Cüz oxumaq

wikishia saytından
(Quran cüzü oxumaq səhifəsindən yönləndirilmişdir)
Cüz oxumaq
Cüz oxuma mərasimi
Cüz oxuma mərasimi
Ölüləri xatırlamaq - Quran xətmi
Keçirilmə zamanıRamazan ayı
Keçirilmə məkanıMəscid - Ev - Ümumi məkanlar
Tarixinin mənşəyiHicrətin 1-ci və 2-ci əsri


İmam Hüseynin (ə) hərəmində Quran tilavəti mərasimi (Ramazan ayı, 2021-ci il)

Cüz oxumaq (farsca: جزءخوانی)- Quranı cüzlərə bölərək tilavət etmək. Adətən qrup şəkilində tilavət edilir. Quran cüz şəkilində adətən ramazan ayında, Quran xətmi məclislərində, hüzür, anım mərasimlərində tilavət edilir. Quran, hicri-qəməri təqvimi ilə birinci və yaxud ikinci əsrdə otuz cüzə bölünmüşdür.

Cüz oxumaq adəti

Cüz oxuma məclislərində qari bir və yaxud bir neçə cüz tilavət edir və iştirakçılar qulaq asır və ya astaca onunla birgə oxuyur və ya zümzümə edirlər.[1] Bu tərz oxuma ramazan ayında[2] və evlərdə qurulan Quran xətmi məclislərində çox yayılmışdır. Habelə, hüzür və yaxud anım mərasimlərində Quran oxuyanlara, bir cüz və yaxud cüzün bir hissəsini oxumaq məqsədi ilə siparə paylanılır və beləliklə bir məclisdə bir və ya bir neçə Quran xətm edilir.[3]

Virtual olaraq da Quran cüz şəkilində tilavət edilir.[4]

Quran xətmi

Quran xətminin yayğın formalarından biri də cüz oxumaqdır. Evlərdə və yaxud məscidlərdə qurulan məclislərdə hər bir nəfər bir və ya bir neçə cüz Quran tilavət edir. Habelə, ramazan ayında hər gün bir cüz oxumaqla ayın sonuna qədər bir Quran xətm edilir.[5] Buna bəzi bölgələrdə “müqabilə” də deyilir. Ramazan ayında dünyanın müxtəlif ölkələrində Quran cüz şəkilində tilavət edilir. Habelə ramazan ayında bəzi imamların ziyarətgalarında Quran xətm edilir.

Quranın cüzlərə bölünməsi

Əsas məqalə: Cüz (Quran)

Quran, hicri-qəməri təqvimi ilə birinci və yaxud ikinci əsrdə rahat oxumaq, əzbərləmək, tədris etmək və daşımaq məqsədi ilə otuz cüzə bölünmüşdür.[6] Quranın otuz cüzə bölünməsi təşəbbüsü Həccac ibn Yusif Səqəfi[7]Məmun Abbasiyə[8] nisbət verilir. Hicri-qəməri təqvimi ilə səkkizinci əsr müfəssiri Zərkəşi, Quranın otuz cüzə bölünməsi təşəbbüsünün dini mədrəsələrdən gəldiyini qeyd edir.[9] Bəz İslam ölkələrində Quran cüzləri müstəqil şəkildə çap edilməkdədir.

İstinadlar

  1. «بهترین شیوه قرائت قرآن کریم در ماه رمضان», Cavan xəbər agentliyi
  2. Muini, "Cüz", s.836
  3. «شناخت قرآن؛ قرآن در مراسم ختم», hawzah.net saytı
  4. Xətme Quran, Nəsime vəhy jurnalı, h.ş 1386, nömrə 7
  5. Xətme Quran, Nəsime vəhy jurnalı, h.ş 1386, nömrə 7
  6. Fərhəngnameye ulume Qurani, h.ş 1394, s.481-482
  7. Feyz Kaşani, Əl-Məhəccətul-bəyza, h.q 1428, s.224
  8. Mərifət, Ət-təmhid, c.1, s.364
  9. Zərkəşi, Əl-Burhan, h.q 1407, c.1, s.250

Ədəbiyyat

  • «بهترین شیوه قرائت قرآن کریم در ماه رمضان», Cavan xəbər agentliyi
  • Bir qrup yazıçı, Fərhəgnameye ulume Qurani, Qum, c.1, h.ş 1394
  • Xətme Quran, Nəsime vəhy jurnalı, h.ş 1386, Qum, h.ş 1386
  • Feyz Kaşani, Möhsin, Əl-Məhəccətul-bəyza, h.q 1428, Qum, Dəftəre enteşarate İslami, 2-ci çap, h.q 1428
  • Mərifət, Məhəmməd Hadi, Ət-təmhid, Qum, İslami nəşr müəssisəsi, 1-ci çap, h.q 1412
  • Muini, Möhsin, Cüz, Tehran, Nahid və dustan nəşriyyatları, h.ş 1377