Rəqs etmək
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Rəqs etmək (ərəbcə: الرقص) adətən oxuma və musiqi ilə həyata keçirilən ritmik və koordinasiyalı bədən hərəkətləridir. Bir çox fəqihlər bütün rəqs növlərini haram hesab edirlər; amma bəziləri şəhvəti oyatmaqa səbəb olması kimi haram bir işlə birlikdə olan rəqsin haram olduğuna inanırlar. Rəqs etməyi öz-özlüyündə haram hesab edən bəzi fəqihlər qadının qadın üçün, qadının öz əri üçün rəqs etməyini isə başqa bir haramla müşayiət olunmadığı təqdirdə haram olmaqdan istisna ediblər.
Tərifi
Rəqs etməyin adətən oxumaq və musiqi ilə müşayiət olunan bədənin ritmik və koordinasiyalı hərəkətləri olduğu deyilir.[1] Fəqihlər "məkasibi mühərrəmə" (qadağan olunmuş ticarət) və "məsaili müstəhədsə" (yeni məsələlər) bölmələrində rəqsi müzakirə edirlər.[2]
Rəqs etməyin hökmü
Rəqs etməyin fiqhi hökmü kontekstində iki ümumi baxış var: Əksər fəqihlərin nəzəri olan birinci nəzər budur ki, rəqs etmək öz-özlüyündə haramdır.[3] Amma ikinci baxışa görə, rəqs etmək haram işlərlə müşayiət olunan[4] və ya şəhvət oyadan zaman haram sayılır.[5]
Həmçinin fəqihlərin nəzərindən rəqsə baxmaq da rəqs etməyin hökmündədir.[6] Əgər şəhvəti təhrik etməyə, günahkarın təyid olunmasına, şücaət tapmasına və fəsada səbəb olarsa, caiz deyildir.[7]
Rəqs etməyin haram olmasının səbəbi
Fiqhi yazılarda rəqs etməyin haram olmasının bir neçə səbəbi vardır ki, bunlar aşağıdakılardır:
- Rəqs ləhvin nümunəsidir, ləhv isə haramdır.[8]
- Peyğəmbərdən (s) bir rəvayətdə rəqs etmək qəti surətdə qadağan edilmişdir.[9]
- Rəqs fəsad mənbəyidir və həyanı aradan aparır.[10]
İstisnalar
Rəqs etməyi haram hesab edən bir çox fəqihlər bunun üçün bir sıra istisnalar qeyd ediblər:
- Ər və arvadın bir-biri üçün rəqs etməsi: Bəzi fəqihlər qadının əri üçün rəqs etməsini caiz hesab edirlər.[11] Bu qrupdan bəziləri ərin öz həyat yoldaşı üçün rəqs etməsini də caiz hesab edir,[12] bəziləri isə bunu caiz hesab etmirlər.[13] Əlbəttə, ər-arvadın bir-biri üçün rəqs etmələri o surətdə caiz hesab olunur ki, başqa bir haramla müşayiət olunmasın.[14] Mərcəyi-təqlidlərdən olan Məhəmməd Təqi Behcət ərlə arvadın bir-biri üçün rəqs etməsini haram hesab etmişdir.[15]
- Qadının qadın üçün rəqs etməsi: Rəqs etməyi öz-özlüyündə haram hesab edən bəzi fəqihlərin fətvasına əsasən, qadının qadın üçün rəqs etməsi caizdir.[16] Əlbəttə, bu hökm o surətdədir ki, rəqs qina kimi başqa bir haramla birlikdə olmasın və orada hətta qadının məhrəmlərindən belə olsa, heç bir kişi olmamalıdır.[17]
Səma rəqsi
Sufilər müəyyən məkanda və zamanda Səma adlı bir rəqs növündən istifadə edirlər və inanırlar ki, bu hərəkətlə onlar həyəcan və vəcd halı taparaq Allaha yaxınlaşırlar.[18] Amma onların bəziləri sufilərə rəqs etməyi və oxumağı caiz hesab etmirlər.[19]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Mehribani, Rəqs, s.215
- ↑ Müəssiseye dairətul-məarife İslami, Fərhənge fiqh, h.ş 1389, c.4, s.124
- ↑ Nümunə üçün baxın: Qolpayqani, İrşadus-sail, h.q 1414, s.156; Müntəziri, Risaleye İstiftaat, c.1, s.144; Sistani, Əl-Fətava əl-muyəssər, h.q 1416, s.436 və 437; Məkarim Şirazi, İstiftaate cədid, h.q 1427, c.1, s.155
- ↑ Xoyi, Siratun-nəcat, h.q 1416, c.1, s.372
- ↑ Xamanei, Əcvəbətul-istiftaat, h.q 1424, s.256
- ↑ Məkarim Şirazi, İstiftaate cədid, h.q 1427, c.1, s.155, sual 536
- ↑ Xamanei, Əcvəbətul-istiftaat, h.q 1424, s.256, sual 1169
- ↑ Ərdəbili, Risalətun fil-ğina, h.q 1418, s.27; Təbrizi, İstiftaate cədid, c.1, s.219
- ↑ Müntəziri, Risaleye istiftaat, c.1, s.144
- ↑ Fazil Lənkərani, Cameul-məsail, h.q 1425, s.443
- ↑ Təbrizi, İstiftaate cədid, c.5, s.385; Şirazi, İstiftaatul-ğina, s.48; Məkarim Şirazi, İstiftaate cədid, h.q 1427, c.1, s.155
- ↑ Təbrizi, İstiftaate cədid, c.5, s.385; Şirazi, İstiftaatul-ğina, s.48
- ↑ Məkarim Şirazi, İstiftaate cədid, h.q 1427, c.1, s.155
- ↑ Xamanei, Əcvəbətul-istiftaat, h.q 1424, s.257, sual 1172
- ↑ Behcət, İstiftaat, h.q 1428, c.4, s.531
- ↑ Fazil Lənkərani, Əcvəbətus-sailin, h.q 1416, s.148; Təbrizi, İstiftaate cədid, c.2, s.219
- ↑ Baxın: Təbrizi, İstiftaate cədid, c.2, s.219
- ↑ Novruzi Tələb, Mutaliyeye tətbiqi rəqse şiva və rəqse sima, s.19
- ↑ Kaşani, Misbahul-hidayə, h.ş 1376, s.178
Ədəbiyyat
- Ərdəbili, Mirza Yusuf, Risalətun fil-ğina, Düzəliş: Əli Əkbər Zəmani Nejad, Qum, 1-ci çap, h.q 1418
- Behcət, Məhəmməd Təqi, İstiftaat, 1-ci çap, h.q 1428
- Təbrizi, Cavad, İstiftaate cədid, 1-ci çap
- Xamanei, Seyyid Əli, Əcvəbətul-istiftaat, Qum, 1-ci çap, h.q 1424
- Xoyi, Seyyid Əbül-Qasim, Siratun-nəcat, Qum, 1-ci çap, h.q 1416
- Sistani, Seyyid Əli, Əl-Fətava əl-muyəssər, Qum, 1-ci çap, h.q 1416
- Şirazi, Seyyid Sadiq, İstiftaatul-ğina
- Fazil Lənkərani, Məhəmməd, Əcvəbətus-sailin, Qum, 1-ci çap, h.q 1416
- Fazil Lənkərani, Məhəmməd, Cameul-məsail, Qum, Əmir Qələm, 1-ci çap, h.q 1425
- Kaşani, İZzəddin Mahmud, Misbahul-hidayə, Tehran, Huma nəşri, h.ş 1376
- Qolpayqani, Seyyid Məhəmməd Rza, İrşadus-sail, Beyrut, 2-ci çap, h.q 1414
- Məkarim Şirazi, Nasir, İstiftaate cədid, Qum, 2-ci çap, h.q 1427
- Müntəziri, Hüseyn Əli, Risaleye istiftaat, Qum, 1-ci çap,
- Mehribani, Əmin, Rəqs, Tehran, h.ş 1394
- Müəssiseye dairətul-məarife İslami, Fərhənge fiqh, Qum, 1-ci çap, h.ş 1389
- Novruzi Tələb, Əlirza, Mutaliyeye tətbiqi rəqse şiva və rəqse sima, Tehran, h.ş 1393
Xarici keçidlər
- دانشنامه جهان اسلام, farsca məqalə
- دایرةالمعارف بزرگ اسلامی, farsca məqalə