Mübarək yer

wikishia saytından
(Müqəddəs vadi səhifəsindən yönləndirilmişdir)

Mübarək yer (ərəbcə:البقعة المباركة) və ya müqəddəs Tuva vadisi və ya Əymən vadisi, Allahın Həzrət Musa (ə) ilə danışdığı və onu peyğəmbər seçdiyi yerdir. Mübarək yer Quranda adı keçən mübarək torpaq sahəsi deməkdir və əksər təfsirçilər Allahın Həzrət Musa peyğəmbərlə (ə) bu yerdə danışdığı üçün oranın bərəkətli olduğuna inanırlar. Bu yerin müqəddəs olmasına görə Allah Həzrət Musaya (ə) ayaqqabılarını bu yerdə çıxarmağı əmr etdi.

Qısa tanıtım

Mübarək yer mübarək torpaq deməkdir O, bir Quran terminidir ki, Quranda yalnız bir dəfə qeyd olunib.[1] Həzrət Musa (ə) gecə vaxtı Mədyəndən Misirə yola düşərkən Sina dağı tərəfdən bir alov onun diqqətini çəkdi və o, oraya tərəf getdi.[2] “Qəsəs” surəsinin 30-cu ayəsində deyilir: “O, (odun yanına) çatdıqda o vadinin sağ tərəfindən o ağacdan bir nida gəldi ki, ey Musa, şübhəsiz, aləmlərin Rəbbi olan yeganə Allah Mənəm”. Məhz bu zaman Allah Həzrət Musanı (ə) peyğəmbər seçdi və ona əsa və parıldayan əl möcüzəsini verdi.[3]

Bəzi şiə rəvayət mətnlərində Peyğəmbərin (s)[4]şiə imamlarının (ə)[5] dəfn olunduqları yer də mübarək yer (ziyarətgah) adı ilə vəsf olunub, həmçinin Kərbəla[6] da mübarək yer (ziyarətgah) kimi qeyd olunub.

Yerin əhəmiyyəti

Allahın Həzrət Musa (ə) ilə söhbəti Qurani-Kərimin bir çox başqa yerində də qeyd edilir. “Taha” və “Naziat” surələrində Həzrət Musanın (ə) Allahın nidasını eşitdiyi yer “müqəddəs Tuva vadisi” adlanır.[7] O yer, müqəddəs olduğuna görə, Allahınm Həzrət Musaya (ə) ayaqqabılarını çıxarmasını əmr etdiyi yerdir.[8] Bu səbəbdən təfsirçilər mübarək yer ilə “Əymən” vadisi olan müqəddəs Tuva vadisini bir hesab ediblər.[9] Bu yer “Sina” səhrasının cənubunda yerləşir və Mədyəndən Misirə gedərkən “Tur” dağının sağ tərəfində qərar tutur.[10]

Lakin bəzi rəvayətlərdə müqəddəs yerdən məqsədin Kərbəla torpağı olduğu nəzərdə tutulmuşdur. “Kamiluz-Ziyarat”[11] və “Təhzibul-Əhkam”[12] kitablarında nəql olunan bu rəvayətlər ayədəki (Şatiul-Vadil-Əymən) ifadəsini “Fərat”, müqəddəs yeri “Kərbəla” kimi şərh etmişlər”. Feyz Kaşani bu rəvayətdən[13] bəhs etmişdir. Həmçinin “Əl-Burhan fi təfsiril-Quran”[14] və “Biharul-Ənvar[15] kitablarında da qeyd edilmişdir. Bəzi müəlliflər bu baxışı açıq-aydın ayəyə zidd hesab ediblər.[16] İmamların (ə) ziyarətnamələrinin bəzisində də onların dəfn olunduğu yer mübarək yer kimi qeyd olunur.[17]

Yerin mübarək olması

Şiəsünni təfsirçilərinin əksəriyyəti yerin mübarək adlandırılmasının səbəbini Allahın orada Həzrət Musa (ə) ilə danışması və onu peyğəmbər seçməsi hesab etmişlər.[18] Əllamə Təbatəbai hesab edir ki, bu yerin mübarək olması Allahın Həzrət Musa (ə) ilə danışmasıdır. Habelə o, bu yolla şərəfli olmuşdur.[19] Amma bəziləri çoxlu ağacların və meyvələrin olmasını sözügedən yerin mübarək olmasına səbəb hesab etmişlər.[20] Təbərsinin dediyinə əsasən, bu yer həmin yerdir ki, Allah orada Həzrət Musanın (ə) ayaqqabılarını çıxarmasını əmr etdi.[21] Əllamə Təbatəbai də hesab edir ki, yer müqəddəs və şərəfli olduğu üçün Allah Həzrət Musaya (ə) orada ayaqqabılarını çıxarmasını əmr etdi.[22] “Ət-Tibyan fi təfsiril-Quran  kitabının müəllifi İmam Əlidən (ə) nəql olunan bir rəvayətə əsasən, Allahın Həzrət Musaya (ə) bu əmri etməsinin dəlilinin Həzrət Musanın (ə) vasitəsilə o yerin mübarək olması hesab edir.[23] Bundan əlavə, ayaqqabının ayaqdan çıxarılması peyğəmbərliyin mesajını əldə etmək üçün təvazökarlığın son forması kimi qiymətləndirilmişdir.[24]

Əlaqəli məqalələr

İstinadlar

  1. Heydəri, Buqee mubarəkə, c.5, s.612
  2. Müstəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quranil-kərim, h.ş 1360, c.1, s.315
  3. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.16, s.75-77
  4. İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.55
  5. Şəhid Əvvəl, Əl-Məzar, h.q 1410, c.34, s.65; İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.555
  6. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.ş 1356, s.49; İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.115
  7. Taha surəsi, ayə 11-12; Naziat surəsi, ayə 16
  8. Taha surəsi, ayə 12
  9. Feyz Kaşani, Əl-Əsfa, h.q 1418, c.2, s.902
  10. Heydəri, Buqee mubarəkə, c.5, s.613
  11. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.ş 1356, s.48-49
  12. Şeyx Tusi, Təhzibul-Əhkam, h.q 1407, c.6, s.38
  13. Feyz Kaşani, Əl-Əsfa, h.q 1418, c.2, s.927
  14. Bəhrani, Əl-Burhan fi təfsiril-Quran, c.4, s.265
  15. Məclisi, Biharul-ənvar, h.q 1403, c.13, s.25
  16. Heydəri, Buqee mubarəkə, c.5, s.614
  17. Məclisi, Biharul-ənvar, h.q 1403, c.97, s.160-161; c.107, s.152
  18. Tusi, Ət-Tibyan, c.7, s.392; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.7, s.392; Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.32; İbn Cəvzi, Zadul-məsir, h.q 1422, c.3, s.383
  19. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.32
  20. Tusi, Ət-Tibyan, c.7, s.392
  21. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.7, s.392
  22. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.32
  23. Tusi, Ət-Tibyan, c.7, s.164
  24. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.13, s.168

Ədəbiyyat

  • İbn Cəvzi, Əbdür-Rəhmanibn Əli, Zadul-məsir, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1422
  • İbn Qulaveyh, Cəfər ibn Məhəmməd, Kamiluz-ziyarat, Düzəliş: Əbdül-Hüseyn Əmini, Nəcəf, Darul-mürtəzəviyyə, h.ş 1356
  • İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzarul-kəbir, Qum, h.q 1419
  • Bəhrani, Seyyid Haşim, Əl-Burhan fi təfsiril-Quran, Tehran, Bunyade besət, h.q 1416
  • Heydəri, Həsən, Buqee mubarəkə, Dairətul-məarif Qurane Kərimdə, h.ş 1382
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Məzar, Düzəliş: Məhəmməd Baqir Müvəhhid Əbtəhi İsfahani, Qum, İmam Mehdi (ə.f) mədrəsəsi, h.q 1410
  • Əllamə Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Nasir Xosrov nəşriyyat, h.ş 1372,
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan fi təfsiril-Quran, Beyrut
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-Əhkam, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Feyz Kaşani, Molla Möhsin, Əl-Əsfa fi təfsiril-Quran, Qum, h.q 1418
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Müstəfəvi, Həsən, Ət-Təhqiqu fi kəlmatil-Quranil-kərim, Tehran, h.ş 1360
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, DArul-kutubil-İslamiyyə, h.ş 1374