Qürbət qəsdi

wikishia saytından
(Qəsdi-qürbət səhifəsindən yönləndirilmişdir)

Qürbət qəsdi (ərəbcə: قصد القربة) - ibadətlərin Allahın razılığını qazanmaq və Ona yaxınlaşmaq niyyəti ilə yerinə yetirilməsidir. Qürbət qəsdinin yalnız namaz, oruchəcc kimi “təəbüdi” vaciblərdə olması lazımdır və onsuz edilən ibadət düzgün sayılmır. Lakin “təvəssüli” vaciblərdə qürbət qəsdinə ehtiyac yoxdur. Bəzi alimlərin fikrincə, imanla yanaşı olan qürbət qəsdi savab əldə etməyin şərtlərindən biridir.

Etimologiya

Qürbət qəsdindən məqsəd ibadətin, Allahın əmrlərinə tabe olmaq və onun razılığını qazanmaq niyyəti ilə edilməsidir.[1] Şiə fəqihlərinin nəzərinə əsasən, ibadətlərin Allaha təşəkkür etmək, Onun razılığını qazanmaq, savab əldə etmək, əzabdan qorunmaq və ibadətdə olan məsləhətə çatmaq niyyəti ilə edilməsi qürbət qəsdinin gerçəkləşməsi üçün kifayətdir.[2]

Bəzi alimlər, qürbət qəsdini və imanı savab əldə etməyin şərtlərindən hesab edirlər və onsuz əməl sahibinə savab verilmədiyini düşünürlər.[3]

Vaciblərin “təəbbüdü” və “təvəssülü” sayılmasında olan meyar

Vacib əməllər qürbət qəsdi baxımından iki hissəyə bölünür:

  • Təəbbüdü vaciblər: Qürbət qəsdinin şərt sayıldığı və onsuz Allahın əmri gerçəkləşməyən namazoruc kimi ibadətlərdir.[4] Şiə müctehidi olan Ayətullah Məkarimin Şirazinin sözlərinə əsasən, “hüsnü-feli” və “hüsnü-faili” ibadətin sütunlarındandır. “Hüsnü-faili” odur ki, ibadət edən, ibadəti riyakarlıq və,s niyyəti ilə deyil, Allaha yaxınlaşmaq niyyəti ilə etmiş olsun.[5] Əlbəttə şiə fəqihləri arasında təəbbüdü vaciblərdə qürbət qəsdinin şəriət yolu ilə yoxsa ağıl vasitəsi ilə vacib olmasında fikir ayrılığı vardır.[6] Bu məsələ haqqında üç ümumi nəzər vardır:
  1. Ayətullah Xoyinin fikrincə, qürbət qəsdinin vacibliyi şəriət əsasındadır. Şəriət sahibi ibadətə əmr edərkən qürbət qəsdini də nəzərə almışdır.[7]
  2. Mirzə Naininin fikrincə də qürbət qəsdinin vacibliyi şəriət əsasındadır. Bu fərqlə ki, şəriət sahibi ibadətə etdiyi əmrdən başqa, əlavə olaraq digər bir əmr vasitəsi ilə qürbət qəsdinin vacibliyini bildirmişdir.[8]
  3. Axund Xorasaninin fikrincə isə qürbət qəsdi ağıl vasitəsi ilə vacib sayılır və əməlin yerinə yetirilməsinin necəliyinə bağlıdır.[9] Əgər şəriət sahibinin (Allahın), meyyitin dəfn edilməsi kimi bir işin yerinə yetirilməsindən məqsədi yalnız o işin gerçəkləşmədirsə bu halda ağıl qürbət qəsdini vacib hesab etmir. Yox əgər şəriət sahibinin (Allahın) məqsədi hər hansı bir əməlin edilməsi ilə yanaşı Ona yaxınlaşmaq da olsa bu halda ağıl qürbət qəsdini lazım hesab edir.[10]
  • Təvəssülü vaciblər: Qürbət qəsdinin şərt olmadığı suda batan şəxsin qurtarılması, meyyitin dəfn edilməsi və borcun qaytarılması kimi vaciblərdir.[11]

Vaciblərin “təqərrübü” və “təvəssülü” sayılmasında olan meyar

İmam Xomeyni Təhzibul-üsul kitabında vacibləri bir cəhətdən təqərrübü və təvəssülü olmaqla iki hissəyə ayırmışdır.[12] Təqərrübü vaciblərdə qürbət qəsdi şərt sayılır və bunun özü də iki qrupa bölünür:

  • Namaz, oruchəcc və s. kimi “ibadət” sayılan vaciblər.[13]
  • Zəkat kimi qürbət qəsdinin şərt olmasına baxmayaraq “ibadət” sayılmayan vaciblər.[14]

İstinadlar

  1. Fərhəngnameye usule fiqh, Mərkəze ettelaat və mənabe İslami, h.ş 1389, c.1, s.636
  2. Fərhəngnameye usule fiqh, Mərkəze ettelaat və mənabe İslami, h.ş 1389, c.1, s.636
  3. Muəssisətu dairətil-məarif əl-Fiqhul-farsi, h.ş 1387, c.2, s.694
  4. Müzəffər, Usulul-fiqh, h.ş 1370, c.1, s.65
  5. Məkarimin Şirazi, Hilyehaye şəri və çarecuyihaye səhih, h.q 1428, s.58
  6. Fərhəngnameye usule fiqh, Mərkəze ettelaat və mənabe İslami, h.ş 1389, c.1, s.637
  7. Ayətullah Xoyi, Muhaziratun fil-usul, h.q 1417, c.2, s.221
  8. Xoyi, Əcvəbətut-təqrirat, h.ş 1368, c.1, s.117
  9. Müzəffər, Usulul-fiqh, h.ş 1370, s.66
  10. Axund Xorasani, Kifayətul-üsul, h.q 1409, c.1, s.81
  11. Müzəffər, Usulul-fiqh, h.ş 1370, s.66
  12. İmam Xomeyni, Təhzibul-üsul, h.q 1405 c.1, s.147
  13. İmam Xomeyni, Təhzibul-üsul, h.q 1405, c.1, s.147
  14. İmam Xomeyni, Təhzibul-üsul, h.q 1405, c.1, s.147

Ədəbiyyat

  • Axund Xorasani, Məhəmməd Kazim, Kifayətul-üsul, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1409
  • İmam Xomeyni, Ruhullah, Təhzibul-üsul, Qum, İslami nəşr müssisəsi, h.q 1405
  • Pejuheşqahe ulum və fərhənge İslami, Fərhəngnameye usule fiqh, Mərkəze ettelaat və mənabe İslami, h.ş 1389
  • Xoyi, Seyyid Əbül-Qasim, Əcvəbətut-təqrirat, Qum, 2-ci çap, h.ş 1368
  • Muəssisətu dairətil-məarif əl-Fiqhul-farsi, Qum, h.ş 1387
  • Müzəffər, Məhəmməd Rza, Usulul-fiqh, Qum, Dəftəre təbliğate İslami, h.ş 1370
  • Məkarimin Şirazi, Hilyehaye şəri və çarecuyihaye səhih, 2-ci çap, h.q 1428