Yalan şahidlik

wikishia saytından

Yalan şahidlik (ərəbcə: شهادة الزور) böyük günahlardandır və bir şəxsin, həqiqətin əksinə olaraq ifadə verməsinə deyilir. Fəqihlər Quran ayələrinəhədislərə istinad edərək, onun haram olduğunu bildirirlər. Onların nəzərincə iqrar, şahidlik və hakimin elmi vasitəsilə şahidiyin yalan olması sübut olunduğu təqdirdə, yalançı şahid cəzalanmalıdır. Əgər hakimin hökmü icra olunmamışdan əvvəl şəhidliyin yalan olması məlum olarsa, hökm ləğv olunur. Amma bu, hökm icra olunduqdan sonra sübut olunarsa, yalan ifadə verənlər, əleyhinə hökm verilən şəxsə dəymiş zərərlərin (pul, diyəqisas kimi) əvəzini ödəməlidirlər.

Əhəmiyyət və mövqe

Şeyx Tusi (vəfatı: 460 h.q) “Məbsut” kitabında yalandan şahidlik etməyin böyük günahlardan sayıldığını yazıb.[1] Həmçinin Allaha şirk qoşmaqdan sonra ondan daha böyük günahın olmadığı deyilib.[2] İmamiyyə fiqhində "əş-şəhadat" adlı fəsl mövcuddur və orada yalan şahidliyin hökmlərindən də söhbət olunur.[3]

Şiə ruhanisi və yazıçısı olan Muhəmməd Muhəmmədi İştihardi (vəfatı: 1385 h.ş.) yalan şəhidliyin və bütpərəstliyin Quranda[4] bir-birinin kənarında gəlməsini, yalan şəhidliyin alçaq əməl olduğunun göstəricisi adlandırıb.[5] Həmçinin yalan şahidlikdən çəkinməyin Quranda Allahın yaxşı bəndələrinin xüsusiyyətlərindən olduğu qeyd olunub.[6]

Tərif

Yalan şahidlik, bir insanın bilmədiyi bir şeylə əlaqədar bilərəkdən yalan ifadə verməsinə yaxud ifadə verdiyi şeyin həqiqətin əksinə olmasına deyilir.[7] Bəzi hüquqşünaslar hesab edirlər ki, yalan şahidlik məhkəmədə rəsmi orqanlar qarşısında baş verərsə, cinayət sayılır və mühakimə olunma imkanına sahibdir.[8]

Yalan şahidliyin halam olmasına dəlil

Şiə fiqhində yalandan şahidlik etmək haram sayılıb və onun haram olması وَ اجتَنِبُوا قَولَ الزُّورَ (batil sözlərdən çəkinin) ayəsinə[9] istinad edilib.[10] İmam XomeyniSeyid Əli Xamenei hesab edirlər ki, işarə olunan bu ayə yalana, yalan şahidliyə və ğinaya şamil olan batil danışığın haram olmasına dəlalət edir.[11]

Bəzi təfsirçilər وَ الَّذِینَ لا یَشهَدُونَ الزُّورَ (yalandan şahidlik etməyənlər)[12] ayəsindən də yalana şahidlik etməyin haram olmasını başa düşüblər.[13] Şiələrin mərceyi-təqlidi Seyid Hüseyn Burucerdi İmam Sadiqdən (ə) nəql olunan "Yalana şahidlik edən şəxs yerindən tərpənməmiş cəhənnəm odu ona vacib olar"[14] hədisini yalan şəhidliyin haram olmasına dəlil gətirib.[15] Əllamə Hilli isə İmam Baqirdən (ə) nəql olunan başqa bir hədisə istinad edib: "Müsəlman birinin malını əldə etmək məqsədilə onun əleyhinə yalandan şahidlik edən elə bir şəxs yoxdur ki, Allah onun əvəzinə (etdiyi şahidliyin əvəzinə) həmin şəxsin cəhənnəmlik olmasına dair sənəd yazmamış olsun."[16]

Hökmlər

Yalandan şahidlik etmək Şəriət tərəfindən hədd təyin olunmayan günahlardandır. Amma onunçün təzir (ədəbləndirmək və şəri həddən az miqdarda şallaq vurmaq)[17] nəzərdə tutulub. Bu barədə İmamiyyə və Əhli-sünnə fəqihləri eyni fikirdədirlər, amma təfərrüatında fərqlilik mövcuddur: İmamiyyə fəqihlərinin təşhirlə (cinayətkarın insanlar arasına çıxarılması və gəzdirilməsi)[18] birgə təzir etmək barədə fikir ayrılıqları yoxdur. Şeyx Tusi bunu açıq şəkildə bəyan edib.[19] Amma bu mövzu Əhli-sünnə fəqihləri arasında ixtilaflıdır.[20]

Sübut olma yolları

Yalan şahidlik bir neçə yolla sübut oluna bilər:

  • İqrar etmək: İnsan özü etiraf edib verdiyi ifadədən üz döndərə;[21]
  • Digərlərinin şahidliyi: Digərləri ilk şahidlərin ifadələrinin doğru olmadığına dair şahidlik edələr;[22]
  • Hakimin elmi: Bəzən də hakim müxtəlif yollarla verilən ifadənin yalan olmasını başa düşür.[23] Mustafa Mühəqqiq Damadın (təvəllüd: 1324 ş.) sözlərinə görə, burada hakimin elmi digər dəlillərdən öndə dayanır.[24]

Fiqhi vu hüquqi nəticələri

Yalan şahidlik üçün bəzi nəticələr qeyd olunub:

Çıxarılmış hökmün ləğv olunması

Şəhid Əvvəlin (şəhadəti: 786 q.) "Əd-Durusuş-şəriyyə" kitabındakı sözlərinə əsasən, hökm icra olunmamışdan əvvəl şahidlərin verdiyi ifadədələrin yalan olması sübut olunduğu təqdirdə, hakimin hökmü ləğv olunur.[25]

Kompensasiya və qisas

Əgər hökm icra olunduqdan sonra verilən ifadənin yalan olması sübut olunarsa, şahidlər, əleyhinə hökm verilən şəxsin ödədiyi mala zamindirlər.[26] Əgər həmin şəxsə qarşı qisas yaxud diyə hökmü verilərsə və hökm də icra olunarsa, şahidlər qisas yaxud diyənin ödənilməsinə məhkum olunarlar.[27] Çünki, belə hallarda səbəb (əsil amil) mübaşirdən (hökmü icra edən kəs) daha güclüdür.[28]

Həbs və maliyyə cəzası

Bəzi fəqihlər İmam Əlinin (ə) öz hakimiyyəti dövründəki rəftarına istinad edərək yalançı şahidin həbs olunmasına fətva veriblər.[29] İran İslam Respublikasının Cinayət Məcəlləsinin 650-ci maddəsinə əsasən, məhkəmədə rəsmi orqanlar qarşısında yalandan şahidlik edən hər kəs həbsə[30] və pul cəzasına[31] məhkum edilir. Bu cəzalar "Həddlər", "Qisas" və "Diyələr" fəslində yalan şəhidlik üçün qeyd olunan cəzalardan fərqlidir.[32]

Növbəti şahidliklərin qəbul olunmaması

Şiə fəqihlərinin fətvalarına görə, həmçinin məhkəmədə yalan ifadə verən şəxslərin növbəti şahidlikləri qəbul olunmur. Yalnız tövbə edib ədalətli olmaları aşkar olunarsa, növbəti şahidlikləri qəbul olunar.[33]

İstinadlar

  1. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.8, s.164
  2. Mazandarani, Şərhul-kafi, h.q 1382, c.9, s.264; İbn Bərrac, Əl-Muhəzzəb, h.q 1406, c.2, s.562
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.41, s.525
  4. Həcc surəsi, ayə 30
  5. Məhəmmədi İştihardi, Vijegihaye İbadur-Rəhman pərhize şədid əz qovahiye duruğ və şirkət də məcalise qonah, s.19
  6. Məhəmmədi İştihardi, Vijegihaye İbadur-Rəhman pərhize şədid əz qovahiye duruğ və şirkət də məcalise qonah, s.19
  7. Mazandarani, Şərhul-kafi, h.q 1382, c.9, s.264
  8. ŞamluƏhmədi, Fərhənge istəlahaat və ənavine cəzayi, h.ş 1380, s.287; Muavinəte hüquqi riyasəte cümhuri, Qanune mucazate İslami, h.ş 1392, s.161, maddə 650
  9. Həcc surəsi, ayə 30
  10. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.8, s.164
  11. İmam Xomeyni, Əl-Məkasibul-muhərrəm, h.q 1434, c.1, s.344; Xamenei, Ğina və musiqi, h.ş 1398, s.38
  12. Furqan surəsi, ayə 72
  13. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.7, s.315
  14. Kuleyni, Əl-Kafi, h.q 1407, c.7, s.383, hədis 2
  15. Burucerdi, Cameu əhadisiş-şiə, h.ş 1386, c.30, s.328
  16. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.3 s.61, hədis 3338; Əllamə Hilli, Təhrirul-əhkam, h.q 1420, c.5, s.297 və 298
  17. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.4, s.562
  18. Haşimi Şahrudi, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-Beyt (ə), h.ş 1382, c.1, s.508
  19. Tusi, Əl-Xilaf, h.q 1407, c.6, s.240
  20. Məhəmməd ibn Əhməd, Əl-Məbsut, h.q 1414, c.16, s.145
  21. Hürr Amili, Hidayətul-umməti ila əhkamil-əimmə (ə), h.q 1412, c.8, s.426; Hələbi, Əl-Kafi fil-fiqh, h.q 1403, s.440; Muavinəte hüquqi riyasəte cümhuri, Qanune mucazate İslami, h.ş 1392, s.56, maddə 198
  22. Musəvi Qolpayqani, Kitabuş-şəhadat, h.q 1405, s.448-449; Hələbi, Əl-Kafi fil-fiqh, h.q 1403, s.440; Muavinəte hüquqi riyasəte cümhuri, Qanune mucazate İslami, h.ş 1392, s.55, maddə 191, 195, 196
  23. Hələbi, Əl-Kafi fil-fiqh, h.q 1403, s.440; Dəyyani, Qanune mucazate İslami murrəb, h.ş 1399, s.88, maddə 160 və 211
  24. Mühəqqiq Damad, Qəvaide fiqh, h.ş 1381, s.48
  25. Şəhid Əvvəl, Əd-Durusuş-şəriyyə, h.q 1417, c.2, s.143
  26. Mərəşi Şüştəri, Didqahhaye nu dər hüquq, h.q 1427, c.1, s.122
  27. Xoyi, Məbani təkmilətil-minhac, h.q 1422, c.41, s.191
  28. Mərəşi Şüştəri, Didqahhaye nu dər hüquq, h.q 1427, c.1, s.122
  29. Haşimi Şahrudi, Musuətul-fiqhil-İslamil-muqarin, h.q 1432, c.5, s.295
  30. Muavinəte hüquqi riyasəte cümhuri, Qanune mucazate İslami, h.ş 1392, s.161
  31. Muavinəte hüquqi riyasəte cümhuri, Qanune mucazate İslami, h.ş 1392, s.161
  32. Muavinəte hüquqi riyasəte cümhuri, Qanune mucazate İslami, h.ş 1392, s.161
  33. Fazil Lənkərani, Təfsiluş-şəriə, h.q 1427, s.598 və 612

Ədəbiyyat

  • Qurani-Kərim
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanulə-ərəb, Beyrut, Daru Sadir, h.q 1414
  • İmam Xomeyni, Seyyid Ruhullah, Əl-Məkasibul-muhərrəmə, Tehran, h.q 1434
  • Burucerdi, Hüseyn, Cameu əhadisiş-şiə, Tehran, Enteşarate fərhənge səbz, h.ş 1386
  • Hürr Amili, Məhəmməd ibn Həsən hidayətul-umməti ila əhkamil-əimmə (ə), Məşhəd, Bunyade pejuheşhaye İslami astane Qodse Rəzəvi, h.q 1412
  • Hələbi, Əbus-Səlah, Əl-Kafi fil-fiqh, İsfahan, h.q 1403
  • Xamenei, Seyyid Əli, Ğina və musiqi, Tehran, Enteşarate İnqilabi İslami, h.ş 1398
  • Xoyi, Seyyid Əbül-Qasim, Məbani təkmilətil-minhac, Qum, h.q 1422
  • Dəyyani, Əbdür-Rəsul, Qanune mucazate İslami muərrəb, Tehran, Mizan nəşriyyatı, h.ş 1399
  • Məhəmməd ibn Əhməd, Əl-Məbsut, Darul-mərifə, h.q 1414
  • Şamlu Əhmədi, Məhəmməd Hüseyn, Fərhənge istəlahaat və ənavine cəzayi, İsfahan, Dadyar nəşriyyatı, h.ş 1380
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əd-Durusuş-şəriə fil-fiqhil-İmamiyyə, Qum, Dəftəre enteşarate İslami, h.q 1417
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, Dəftəre enteşarate İslami, h.q 1413
  • Təbərsi, Fəzl ibn Həsən, Təfsiru məcməil-bəyan, Beyrut, 1-ci çap, h.q 1415
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Qum, Dəftəre enteşarate İslami, h.q 1406
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsutu fi fiqhil-İmamiyyə, Tehran, h.q 1387
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təhrirul-əhkam, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1420
  • Fazil Lənkərani, Təfsiluş-şəriə, Qum, Mərkəzu fiqhil-əimmətil-əthar (ə), h.q 1427
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Mazandarani, Məhəmməd Salih ibn Əhməd, Şərhul-kafi, Təhqiq: Əbül-Həsən Şerani, Tehran, Əl-Məktəbətul-İslamiyyə, h.q 1382
  • Mühəqqiq Damad, Müstafa, Qəvaidu fiqh, Tehran, Mərkəze nəşre ulume İslami, h.ş 1381
  • Məhəmmədi İştihardi, Məhəmməd, ویژگی‌های عبادالرحمن پرهیز شدید از گواهی دروغ و شرکت در مجالس گناه, h.ş 1389
  • Mərəşi Şüştəri, Seyyid Məhəmməd Həsən, Didqahhaye nu dər hüquq, Tehran, Mizan nəşriyyatı, h.q 1427
  • Muavinəte hüquqi riyasəte cümhuri, Qanune mucazate İslami, Tehran, h.ş 1392
  • Musəvi Qolpayqani, Seyyid Məhəmməd Rza, Kitabuş-şəhadat, Qum, h.q 1405
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-Kəlam, Beyrut, h.q 1404
  • Haşimi Şahrudi, Mahmud, Musuətul-fiqhil-İslamil-muqarin, Qum, h.q 1432
  • Haşimi Şahrudi, Mahmud, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-Beyt (ə), Qum, h.ş 1382