Ruhullah (ləqəb)
Ruhullah, (ərəbcə: روحالله) İsa peyğəmbərin (ə) ləqəblərindən biridir və bu, açıq şəkildə bir çox hədislərdə[1] və şiələrin ziyarətnamələrində "Əssələmu alə İsa Ruhillah"[2] (İsa (ə) Ruhullaha salam olsun) kimi ifadələrlə qeyd edilmişdir. Ruhullah "ilahi ruha sahib olan" mənasını verir. "Nisa" surəsinin 171-ci ayəsində də bu ləqəb açıq şəkildə olmasa da, İsa peyğəmbərə (ə) aid edilmişdir:
"Həqiqətdə Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə ("ol!" kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur."
Həzrət İsanın (ə) "Ruhullah" adlandırılmasının bir neçə səbəbi qeyd olunmuşdur:
- Allahın əmri ilə, nütfəsiz dünyaya gəlməsi[3]
- Onun vasitəsilə insanların dində dirçəlişi[4]
- Ölüləri diriltməsi[5]
- Bəndələr üçün rəhmət olması (çünki "ruh" eyni zamanda "rəhmət" mənasını da ifadə edir).[6]
Burada "Ruh" kəlməsinin "Allah"a olan mənsubiyyəti, təşrifi nisbət verməkdir, yəni dəyərli və şərəfli bir ruh olduğu üçün "Allahın ruhu" adlandırılmışdır. "Ruhullah" məfhumu insanın maddi cəhətə malik olduğunu, lakin mənəvi və ruhani baxımdan ilahi ruhun daşıyıcısı olduğunu ifadə edir.[7]
"Ruhullah" şəxslərin adı kimi də işlədilir. İran İslam Respublikasının banisi İmam Xomeyni (r.ə) bu ada malik ən məşhur şəxslərdən biridir.
İstinadlar
- ↑ Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.ş 1363, c.2, s.306, hədis 1; Səffar Qumi, Bəsairud-dərəcat, h.q 1404, s.118
- ↑ Nümunə üçün baxın: Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.497; İbn Tavus, Misbahuz-zair, h.q 1417, s.146
- ↑ Təbərsi, Təfsiru cəvamiil-came (farsca), h.ş 1375, c.2, s.21; Tusi, Ət-Tibyan, h.q 1409, c.6, s.359
- ↑ Təbərsi, Məcməul-bəyan (farsca), 1-ci çap, c.4, s.56
- ↑ Müstəfəvi, ət-Təhqiqu, h.q 1417, c.4, s.256
- ↑ Tusi, Ət-Tibyan, h.q 1409, c.6, s.359
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.17, s.127-128
Ədəbiyyat
- Qurani-Kərim
- Səffar Qumi, Əbu Cəfər Məhəmməd ibn Həsən, Bəsairud-dərəcat, Qum, 2-ci çap, h.q 1404
- Təbərsi, Fəzl ibn Həsən, Təfsiru cəvamiil-came (farsca), Tərcümə: Əhməd Əmiri, Məşhəd, Astane qodse rəzəvi, 1-ci çap, h.ş 1375
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan (farsca), Tərcümə: Hüseyn Nuri və Məhəmməd Müfəttih, Tehran, 1-ci çap
- Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan fi təfsiril-Quran, 1-ci çap, h.q 1409
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 5-ci çap, h.ş 1363
- Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzarul-kəbir, Təhqiq: Caavd Qəyyumi, Qum, İslami nəşr müəssisəsi, 1-ci çap, h.q 1419
- Müstəfəvi, Həsən, Ət-Təhqiqu fi kəlmatil-Quranil-kərim, 1-ci çap, h.q 1417
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371