Sürmə çəkmək

wikishia saytından
Bu məqalə Süd vasitəsilə məhrəmlik barəsindədir. Məhrəmlik məfhumu ilə tanışlıq üçün Məharim məqaləsinə baxın.

Sürmə çəkmək və ya iktihal (ərəbcə: الاكتحال) müstəhəb əməllərdən sayılır və islam peyğəmbəri (s) və o cümlədən Şiə imamlarının sünnəsindən sayılr, odur ki, insanları bu işə sifariş etmişdirlər. Rəvayətlərdə “iktihal” üçün mənəvi və maddi xəstəliklərə faydalı olması haqda, o cümlədən göz xəstəliklərinə, ibadət zamanı və gecələri oyaq qalmaq üçün bir sıra göstərişlərə işarə edilmişdir.

Sürmə çəkmək üçün fiqh elmində bir sıra hökmlər bəyan edilmişdir. Bəzi fiqh alimləri onun qadınlar üçün naməhrəm kişilər qarşısında haram zinətlərdən olmadığını bildirirlər, lakin oruc olan halda onun qoxusu ya dadı insanın boğazına yetişərsə, onun məkruh (bəyənilməz) olduğunu yazırlar. Fəqihlər, ehram olan şəxs üçün sürmədən istifadə etməsini haram bilirlər.

Məna və məfhum

Gözə sürmə çəkmək, fiqh elmi terminologiyasında ona “İktihal” deyilir,[1] bir növ bəzənmək[2]müstəhəb əməllərdən sayılır, kişilər və qadınların bu işi görməsinə sifariş edilmişdir.[3]

Dini mənbələrdə, sürmə çəkmək peyğəmbər sünnələrindən biri kimi bildirilmiş[4]imamlar (ə) da sürmə çəkməyə sifariş edərək[5] onu imanın nişanələrindən olduğunu söyləmişlər;[6] odur ki, öz səhabələrini sürmə çəkməyə təşviq edərdilər.[7] Bəzi hədis kitablarında, bir fəsli sürmə çəkmək mövzusuna ixtisas verilmişdir.[8]

Lüğətdə “iktihal” gözün üzərinə bir şeyin qoyulması mənasında[9] və yaxud göz üçün faydalı olan hər dərman və əlaca deyilir.[10]

Sürmə çəkməyin hökmü

Sürmə çəkmək haqqında fiqh elminin müxtəlif bölmələrində söz açılmışdır:

Naməhrəm şəxslərdən qorunması

Bir çox fiqh alimləri, naməhrəm kişilər qarşısında qadınların sürmədən istifadə etmələrini, haram sayılan zinətlər sırasında bilmirlər.[11] Həmçinin bəzi alimlər sürmədən istifadə etməyin misdaqını «إِلّا ما ظَهَرَ مِنْها» (o zinətlər ki, qadınların onu naməhrəmlərin görməsindən qoruması lazım olmadığını) bu ayədən [12]«وَ لا یبْدِینَ زِینَتَهُنَّ إِلّا ما ظَهَرَ مِنْها» istifadə edirlər.[13] İşarə olunan ayənin təfsirində imam Sadiq (ə)[14]imam Baqirdən (ə) rəvayət nəql olunur[15] ki, gözə sürmə çəkmək, qadınlar üçün mübah sayılan (icazəli) zinətlərdən sayılır.

Ehram halında

Orta Asiya və İrana bağlı hicrətin IV-VI-cı əsrinə aid daş növündən olan sürmədan.

Ehram halında qara sürmədən istifadə etməyin haram və ya məkruh olması haqda alimlər arasında ixtilaf vardır.[16] Bir sıra fiqh alimləri, kişi və qadınların ehram halında[17] qara sürmədən istifadə etmələrini haram bilirlər,[18] hətta zinət (bəzənmək) bəqsədi ilə olmasa belə.[19] Bununla belə, əgər bir şəxs qara sürmədən istifadə etməsi məcburiyyət halında olarsa, bu zaman haram sayılmaz.[20]

Bir çoxları ehram halında sürmə çəkməyin haram olması haqda icma və ya məşhur olduğunu bildirirlər,[21] baxmayaraq ki, Şeyx Tusi onun ehram halında məkruh olduğunu bildirir.[22] Vəsailuş-şiə[23] və Müstədrəkul-vəsail[24] kimi bəzi hədis kitablarında, ehram halında “iktihal”-ın haram olması haqda hədislərdən ibarət məxsus fəsil ayrılmışdır.

Bəzi fəqihlərin nəzəri budur ki, ehram halında sürmədən istifadə etməyin kəffarəsi yoxdur, lakin xoş qoxusu olduğu halda, əksər alimlərin fikrincə kəffarə verməlidir.[25]

Namaz və oruc halında

Bəzi fiqh alimləri oruc halında sürmə çəkməyi icazəli, bəziləri isə orucun batil olmasına səbəb olan amillərdən hesab edirlər;[26] lakin bir sıra fiqh alimləri oruc halında sürmədən istifadə edildikdə dadı və ya qoxusu boğaza çatarsa, bu işin məkruh olduğunu bildirirlər.[27]

Sürmə, dəstəmaz suyunun bədənə çatmasına mane olan amil kimi bildirilir.[28]

Faydaları

Rəvayətlərdə sürmənin gözə faydalı[29] və bəzi rəvayətlərdə xəstəliklərdən qoruması[30] və bəzi rəvayətlərdə isə bəzi xəstəliklərin müalicəvi amili kimi qeyd olunmuşdur.[31] İmam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən, gecələr sürmə çəkmək bədən üçün faydalı və gündüzlər üçün zinətdir.[32] Kipriklərin inkişafı, gözün yaxşı görməsi,[33] toz-torpağın gözdən çıxması,[34] gecələri oyaq qalmaqda kömək,[35] uzun səcdələrə[36] və insan simasının nurani olmasına səbəb olması[37] da sürmə çəkməyin digər faydaları kimi qeyd edilmişdir.

Bəzi rəvayətlərdə sürmənin keyfiyyətinə,[38] istifadə ediləcək miqdar[39] və zamanına[40] diqqət olunmuş və sürmə çəkilən zaman üçün məxsus duanın oxunmasına da işarə olunmuşdur.[41]

İstinadlar

  1. Vicdani Fəxr, Əl-Cəvahirul-fəxriyyə, h.q 1426, c.4, s.255
  2. Amili, Məalimud-din, h.q 1418, c.2, s.906; Bir qrup yazıçı, Məcəlleye fiqhe Əhli-beyt (ə), Qum, c.22, s.69
  3. Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.1, s.396
  4. Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.1, s.396
  5. Kuleyni, Əl-Kafi, h.q 1407, c.6, s.493
  6. Hürr Amili, Hidayətul-ümmət, h.q 1412, c.1, s.150; Təbərsi, Məkarimul-əxlaq, h.q 1412, s.46
  7. Hürr Amili, Hidayətul-ümmət, h.q 1412, c.1, s.149
  8. Kuleyni, Əl-Kafi, h.q 1407, c.6, s.493
  9. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.11, s.584; Mahmud, Mucəmul-mustələhat, c.1, s.270
  10. Əzdi, Kitabul-ma, h.ş 1387, c.3, s.1102; Zübeydi, Tacul-ərus, h.q 1414, c.15, s.649
  11. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.2, s.928-929
  12. Nur surəsi, ayə 31
  13. Bir qrup yazıçı, Məcəlleye fiqhe Əhli-beyt (ə), Qum, c.54, s.155
  14. Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.521; Feyz Kaşani, Təfsirus-safi, h.q 1415, c.3, s.430; Qərəşi, Qamuse Quran, h.q 1412, c.3, s.197
  15. Qumi, Təfsiru Qumi, h.q 1404, c.2, s.101; Məclisi, Biharul-ənvar, h.q 1403, c.101, s.33
  16. Bir qrup araşdırmaçı, Musuətul-fiqhil-İslami, h.q 1423, c.6, s.613
  17. Bir qrup araşdırmaçı, Musuətul-fiqhil-İslami, h.q 1423, c.6, s.613; İmam Xomeyni, Mənasike Həcc, s.101; Xamenei, Mənasike Həcc, s.26
  18. Vicdani Fəxr, Əl-Cəvahirul-fəxriyyə, h.q 1426, c.4, s.255; Şeyx Ənsari, Mənasike Həcc, h.q 1425, s.36; İmam Xomeyni, Təhrirul-vəsilə, Qum, c.1, s.422; Xamenei, Mənasike Həcc, s.26; Vəhid Xorasani, Mənasike Həcc, h.q 1428, s.124; Mahmudi, Mənasike umreye mufrəde, h.q 1429, s.65-66
  19. Bir qrup araşdırmaçı, Musuətul-fiqhil-İslami, h.q 1423, c.6, s.613; İmam Xomeyni, Mənasike Həcc, s.101; Xamenei, Mənasike Həcc, s.26
  20. İmam Xomeyni, Təhrirul-vəsilə, Qum, c.1, s.422; Mahmudi, Mənasike umreye mufrəde, h.q 1429, s.65-66
  21. Bir qrup araşdırmaçı, Musuətul-fiqhil-İslami, h.q 1423, c.6, s.613
  22. Tusi, Əl-Cəməl, h.q 1387, s.136
  23. Hürr Amili, Vəsailuş-şiə, c.12, s.468
  24. Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.9, s.217
  25. Vicdani Fəxr, Əl-Cəvahirul-fəxriyyə, h.q 1426, c.4, s.255; İmam Xomeyni, Təhrirul-vəsilə, Qum, c.1, s.422; Mahmudi, Mənasike umreye mufrəde, h.q 1429, s.65-66
  26. Lari, Məcmueye məqalat, h.q 1418. s.591
  27. Bir qrup araşdırmaçı, Fərhənge fiqh, h.q 1426, c.3, s.178; İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.345
  28. Fəyyaz, Risaleye tozihul-məsail, h.q 1426, s.40
  29. Kuleyni, Əl-Kafi, h.q 1407, c.6, s.492; Şeyx Səduq, Səvabul-əmal, h.q 1406, s.22
  30. Şeyx Səduq, Səvabul-əmal, h.q 1406, s.22
  31. Təbərsi, Məkarimul-əxlaq, h.q 1412, s.46
  32. Amili, Məalimud-din, h.q 1418, c.2, s.906; Məclisi, Ləvamiu Sahib Qərani, h.q 1414, c.1, s.461
  33. Təbərsi, Məkarimul-əxlaq, h.q 1412, s.45
  34. İbn Həyyun, Dəaimul-İslam, h.q 1385, c.2, s.146
  35. Təbərsi, Məkarimul-əxlaq, h.q 1412, s.45
  36. Məclisi, Ləvamiu Sahib Qərani, h.q 1414, c.1, s.461
  37. Şeyx Səduq, Əl-Xisal, h.ş 1362, c.1, s.237
  38. Kuleyni, Əl-Kafi, h.q 1407, c.6, s.493
  39. Məclisi, Biharul-ənvar, h.q 1403, c.59, s.287
  40. Təbərsi, Məkarimul-əxlaq, h.q 1412, s.46
  41. Təbərsi, Məkarimul-əxlaq, h.q 1412, s.47

Ədəbiyyat

  • İbn Həyyun, Numan ibn əhəmməd Məğribi, Dəaimul-İslam, Qum, Alul-beyt (ə) müəssisəsi, 2-i çap, h.q 1385
  • Əzdi, Abdullah ibn Məhəmməd, Kitabul-ma, h.ş 1387
  • İmam Xomeyni, Seyyid Ruhullah Musəvi, Mənasike Həcc
  • İmam Xomeyni, Seyyid Ruhullah Musəvi, Təhrirul-vəsilə, Qum, Darul-ilm
  • İmam Xomeyni, Seyyid Ruhullah Musəvi, Tozihul-məsail, Qum, Dəftəre enteşarate İslami, 8-ci çap, h.q 1424
  • Şahrudinin nəzarəti altında bir qrup araşdırmaçı, Seyyid Mahmud Haşimi, Musuətul-fiqhil-İslami, Qum, h.q 1423
  • Bir qrup yazıçı, Məcəlleye fiqhe Əhli-beyt (ə), Muəssiseye dairətul-məarif fiqhe İslami bər məzhəbe Əhli-beyt (ə), Qum
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Hidayətul-ümmət, Məşhəd, Məcməul-buhusil-İslamiyyə, h.q 1412
  • Xamenei, Seyyid Əli, Mənasike Həcc
  • Zübeydi, Məhəmməd Mürtəza, Tacul-ərus, Beyrut, Darul-fikr, h.q 1414
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Qum, Came müdərrisin, h.ş 1362
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal, Qum, Daruş-şərif, 2-ci çap, h.q 1406
  • Təbərsi, Həsən ibn Fəzl, Məkarimul-əxlaq, h.q 1412, Qum, 4-cü çap
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Cəməl, Məşhəd, h.q 1387
  • Vicdani Fəxr, Həsən ibn Zeynuddin, Əl-Cəvahirul-fəxriyyə, Qum, h.q 1418
  • Fəyyaz, Məhəmməd İshaq, Risaleye tozihul-məsail, Qum, Məclisi nəşriyyatı, h.q 1426
  • Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təfsirus-safi, Tehran, Məktəbətus-sədr, h.q 1415
  • Qərəşi, Seyyid Əli Əkbər, Qamuse Quran, Tehran, Darul-kutubil-İslamiyyə, 6-cı çap, h.q 1412
  • Qumi, Əli ibn İbrahim, Təfsiru Qumi, Təhqiq: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, h.q 1404
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Lari, Seyyid Əbdül-Hüseyn, Məcmueye məqalat, Qum, h.q 1418
  • Birinci Məclisi, Məhəmməd Təqi, Ləvamiu Sahib Qərani, Qum, İsmailiyyan müəssisəsi, 2-ci çap, h.q 1414
  • Məclisi, Məhəmməd Təqi, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Mahmud, Əbdür-Rəhman, Mucəmul-mustələhat
  • Mahmudi, Məhəmməd Rza, Mənasike umreye mufrəde, Qum, Məşər nəşri, h.q 1429
  • Nuri, Mirza Hüseyn, Mustədrəkul-vəsail, Beyrut, Alul-beyt (ə) müəssisəsi, h.q 1408
  • Vicdani Fəxr, Qüdrətullah, Əl-Cəvahirul-fəxriyyə, Qum, 2-ci çap, h.q 1426
  • Vəhid Xorasani, Hüseyn, Mənasike Həcc, Qum, İmam Baqir (ə) mədrəsəsi, 4-cü çap, h.q 1428