Şəriət hakimi
Şəriət hakimi (ərəbcə: الحاكم الشرعي) müsəlmanlar arasında baş verən mübahisə və ixtilaflarda hökm verən camiuş-şərait fəqihdir. Şəriət hakimi vəzifəsini qəbul etmək vacibi kifaidir. Buna əsasən, bir fəqih bir mövzu barəsində hökm çıxarsa, başqa bir fəqih ona qarşı çıxa bilməz. İmam Zamanın (ə.f) qeybət dövründə fəqihlər məsum İmamın (ə) naibi olaraq şəriət hakimi vəzifəsini öz öhdələrinə götürürlər.
Şəriət hakiminin səlahiyyət dairəsi haqqında ixtilaf vardır; Bəzi fəqihlər şəriət hakiminin səlahiyyətlərini yetimləri himayə etmək və qeybdə olanların malı haqqında qərar qəbul etmək kimi konkret işlərlə məhdudlaşdırırlar. Əksinə, bir qrup da şəriət hakiminin səlahiyyətlərini məsumların səlahiyyətləri ilə eyni olduğunu bildirir.
Fəqihlərin şəri hakimliyini sübut etmək üçün alimləri peyğəmbərlərin varisləri, Peyğəmbərin (s) vəkilləri və ya onun canişinləri kimi tanıdan rəvayətlərə istinad olunmuşdur. Həmçinin fəqihlərin şəriət hakimi olduqlarını isbat etmək üçün əqli dəlil (məmləkəti və bəndələrin dini və dünyəvi işlərinin nizam-intizamını qorumaq) və icma və yekdil rəy də qeyd edilmişdir.
Tərifi
Şəriət hakimi müsəlmanlar arasında baş verən mübahisə və ixtilaflarda hökm verən camiuş-şərait fəqihdir.[1] Buna əsasən, camiuş-şərait fəqih mərcəyi-təqlid olaraq fətva verməklə yanaşı, həm də şəriət hakimi kimi hökm vermək vəzifəsini daşıyır.[2] Şəriət hakimi vəzifəsini qəbul etmək vacibi kifaidir.[3] Şəriət hakiminin hökmünə tabe olmaq vacibdir.[4] Bu termin fiqh kitablarına Əllamə Hilli dövründən daxil olmuşdur.[5]
İran İslam İnqilabından sonra İmam Xomeyni (r.ə) İranın müxtəlif bölgələrində hakimliklə məşğul olan hakimlər üçün şəriət hakimi təbirindən istifadə etdi.[6]
Fəqihlərin şəriət hakimi olmasının dəlilləri
Fiqh kitablarında qeybət dövründə fəqihlərin şəriət hakimi olmaları üçün müxtəlif dəlillər irəli sürülüb;[7] Bu dəlillər alimləri peyğəmbərlərin varisləri[8] Peyğəmbərin (s) vəkilləri[9] və ya onun canişinləri[10] kimi təqdim edən rəvayətlərə əsaslanır.
Hədislərə əsaslanan dəlillərlə yanaşı, qeybət dövründə fəqihlərin şəriət hakimi olduqlarını sübut edən əqli dəlillər də bəyan edilmişdir. Fəqihlərin fikrincə, şəhərləri və bəndələrin dini və dünyəvi işlərinin nizamını qohdrumaq üçün Allah tərəfindən İmamın (ə) təyin olunmasının vacibliyinə hökm edən həmin ağıl, İmamın (ə) qeybdə olduğu zamanda da canişininin olmasının zəruriliyinə hökm edir.[11] Qeybət dövründə fəqihlərin hakimliyini sübut etmək üçün icmaya da istinad edilmişdir.[12]
Səlahiyyətləri
Fəqihlər şəriət hakiminin səlahiyyət dairəsi haqqında ixtilaf edirlər. Onlardan bəziləri şəriət hakiminin səlahiyyətlərinin ancaq yetimlərə dair işlər və sahibləri olmayan mallara aid məsələlər kimi Quranda və ya hədislərdə qeyd olunan hallarda olduğunu hesab edirlər.[13] Digərləri isə onların səlahiyyətlərinin İmamların (ə) səlahiyyətləri ilə eyni olduğuna inanırlar.[14]
Birinci rəyə əsasən, əgər bir işdə şübhə varsa, o şübhəli işin şəriət hakiminin səlahiyyət və hakimiyyət dairəsindən xaric olması prinsipidir.[15] Amma ikinci rəyə görə, Mərcəyi-təqlidin səlahiyyətinə xüsusi dəlillə bu çərçivədən çıxarılan hallar istisna olmaqla, müsəlmanların bütün işləri daxildir. Buna görə də şübhəli hallarda şəriət hakiminin səlahiyyəti vardır.[16]
İki şəriət hakimi arasında müxalifət olması
Fəqihlərin nəzərinə görə, bütün camiuş-şərait fəqihlər şəriət hakimidirlər. Buna görə də onlardan biri bir məsələdə hökm çıxarsa, başqa fəqihlərin onun hökmünə qarşı çıxması caiz deyil, hətta haramdır; Çünki hər şeydən əvvəl şəriət hakimi olmaq vacibi kifaidir. Əgər bir şəxs bunu düzgün yerinə yetirirsə, digər vacibi kifai olan məsələlər kimi o şəxslə müxalifətçilik etmək də caiz deyildir. İkincisi, digər mərcəyi-təqlidlərin şəriət hakiminin verdiyi hökmə qarşı çıxması sistemin pozulmasına və münaqişənin yaranmasına səbəb ola bilər ki, Allah da bundan qətiyyən razı deyil.[17]
İstinadlar
- ↑ Müəssiseye dairətul-məarif fiqhe İslami, h.ş 1387, c.3, s.198-199
- ↑ Kaşiful-ğita, Ən-Nurus-sati, h.q 1381, c.1, s.389-395; Rəhman Sitayiş, Rəsailun fil-vilayətil-fəqih, h.q 1425, kitabın hamısı
- ↑ Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1412, c.1, s.236; Ruhani, Fiqhus-Sadiq, h.q 1412, c.16, s.169; Qumi, Əd-Dəlail, h.q 1423, c.4, s.356-357
- ↑ Sədr, Əl-Fətaval-vazihə, h.q 1403, s.632
- ↑ Qafi, Hakim, s.423
- ↑ İmam Xomeyni-Səhifeye nur, h.ş 1389, c.11, s.378; c.20, s.285; c.18, s.36; c.14, s.466; c.16, s.398
- ↑ Həkim, Nəhcül-fəqahə, Qum, s.299-303
- ↑ Kaşiful-ğita, Ən-Nurus-sati, h.q 1381, c.1, s.350; Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.13, s.564; Rəhman Sitayiş, Rəsailun fil-vilayətil-fəqih, h.q 1425, s.116
- ↑ Kaşiful-ğita, Ən-Nurus-sati, h.q 1381, c.1, s.354; Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.13, s.566; Rəhman Sitayiş, Rəsailun fil-vilayətil-fəqih, h.q 1425, s.118
- ↑ Kaşiful-ğita, Ən-Nurus-sati, h.q 1381, c.1, s.355; Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.13, s.566; Rəhman Sitayiş, Rəsailun fil-vilayətil-fəqih, h.q 1425, s.118
- ↑ Kaşiful-ğita, Ən-Nurus-sati, h.q 1381, c.1, s.343; Heydəri, Vilayətul-fəqih, h.q 1424, s.221
- ↑ Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.13, s.563; Kaşiful-ğita, Ən-Nurus-sati, h.q 1381, c.1, s.348; Rəhman Sitayiş, Rəsailun fil-vilayətil-fəqih, h.q 1425, s.115; Heydəri, Vilayətul-fəqih, h.q 1424, s.220
- ↑ Heydəri, Vilayətul-fəqih, h.q 1424, s.226-228; Kaşiful-ğita, Ən-Nurus-sati, h.q 1381, c.1, s.341, 379; Muraği, əl-Ənavinul-fiqhiyyə, h.q 1417, c.2, s.562-569
- ↑ Kaşiful-ğita, Ən-Nurus-sati, h.q 1381, c.1, s.341, 379; Muraği, əl-Ənavinul-fiqhiyyə, h.q 1417, c.2, s.562-569
- ↑ Heydəri, Vilayətul-fəqih, h.q 1424, s.226-228; Kaşiful-ğita, Ən-Nurus-sati, h.q 1381, c.1, s.341, 379; Muraği, əl-Ənavinul-fiqhiyyə, h.q 1417, c.2, s.562-569
- ↑ Kaşiful-ğita, Ən-Nurus-sati, h.q 1381, c.1, s.341, 379; Muraği, əl-Ənavinul-fiqhiyyə, h.q 1417, c.2, s.562-569
- ↑ Kaşiful-ğita, Ən-Nurus-sati, h.q 1381, c.1, s.389-390
Ədəbiyyat
- İmam Xomeyni, Seyyid Ruhullah, Səhifeye nur, Tehran, h.ş 1389
- Bəhrani, Yusif ibn Əhməd, Əl-Hədaiqun-nazirə, Qum, h.q 1405
- Müəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), 2-ci çap, h.ş 1394
- Həkim, Seyyid Möhsin Təbatəbai, Nəhcül-fəqahə, Qum
- Heydəri, Möhsin, Vilayətul-fəqih, Beyrut, h.q 1424
- Rəhman Sitayiş, Məhəmməd Kazim, Rəsailun fil-vilayətil-fəqih, Qum, h.q 1425
- Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Rəvzətul-bəhiyyə, Qum, h.q 1412
- Sədr, Seyyid Məhəmməd Baqir, Əl-Fətaval-vazihə, Beyrut, h.q 1403
- Qafi, Hüseyn, Hakim, Daneşnameye cahane İslam, c.12, Tehran, 1-ci çap, h.ş 1387
- Qumi, Seyyid Təqi, Əd-Dəlail, Qum, h.q 1423
- Ruhani, Seyyid Sadiq, Fiqhus-Sadiq, Qum, Darul-kitab, h.q 1412
- Muraği, Seyyid Mir Əbdül-Fəttah, əl-Ənavinul-fiqhiyyə, Qum, h.q 1417
- Kaşiful-ğita, Əli ibn Məhəmməd Rza ibn Hadi, Ən-Nurus-sati, Nəcəf, h.q 1381
Xarici keçid