İzaleyi-nəcasət

wikishia saytından
(Nəcisi aradan qaldırmaq səhifəsindən yönləndirilmişdir)


İzaleyi-nəcasət (ərəbcə: إزالة النجاسة) murdarı aradan qaldırmaq deməkdir. Namaz qılanın və təvaf edənin bədənindən və paltarından, səcdə yerindən, məsciddən, imamların (ə) türbələrindən, meyitin bədənindən və kəfənindən, dəstəmaz və qüsl üzvlərindən murdarı təmizləmək vacibdir. Amma onda qəsdi-qürbət şərt deyil.

Şiə fəqihlərinin məşhur rəyinə görə, heyvanın bədənindən murdarı təmizləmək paklayıcılardandır. Əgər heyvanın bədəni murdara bulaşsa, murdarı aradan qaldırmaqla (təmizləməklə) heyvanın bədəni paklanır.

Konseptologiya və əhəmiyyəti

İzaleyi-nəcasət on murdardan (qan, sidik, nəcis, sperma, leş, it, donuz, kafir, şərabpivə) birinə toxunmaqla və ya mütənəccis bir şeyə (murdara toxunmaqla murdarlanmış bir şeyə) toxunmaqla murdarlanmış bir şeyin murdarını aradan qaldırmaq deməkdir.[1]

İzaleyi-nəcasətdən daha çox təharət və namaz fəsillərində söhbət açılır.[2] Onu yerinə yetirərkən qəsdi-qürbət şərt deyil.[3]

İzaleyi-nəcasət on paklayıcıdan biri ilə, məsələn, su, yer və Günəş ilə edilir.[4] Həmçinin, şiə fəqihlərinin məşhur rəyinə görə, murdar və ya murdarlanmış bir şeyə toxunan heyvanın bədəni ondan murdarın özünü təmizləməklə paklanır.[5]

Hökmlər

İstifadə və istehlak olunan hər bir şeyin murdardan təmizlənməsi xoşagələn haldır.[6] Bəzi hallarda da vacibdir. Məsələn:

* Məscidlər: Məsciddən murdarın təmizlənməsi təxirəsalınmaz vacibdir.[7] Onu təxirə salmaq icazəli deyil.[8] Buna görə də digər vaciblərlə, məsələn, vaxtı məhdud olan namazla toqquşduqda onlardan əvvələ salınır.[9] Şiə fəqihlərinin fitvasına görə, məsciddən murdarın təmizlənməsi vacibi-kifayidir.[10] Məscidi murdarlayana xas deyil. Əksinə, hamıya vacibdir.[11] Bəzi fəqihlərin məscidlərdən murdarı təmizləməyin vacib olması məsələsində istinadgahı “Müşriklər həqiqətən murdardırlar. Ona görə də onlar bu ildən sonra Məscidül-harama yaxınlaşmasınlar!” [12]ayəsidir. Onların fikrincə, bu məsələdə Məscidül-haram və digər məscidlər arasında fərq yoxdur.[13]

* Səcdə yeri: Məşhur rəyə görə, səcdə yerini (namaz qılanın alnını qoyduğu yeri) murdardan təmizləmək namazın düzgünlüyünün şərtlərindəndir.[14] Şiə fəqihlərindən olan Əbu Səlah Hələbi yeddi səcdə yerinin murdardan təmizlənməsini vacib hesab edib.[15]

* Namaz: Namaz üçün bədəni, hətta dırnağı, saçı və paltarı murdardan təmizləmək vacibdir və namazın düzgün olması şərtlərindəndir.[16] Həmçinin, ehtiyat namazındatəşəhhüdün qəzasında səcdə yeri, eləcə də səcdeyi-səhvdə bədən və paltarı murdardan təmizləmək vacibdir.[17]

* Təvaf: Murdar bədən və paltarda təvaf etmək icazəli deyil. Buna görə də onları murdardan təmizləmək ehram bağlayana vacibdir.[18] Şiə fəqihlərindən Yusif Bəhraninin və İbn Həmzənin fikrincə, murdar bədən və geyimlə təvaf etmək məkruhdur.[19]

* Quran və imamların (ə) ziyarətgahları: Quranıimamların (ə) ziyarətgahlarını, eləcə də İslam dinində təzim olunan və təhqir olunması qadağan olunan hər bir şeyi murdardan təmizləmək vacibdir.[20]

* Meyitin bədəni və kəfəni: Meyitin bədənini və murdarlanmış kəfənini, hətta qəbirdə də olsa, murdardan təmizləmək vacibdir.[21] “Cəvahir”in müəllifinin və Mühəqqiq Ərdəbilinin fikrincə, meyitin bədəninin murdardan təmizlənməsi dəfndən əvvəl vacibdir.[22]

* Dəstəmaz və qüsl üzvləri: Dəstəmaz və qüsl üzvlərindən murdarı təmizləmək vacibdir.[23] Çünki dəstəmaz və qüsl üzvlərinin pak olması dəstəmaz və qüslün düzgünlüyünün şərtlərindəndir.[24]

Əlaqəli məqalələr

İstinadlar

  1. Muəssiseye dairətul-məafire fiqhe İslami, Musuətul-fiqhil-İslami, h.ş 1387, c.10, s.289
  2. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqhe farsi, c.1, s.388
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.2, s.93
  4. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqhe farsi, c.1, s.389
  5. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.287; Ğərəvi, Ət-Tənqiyhu fi şərhil-ürvətil-vüsqa, h.q 1407, c.4, s.216
  6. Muəssiseye dairətul-məafire fiqhe İslami, Musuətul-fiqhil-İslami, h.ş 1387, c.10, s.289
  7. Müqəddəs Ərdəbili, Məcməul-faide vəl-bəyan, h.q 1403, c.1, s.325; Fəqih Həmədani, Misbahul-fəqih, h.ş 1376, c.8, s.56
  8. Müzəffər, Usulul-fiqh, h.ş 1370, c.1, s.97
  9. Müzəffər, Usulul-fiqh, h.ş 1370, c.2, s.197
  10. Müzəffər, Usulul-fiqh, h.ş 1370, c.1, s.86
  11. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.179
  12. Tövbə surəsi, ayə 28
  13. Həkim, Mustəmsəkul-ürvə, h.q 1391, c.1,s.493
  14. Şəhid Əvvəl, Əz-Zikra, h.ş 1377, c.1, s.14; Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.177; Həkim, Mustəmsəkul-ürvə, h.q 1391, c.1,s.491
  15. Hələbi, Əl-Kafi fil-fiqh, h.q 1403, c.1, s.140
  16. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.176
  17. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.176
  18. Bəhrani, Əl-Hədaiqun-nazirə, c.16, s.86
  19. Bəhrani, Əl-Hədaiqun-nazirə, c.16, s.87
  20. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.6, s.99
  21. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.4, s.251
  22. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.4, s.251
  23. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.3, s.101
  24. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.399

Ədəbiyyat

  • İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Qum, 1-ci çap, h.q 1434
  • Bəhrani, Yusif ibn Əhməd, Əl-Hədaiqun-nazirə, Qum
  • Hürr Amili, Vəsailuş-şiə, Qum, h.q 1414
  • Həkim, Seyyid Möhsin, Mustəmsəkul-urvətil-vüsqa, Beyrut, h.q 1391
  • Hələbi, Əbu Səlah, Əl-Kafi fil-fiqh, İsfahan, Məktəbətul-İmam Əmirəl-möminin (ə), 1-ci çap, h.q 1403
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Zikra, Qum, alul-Beyt (ə) müəssisəsi, 1-ci çap, h.ş 1377
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Qum, İslami nəşr müəssisəsi, h.q 1417
  • Ğərəvi Təbrizi, Əli, Ət-Tənqiyhu, Qum, Lütfi nəşriyyatı, 1-ci çap, h.q 1407
  • Muəssiseye dairətul-məafire fiqhe İslami, Musuətul-fiqhil-İslami, h.ş 1387
  • Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqhe farsi, Qum, h.ş 1387
  • Mühəqqiq Ərdəbili, Əhməd ibn Məhəmməd, Məcməul-faide vəl-bəyan, Qum, İslami nəşr müəssisəsi, 1-ci çap, h.q 1403
  • Müzəffər, Məhəmməd Rza, Usulul-fiqh, Qum, 4-cü çap, h.ş 1370
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.ş 1362
  • Həmədani, Ağa Rza, Misbahul-fəqih, Qum, 1-ci çap, h.ş 1376