Şəhidlik

wikishia saytından
(Allah yolunda öldürülmək səhifəsindən yönləndirilmişdir)
Başqa eyni adlı məqalələrlə səhv salmamaq üçün "Şəhadət (səhv salmamaq üçün)" adlı bölməyə daxil olun.

Şəhidlik (ərəbcə: الشهادة) Allah yolunda öldürülməkdən bəhs edir ki, hədislərdə ən üstün xeyir və ən şərəfli ölüm kimi qeyd olunur. Quran ayələrində və hədislərdə şəhadət üçün diri qalmaq, şəfaət hüququndan istifadə etmək, günahların bağışlanması kimi təsirlərdən bəhs edilir.

Fəqihlərin nəzərinə görə, şəhidin qüslükəfəni yoxdur və onun bədəninə toxunmaq məssi-meyit qüslü etməyi vacib etmir. Əlbəttə ki, bu hökmlər mərəkədə (döyüş meydanında) şəhid olanlara xasdır və Allah yolunda öldürülən digər şəxslərə və şəhid məqamına saib olanlara şamil olmur.

Bəzi rəvayətlərə görə, bütün şiə imamları şəhadətlə dünyadan gedirlər. Əlbəttə ki, görkəmli şiə alimlərindən olan Şeyx Müfid onlardan bəzilərinin şəhid olmasına şübhə ilə yanaşmışdır.

İran İslam Respublikası ədəbiyyatında şəmsi təqvimi ilə 1357-ci (miladi: 1979) ildə edilən inqilabı qorumaq və İran ölkəsini müdafiə etmək yolunda şəhid olanların hamısı şəhid adlanır. Bu ölkədə şəhid ailələrinin və fədakar insanların işləri ilə məşğul olmaq üçün Şəhid Vəqfi Təşkilat və Şəhidlərin İşləri Təşkilatı yaradılıb. Həmçinin martın 12-si Şəhidlər Günü kimi qeyd olunur.

Tərifi

Şəhidlik Allah yolunda öldürülmək deməkdir və Allah yolunda öldürülən şəxsə şəhid deyilir.[1] Fiqhdə şəhidlik o müsəlmana məxsusdur ki, döyüş meydanında kafirlər tərəfindən və ya onlarla döyüş nəticəsində öldürülür.[2]

"Nümunə" təfsirində bildirilir ki, şəhadət xüsusi məna və ümumi məna daşıyır. Onun xüsusi mənası fiqhi məna ilə eynidir, ümumi mənası isə insanın ilahi bir vəzifəni yerinə yetirmək yolunda öldürülməsi və ya ölməsidir. Buna görə də İslam rəvayətlərində şəhid ünvanı üçün elm tələbəsinin elm öyrənmək yolunda dünyadan köçməsi, Allaha, Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) mərifəti olduğu halda yatağında ölməsi və qarətçilərin qarşısında öz malını müdafiə etmək yolunda ölən şəxs kimi nümunələr qeyd edilmişdir.[3]

Şəhid adlandırılma səbəbi

وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ

Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.

Ali-İmran surəsi, ayə 169

Şəhadət lüğətdə hazır olmaq və müşahidə etmək mənasında işlənib.[4]

Bu məsələni nəzərə alaraq şəhidin adının verilməsi ilə bağlı ehtimallar verilib; o cümlədən:

  • Allah və mələkləri onun cənnət əhli olması ilə bağlı şəhadət verirlər.
  •  O, ölməmişdir və Rəbbinin hüzurundadır.
  • O, başqalarının müşahidə etmədiyi şeyləri müşahidə edir.[5]
  • Qiyamət günü başqalarının əməllərinə şahid olar.[6]

Mövqeyi

Şəhidliyin məqamı və fəziləti haqqında çoxlu rəvayətlər vardır. O cümlədən, şəhidlik ən yüksək xeyir[7] və ən şərəfli ölüm[8] hesab edilmişdir. Həmçinin bəzi digər ölümlər savab və mükafat baxımından ona bənzədilmişdir.[9] Həmçinin[10] on dörd məsumdan (ə) gəlmiş dualarda şəhadət[11] Peyğəmbərin (s) bayrağı altında şəhid olmaq[12] və ən pis insanlar tərəfindən öldürülmək[12] Allahdan istənilib.

Quranda şəhadət sözü "qutilə fi səbilillah" (Allah yolunda öldürülmək) ifadəsi ilə xatırlanır və Quranda şəhiddən məqsəd o şəxsdir ki, insanın əməllərinə şahiddir.[13] Fiqh kitablarında şəhadət və şəhidən təharət (paklıq) hökmləri kontekstində bəhs edilir.[14]

Şəhidliyin təsirləri

Ayəhədislərdə şəhadət üçün bir sıra təfsirlər qeyd edilmişdir ki, onlardan bəziləri aşağıdakılardır:

  • Diri olmaq: Quran ayələrinə görə, Allah yolunda öldürülənlər ölü deyillər; Əksinə, onlar diridirlər[15] və onlara Rəbbiləri tərəfindən ruzi verilir.[16]
  • Şəfaət etmək hüququna malik olmaq. Peyğəmbərlər və alimlərlə yanaşı, şəhid də qiyamətdə şəfaət edənlərdəndir.[17]
  • Günahların bağışlanması və Allahın rəhməti:[18] İmam Baqirdən (ə) nəql edilən bir rəvayətdə şəhidin qanının ilk damlası axan zaman onun Həqqun-nasdan başqa bütün günahları bağışlanır.[19] Şəhidin boynundakı həqqun-nas barəsində də deyilir ki, şəhid onun əvəzini ödəmək barədə səhlənkarlıq etməsə və ödəmək niyyətində olsa cavabdehdir; Allah o haqqı ödəyər və haqq sahibini razı salar.[20]

Döyüş meydanında şəhid olanların hökmləri

Fəqihlər döyüş meydanında şəhid olanlar üçün bəzi hökmləri qeyd etmişlər:

  • Meyit qüslü: Şiə fəqihlərinin nəzərinə əsasən, müharibə meydanında şəhid olan şəxsin meyit qüslü yoxdur.[23] Lakin döyüş meydanında yaralanmış və döyüşdən kənarda və ya müharibə bitdikdən sonra şəhid olmuş şəxsə qüsl verilməlidir.[24]
  • Kəfən etmək: Şiə fəqihlərinin nəzərinə görə, döyüş meydanında şəhid olan şəxs kəfən edilmir[25] və həmin döyüş paltarın ilə dəfn edilir;[26] əgər bədənində heç bir paltarı yoxdursa, bu halda onu kəfənlənmək lazımdır.[27]
  •  Şəhidin bədəninə məsh etmək:
  •  Şəhidin bədəninə toxunmaq məssi-meyit qüslünün vacib olmasına səbəb olmaz.[28]
  •  Hənut etmək: Hənut (meyitin yeddi səcdə üzvünə kafur sürtmək) şəhidə vacib deyil; çünki hənut kəfəndən sonradır və şəhid kəfən edilmir.[29]

Yuxarıda qeyd olunan hökmlər məsumun (ə) və ya onun xüsusi naibinin icazəsi ilə müharibədə iştirak edən şəxslərə şamil olur.[30] Həmçinin əksər fəqihlərin fətvasına əsasən, bu hökmlər qeybət dövründə İmamın (ə) ümumi naibinin (Cameüş-şərait fəqihin) icazəsi ilə və ya onun icazəsi olmadan İslam düşmənlərinin hücumu qarşısında müdafiə yolunda öldürülən şəxslərə də şamil olur.[31] Digər tərəfdən, Şəhid Sani bu şəxsləri (eləcə də malını və ailəsini qorumaq yolunda öldürülən şəxsi) şəhidin fəzilətinə şərik hesab etsə də, döyüş meydanında şəhid olan şəxsin hökmlərinin onların barəsində icra edilməsini qəbul etmir.[32]

Şiə imamlarının şəhid olması

Bir sıra şiə alimlərinin əqidəsinə görə, bütün şiə imamları (ə) şəhid olaraq dünyadan köçüblər.[33]

Onların dəlili bəzi rəvayətlərdir, o cümlədən İmam Sadiqin (ə) rəvayətidir ki, buyurur:

«وَ اللهِ مَا مِنَّا إِلَّا مَقْتُولٌ شَهِید»

"And olsun Allaha, bizim hamımız şəhid olaraq dünyadan gedirik". Bu rəvayətə əsasən, bütün imamlar şəhadətlə dünyadan köçürlər.[34] Bu baxışdan fərqli olaraq Şeyx Müfid "Təshihu etiqadatil-imamiyyə" kitabında İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Musa Kazim (ə)İmam Rzanın (ə) şəhid edilməsini qəbul edib və başqa imamların (ə) şəhid olmasında şəkk etmişdir.[35]

İran İslam Respublikası ədəbiyyatında şəhid

İran İslam Respublikası ədəbiyyatında şəhid, şəmsi təqvimi ilə 1357-ci (miladi: 1979) ildə edilən inqilabı və İslam quruluşunun nailiyyətlərini müdafiə etmək və qorumaq, İran ölkəsinin istiqlaliyyəti və düşmən təhdidləri ilə mübarizə yolunda həyatını itirənlərə şamil olur.[36] İran Şəhid Təşkilatı Qanununa əsasən, 1979-cu il inqilabından 2021-ci ilin əvvəlinə qədər təxminən 220.000 nəfər şəhid sayılıblar.[37] İranda şəhid ailələrinin işləri ilə məşğul olmaq üçün Şəhidlər Vəqfi təşkilatı yaradılmışdır.[38] Həmçinin martın 12-si Şəhid günü kimi qeyd edilmişdir.[39]

Terminlər

İran İslam Respublikası ədəbiyyatında şəhidlərlə bağlı istifadə olunan bəzi terminlər bunlardır:

  • Müqəddəs müdafiə şəhidləri: İran-İraq müharibəsində şəhid olmuş iranlılardır,[41] onlar həm də "təhmili (məcburi) müharibə"nin şəhidləri kimi tanınırlar.[42] Bu şəhidlərin dəfn olunduğu yer "Şühəda gülzarı" adlanır.[43]
  •   Naməlum Şəhid: İran-İraq müharibəsində kimliyi məlum olmayan iranlı şəhidlərə deyilir.[44] İranda adətən bu insanların məzarları üzərində abidə ucaldılır[45] və dini mərasimlərdə məzarlarının yanında mərasimlər keçirilir.[46]
  • Hərəmin şəhid müdafiəçisi: İŞİD-ə qarşı mübarizə və Suriya hökumətinə dəstək məqsədilə İran İslam Respublikası tərəfindən təşkil edilib Suriyaya göndərilən və bu ölkədə öldürülən qüvvələrə deyilir. Bu qüvvələr İran, Livan, İraq və Əfqanıstandandırlar.[47]
  •  İnqilab Şəhidləri: Şəmsi təqvimi ilə 1342-ci ildən 1357-ci ilin bəhmən ayına qədər Pəhləvi rejiminə qarşı mübarizədə şəhid olmuş insanlara deyilir. Bu şəhidlərin sayının 2800-dən 10000 nəfərə qədər olduğu bildirilmişdir.[48]
  • Təhlükəsizlik şəhidləri: Təhlükəsizliyin və cəmiyyətin ümumi nizamının bərqərar edilməsi,[49] qaçaqmalçılar[50] və Arman Əliverdi və Ruhullah Əcəmian[51] kimi iğtişaşçılara qarşı mübarizədə şəhid olanlara deyilir.
  •  Sağlamlıq şəhidləri: İran xalqının müalicəsi və sağlamlığının təmin edilməsi yolunda həyatını itirənlərə deyilir. Bu ad 2019-cu ildə korona virusunun yayılması zamanı məşhurlaşdı.[52]
  • Xidmət şəhidləri: Xalqa xidmət etmək üçün canını fəda edənlərə deyilir; İranın o zamankı prezidenti Seyid İbrahim Rəisi, o dövrdəki İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Ali Rəhbərin nümayəndəsi Seyid Məhəmməd Əli Ali Haşim və onların şəhid olan yoldaşları kimi ki, İranın xalqına və tərəqqisinə xidmət edərkən hava qəzasında şəhid oldular.[53]

Həmçinin İranda bəzi hadisələrin qurbanları şəhid kimi təqdim edilib, məsələn: 2015-ci ildə Mina fəlakətinin qurbanları, 2016-cı ildə Tehranda Plasko binasında yanğın zamanı canlarını fəda edən yanğınsöndürənlər[54] və 2019-cu ildə Ukraynanın Boeing 737 təyyarəsinin qurbanları.[55]

Biblioqrafiya

Fars və ərəb dillərində şəhidlik və şəhid haqqında bir sıra kitablar yazılmışdır, o cümlədən:

  • "Peyğəmbər (s) dövrünün şəhidləri" kitabı: Bu əsərin müəllifi Əbülfəzl Bənai Kaşidir. Sözügedən əsər fars dilində Peyğəmbər (s) dövrünün şəhidləri haqqında məlumat verir. Hicrətdən əvvəl şəhid olanlar, Bədr döyüşü şəhidləri, Suveyq qəzvəsi şəhidləri, Ühüd qəzvəsi şəhidləri, Biri Məunə şəhidləri, Xeybər qəzvəsi şəhidləri, Taif qəzvəsi şəhidləri, Hüneyn qəzvəsi şəhidləri və şəhid olma tarixləri məlum olmayan şəhidlər bu kitabın fəsillərindəndir. Bu kitab 248 səhifədən ibarətdir və 2012-ci ildə "Şəhid" nəşriyyatında çap olunub.
  • "Şühədaul-Fəzilət" kitabı: Əllamə Əmininin 130 şəhid alimin tərcümeyi-halı və onların necə şəhid olmaları haqqında məlumat verdiyi bir kitabdır. Bu şəxslər hicri 4-cü əsrdən 14-cü əsrə qədər olan şəxsiyyətləri arasından seçilmişlər. "Şühədaul-Fəzilət" kitabı "Fəzilət yolu şəhidləri" adı ilə fars dilinə tərcümə edilmişdir.
  • "İslamın ilk günlərinin şəhidləri və Kərbəla hadisəsi şəhidləri" kitabı: Bu kitabın müəllifi Seyid Əli Əkbər Qüreyşidir. Sözügedən əsər 2006-cı ildə "Nəvidi İslam" nəşriyyatında 212 səhifə həcmində çap edilmişdir.[56]

İstinadlar

  1. Əbdül-Munim, Musəmul-mustələhat, c.2, s.346
  2. Əbdül-Munim, Musəmul-mustələhat, c.2, s.346
  3. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1379, c.21, s.407-408
  4. Qərəşi, Qamuse Quran, h.q 1412, c.4, s.74
  5. Türeyhi, Məcməul-bəhreyn, h.q 1416, c.3, s.81
  6. Qərəşi, Qamuse Quran, h.q 1412, c.4, s.77
  7. İbn Həyyun Məğribi, Dəaimul-İslam, h.q 1385,c.1, s.343
  8. Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1403, c.4, s.402, hədis 5868
  9. Baxın: Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.4, s.404
  10. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1404, c.95, s.368; c.91, s.239; c.94, s.332
  11. Əllamə Məclisi, Biharul-Ənvar, h.q 1404, c.94, s.376
  12. Əllamə Məclisi, Biharul-Ənvar, h.q 1404, c.94, s.261
  13. Təbatəbai, Ə-Mizan, c.4, s.407; Qərəşi, Qamuse Quran, h.q 1412, c.4, s.76
  14. Nümunə üçün baxın: Əllamə Hilli, Təhrirul-əhkam, h.q 1420, c.1, 3317
  15. Bəqərə surəsi, ayə 154
  16. Ali-İmran surəsi, ayə 169
  17. Himyəri, Qurbul-isnad, c.1, s.31
  18. Ali-İmran surəsi, ayə 157
  19. Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1403, c.3, s.183
  20. Şeyx Tusi, Təhzibul-Əhkam, h.ş 1365, c.6, s.188, hədis 395 və s.191, hədis 411; Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.99
  21. Tövbə surəsi, ayə 111
  22. Əllamə Məclisi, Biharul-Ənvar, h.q 1404, c.71, s.144
  23. Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.4, s.399
  24. Əllamə Hilli, Nəhayətul-əhkam, h.q 1419, c.2, s.235
  25. Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.4, s.399
  26. Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.4, s.406
  27. Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.4, s.406-407
  28. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.5, s.307
  29. Xoyi, Ət-Tənqih, c.9, s.182
  30. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.1, s.82
  31. Nümunə üçün baxın: Kaşiful-ğita, Ən-Nurus-sati, h.q 1381, c.1, s.545
  32. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.1, s.82
  33. Nümunə üçün baxın: Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.528; Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.131-132; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.2, s.209
  34. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.2, s.209; Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.131-132
  35. Mufid, Təshihu etiqadil-İmamiyyə, h.q 1414, s.131-132
  36. https://www.isna.ir/news/93031708, İsna.ir saytı
  37. https://www.isna.ir/news/9912211, isna.ir saytı
  38. https://rc.majlis.ir/fa/law/show/93093, majlis.ir saytı
  39. https://www.isna.ir/news/991221161, isna.ir saytı
  40. https://www.pasokh.org/fa/question/view/9632, pasokh.org saytı
  41. Mahmudi, Bərrsiye sibğeye irfani munacathaye şühədaye defa müqəddəs, s.355, 357
  42. Rəbii, Təhlile qoftemani şühədaye cənge təhmili, s.146
  43. Ağababayi, Qolzare şühəda be məsabe məkan-xatire, s.54
  44. https://www.tafahoseshohada.ir/fa/gomnam/gomnami/mafhom-tafahoseshohada.ir saytı
  45. https://www.tafahoseshohada.ir, tafahoseshohada.ir saytı
  46. https://www.tafahoseshohada.ir/fa/article/2/%D9%8, tafahoseshohada.ir saytı
  47. https://www.isna.ir/news/95022012343/%D8%B1%D9, isna.ir saytı
  48. https://www.isna.ir/news/99122116190/%D8%AA%D8, isna.ir saytı
  49. Nümunə üçün baxın: https://farsnews.ir/Culture/1629801051000, farsnews.ir saytı
  50. Nümunə üçün baxın: https://farsnews.ir/kohgiluyeh-boyerahmad/news, farsnews.ir saytı
  51. https://tehranpress.com/fa/news/39332, tehranpress.com saytı
  52. https://www.irna.ir/news/83893557/%D8%B4%D9%8, irna.ir saytı
  53. https://farsi.khamenei.ir/speech-content?id=56612, khamenei.ir saytı
  54. https://farhangi.tums.ac.ir/20681.html
  55. https://www.irna.ir/news/83634336/%D8%, irna.ir saytı
  56. https://iqna.ir/fa/news/1968293/%D9%86, İqna.ir saytı

Ədəbiyyat

  • Ağababayi, Ehsan və Mehdi Jiyanpur, Qolzare şühəda be məsabe məkan-xatire, h.ş 1395
  • İbn Həyuun Məğribi, Numan ibn Məhəmməd, Dəaimul-İslam, Qum, h.q 1385
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, h.q 1379
  • Himyəri, Abdullah ibn Cəfər, Qurbul-isnad, Tehran, Neynəva
  • Rəbii, Əli və Əmir Təmnayi, Təhlile qoftemani şühədaye cənge təhmili, h.ş 1393
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, h.q 1413
  • Şeyx Ənsari, Mürtəza, Kitabut-təharət, Qum, h.q 1415
  • Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, Dəftəre enteşarate İslami, h.q 1413
  • Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Qum, 1-ci çap, h.ş 1362
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, Alul-beyt müəssisəsi, h.q 1417
  • Türeyhi, Fəxruddin ibn Məhəmməd, Məcməul-bəhreyn, Tehran, 3-cü çap, h.q 1416
  • Əbdül-Munim, Mahmud ibn Əbdür-Rəhman, Musəmul-mustələhat, Qahirə, Darul-fəzilə
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təhrirul-əhkam, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1420
  • Əllamə Hilli, Həsən ibn Yusif, Nəhayətul-əhkam, Qum, Alul-beyt müəssisəsi, h.q 1419
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, Beyrut, h.q 1404
  • Qərəşi, Seyyid Əli Əkbər, Qamuse Quran, Tehran, Darul-kutubil-İslamiyyə, 6-cı çap, h.q 1412
  • Kaşiful-ğita, Əli ibn Məhəmməd Rza, Ən-Nurus-sati, Nəcəf, h.q 1381
  • Mahmudi, Məryəm və Həsən Qurbani, Bərrsiye sibğeye irfani munacathaye şühədaye defa müqəddəs, h.ş 1395
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Təshihu etiqadil-İmamiyyə, Qum, Şeyx Mufid konqresi, 2-ci çap, h.q 1414
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1379
  • Xoyi, Seyyid Əbül-Qasim, Ət-Tənqih, Qum