Məzmuna keç

İstimna

wikishia saytından


İstimna (ərəbcə: الاستمناء) və ya özünü təmin etmək, insanın öz əli və ya başqa vasitələrlə cinsi əlaqədən kənar şəkildə sperma xaric etməsidir. Fiqh alimləri istimnanı haramböyük günahlardan biri hesab edirlər. İstimnanın cəzası təzirdir (cəriməli cəza) və onun miqdarını şəriət hakimi müəyyən edir. Əgər istimna sperma xaric olması ilə nəticələnərsə, bir sıra hökmlərə səbəb olur. Namaz qılmaq kimi işlərdə cənabət qüslunun vacib olması və orucu batil etməsi də bunlardandır.

Tərifi

İstimna və ya özünü təmin etmək, insanın özündən və ya başqasından şəhvətlə sperma xaric edəcək bir iş görməsidir.[1] Fiqhdə “istimna” əsasən kişilər üçün işlədilir, qadınların özünü təmin etməsinə isə "istişha" deyilir.[2] İstimna haqqında oruc,[3] etikaf,[4] həcc[5] və hüdud bölmələrində danışılmışdır.[6] Hədislərdə də bu əməldən çəkindirilib. “Vəsailüş-Şiə” kitabında “İstimnanın haramlığı” adlı ayrıca bir bölmə vardır.[7] Bir rəvayətə görə, istimna edən şəxsə Allah rəhmət nəzəri ilə baxmaz.[8]

İstimnanın haramlığı

İstimna, fiqh baxımından hətta sperma xaric olmasa belə haramdır.[9] Bəzi fiqh alimləri onu böyük günahlardan biri hesab edirlər.[10] Onlar istimnanın haram olmasına Quran ayələrihədisləri dəlil gətirirlər.[11] Fiqh alimləri istimnanın haram olmasını sübut etmək üçün “Möminun” surəsinin 6-cı ayəsinə istinad edirlər. Bu ayəyə əsasən, cinsi ləzzət yalnız həyat yoldaşı və kəniz vasitəsilə halal sayılır.[12]

Bəzi fiqh alimləri zəruri hallarda, məsələn, tibbi müayinə və müalicənin istimnadan asılı olduğu hallarda onun icazəli olduğunu bildirirlər.[13] Həmçinin bəzi şiə alimlərinin fətvasına görə, həyat yoldaşı və kənizin əli ilə istimna etmək icazəlidir.[14] Lakin Əllamə Hilliyə görə, bu da haramdır.[15]

Fiqhi hökmləri

Fiqh mənbələrinə əsasən, istimna əgər insanda məninin xaric olmasına səbəb olarsa, müəyyən hökmləri vardır:

  • Cünub olmaq: Cünub olan şəxs namaz qılmaq, məscidə daxil olmaq və bəzi digər əməllər üçün qüsl almalıdır.[16]
  • Orucun batil olması: İstimna orucu batil edir və buna görə insana kəffarə vacib olur. Şiə fəqihlərinin fətvasına əsasən, haram bir əməl ilə orucu batil etmək cəm kəffarə (bir qul azad etmək, iki ay oruc tutmaq və altmış fəqiri yedizdirmək) tələb edir.[17] Lakin bəzi bərcəyi-təqlidlər deyirlər ki, Ramazan ayının orucunu istimna ilə batil etdikdə müstəhəb ehtiyata əsasən, cəm kəffarə yerinə yetirilməlidir.[18]
  • Etikafın batil olması: İstimna orucu batil etdiyi üçün, etikafı da batil edir.[19] Bəzi alimlər hesab edirlər ki, istimna özü-özlüyündə də etikafı batil edir və bu əməl gecə də edilsə, etikafı batil edir.[20]
  • Ehram halında istimna etmək: İstimna ehram halında kəffarəyə səbəb olur[21] və onun kəffarəsi bir dəvədir.[22] Həmçinin fəqihlərin çoxu hesab edir ki, ehram halında istimna etmək həccin də batil olmasına səbəb olur.[23]

İstimnanın cəzası

İstimnanın cəzası təzirdir və onun miqdar və keyfiyyətini şəriət hakimi müəyyən edir.[24] Əgər bu əməl təkrarlanarsa, daha ağır cəza tətbiq olunur.[25] Sahibi Cəvahirin bildirdiyinə görə, istimnanın sübuta yetməsi üçün iki ədalətli kişinin şahidliyi və ya istimna edən şəxsin bir dəfə etiraf etməsi kifayətdir.[26]

İstimnanın fəsadları

Bəzi mənbələr istimnanın bədənə, psixologiyaya və cəmiyyətə təsirlərini də qeyd edirlər:

  • Cismani təsirləri: Görmə zəifliyi, bədən gücünün azalması, sonsuzluq, oynaq zəifliyi və əl titrəməsi.
  • Ruh və psixologiyaya təsirləri: Yaddaş zəifliyi və diqqət dağınıqlığı, narahatlıq, tənhalıq, depressiya, şadlığın azalması, aqressivlik, daimi yorğunluq və iradənin zəifləməsi.
  • Cəmiyyətə təsirləri: Ailə problemləri, həyat yoldaşına və evliliyə marağın azalması, cinsi münasibətlərdə uğursuzluq və evliliyin gecikməsi.[27]

İstinadlar

  1. Əbdül-Munim, Mucəmul-müstələhat, Darul-fəzilə, c.1, s.161
  2. Söhrabpur, Xəlvəte şeytani, h.ş 1390, s.15
  3. Seyid Mürtəza, Əl-İntisar, h.q 1415, s.178; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.172
  4. Əllamə Hilli, Təzkirətul-xəvass, h.q 1414, c.6, s.257
  5. İbn Həmzə, Əl-Vəsilə, h.q 1408, s.159; Əllamə Hilli, Təzkirətul-xəvass, h.q 1414, c.7, s.381
  6. İbn Həmzə, Əl-Vəsilə, h.q 1408, s.159; Şeyx Mufid, Əl-Muqniə, h.q 1410, s.791
  7. Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.20, s.352-355
  8. Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.20, s.354-355
  9. Amili, Mədarikul-əhkam, h.q 1411, c.6, s.61
  10. Baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.647
  11. Müəssiseye dairətul-məarife fiqhe İslami, Muəssisətul-fiqhil-İslami, h.q 1423, c.12, s.219-220
  12. Şeyx Tusi, Əl-Məbsut, h.q 1388, c.4, s.242; Qutbuddin Ravəndi, Fiqhul-Quran, h.q 1405, c.2, s.144
  13. Bəni Haşim Xomeyni, Risaleye tozihul-məsaile mərace, c.1, s.978
  14. Müəssiseye dairətul-məarife fiqhe İslami, Muəssisətul-fiqhil-İslami, h.q 1423, c.12, s.219 və 221
  15. Əllamə Hilli, Təzkirətul-xəvass, h.q 1388, s.577
  16. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, c.1, s.507-508
  17. Şeyx Bəhayi, Came Abbasi, h.q 1429, s.462
  18. Bəni Haşim Xomeyni, Risaleye tozihul-məsaile mərace, c.1, s.978
  19. Baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.17, s.207
  20. Xoyi, Minhacus-salihin, c.1, s.292
  21. İbn Həmzə, Əl-Vəsilə, h.q 1408, s.159; Əllamə Hilli, Təzkirətul-xəvass, h.q 1414, c.7, s.381
  22. Nəcmuddin Hilli, İyzahut-tərəddudatiş-şəraye, h.q 1428, c.1, s.231
  23. Baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.20, s.367-368
  24. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.647, 649; Şeyx Mufid, Əl-Muqniə, h.q 1410, s.791; İbn İdris Hilli, Kitabus-sərair, h.q 1410, c.3, s.536
  25. Baxın: İbn Həmzə, Əl-Vəsilə, h.q 1408, s.415
  26. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.649
  27. تاثیرات استمنا بر زندگی زناشویی

Ədəbiyyat

  • İbn İdris Hilli, Məhəmməd ibn Əhməd, Kitabus-sərair, Qum, h.q 1410
  • İbn Həmzə Tusi, Məhəmməd ibn Əli, Əl-Vəsilə, Qum, Dəftəre enteşarate İslami h.q 1408
  • Bəni Haşim Xomeyni, Məhəmməd Həsən, Risaleye tozihul-məsaile mərace, Qum, Dəftəre enteşarate İslami
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, 3-cü çap, h.q 1416
  • Xoyi, Seyid Əbül-Qasim, Minhacus-salihin, Qum, Mədinətul-elm, h.q 1410
  • Söhrabpur, Əli, Xəlvəte şeytani, Qum, Dəftəre nəşre Məarif, h.ş 1390
  • Seyid Mürtəza, Əl-İntisar, Qum, Dəftəre enteşarate İslami, h.q 1415
  • Şeyx Bəhayi, Bəhauddin, Came Abbasi, Yeni çap, Dəftəre enteşarate İslami, h.q 1429
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, Tehran, Əl-Məktəbətul-Mürtəzəviyyə, 3-cü çap, h.q 1388
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Muqniə, Qum, Came müdərrisin, h.q 1410
  • Amili, Məhəmməd ibn Əli, Mədarikul-əhkam, Beyrut, h.q 1411
  • Əbdül-Munim, Mahmud Əbdür-Rəhman, Mucəmul-müstələhat, Darul-fəzilə, Qahirə
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-xəvass, Qum, h.q 1414
  • Qutbuddin Ravəndi, Fiqhul-Quran, Qum, h.q 1405
  • Müəssiseye dairətul-məarife fiqhe İslami, Muəssisətul-fiqhil-İslami, Qum, h.q 1423
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, 2-ci çap, h.q 1408
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Təhqiq: Mahmud Quçani, Beyrut, 7-ci çap, h.ş 1362
  • Nəcmuddin Hilli, İyzahut-tərəddudatiş-şəraye, Qum, h.q 1428