Məzmuna keç

Əli ibn Cəfər əs-Sadiq

wikishia saytından
(Əli ibn Cəfər səhifəsindən yönləndirilmişdir)
Əli ibn Cəfər əs-Sadiq
Qumda Əli ibn Cəfər Əs-Sadiqin məqbərəsi
Qumda Əli ibn Cəfər Əs-Sadiqin məqbərəsi
AdƏli ibn Cəfər əs-Sadiq
KünyəƏbul-Həsən
Vəfatı210, 220 və ya 250
Dəfn edildiyi yerQum, Mədinə və yaxud Simnan
LəqəbləriÜreyzi
Atasıİmam Sadiq (ə)
Övladları13 oğlan, 7 qız övladı


Əli ibn Cəfər əs-Sadiq, (ərəbcə: علي بن جعفر الصادق (ع)) Əli Ürəyzi adı ilə tanınır və İmam Cəfər Sadiqin (ə) ən kiçik oğlu sayılır. O, qardaşı İmam Musa ibn Cəfər (ə)İmam Rzadan (ə) rəvayətlər nəql etmişdir. Ondan “Məsailu Əli ibn Cəfər” adlı bir kitab qalmışdır ki, bu kitabda öz suallarını və İmam Kazimin (ə) verdiyi cavabları nəql etmişdir. Cənub-şərqi Asiyada yaşayan Hüseyni seyidlərin nəsli Əli ibn Cəfərə çatdığı bildirilir. Ürəyz, Qum və Simnanda ona nisbət verilən türbələr vardır.

Doğumu

Əli ibn Cəfər, İmam Cəfər Sadiqin (ə) övladlarındandır. Anası Ümmü-Vələd olmuşdur.[1] Deyilir ki, o, İmam Sadiqin (ə) şəhadəti zamanı (hicri 148-ci il) iki yaşında idi.[2] “Tənqihül-məqal” kitabında onun atasından hədis nəql etdiyi bildirilmişdir.[3] İranda dəfn olunmuş imamzadələr haqqında yazılmış “Ənvaru Pərakəndə” kitabında onun atasından hədis nəql etməsinə əsaslanaraq, doğum tarixi hicri 134 və ya 135-ci il olaraq təxmin edilmişdir.[4]

Onun künyəsi Əbul-Həsən olmuşdur.[5] O, Ürəyz adlı yerdə yaşayırdı [6]və buna görə ona Ürəyzi deyirdilər,[7] onun övladları və nəvələrinə də Ürəyzilər[8] (Ərəb dilində: Ürəyziyyun) deyilirdi.

Həyat yoldaşı və övladları

Şeyx Abbas Qumi onun həyat yoldaşının Məhəmməd ibn Abdullah Bahirin qızı Fatimə olduğunu qeyd etmişdir.[9] Əli ibn Cəfərin on üç oğlu və yeddi qızı olduğu bildirilir.[10]

Onun oğullarının adları belədir: Məhəmməd, Həsən, Əhməd Şəərani, Cəfər Əsğər, Hüseyn, Cəfər Əkbər, İsa, Qasim, Əli, Abdullah, Məhəmməd Əsğər, Əhməd Əsğər və Möhsün.[11] Qızlarının adları isə belədir: Külsum, İlyə, Məlikə, Xədicə, Həmdunə, Zeynəb və Fatimə.[12]

Cənub-Şərqi Asiya Hüseyni Seyidlərinin Cəddi

Bildirilir ki, Cənub-Şərqi Asiyanın İndoneziya, Malayziya, Sinqapur və Tailandın cənub bölgələrində pərakəndə şəkildə yaşayan Hüseyni seyidləri Əli ibn Cəfərin oğlu Məhəmmədin oğlu İsanın oğlu Əhmədin nəslindəndirlər.[13] Onların bu bölgələrdə İslamın yayılmasında rolu olmuşdur.[14] Onun nəvələrinin bu bölgəyə hicrət etmə səbəbi İslamı təbliğ etmək və ticarətlə məşğul olmaq kimi göstərilir.[15] Şeyx Abbas Qumi onun soyunun Məhəmməd, Əhməd Şəərani, Həsən və Cəfər adlı dörd övladından davam etdiyini qeyd etmişdir.[16]

İmamlarla birlikdə olması

Şeyx Tusi, Əli ibn Cəfəri İmam Musa ibn Cəfərin (ə)[17]İmam Rzanın (ə)[18] səhabələrindən hesab etmişdir. Ondan nəql olunub ki, İmam Kazimlə (ə) dörd dəfə birgə ümrə ziyarətində olmuşdur.[19]

Həsən ibn Fəzzalın rəvayət etdiyi bir hədisdə İmam Kazim (ə), İmam Rzanın (ə) imamətini Əli ibn Cəfərə bildirmiş və o da bunu qəbul etmişdir.[20] Həmçinin Zəkəriyya ibn Yəhyanın nəql etdiyi bir hədisdə, Əli ibn Cəfər, İmam Səccadın (ə) nəvəsi Həsən ibn Hüseyn ibn Əli ibn Hüseyn ilə söhbətində İmam Rzanın (ə) imamətindən danışmışdır.[21]Əl-Kafi” kitabında nəql olunan bir rəvayətə əsasən, o, uşaq yaşlarında olan İmam Cavada (ə) böyük hörmət göstərmiş və dostları bu hörmətin səbəbini soruşduqda, cavabında onun imamətinə işarə etmişdir.[22]

Əli ibn Cəfər, İmam Hadini (ə) də görmüş və onun dövründə vəfat etmişdir.[23]

Onun Rical elmindəki mərtəbəsi

Əli ibn Cəfərin ölüm anındakı sözü

Atam vəfatından bir il əvvəl, ev əhli onun ətrafına toplaşdığında belə buyurdu: “Uca Allah bəndələrinə heç bir şey barədə imamətə iqrar etmək qədər təkid etməmişdir. Lakin bəndələr heç bir məsələdə bu mövzuda olduğu qədər inkar və təkzib göstərməmişlər.”

Məsailu Əli ibn Cəfər və mustədrəkətuha, s.319

İbn Davud “Rical” kitabında onu tərif olunmuş şəxslər arasında qeyd etmişdir.[24] Şeyx Müfid də onun İmam Kazimdən (ə) çoxlu sayda hədis nəql etdiyini, möhkəm bir üsluba malik olduğunu, fəzilət və təqva baxımından yüksək məqama sahib olduğunu bildirmişdir.[25] Şeyx Tusi də onu “siqə” (etibarlı) kimi təqdim etmişdir.[26]

Əli ibn Cəfər atası İmam Cəfər Sadiqdən (ə),[27] İmam Kazimdən (ə)[28] və İmam Rzadan (ə)[29] hədislər nəql etmişdir. O, həmçinin Zeyd ibn Əlinin oğlu Hüseyn Züddəmə, Sufyan ibn Üyeynə, Məhəmməd ibn Müslim, Əbdülməlik ibn Qüdamə və İmam Sadiqin (ə) xidmətçisi Mütəbdən də rəvayətlər nəql etmişdir.[30]

Raviləri

“Məsailu Əli ibn Cəfər” kitabının tədqiq olunmuş nüsxəsində onundan rəvayət edən 43 nəfərin adı qeyd olunmuşdur. Bunların arasında Əhməd ibn Əbi Nəsr Bəznəti, Əbdül-Əzim Həsəni, Hüseyn ibn Musa ibn CəfərYunis ibn Əbdür-Rəhman da vardır.[31]

Əsərləri

Simnanda Əli ibn Cəfər Əs-Sadiqin (ə) məqbərəsi

Əhməd ibn Əli Nəcaşi, Əli ibn Cəfərə halalharam məsələləri mövzusunda bir kitab nisbət vermişdir.[32] Həmçinin Şeyx Tusi ona “əl-Mənasik” və “Məsailu li-əxihi Musaəl-Kazim” adlı iki əsəri mənsub etmişdir.[33] O, “Məsail” adlı kitabında öz suallarını və İmam Kazimdən (ə) aldığı cavabları rəvayət etmişdir.[34] Alul-Beyt institutu bu sualları və Əli ibn Cəfərin digər rəvayətlərini “Məsailu Əli ibn Cəfər və Müstədrəkatuha” adlı kitabda toplamışdır.[35]

Vəfatı

Əli ibn Cəfərin vəfat tarixi ilə bağlı müxtəlif tarixlər qeyd olunmuşdur. Hicri 8-ci əsrin sünni tarixçilərindən olan Şəmsəddin Zəhəbi[36] və Abdullah Yafii[37] onun vəfatını 210-cu hicri ilinin hadisələri arasında qeyd etmişlər. Lakin “Ənvaru Pərakəndə” adlı kitabda onun İmam Cavaddan (ə) (şəhadəti 220-ci hicri ili) nəql etdiyi rəvayətinə istinad edilərək, vəfatı 220-ci ildə və 85 yaşında olduğu göstərilmişdir.[38]

Əli ibn Cəfərə (ə) nisbət verilən türbələr

Mədinənin Üreyz kəndində Əli ibn Cəfər əs-Sadiqin məqbərəsi və məscidi

Əli ibn Cəfərə (ə) Ürəyz, Qum və Simnanda üç türbə nisbət verilmişdir:

  • Ürəyz: Mirzə Hüseyn Nuri (1254–1320 hicri qəməri) “Müstədrəkul-vəsail” kitabının xülasəsində Əli ibn Cəfərin qəbrini Mədinəyə yaxın olan Ürəyzdə yerləşdiyini bildirmiş və bu məzarın türbəsi olduğunu qeyd etmişdir.[39] 1381-ci (hicri şəmsi) ildə Səudiyyə Ərəbistanı hökuməti bu türbəni dağıtmışdır.[40] “Əyanuş-şiə” kitabının müəllifi Seyid Məhəmməd Hüseyn Əmin və həmçinin Əllamə Həsənzadə Amuli[41] də onun qəbrinin Mədinənin Ürəyz bölgəsində olduğunu bildirmişlər.
  • Qum: Şiə alimlərindən olan Məhəmmədtəqi Məclisi (1003–1070 hicri qəməri), Əli ibn Cəfərin Qumda, “Beheşt bağı” adlı məzarlıqda dəfn olunduğunu demişdir. Onun sözlərinə görə, Əli ibn Cəfər Qum əhalisinin dəvəti ilə bu şəhərə hicrət etmişdir. [42]Mühəddis Qumi yazır ki, Əli ibn Cəfərin qəbrinin Qumda yoxsa Mədinədən bir fərsəx (təxminən 5-6 km) aralıda yerləşən Ürəyzdə olduğu məlum deyil. O ehtimal verir ki, Qumdakı qəbir Əli ibn Cəfərin kiçik oğlu Cəfərin nəvəsinə aid ola bilər.[43] Muddərrisi Təbatəbai də onun Qumda dəfn olunduğunu bildirmişdir.[44] Mühəddis Nuri ehtimal edir ki, Qumdakı qəbir ona deyil, onun nəvələrindən və ya Cəfər Kəzzabın nəvələrindən birinə aid ola bilər.[45]

Bu imamzadənin birbaşa İmam Sadiqin (ə) oğlu olmamasını göstərmək məqsədilə tədqiqatçılardan biri “Tarixi-Qum” kitabına istinad edərək bildirir ki, Qumda yaşayan ilk Huseyni seyid Əbul-cin Hüseyn ibn Hüseyn ibn Cəfər ibn Məhəmməd ibn İsmayıl ibn Cəfər Sadiq (ə) olmuşdur.[46]

  • Simnan: İranın Simnan şəhərində də Əli ibn Cəfər adına türbə və ziyarətgah mövcuddur.[47]

İstinadlar

  1. İbn Təbatəba, Muntəqilətut-Talibiyyə, h.ş 1388, s.224
  2. Qumi, Tarixe Qum, h.ş 1361, s.224
  3. Mamqani, Tənqihul-məqal, Alul-beyt (ə) müəssisəsi, müqəddimə 2, s.638
  4. Fəqih Bəhrul-ulum, Ənvare pərakənde, h.ş 1376, c.1, s.238
  5. Nəcaşi, Ricalun-Nəcaşi, s.251
  6. Nəcaşi, Ricalun-Nəcaşi, s.251
  7. Qumi, Tarixe Qum, h.ş 1361, s.224
  8. İbn İnəbə, Ümdətut-talib, h.q 1380, s.242
  9. Qumi, Muntəhul-amal, c.2, s.59
  10. Rəcayi, Əl-Muqibun, h.ş 1385, c.2, s.409-410
  11. Rəcayi, Əl-Muqibun, h.ş 1385, c.2, s.409-410
  12. Rəcayi, Əl-Muqibun, h.ş 1385, c.2, s.410
  13. Barani, Bərresiye nəqşe təşəyyö dər vurud və qostəreşe İslam be Asiyaye cunube Şərqi, s.254
  14. Barani, Bərresiye nəqşe təşəyyö dər vurud və qostəreşe İslam be Asiyaye cunube Şərqi, s.254
  15. Barani, Bərresiye nəqşe təşəyyö dər vurud və qostəreşe İslam be Asiyaye cunube Şərqi, s.257
  16. Qumi, Muntəhul-amal, c.2, s.110
  17. Tusi, Ricalut-Tusi, h.ş 1373, s.339
  18. Tusi, Ricalut-Tusi, h.ş 1373, s.359
  19. Hümeyri, Qurbul-isnad, s.486
  20. Şeyx Tusi, Kitabul-ğeybə, h.q 1411, s.42
  21. Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.275
  22. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.322
  23. İbn İnəbə, Ümdətut-talib, h.q 1380, s.241
  24. İbn Davud, Kitabur-rical, h. 1392, s.136
  25. Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.214
  26. Tusi, Fehrest, h.q 1417, s.151
  27. Bərqi, Rical, s.25; Tusi, Ricalut-Tusi, h.ş 1373, s.339
  28. Tusi, Ricalut-Tusi, h.ş 1373, s.339
  29. علی بن جعفر, hawzah.net saytı
  30. Əli ibn Cəfər, Məsailu Əli ibn Cəfər və müstədrəkətuha, s.55-57
  31. Əli ibn Cəfər, Məsailu Əli ibn Cəfər və müstədrəkətuha, s.58-65
  32. Nəcaşi, Ricalun-Nəcaşi, s.252
  33. Tusi, Fehrest, h.q 1417, s.151
  34. Tusi, Ricalut-Tusi, h.ş 1373, s.339
  35. «مسائل علی بن جعفر(ع) و مستدرکاتها», hadith.net saytı
  36. Zəhəbi, Əl-İbəru fi xəbər, Darul-kutubil-elmiyyə, c.1, s.282
  37. Yafii, Miratul-cinan, h.q 1417, c.2, s.37
  38. Fəqih Bəhrul-ulum, Ənvare pərakənde, h.ş 1376, c.1, s.238-239
  39. Mühəddis Nuri, Xatimətu Müstədrəkul-vəsail, c.4, s.487
  40. Ürəyz Nəzihdqahe imaman (ə) və məqbəreye Əli ibn Cəfər (ə), s.131
  41. https://library.tebyan.net/fa/Viewer/Text/68405/6
  42. Məclisi, Rövzətul-müttəqin, h.q 1406, c.14, s.191
  43. Qumi, Muntəhul-amal, h.ş 1331, c.2, s.110
  44. Müdərrisi Təbatəbai, Türbəte pakan, h.ş 1335, s.44
  45. Mühəddis Nuri, Xatimətu Müstədrəkul-vəsail, c.4, s.487
  46. Qumi, Tarixe Qum, Təhqiq: Tehrani, h.ş 1361, s.211; Qumi, Tarixe Qum, h.ş 1361, Təhqiq: Ənsari, s.556 Fatimidən nəql olunub, Ləğzeşha dər müərrifi İmamzadeqane Qum, s.50
  47. Mühəddis Nuri, Xatimətu Müstədrəkul-vəsail, c.4, s.487

Ədəbiyyat

  • İbn Davud, Həsən ibn Əli, Kitabur-rical, Qum, h. 1392
  • İbn Təbatəba, İbrahim ibn Nasir ibn Təbatəba, Nəcəf, Muntəqilətut-Talibiyyə, h.ş 1388
  • İbn İnəbə, Əhməd ibn Əli, Ümdətut-talib, h.q 1380
  • Barani, Məhəmməd Rza və Məhəmməd Əli Rəbbani, Bərresiye nəqşe təşəyyö dər vurud və qostəreşe İslam be Asiyaye cunube Şərqi, h.ş 1394
  • Bərqi, Ricalul-Bərqi, Mənşurate camieye Tehran
  • Hümeyri, Abdullah ibn Cəfər, Qurbul-isnad, Qum
  • Zəhəbi, Şəmsuddin, Əl-İbəru fi xəbərin ən xəbər, Darul-kutubil-elmiyyə, Beyrut
  • Rəcayi, Seyid Mehdi, Əl-Muqibun min Ali Əbi Talib, Aşura müəssisəsi, Qum, h.ş 1385
  • Tusi, Məhəmməd ibn Həsən, Fehrest, Təhqiq: Cavad Qəyyumi, h.q 1417
  • Tusi, Məhəmməd ibn Həsən, Ricalut-Tusi, Təhqiq: Cavad Qəyyumi, Qum, İslami nəşr müəssisəsi, h.ş 1373
  • Tusi, Məhəmməd ibn Həsən, Kitabul-ğeybə, Qum, Darul-məarifil-islamiyyə, h.q 1411
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, 1-ci çap, h.q 1413
  • Əli ibn Cəfər, Məsailu Əli ibn Cəfər və müstədrəkətuha, Qum
  • Fatimi, Seyid Həsən, Ləğzeşha dər müərrifi İmamzadeqane Qum, h.ş 1392
  • Fəqih Bəhrul-ulum, Məhəmməd mehdi, Ənvare pərakənde, Qum, 1-ci çap, h.ş 1376
  • Qumi, Həsən ibn Məhəmməd, Tarixe Qum, Tehran, Tus, h.ş 1361
  • Qumi, Şeyx Abbas, Muntəhul-amal, Qum, Camitəul-müdərrisin
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-elmiyyə, h.q 1407
  • Mamqani, Abdullah, Tənqihul-məqal, Alul-beyt (ə) müəssisəsi, Nəcəf çapı, h.q 1350
  • Məclisi, Məhəmməd Təqi, Rövzətul-müttəqin, Qum, 2-ci çap, h.q 1406
  • Müdərrisi Təbatəbai, Seyid Hüseyn, Türbəte pakan, Qum, h.ş 1335
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, h.q 1413
  • Nəcaşi, Əhməd ibn Əli, Ricalun-Nəcaşi, Təhqiq: Seyid Musəvi Şübeyri Zəncani, İslami nəşr müəssisəsi
  • Mühəddis Nuri, Mirza Hüseyn, Xatimətu Müstədrəkul-vəsail, Qum
  • Yafii, Abdullah ibn Əsəd, Miratul-cinan, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1417