Həqqullah

wikishia saytından
(İlahi haqq səhifəsindən yönləndirilmişdir)

Həqqullah (ərəbcə: حق الله), Allahın bəndələri üzərindəki haqqıdır. Bunun əksi isə həqqunnasdır ki, insanların bir-birləri üzərindəki haqlarına işarə edir. İlahi hüquqlara əsasən, namaz, oruc kimi vəzifələr bəndələrə tapşırılmışdır və bu işləri yerinə yetirməsələr, tövbə etmək və qəzasını yerinə yetirmək vacib olur.

İslam dininin məhkəmə hökmlərində həqqullah və həqqunnas arasında bir sıra fərqlər var; o cümlədən, hakim, zina kimi həqqullah olan işlərin həddini (cəzasını) icra etməkdə cinayətkarı etiraf etməkdən çəkindirə bilər; amma oğurluq kimi həqqunnas məsələlərində bu, mümkün deyil. Onlar deyiblər: Həqqullah ilə həqqunnas arasında bir sıra fərqlərin olması ona görədir ki, İslam dinində həqqullah məsələlərində asan tutmağa və həqqunnasda isə diqqətli və ehtiyatlı olmağa tövsiyə olunur.

Tərifi

İslam dinində hüquqlar həqqullah və həqqunnas olaraq bölünür.[1] Allahın haqqı dedikdə, Allahın insan üzərindəki haqları nəzərdə tutulur ki, camaatın insanlar üzərindəki haqlarının qarşısındadır.[2] Əlbəttə, həqqullah bütün ilahi əmr və qadağalara şamil olur[3] və insanların haqlarını da əhatə edir;[4] amma bu termin insan haqlarının qarşısında işlədildikdə, yalnız camaatın haqqı olmayan və heç kəsin ləğv edə bilmədiyi hüquqlara işarə edir.[5]

Hüquq nöqteyi-nəzərindən asayişin pozulmasına, ictimai mənafelərə və ictimai hüquqlara xələl gətirən istənilən cinayətin cəzası həqqullah sayılır.[6]

Bəzi fəqihlər Allahın haqqını iki yerə bölüblər:

  1. Xalis olan həqqullah; məsələn, zinanın həddi, livatiçki içmək kimi.
  2. Mürəkkəb həqqullah; yəni həqqullahdan əlavə həqqunnas da sayılan hüquqlardır. Oğurluq etməyin həddi (cəzası) kimi.[7]

Namaz[8]Qəzf həddindən başqa bütün həddlər birinci kateqoriyadan,[9] Təzir[10] və Hədd Qəzf[11] kimi hökmlər ikinci kateqoriyadandır.

Əhəmiyyəti

Ayələrdərəvayətlərdə Allahın haqqına riayət etməyə təkid olunur. Əllamə Təbatəbainin dediyinə görə, "Müddəssir" surəsinin 42-dən 45-ə qədər olan ayələrdə namaz qılmamaq və fəqirə və yoxsula təam verməmək atəşə girməyə səbəb sayılır. Burada namaz qılmaq həqqullaha, fəqirə və yoxsula təam vermək isə həqqunnasa işarə edir.[12] O, həmçinin bütün ilahi haqqları dini öyrənmək və ona əməl etməkdə xülasələşdirmişdir.[13] İmam Səccadın (ə) hüquq risaləsi kimi tanınan rəvayətinə əsasən, həqqullah haqqların ən böyüyüdür.[14] Fiqhi mənbələrdə həqullahdan məhkəmə hökmləri bölməsində bəhs edilir.

Həqqunnas ilə fərqi

  • Həqqullah və Həqqunnas arasında bəzi fərqləri qeyd etmişlər ki, bunlardan bəziləri aşağıdakılardır:
  • Hakim qarşısında Allahın haqqını sübut etmək insanların haqqını sübut etməkdən daha çətindir; çünki həqqullah bir kişi və iki qadın şahidlə ya and da içən bir kişi şahidlə və ya təkcə qadınların şahidliyi ilə sübut olunmaz. Amma bu şahidlərlə bəzi həqqunnasları isbat etmək olar.[15]
  • Həqullahda hökmün icrası heç kimin tələbindən asılı deyil, amma həqqunnasda haqq sahibinin tələbinə ehtiyac var.[16]
  • Həqullahda, həqqunnasdan fərqli olaraq, hakim cinayətkarı etiraf etməkdən çəkindirə bilər.[17]
  • Həqullahda iştirak etməyən şəxs mühakimə olunmur və təqsirləndirilən şəxsin iştirakı zəruridir.[18]
  • Həqqullahda cinayətin törədildiyi şəxsin razılığı haqqın düşməsinə səbəb olmur; bir halda ki, həqqunnasın bəzi nümunələri bağışlana və ya əvəz oluna bilər.[19]
  • Həqqullahların bəziləri tövbə etmək ilə insanın boynundan düşər, lakin həqqunnaslar tövbə etmək ilə insanın boynundan düşməz.[20]
  • Həqqullah asan və yüngül tutmağa əsaslanır, lakin həqqunnas dəqiqlik və ehtiyata əsaslanır.[21] Deyilmişdir ki, bəzi fəqihlər məhkəmə hökmlərində həqqullah ilə həqqunnas arasındakı fərqlərin bundan qaynaqlandığını bildirirlər.[22]

Həqqullahın əvəzini çıxmaq

Allahın haqqı insanın Allah üçün yerinə yetirməli olduğu vəzifələri tələb edir.[23] Əgər həmin vəzifələri yerinə yetirmirsə, onların əvəzini çıxmalıdır. Bu hüquqlardan bəzilərinin əvəzini tövbə etmək ilə çıxa bilər.[24] Namazoruc kimi Allahın bəzi digər hüquqlarının əvəzini çıxmaqda tövbə etməkdən əlavə, onların qəzasını da yerinə yetirməlidir.[25]

Əlaqəli məqalələr

İstinadlar

  1. Baxın: İbn Şebə, Tuhəful-uqul, h.q 1404, s.255
  2. Baxın: Amili, Əl-İstəlahatul-fiqhiyyə, h.q 1413, s.71
  3. Baxın: Musəvi Ərdəbili, Fiqhul-qəza, h.q 1423, c.2, s.188
  4. Baxın: Şəhid Əvvəl, Əl-Qəvaidu vəl-fəvaid, h.q 1400, c.2, s.43; Musəvi Ərdəbili, Fiqhul-qəza, h.q 1423, c.2, s.188
  5. Şəhid Əvvəl, Əl-Qəvaidu vəl-fəvaid, h.q 1400, c.2, s.43; Musəvi Ərdəbili, Fiqhul-qəza, h.q 1423, c.2, s.188; Əbdür-Rəhman, Mucəmul-müstələhat, c.1, s.579
  6. Şiri, Suqute mucazat dər huquqe keyfəri İslam və İran, h.ş 1372, s.114
  7. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.8, s.163
  8. Şəhid Əvvəl, Əl-Qəvaidu vəl-fəvaid, h.q 1400, c.2, s.43
  9. Mühəqqiq Damad, Qəvaide fiqh, h.q 1406, c.4, s.209
  10. Mühəqqiq Damad, Qəvaide fiqh, h.q 1406, c.4, s.209
  11. Mühəqqiq Damad, Qəvaide fiqh, h.q 1406, c.3, s.160
  12. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.97
  13. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.444
  14. İbn Şebə, Tuhəful-uqul, h.q 1404, s.255
  15. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.7, s.248-249
  16. Müntəziri, Dirasətun fi vilayətil-fəqih, h.q 1409, c.2, s.201
  17. Mühəqqiq Damad, Qəvaide fiqh, h.q 1406, c.3, s.33
  18. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.8, s.163; Mühəqqiq Damad, Qəvaide fiqh, h.q 1406, c.3, s.51
  19. Nümunə üçün baxın: Şəhid Əvvəl, Əl-Qəvaidu vəl-fəvaid, h.q 1400, c.2, s.43-44
  20. Ərdəbili, Zübdətul-bəyan, s.308-309
  21. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.8, s.163
  22. Mirqati, Haqqullah və haqqunnas, c.13
  23. Beheşti, Haqq və təklif, s.36
  24. Ərdəbili, Zübdətul-bəyan, s.308-309
  25. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1392, c.1, s.949-1163

Ədəbiyyat

  • İbn Şebə, Həsən ibn Əli, Tuhəful-uqul, Qum, h.q 1404
  • Ərdəbili, Əhməd ibn Məhəmməd, Zübdətul-bəyan, Tehran
  • Beheşti, Əhməd, Haqq və təklif, h.ş 1375
  • Bəni Haşim Xomeyni, Seyyid Məhəmməd Həsən, Tozihul-məsaile mərace, Qum, 1-ci çap, h.ş 1392
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Qəvaidu vəl-fəvaid, Nəcəf, h.q 1400
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, Tehran, h.q 1387
  • Şiri, Abbas, Suqute mucazat dər huquqe keyfəri İslam və İran, Tehran, h.ş 1372
  • Amili, Yasin İsa, Əl-İstəlahatul-fiqhiyyə, Beyrut, Darul-bəlağə, h.q 1413
  • Əbdür-Rəhman, Mahmud, Mucəmul-müstələhat
  • Əllamə Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, h.q 1417
  • Mühəqqiq Damad, Seyyid Mustafa, Qəvaide fiqh, Tehran, h.q 1406
  • Mirqati, Seyyid Taha, Haqqullah və haqqunnas dər daneşnameye cahan
  • Müntəziri, Hüseynəli, Dirasətun fi vilayətil-fəqih, Qum, Təfəkkür, h.q 1409
  • Musəvi Ərdəbili, Seyyid Əbdül-Kərim, Fiqhul-qəza, Qum, h.q 1423

Xarici keçid