaraq, insanlar İmam Hüseynin (ə) ziyarətinə gedirdilər.[13] Ərəb dilli şair Uqbə ibn Əmr Səhmi birinci qəməri əsrinin sonlarında ziyarət üçün Kərbəlaya daxil olur və İmam Hüseynin (ə) əzadarlığı barədə mərsiyə oxuyur.[14] Əməvilərin çətinliklər yaratmalarına baxmayaraq, İmam Hüseynin (ə) hərəmi dağıdılmadı. Lakin Harun və Mütəvəkkil də daxil olmaqla bəzi Abbasi xəlifələri İmam Hüseynin (ə) hərəmini dağıtmaq üçün tədbirlər gördülər. O cümlədən, qəbrin izlərini silmək və insanların ziyarətgahı ziyarət etməsinə mane olmaq üçün torpağı şumlamağı və qəbrin üzərinə suy buraxılmasını əmr etdi.[15] Bunun əksinə, Ali-Buyə, Cəlairian, Səfəvi və Qacar, hakimiyyətləri dövründə İmam Hüseynin (ə) ziyarətgahının genişləndirilməsi, yenidən qurulması və bəzədilməsi üçün əsaslı və geniş tədbirlər görüldü.[16]

İbn Bəttutə (703-779 h.q.) İmam Hüseynin (ə) hərəmini ziyarət etmək və ziyarətgahın bir küncündə zəvvarlara yemək verməkdən, ziyarətgaha daxil olan zəvvarların ədəb və qaydalarından və onların hərəmə ehtiram göstərməsindən danışıb.[17] İbn Səbbağ (hicri 855-ci ildə vəfat edib) da 9-cu qəməri əsrində insanların geniş şəkildə ziyarət etmələri haqqında məlumat vermişdir.[18]

Ziyarətin ədəb və qaydaları

Hədislərdə İmam Hüseynin (ə) ziyarətinin necəliyinə dair tövsiyələr verilib. Bu rəvayətlərə əsasən, İmam Hüseynin (ə) haqqını tanımaq, ixlas, hüzuri-qəlb, qəm-qüssə, ziyarətin batini ədəb və qaydalarındandır. Həmçinin ziyarət qüslu,[19] ən təmiz paltar geyinmək,[20] xoş qoxulardan və zinət əşyalarından istifadə etməmək,[21] sükut etmək,[22] də ziyarətin ədəb və qaydalarındandır. Habelə "Kamiluz- Ziyarat" kitabında müxtəlif yeməklər, şirniyyatlar və halvalar kimi qidaları İmam Hüseynin (ə) ziyarətində özü ilə aparmağın məkruh sayılması adlı fəsil var. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətə görə, İmam Hüseynin (ə) ziyarətinə müxtəlif və gözəl yeməklərlə getməməliyik, o həzrətin hüzuruna dağınıq və tozlu halda getməliyik.[23] Hərəmə daxil olmaq üçün Allahdan, Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) icazə istəmək,[24] həmçinin "Camieyi-Kəbirə" ziyarəti kimi ziyarətnamələri oxumaq onların zahiri ədəb və qaydalarındandır.[25]

"Kamiluz- Ziyarat" kitabından nəql olunan rəvayətə görə, İmam Sadiq (ə) İmam Hüseynin (ə) başının yanında iki rükət namaz qılmağı tövsiyə etmişdir. Bu namazın birinci rükətində "Həmd""Yasin" surələri, ikinci rükətində isə "Həmd" və "Ər-Rəhman" surələri oxunur.[26]

Ziyarətin xüsusi vaxtları

Şiə rəvayətlərində Ərəfə günü[27] Aşura günü,[28] Şəban ayının 15-də (Nimeyi-Şəban),[29] Rəcəb günləri,[30] Fitr bayramı gecəsi və gündüzü[31]Ərbəin ziyarətində[32] İmam Hüseyni (ə) ziyarət etmək daha çox tövsiyə olunmuşdur.

Ziyarətnamələr

Şiə hədis mənbələrində İmam Hüseynin (ə) ziyarəti üçün çoxlu ziyarətnamələr qeyd edilmişdir.[33] Həmçinin hədis mənbələrində İmam Hüseyn (ə) və onun səhabələrinin ziyarəti ilə bağlı ziyarətnamələr vardır.[34]

Varis ziyarəti,[35] Nahiyeyi-müqəddəsə ziyarəti,[36] Aşura ziyarəti,[37] Rəcəbiyyə ziyarəti,[38] Nimeyi-Şəban, Fitr bayramı, Qurban bayramı[39]qədr gecələrinin ziyarəti bu ziyarətnamələrdəndir.

Piyada ziyarət etmək

Yay ayında piyada Ərbəin yürüşü

İmam Hüseyni (ə) piyada ziyarət etmək haqqında Əhli-beytdən (ə) müxtəlif rəvayətlər nəql edilmişdir.[40]

Şiə rəvayətləri İmam Hüseynin (ə) ziyarətinə piyada getməyin savabını günahların bağışlanması hesab etmişdir: İmam Sadiqdən (ə) rəvayət olunur ki, İmamı (ə) ziyarət etmək niyyəti ilə evindən çıxan şəxsin hər addımına həsənə (yaxşı iş) yazılır.[41] Şeyx Tusi "Təhzibul-Əhkam" kitabında qeyd etmişdir ki, imamın piyada ziyarətə hetmiş zəvvarı qayıtdıqda bir mələk Allahın dilindən ona deyər: "Öz əməlini yenidən başla ki, keçmiş günahların bağışlandı".[42]

Bu gün Ərbəin yürüşü hər il İmam Hüseynin (ə) Ərbəin günlərində həyata keçirilən şiə ayinlərindən biridir. Milyonlarla insanın iştirak etdiyi bu yürüş, dünyada illik keçirilən ən böyük dini yürüş və ya toplantı hesab olunur.[43]

Uzaqdan ziyarət etmək

İmam Hüseyni (ə) uzaqdan ziyarət etmək də tövsiyə olunub və müstəhəb sayılıb.[44] Bu növ ziyarətdə ziyarət qüslunu vermək, təmiz paltar geyinmək, həmçinin evin banı və ya səhra kimi yerlərdə ziyarət etmək tövsiyə olunur.[45] Həmçinin ziyarət namazını ondan əvvəl və ya sonra qılmaq olar.[46] İmam Sadiqə (ə) nisbət verilən rəvayətə görə, evində qüsl alan şəxs hündür bir yerə çıxıb, İmam Hüseynə (ə) salam versə, sanki o İmam ziyarət etmişdir.[47]

İstinadlar

  1. Dibaçeyi bər ziyarət, h.ş 1394, s.9-11; Kargər, Həqiqəte ziyarət, h.ş 1391, s.7
  2. Dibaçeyi bər ziyarət, h.ş 1394, s.9-11; Kargər, Həqiqəte ziyarət, h.ş 1391, s.7
  3. Cameu ziyaratil-Məsumin (ə), h.ş 1398, c.3, s.36-39
  4. Cameu ziyaratil-Məsumin (ə), h.ş 1398, c.3, s.39-49
  5. Nəcəfi Yəzdi, Əsrare Aşura, h.ş 1377, c.2, s.103-105
  6. Müfid, Əl-Məzar, h.q 1413, s.26, babe həddi vucubiha fiz-zəmani ələl-əğniya vəl-füqəra, 28
  7. Hürr Amuli, Təfsilu Vəsailiş-şiə, c.14, s.443-445
  8. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.4, s.243-244
  9. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.4, s.255-256
  10. Məhəmmədi Reyşəhri, Qozideye şəhadətnameye İmam Hüseyn (ə), h.ş 1390, s.839
  11. Seyyid ibn Tavus, Əl-Luhuf, h.q 1417, s.114
  12. Təbəri, Tarixu Təbəri, h.q 1967, c.4, s.270
  13. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1424, s.203-206, 242-245
  14. Əmin, Əyanuş-şiə, c.8, s.146; Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn (ə) bər paye Quran, Hədis və tarix, c.10, s.243; Əl-Hadi, "Əhəmiyyət və fəlsəfeye ziyarəte mərqəde Hüseyni, s.28-29
  15. Əbül-Fərəc İsfahani, Məqatult-Talibin, h.q 1419, s.478-479; Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.325-329
  16. Əbdül-Cavad, Tarixe Kərbəla və hayire Hüseyni, h.ş 1389, s.188
  17. İbn Bətutə, Rihlətu ibn Bətutə, c.1, s.168; Əl-Hadi, "Əhəmiyyət və fəlsəfeye ziyarəte mərqəde Hüseyni, s.28
  18. Əl-Hadi, "Əhəmiyyət və fəlsəfeye ziyarəte mərqəde Hüseyni, s.28
  19. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn (ə), h.q 1420, c.10, s.435
  20. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn (ə), h.q 1420, c.10, s.435
  21. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn (ə), h.q 1420, c.10, s.435
  22. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn (ə), h.q 1420, c.10, s.436
  23. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.ş 1356, c.1, s.130
  24. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn (ə), h.q 1420, c.10, s.436
  25. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn (ə), h.q 1420, c.10, s.437
  26. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn (ə), h.q 1420, c.11, s.169
  27. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1424, s.316
  28. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1424, s.323
  29. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1424, s.333
  30. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1424, s.338
  31. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1424, Məktəbus-Səduq, s.188
  32. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.98, s.329
  33. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn (ə), h.q 1420, c.11, s.257
  34. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn (ə), h.q 1420, c.11, s.281
  35. Mühəddisi, Fərhənge Aşura, h.ş 1374, s.213
  36. Mühəddisi, Fərhənge Aşura, h.ş 1374, s.210
  37. Mühəddisi, Fərhənge Aşura, h.ş 1374, s.207
  38. Mühəddisi, Fərhənge Aşura, h.ş 1374, s.206
  39. Şeyx Qumi, Ziyarəte İmam Hüseyn (ə) dər şəbhaye qədr, Nimeye Şaban, Eyde fitr və Qurban
  40. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1424, s.134; İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1424, s.187; İbn Qulaveyh, Kamiluz-ziyarat, 132
  41. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.ş 1356, c.1, s.133
  42. Şeyx Tusi, Təhzibul-əhkam, h.ş 1365, c.6, s.43
  43. گزارش روزنامه فرانسوی لوموند از مراسم اربعین در کربلا
  44. Fərhənge fiqh, h.ş 1389, c.4, s.329
  45. Fərhənge fiqh, h.ş 1389, c.4, s.329
  46. Fərhənge fiqh, h.ş 1389, c.4, s.329
  47. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1424, s. 482

Ədəbiyyat

  • İbn Quləveyh, Cəfər ibn Məhəmməd, Kamiluz-ziyarat, Təhqiq: Şeyx Cavad Qəyyumi, Qum, h.q 1424
  • Əbül-Fərəc İsfəhani, Əli ibn Hüseyn, Məqatilut-Talibin, Beyrut, h.q 1419\m.1998
  • Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Təhqiq: Həsən Əmin
  • Cameu ziyaratil-məsumin, İmam Hadi (ə) müəssisəsi, Qum, h.ş 1389
  • Hürr Amuli, Məhəmməd ibn Həsən, Təfsilu-vəsailiş-şiə, Qum, h.q 1416\h.ş1374
  • Seyyid ibn Tavus, Əl-Lühuf, Qum, Ənvarul-hüda, h.q 1417
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, h.q 1414
  • Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd ibn Numan, Əl-Məzar, Qum, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixu Təbəri, Beyrut, m.1968
  • Əllamə Məclisi, Məhəmməd Baqir ibn Məhəmməd Təqi, Biharul-ənvar, Beyrut, h.q 1403\m.1983
  • Fərhənge fiqh mutabiqe məzhəbe Əhli-beyt (ə), Qum, h.ş 1389
  • Kargər, Rəhim, Həqiqəte ziyarət, Astane Qodse Rəzəvi, h.ş 1391
  • Əbdül-Cavad, Tarixe Kərbəla və Haire Hüseyni, Tehran, h.ş 1389
  • Mühəddisi, Cavad, Fərhənge Aşura, Qum, h.ş 1374
  • Məhəmmədi Reyşəhri, Məhəmmədi, Daneşnameye İmam Hüseyn (ə) bər paye Quran, Tərcümə: Əbdül-Hadi Məsudi, c.10, Qum, h.q 1430\h.ş 1388
  • Məhəmmədi Reyşəhri, Məhəmmədi, Qozideye şəhadətname İmam hüseyn (ə), Qum, h.ş 1390
  • Nəcəfi Yəzdi, Seyyid Məhəmməd, israru Aşura, Qum, Dəftəre enteşarate İslami, h.ş 1377
  • Əl-Hadi, Cəfər, "Əhəmiyyəte və fəlsəfeye ziyarəte mərqəde Hüseyni", h.ş 1393

Xarici keçid