Məzmuna keç

Körpəyə qida dadızdırmaq

wikishia saytından

Körpəyə qida dadızdırmaq (ərəbcə: التحنيك) İslam adətlərindən biridir. Bu, yeni doğulmuş körpənin damağına bir qədər su və yüngül yemək sürtməklə yerinə yetirilir. Şiə fiqh alimləri körpəyə qida dadızdırmağı Fərat çayının suyu və İmam Hüseynin (ə) türbəti ilə edilməsini müstəhəb hesab edirlər. Bəzi hədislərə əsasən, Fərat çayının suyu ilə qida dadızdırılan şəxs şiəƏhli-beyt (ə) tərəfdarı olar.

Tərifi

Körpəyə qida dadızdırmaq, barmağın ucunu az miqdarda yüngül bir qida ilə isladıb, körpənin damağına yüngülcə basdırmaq deməkdir.[1] Bu əməli adətən mamaça və ya digər bir şəxs yerinə yetirir.[2]

İctimai inanca görə, körpəyə qida dadızdırmaqdan məqsəd körpənin sağlamlığını qorumaq, ananın südünü rahat əmməsini təmin etmək, kəkələməsinin qarşısını almaq və böyüyəndə dini tərbiyəsinə zəmin yaratmaqdır.[3] Şiə fiqh alimləri nikah bölməsində körpəyə qida dadızdırmağa “təhnik” deyirlər.[4]

Əhəmiyyəti

Vəsailuş-Şiə” adlı hədis kitabında körpələrə qida dadızdırmağın müstəhəb olduğu və bununla bağlı bəzi hökmlərə aid bölüm ayrılmışdır.[5] Bəzi hədislərə əsasən, Fərat çayının suyu ilə qida dadızdırılan şəxs şiəƏhli-beyt (ə) sevdalısı olar.[6]

Körpəyə qida dadızdırmaq ənənəsi İslamdan əvvəl müxtəlif xalqlar arasında da olmuşdur.[7] Bəzi sünni təfsirçiləri “Məryəm” surəsinin 25-ci ayəsinə əsasən, körpəyə xurma ilə qida dadızdırmaq ənənəsinin Həzrət Məryəmin (s) Həzrət İsanı (ə) dünyaya gətirdiyi zaman xurma yeməsi ilə əlaqəli olduğunu bildirirlər.[8] İslamın ilk dövrlərində səhabələr yeni doğulan körpəni Peyğəmbərin (s) yanına aparırdılar. O da körpəyə xurma ilə qida dadızdırır və onun üçün dua edirdi.[9] Şiə imamlarının dövründə körpəyə qida dadızdırmaq üçün Fərat çayının suyu, İmam Hüseynin (ə) şəhadətindən sonra isə o Həzrətin türbətindən istifadə etmək onlar tərəfindən tövsiyə və təyid olunmuşdur.[10]

Fiqhi qaydaları

Hədislərdə Peyğəmbər (s) və imamların (ə) yeni doğulmuş körpəyə qida dadızdırmaları ilə bağlı nümunələr qeyd olunmuşdur. Məsələn, İmam Əlidən (ə) nəql olunmuşdur ki, Peyğəmbər (s), İmam Həsən (ə)İmam Hüseyn (ə) doğulduğu zaman xurma ilə onlara qida dadızdırmışdır.[11] Başqa bir rəvayətdə isə İmam Kazimin (ə) oğlu İmam Rzaya (ə) Fərat suyu ilə qida daızdırmışdır.[12]

Şiə fəqihlərinin fikrincə, körpəyə qida dadızdırmaq, uşağın doğulduğu zaman və ad qoyulmazdan əvvəl yerinə yetirilməsi müstəhəb olan sünnələrdəndir.[13] Həmçinin bu əməli Fərat suyu və İmam Hüseynin (ə) türbəti ilə yerinə yetirmək müstəhəb sayılır.[14] Əgər Fərat suyu tapılmasa, şirin sudan istifadə etmək daha yaxşıdır. Əgər yalnız duzlu su mövcuddursa, onu bir qədər xurma və ya bal ilə qarışdırmaq tövsiyə edilir.[15]

Sünni fəqihlərindən olan İbn Qəyyim Cövziyyə də körpəyə qida dadızdırmağı uşağın doğumu zamanı müstəhəb qaydalardan saymışdır.[16]

İstinadlar

  1. Kərimi, «سق‌برداشتن»
  2. Kərimi, «سق‌برداشتن»
  3. Kərimi, «سق‌برداشتن»; Vahidi, «کام‌برداری نوزاد»
  4. Baxın; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.287; Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.25, s.37
  5. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.21, s.407
  6. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.ş 1356, s.49; Məclisi, Rövzətul-müttəqin, h.q 1406, c.8, s.622
  7. Vahidi, «کام‌برداری نوزاد»
  8. Zəməxşəri, Kəşşaf, h.q 1407, c.3, s.13; Həqqi Bursəvi, Ruhul-bəyan, Darul-fikr, c.5, s.327
  9. Sübhani, Vəhhabiyyət, h.ş 1388, c.1, s.337
  10. Vahidi, «کام‌برداری نوزاد»
  11. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.21, s.407
  12. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.21, s.408
  13. Nümunə üçün baxın: Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.287; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.31, s.252
  14. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.287; Fəxrul-mühəqqiqin, İyzahul-fəvaid, h.q 1387, c.3, s.258; Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.97
  15. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.287; Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.97; Fəxrul-mühəqqiqin, İyzahul-fəvaid, h.q 1387, c.3, s.258
  16. İbn Qəyyim Cəvziyyə, Tuhfətul-məvdud bi-əhkamil-məvlud, Məktəbətul-Quran, s.30

Ədəbiyyat

  • İbn Qulaveyh, Cəfər ibn Məhəmməd, Kamiluz-ziyarat, Nəcəf, Darul-Mürtəzəviyyə, 1-ci çap, h.ş 1356
  • İbn Qəyyim Cəvziyyə, Məhəmməd ibn Əbi Bəkr, Tuhfətul-məvdud bi-əhkamil-məvlud, Misir, Məktəbətul-Quran
  • Bəhrani, Yusuf, Əl-Hədaiqun-nazirə, Qum, Dəftəre enteşarate İslami, h.q 1405
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt müəssisəsi, 1-ci çap, h.q 1409
  • Həqqi Bursəvi, İsmail ibn Mustafa, Ruhul-bəyan, Darul-fikr, Beyrut
  • Zəməxşəri, Mahmud, Kəşşaf, Beyrut, Darul-kutubil-ərəbi, 3-cü çap, h.q 1407
  • Əllamə Hilli, Həsən ibn Yusif, Qəvaidul-əhkam, Qum, Dəftəre enteşarate İslami, h.q 1413
  • Fəxrul-mühəqqiqin, Məhəmməd ibn Həsən, İyzahul-fəvaid, Qum, İsmailiyyan müəssisəsi, 1-ci çap, h.q 1387
  • Kərimi, Əsğər, «سق‌برداشتن»
  • Məclisi, Məhəmməd Təqi, Rövzətul-müttəqin, Qum, 2-ci çap, h.q 1406
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, İsmailiyyan müəssisəsi, 2-ci çap, h.q 1408
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404
  • Vahidi, Seyid Məhəmməd Rza, «کام‌برداری نوزاد»