Livat (ərəbcə: اللواط) böyük günahlardan sayılan iki kişinin cinsi əlaqəsi deməkdir. Hədislərdə livat zinadan da böyük günah hesab edilir. Fəqihlər məsumların hədislərinə və ayələrə əsaslanaraq, livatın haram olduğunu, duxul (cinsi orqanı daxil etmək) cəzasının isə ölüm olduğunu bildirmişlər. Livatın duxul (cinsi rabitə) olmadığı zaman cəzasının 100 şallaq olduğunu bildirmişlər.

Məsumların hədislərinə əsasən, livat əməlinin haram olmasının səbəbi onun uşaq dünyaya gətirmənin qarşısını alması, yaradılışın nizamını pozmasıdır. Digər İbrahimi dinlərdə də və İslam dinində də livat əməli qadağan edilmişdir.

Livat – Zinadan böyük günah

Livat ən böyük günahlardan sayılır.[1] İmam Sadiqin (ə) bir hədisində livatın zinadan daha böyük günah olduğu bildirilir.[2] İslam peyğəmbərinin (s) hədislərində bu günaha düçar olmaq Allahın qəzəb və nifrətinə səbəb olmaq deməkdir.[3]

Quranda Livat “munkər” (pis və bəyənilməyən) və “fahişə” (açıq-aşkar günah)[4] adlandırılır və bu cür cinsi əlaqəyə aludə olduqlarına görə dəfələrlə Lut qövmü məzəmmət olunmuşdur.[5]Onların məhv olmaqları və əzaba düçar olmaqları bu günaha görə olduğu bəyan edilmişdir.[6]

Konseptologiya

Fiqhi termində livat, kişinin öz cinsi orqanını başqa kişinin arxasına daxil etməsinə deyilir.[7] Şiə alimlərindən Əli Meşkininin sözlərinə görə, bəzi fəqihlər sünnət yerindən daha az duxul (cinsi orqanı daxil etmək) etməyi livat adlandırmışlar[8] və bəziləri isə kişinin başqa bir kişi ilə cinsi əlaqəsini, istər duxul (cinsi orqanı daxil etmək) olsun istər olmasın, livat adlandırmışlar.[9]

İmam Rzanın (ə) nəql etdiyi hədisə əsasən, homoseksuallıq kimi böyük günahı ilk dəfə Lut qövmü etdiyi üçün bu böyük günahın adı bu qövmün adından götürülərək “Livat” kəlməsi olaraq işlədilir.[10]

Şəri cəhətdən hökmü

Livat haram və böyük günah sayılır[11] və şəriət cəzasından (hədd) əlavə, evliliyə məhdudiyyət kimi başqa hökmləri də vardır.[12]

Evlilikdə məhdudiyyət

Livat edənin bəzi qadınlarla evlənməyin məhdudiyyəti livatın şəri təsirlərindəndir. Müctehidlərin fətvasına əsasən, livat edən şəxsin livat etdiyi şəxsin anası, qızı, bacısı ilə evlənməsi əbədi olaraq[13] haramdır.[14] Bu hökm İran İslam Respublikasının Mülki Məcəlləsinin 1056-cı maddəsində də yer almışdır.[15] Bəzi fəqihlərin fikrinə əsasən livat edən həddi-büluğa çatdığı halda bu hökm onun üçün icra olunmalıdır.[16] Həmçinin əgər livat etdiyi şəxsin anası, bacısı və ya qızı ilə evləndikdən sonra livat edərsə, bu evlilikdə onlar bir-birinə haram deyil və nikahları batil deyildir.[17]

Cəza

Fəqihlərin fətvasına əsasən, livatda iştirak edən hər iki tərəfin cəzası ölümdür[18] və onlardan yetkinlik yaşına çatmayanlar ədəbləndirmək cəhətindən cəzalandırılalıdır.[19] Bu növ cəzalandırma, yetkinlik yaşına çatmamış cinayətkara verilən cəzadır, onun miqdarı isə şəri cəzadan azdır.[20]

Təbii ki, bəzi fəqihlər, məsələn, Əbül-Qasim Xoyi bu fikirdədirlər və livat olunan şəxsin edam hökmünü qəbul edərkən, livat edən şəxsib muhsin olduğu bilinsə, yəni, arvadı var və onunla yaxınlıq edə bilirsə, cəzası 100 şallaqdır.[21]

Həmçinin, fəqihlərin fikrincə, əgər bu əməl zamanı duxul olmazsa, həddi 100 şallaqdır[22] və hər bir halda, bu işi görən şəxs, günahı sübut olmamışdan əvvəl tövbə edərsə, cəza (hədd) aradan qalxar.[23]

Livat edənin ölüm cəzasının üsulu

Rəvayətlərdə[24] və fiqhi mənbələrdə[25] Livat edənin edam üsulları bildirilmişdir ki, bunlara: boynun vurmaq, oda atmaq, dağdan atmaq, livat edəni daşqalaq etmək və üzərinə divar aşırmaq daxildir. İslam hakimi islam cəmiyyətinin məqsədəuyğunluğuna əsaslanaraq yuxarıda qeyd olunan üsullardan birinin həyata keçirilməsini əmr edir.[26] Təbii ki, əgər bəzi hallarda müəyyən qaydaların icrası dinin alçaldılmasına və ya dinin prinsipinin zədələnməsinə səbəb olarsa, İslam hakiminin İslamın daha mühüm mənafelərini qorumaq üçün bəzi hökmləri müəyyən müddətə icra etməmək səlahiyyəti vardır[27] və ya dar ağacından asaraq edam etmək kimi başqa üsulları həyata keçirmək əmrini verir.[28]

Livatın haramlığının fəlsəfəsi

Livatın haramlığının hikməti ilə bağlı İmam Rzanın (ə) nəql etdiyi bir hədisdə deyilir ki, Allah qadınları kişilərin fitrətinə görə yaratmış, Livat isə nəsillərin kəsilməsinə səbəb olmaqla, aləmin hikmət və nizamını pozur.[29].

Əllamə Təbatəbayi “Əl-Mizan” təfsirində Livat və zinanı müqayisə edərək qeyd etmişdir ki, Qurani-Kərim Livat haqqında “Sən yol (nəsil artırma yolunu) kəsirsən”[30] olaraq qeyd olunub,[31] lakin zina haqqında isə “pis bir yol”[32] olaraq qeyd edilmişdir. Nəticədə Qurana görə livatın cəmiyyətdə təsiri zinadan daha şiddətlidir. Çünki o, nəsil artımının aradan getməsi və uşaqların dünyaya gəlməsinin qarşısını alır.[33]

Digər dinlərdə və məzhəblərdə livat haqqında

Livat əhli-sünnə məzhəblərinə görə də haram bir əməldir və onu icra edən şəxsə şəri cəza (hədd) təyin edilmişdir.[34] Əlbəttə, Əbu Hənifənin fətvasına əsasən, bu işi edən şəxs şəri cəza(hədd) deyil, sadəcə şallaq cəzası alır.[35]

Digər ilahi dinlərdə də livat pislənilir və qadağan edilir: zərdüştilik dinində livat ən pis əməl, bunu edənin isə ölümə layiq olduğu hesab edilir.[36] Tövratda livat azğınlıq kimi qeyd olunur.[37] Əhdi-Cədiddə (Xristianların Müqəddəs Kitabı) livat edənlər fasiqlər, zalımlar və bütpərəstlər cərgəsindən hesab olunur və belə insanların ilahi hakimiyyətin varisi olmayacaqlarını bildirmişdir.[38]

İstinadlar

  1. Əllamə Hilli, Təhrirul-əhkamiş-şəriə, Alu Beyt (ə) müəssisəsi, c.2, s.2
  2. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.543
  3. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.544
  4. Ənkəbut surəsi, ayə 28 və 29; Əraf surəsi, ayə 80
  5. Fəqihi, Tərbiyəte cinsi, h.ş 1387, s.311
  6. Feyzül-İslam, Tərcümə və təfsire Qurane Kərim, h.ş 1378, c.2, s.443
  7. Meşkini, Müstələhatul-fiqh, h.ş 1381, s.457
  8. Meşkini, Müstələhatul-fiqh, h.ş 1381, s.457
  9. Meşkini, Müstələhatul-fiqh, h.ş 1381, s.457
  10. Əli ibn Musa, Əl-Fiqhul-mənsub Lil-İmamir-Rza (ə), h.q 1406, s.276
  11. Əllamə Hilli, Təhrirul-əhkamiş-şəriə, Alu Beyt (ə) müəssisəsi, c.2, s.224; Səbzəvari, Muhəzzəbul-əhkam, h.q 1413, c.27, s.303
  12. Əllamə Hilli, Təhrirul-əhkamiş-şəriə, Alu Beyt (ə) müəssisəsi, c.2, s.13; Xoyi, Minhacus-salihin, h.q 1410, c.2, s.265
  13. Şübeyri, Kitabe Nikah, h.q 1419, c.7, s.2109; Fərhənge fiqh, h.q 1426, c.2, s.365
  14. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.2, s.473
  15. İmami, Hüquqe mədəni, Enteşarate İslamiyyə, c.4, s.328
  16. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.2, s.473
  17. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.2, s.473
  18. Nümunə üçün baxın: Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.4, s.147; Əllamə Hilli, Təhrirul-əhkamiş-şəriə, Alu Beyt (ə) müəssisəsi, c.2, s.224; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.14, s.402; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.41, s.379-380; İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1424, c.2, s.470, məsələ 4
  19. Nümunə üçün baxın: Əllamə Hilli, Təhrirul-əhkamiş-şəriə, Alu Beyt (ə) müəssisəsi, c.2, s.224; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.14, s.403; İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1424, c.2, s.469, məsələ 4
  20. Tərhəyni Amili, Əz-Zübdətul-fiqhiyyə, h.q 1427, c.9, s.305
  21. Xoyi, Təkmilətul-minhac, h.q 1410, c.2, s.38-39
  22. Nümunə üçün baxın: Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.4, s.147; Əllamə Hilli, Təhrirul-əhkamiş-şəriə, Alu Beyt (ə) müəssisəsi, c.2, s.224
  23. İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1424, c.2, s.470, məsələ 8
  24. Kuleyni, Əl-Kafi, h.q 1407, c.7, s.200
  25. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.4, s.147; Əllamə Hilli, Təhrirul-əhkamiş-şəriə, Alu Beyt (ə) müəssisəsi, c.2, s.224
  26. İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1424, c.2, s.470, məsələ 5
  27. İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.20, s.452
  28. Məkarim Şirazi, İstiftaate cədid, h.q 1427, c.3, s.369, sual 948
  29. Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.2, s.97; Səduq, İləluş-şəraye, c.2, s.547
  30. Ənkəbut surəsi, ayə 29
  31. Təbatəbai, Əl-Mizan, c.16, s.123
  32. İsra surəsi, ayə 32, Nəml surəsi, ayə 54
  33. Təbatəbai, Əl-Mizan, c.13, s.88
  34. Musəvi Ərdəbili, Fiqhul-hüdud vət-təzirat, h.q 1427, c.2, s.49
  35. Sərəxsi, Əl-Məbsut, h.q 1414, c.9, s.77; Musəvi Ərdəbili, Fiqhul-hüdud vət-təzirat, h.q 1427, c.2, s.52
  36. Rezayi, Tarixe ədyane cəhan, h.ş 1380, c.1, s.197
  37. Müqəddəs kitab, Lavin, fəsl 18, ayə 22
  38. Müqəddəs kitab, Corinthians, fəsl 6, ayə 9-10

Ədəbiyyat

  • Qurani-Kərim
  • Müqəddəs kitab
  • İmam Xomeyni, Ruhullah, Təhrirul-vəsilə, Qum, 1-ci çap, h.q 1424
  • İmam Xomeyni, Ruhullah, Səhifeye İmam, 5-ci çap, h.ş 1389
  • İmami, Seyyid Həsən, Hüquqe mədəni, Enteşarate İslamiyyə
  • Tərhəyni Amili, Seyyid Məhəmməd Hüseyn, Əz-Zübdətul-fiqhiyyə, Qum, 4-c çap, h.q 1427
  • Xoyi, Seyyid Əbül-Qasim, Təkmilətul-minhac, Mədinətul-elm nəşri, Qum, 28-ci cild, h.q 1410
  • Rezayi, Əbdür-Rəhim, Tarixe ədyane cəhan, Tehran, Elmi nəşriyyat, h.ş 1380
  • Səbzəvari, Seyyid Əbdül-Əli, Muhəzzəbul-əhkam, Qum, Əl-Mənar müəssisəsi, 4-cü çap, h.q 1413
  • Sərəxsi, Məhəmməd ibn Əhməd, Əl-Məbsut, Beyrut, Darul-mərifə, h.q 1414
  • Şübeyri Zəncani, Seyyid Musa, Kitabe Nikah, Qum, 1-ci çap, h.q 1419
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, 1-ci çap, h.q 1413
  • Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Nəcəf, Mənşuratul-məktəbətil-Heydəriyyə
  • Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza (ə), Tehran, Cahan nəşri, 1-ci çap, h.q 1378
  • Seyyid Məhəmməd Hüseyn, Təbatəbai, Əl-Mizan, İsmailiyyan nəşriyyatı
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təhrirul-əhkamiş-şəriə, Alul Beyt (ə) müəssisəsi, Məşhəd, 1-ci çap
  • Əli ibn Musa, (8-ci imam) Əl-Fiqhul-mənsub Lil-İmamir-Rza (ə), Məşhəd, 1-ci çap, h.q 1406
  • Fəqihi, Əli Nəqi, Tərbiyəte cinsi, Qum, 1-ci çap, h.ş 1387
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Mühəqqiq Hilli, Nəcmuddin, Şəraiul-İslam, Qum, İsmailiyyan müəssisəsi, 2-ci çap, h.q 1408
  • Meşkini, Əli, Müstələhatul-fiqh, Qum, Əl-Hadi nəşri, 3-cü çap, h.ş 1381
  • Məkarim Şirazi, Nasir, İstiftaate cədid, İmam Əli (ə) mədrəsəsinin nəşriyyatı, Qum, 2-ci çap, h.q 1427
  • Musəvi Ərdəbili, Seyyid Əbdül-Kərim, Fiqhul-hüdud vət-təzirat, Qum, 2-ci çap, h.q 1427
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.q 1404