Qumar
Qumar (ərəbcə: القمار) və ya qumarbazlıq uduzan tərəfin udan tərəfə maddi bir şey ödəməsi şərt kəsilən bir oyun növüdür. Fəqihlərin hamısı qumarın haramlığına fətva vermişdir. Əlbəttə at çapma, ox atma və qılınc oynatma müsabiqlələrində mərc gəlmək qumar hesab edilmir. Fəqihlərin fətvasına əsasən, qumar alətləri ilə hətta mərc gəib-gəlmədən belə oynamaq haramdır.
Fəqihlər qumarbazlığın haramlığı haqqında bir çox dəlillərə o cümlədən Maidə surəsinin 90-cı ayəsinə istinad etmişlər. Belə ki, bu ayədə qumarbazlıq çirkinlik və şeytan əməli olaraq qeyd olunmuşdur. Fəqihlər qumar yolu ilə əldə edilən yeməyin yeyilməsini haram hesab edirlər və qumarbazın şahidliyini qəbul etmirlər. Fəqihlərin fətvasına əsasən qumar yolu ilə qazanılan mal öz sahibinə qaytarılmalıdır.
Etimologiya
Fiqhi kitablarda qumar haqqında fərqli təriflər qeyd olunmuşdur. Şeyx Ənsarinin dediyinə əsasən, qumar (udan tərəfin qazanması üçün) bir şeyin girov qoyulduğu, xüsusi alətlərlə oynanılan bir oyundur.[1]
Fəqihlərin bəzisi, mərc gəlib-gəlmədən asılı olmayaraq qumar alətləri ilə oynamağı qumar hesab edirlər.[2] Əli Meşkini Mustələhatul-fiqhiyyə kitabında qumarı belə tərif etmişdir: “Qumar elə bir oyun növüdür ki, onda uduzanın udana nəsə ödəməsi şərt kəsilir”.[3]
Əlbəttə fəqihlər hər mərc gəlməyi qumar hesab etmirlər. Onların fətvasına əsasən, at çapma, ox atma və qılınc oynatma yarışlarında mərc gəlmək qumar hesab edilmir. Bu oyunlar fiqhdə “səbq” (at çapma) və “rimayə” (ox atma) adlanır.[4]
Qumarın fiqhi hökmü
Şeyx Mürtəza Ənsarinin və Cəvahirul-Kəlamın sahibinin sözlərinə görə, fəqihlər qumarın haramlığı haqqında icma etmişlər və Quran və mütəvatir hədislər onun haramlığına dəlalət edir.[5]
Bu mövzuda istinad edilən ayə Maidə surəsinin 90-cı ayəsidir. Bu ayədə “məysir” çirkin bir iş və şeytan əməli olaraq qeyd edilmişdir: Şərab, qumar, bütlər və qumardakı püşk oxları çirkinlik və şeytan əməlidir.[6]
Hədislərə əsasən, bu sözdən məqsəd qumardır. Misal üçün, Kafi kitabında imam Baqirdən (ə) nəql edilən hədisdə belə deyilir: Bu ayə nazil olan vaxt Peyğəmbərdən (s) ayədəki “məysirdən” məqsədin nə olduğunu soruşdular və Peyğəmbər (s) buyurdu ki, “məysirdən” məqsəd qumar vasitəsi olan hər bir şeydir.[7] Həmçinin Kuleyni adı keçən kitabda, İmam Rzadan (ə) nəql edir ki, “məysir” elə qumarın özüdür.[8]
Qumar alətləri
Adətən qumarbazılıq məqsədi ilə istifadə edilən alətlərə qumar alətləri deyilir.[9] Fiqhi kitablarda şahmat,[10] nərd taxta,[11] poker və bilyard kimi alətlər qumar alətləri başlığı altında müzakirə edilir.[12]
Fəqihlərin çoxunun fətvasına əsasən, qumar alətləri ilə mərc gəlib-gəlmədən belə oynamaq haramdır.[13] Həmçinin fəqihlər, qumar alətlərininin düzəldilməsini, alınıb-satılmasını və icarəsini haram hesab edirlər.[14]
Qumarın mərc gəlmə ilə fərqi
Fəqihlər at və dəvə yarışmalarında, həmçinin ox atma və qılınc oynatma müsabiqələrində olan mərc gəlməni qumar hesab etmirlər.[15] Onlar bir sıra hədislərə əsaslanaraq, bu yerləri mərc gəlmənin olmasına baxmayaraq qumar saymırlar.[16]
Qumarın fiqhi hökmləri
Fiqhi kitablarda gələnə əsasən qumarın bəzi hökmləri aşağıdakılardır:
- Qumarbazın şahidliyi qəbul edilmir.[18]
- Qumarın öyrənilməsi haramdır.[19]
Qumarın haramlığının hikməti
Allah təala Qurani-Kərimdə, qumarı Şeytanın əlində möminlər arasında düşmənçilik və kin salmaq və Allahı onlara unutdurmaq üçün bir vasitə olaraq tanıtdırır. Həqiqətən Şeytan şərab və qumarla sizin aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi ?[21]
İstinadlar
- ↑ Şeyx Ənsari, Məkasib, h.q 1415, s.371
- ↑ Şeyx Ənsari, Məkasib, h.q 1415, s.371
- ↑ Meşkini, Mustələhatul-fiqih, h.ş 1381, s.430
- ↑ Təbatəbai Hairi, Riyazul-məsail, h.q 1418, c.10, s.233
- ↑ Şeyx Ənsari, Məkasib, h.q 1415, c.1, s.371; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.22, s.109
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.22, s.109
- ↑ Kuleyni, Kafi, h.q 1407, c.5, s.122-123
- ↑ Kuleyni, Kafi, h.q 1407, c.5, s.124
- ↑ Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.1, s.152
- ↑ Şeyx Ənsari, Məkasib, h.q 1415, s.372
- ↑ Şeyx Ənsari, Məkasib, h.q 1415, s.372
- ↑ Məkarim Şirazi, İstiftaate cədid, h.q 1427, c.2, s.238
- ↑ Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.1, s.153
- ↑ Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.1, s.153
- ↑ Təbatəbai Hairi, Riyazul-məsail, h.q 1418, c.10, s.233-234-235; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.41, s.56
- ↑ Təbatəbai Hairi, Riyazul-məsail, h.q 1418, c.10, s.233-234-235
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.22, s.109
- ↑ Şeyx Müfid, Əl-Muqniə, h.q 1413, s.726; Hilli, Əl-Cameu liş-şəraye, h.q 1405, s.539; Şeyx Tusi, Ən-Nəhayə, h.q 1400, s.325
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.4
- ↑ Təbatəbai Hairi, Riyazul-məsail, h.q 1418, c.8, s.170
- ↑ Maidə surəsi, ayə 91
Ədəbiyyat
- Hilli, Yəhya ibn Səid, Əl-Came liş-şəraye, Qum, Seyyidüş-şühəda müəssisəsi, 1-ci çap, h.q 1405
- Xoyi, Seyyid Əbül-Qasim, Musuətul-imam Xoyi, 1-ci çap, h.q 1418
- Şeyx Ənsari, Mürtəza, Qum, 1-ci çap, h.q 1415
- Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-Miqniə, Qum, 1-ci çap, h.q 1413
- Təbatəbai Hairi, Seyyid Əli, Riyazul-məsail, Qum, Alul-Beyt (ə), 1-ci çap, h.q 1418
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəariul-İslam, Qum, İsmailiyyan, 2-ci çap, h.q 1408
- Meşkini, Əli, Mustələhatul-fiqh, Əl-Hadi, 3-cü çap, h.ş 1381
- Məkarim Şirazi, Nasir, İStiftaate cədid, Qum, 2-ci çap, h.q 1427
- Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1385
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404