Məkarimul-əxlaq duası

wikishia saytından
(Səhifeyi-Səccadiyyənin 20-ci duası səhifəsindən yönləndirilmişdir)
Məkarimul-əxlaq duası
Səhifeyi-Səccadiyyənin 20-ci duası
Abdullah Yəzdinin dəsti xətti ilə yazılmış Məkarimul-əxlaq duası, Hicrətin 1102-ci ili, Şaban ayı
Abdullah Yəzdinin dəsti xətti ilə yazılmış Məkarimul-əxlaq duası, Hicrətin 1102-ci ili, Şaban ayı
MövzuGözəl əxlaqa yiyələnmək, yaxşı işlər görmək, eləcə də əxlaqi qəbahətlərdən çəkinmək üçün oxunan dua
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Səccad (ə)
RaviMütəvəkkil ibn Harun
Şiə mənbələriSəhifeyi-səccadiyyə
MonoqrafiyalarMəhəmməd Təqi Fəlsəfinin “Məkarimul-əxlaq duasının şərhi və təfsiri” * Məhəmməd Təqi Misbah Yəzdinin “Məkarimul-əxlaq duasının şərhi” * “Nurul-afaq”, Şeyx Məhəmməd Hüseyn Zuelmin Məkarimul-əxlaq duasının şərhi * “Məkarim aynası” Seyid Ruhullah Hatəmi


Bu məqalə Məkarimul-əxlaq duası barəsindədir. Məkarimul-əxlaq hədisi haqda məlumat almaq üçün İnnəma buistu li utəmmimə məkarimul-əxlaq adlı məqaləyə daxil olun.

Məkarimul-əxlaq duası (ərəbcə: دعاء مكارم الأخلاق) və ya Səhifeyi-Səccadiyyənin 20-ci duası İmam Səccadın (ə) məşhur dualarından biridir ki, bu duada gözəl əxlaqa yiyələnmək və yaxşı işlər görmək, eləcə də əxlaqi qəbahətlərdən çəkinmək üçün Allahdan kömək istənilir. Bu duadakı istəklər iki istiqaməti - həm fərdi, həm də ictimai əxlaqı ehtiva edir. İmam Səccad (ə) bu duada insanın inkişafına mane olan məqamlara və onu şeytanın təlqinlərinin şərindən xilas etməyin yollarına işarə edib.

Bu duanın əksər frazalarının əvvəlində salavat təkrarlanır və ondan sonra Allahdan istənilir. Bunun səbəbi kimi duanın qəbul olunmağa yaxın olması göstərilir. “Səhifeyi-Səccadiyyə”nin 20-ci duası, əxlaqa yiyələnmək və yaxşı işlər görmək üçün insan formalaşdıran təlimləri ehtiva etdiyi üçün Məkarimul-əxlaq duası adlanır.

Məkarimul-əxlaq duası əxlaq dərsi şəklində Məhəmməd Təqi Fəlsəfi, Misbah Yəzdi və Ruhullah Hatəmi tərəfindən ayrıca izah və nəşr edilib. Həmçinin, bu dua “Səhifeyi-Səccadiyyə”nin şərhlərində, o cümlədən, Hüseyn Ənsariyanın “Diyari-aşiqan” və Seyid Əli xan Mədəninin “Riyaz əs-salikin” əsərlərində də şərh edilib.

Əhəmiyyəti və mövqeyi

“Səhifeyi-Səccadiyyə”nin 20-ci duası, əxlaqa yiyələnmək və yaxşı işlər görmək üçün insan formalaşdıran təlimləri ehtiva etdiyi üçün Məkarimul-əxlaq duası adlanır.[1] İmam Səccad (ə) bu duada bir çox əxlaqi qəbahətləri və günahları sadalayır. O, həmçinin əxlaqi fəzilətlərin siyahısını verir və Allahdan onlara yiyələnməsini istəyir.[2]

İmam Səccadın (ə) bədii fiqurlardan istifadə etməsi, sintaktik və morfoloji üslubları seçməsi, həmçinin, məzmuna uyğun məfhum və sözləri seçməsi Məkarimul-əxlaq duasının imtiyazlarından hesab edilir.[3]

Frazaların əvvəlində salavatların təkrarı

Məkarimul-əxlaq duasında həzrət Məhəmmədə (s) və Əhli-beytinə (ə) 20 dəfə salavat göndərilib və hər dəfə salavatdan sonra yeni diləklər söylənilib.[4] Duaya salavatla başlamağı məsumların (ə) həyatından gələn ənənələrdən hesab ediblər və Allahdan bir şey istəməzdən əvvəl və ondan sonra salavat demək tövsiyə olunub.[5] Hədislərə görə dualar qəbul olunduğu üçün onunla birlikdə Allaha təqdim edilən istəklərin də qəbul olunma ehtimalının daha çox olacağı deyilir. Buna görə də İmam Səccad (ə) bu duada və “Səhifeyi-Səccadiyyə”nin digər dualarında salavatdan çox istifadə edib.[6]

Allahdan gözəl əxlaq istəməyin səbəbi

Ruhullah Xatəmi “Məkarimul-əxlaq” duasının şərhinin əvvəlində belə bir sual qoyur ki, insan özü gözəl əxlaqa yiyələnməyə çalışmalıdır və səy göstərmədən heç bir yerə çata bilməz. Belə olan halda Allahdan gözəl əxlaq diləmək necə mümkün olur? O bu suala belə cavab verir: Dua insanın səyini, çalışmasını əvəz etmir. Əksinə, bu, insan səyinə dəstək olur. Ona görə də gözəl əxlaqa sahib olmaq üçün davamlı səylərlə yanaşı, dua etmək də lazımdır ki, Allahın iradəsi ona şamil olsun. Digər tərəfdən, əllərini duaya qaldıranda insanda bir növ təlqin yaranır və bu, onun əxlaqi fəzilətlərə yiyələnmə əzmini daha da gücləndirir.[7]

Təlimlər

Məkarimul-əxlaq duasının əsas mövzusu Allaha gözəl əxlaqa yiyələnmək və yaxşı işlər görmək üçün edilən dualardır.[8] Bu duadakı istəklər düşüncə, nitq və əməl sahələrində əxlaqı əhatə edir və iki istiqamətdə - fərdi və ictimai əxlaq istiqamətində verilir.[9] Seyid Əli Nəqi Feyzül-İslamın qələmə aldığı “Səhifeyi-Səccadiyyə”nin tərcümə və təfsirində verdiyi bölgü əsasında İmam Səccaddan (ə) gələn Məkarimul-əxlaq duasının təlimləri aşağıdakı 30 frazanı[10] ehtiva edir:

Fərdi əxlaqın istiqamətləri

  • İmanın ən kamil mərhələsini, ən yüksək əminlik dərəcəsini, ən gözəl niyyəti və ən üstün əməli istəmək;
  • İman bütün yaxşı əməllərin və gözəl əxlaqın mənbəyidir;
  • Yaxşı niyyət yaxşı əməlin mənbəyidir;
  • İnsan inkişafının problemləri və maneələri: Allahdan başqasına diqqət ayırmaq, yoxsulluq, hərislik, təkəbbür, xudpəsəndlik və öyünmək;
  • İnsanı xilas etməyin yolları: Qiyamət üçün əməllər yerinə yetirmək, vaxtını məqsədə gedən yola sərf etmək, yoxsulluqdan və ruzinin bolluğundan qorunmaq, ücb və riyasız ibadət etmək, minnətsiz yaxşı işlər görmək;
  • Böyüklük və başucalığı ilə eyni vaxtda təvazökarlıq istəyi;
  • İtaət və bəndəlik yolunda ömür istəmək;
  • Əməldə sabitqədəmlik: layiqli hidayət, sabit niyyət, daimi ibadət və Şeytandan uzaq olmaq;
  • Əxlaqi işlərdə kamillik istəmək;
  • Duaya cavab (duanın qəbul olunmasını) istəmək;
  • Ömür boyu maddi açılış və qocalıqda bol ruzi üçün dua;[11]
  • Ömrünün sonunda ilahi bağışlanma diləmək;
  • Bütün həyatda Allahı xatırlamaq;
  • İlahi əzabdan qorunmaq üçün dua;
  • Ən yaxşı yola yönəlmək istəyi;[12]
  • İmtahan olmamaq və sərvətlə yolunu azmamaq istəyi;
  • Həyatda mötədillik;
  • Allahdan ən yaxşılarını istəmək;
  • Haqqın mərhəmətindən məhrum olma amillərindən uzaq olma istəyi;
  • Sərvətlə bəndələrin ilahi imtahanı;
  • Var-dövlətdə bərəkət istəmək;[13]
  • İlahi gücə sığınmaq;
  • Təqvadan bəhrələnmək və ilahi hidayət əsasında danışmaq;
  • Yoxsulluğun sıxıntıları və rüsvayçılığı;[14]
  • İbadətdə mötədillik istəmək;
  • Ruzi qazanmaq üçün ibadətdən yayınmamaq;
  • Hər şeyin dəyişməsi Allahın əlindədir;
  • Nəfsin həlak olma ehtimalı;[15]
  • Ömrün sonunu ilahi əfvlə bitirmək istəyi;
  • Allahı zikr etməklə, Allaha itaət etməklə və Onun sevgisi ilə dünya və axirət xeyrinə nail olmaq;
  • İlahi məhəbbət üçün asan bir yol istəmək;
  • Allahdan dünya və axirətdə yaxşılıq istəmək.[16]

İctimai əxlaqın istiqamətləri

  • Başqalarının yanlış düşüncələrini düzəltmək üçün dua: paxıllığı sevgiyə çevirmək;
  • Düşmənlər üzərində qələbə üçün dua;
  • Zalımların zülmündən amanda qalmaq və təhlükəsizliyin şirinliyindən bəhrələnmək istəyi;[17]
  • Fədakarlıq və əxlaqi bağışlanma;
  • İqtidar axtarışını və başqalarının hüquqlarını pozmağı rədd etmək;
  • Saleh insanların xüsusiyyətlərini: ədaləti yaymaq, qəzəbi boğmaq, insanları barışdırmaq, insanların yaxşı əməllərini üzə çıxarmaq, eyibləri örtmək, mülayimlik, təvazökarlıq, gözəl rəftar, sakitlik, ləyaqət, gözəl əxlaq, ictimai ədəb və ümumi əxlaqa riayət etmək və s.
  • İsrafçılıqdan çəkinmək;
  • Pis işə yaxşı cavab;
  • Allahdan başqasından kömək istəməyin xoşagəlməz nəticələri;
  • İnsanların qəlbində və dilində şeytani vəsvəsələr (batil arzu, bədgümanlıq, paxıllıq, söyüş, yalançı şahidlik, böhtan və s.);
  • Zülm etməkdən və zülmə məruz qalmaqdan Allaha sığınmaq;
  • İlahi hidayəti ifadə etmək (ifadə gücü və onun insanların hidayətində təsiri)
  • Məsuliyyət və düzgün idarəetmə;
  • Yaxınların düşmənçiliyini dostluğa çevirmək;
  • Başqaları ilə əməkdaşlıq və cəmiyyətə xidmət etmək;
  • Camaata qatılmaq və bidətçiləri tərk etmək;[18]
  • İnsan ləyaqətinə diqqət;
  • Alçaq insanlara möhtac olmayaraq heysiyyətini qorumaq istəyi;
  • Xeyrə çağıranlar arasında olmaq;
  • Ədalətin yayılmasında örnək sahibi olmaq və istiqaməti müəyyən etmək;
  • Asayiş yaratmaq və zorakılıqla mübarizə aparmaq;
  • Fəzilətlərdə sosial rəqabətin əhəmiyyəti;
  • Zərər və ziyanın aradan qaldırılması;
  • Yersiz ehsanları tərk etmək;
  • Zalımlara qarşı güclü əl, düşmənlərə qarşı fəsahətli dil istəmək;
  • Varlıların sərvətinə məhəl qoymamaq;
  • Məhəmməd (s)onun ailəsi üçün ən xeyirli salavat diləmək.[19]

Şərhlər

Məkarimul-əxlaq duası monoqrafiya şəklində şərh edilib, onlardan bəziləri bunlardır:

  • Məhəmməd Təqi Fəlsəfinin “Məkarimul-əxlaq duasının şərhi və təfsiri” h. ş. 1370-ci ildə Dəftəri-nəşri-fərhəngi-islami tərəfindən nəşr edilib. Bu şərh Fəlsəfinin çıxışlarının məcmusudur. O, Qum və Tehran şəhərlərində “Səhifeyi-Səccadiyyə”nin 20-ci duasının şərhi ilə bağlı silsilə çıxışlar edib. Toplanandan, bəzi ayə və hədislər əlavə etdəndən sonra 89 fəsildə nəşr edilib.[20]
  • “Nurul-afaq”, Şeyx Məhəmməd Hüseyn Zuelmin Məkarimul-əxlaq duasının şərhi hicri şəmsi 1370-ci ildə Əli Əkbər Elmi nəşriyyatı tərəfindən nəşr edilib.[22]
  • “Məkarim aynası” (İmam Səccadın Məkarimul-əxlaq duasının şərhi). Seyid Ruhullah Hatəminin Məkarimul-əxlaq duasının iki cildlik şərhi. Bu şərh 23 dərsdə təqdim olunub və hicri-şəmsi 1368-ci ildə Zülal nəşriyyatı tərəfindən nəşr edilib.[23]

Məkarimul-əxlaq duası həmçinin “Səhifeyi-Səccadiyyə”nin bütün dualarına yazılan təfsirlərdə də şərh olunub. Bu dua “Səhifeyi-Səccadiyə”nin şərhlərində, o cümlədən, Hüseyn Ənsariyanın “Diyari-aşiqan” kitabında,[24] Məhəmməd Həsən Məmduhi Kirmanşahinin “Şühud və şenaxt”,[25] eləcə də Seyid Əhməd Fihrinin “Səhifeyi-Səccadiyyənin şərhi və tərcüməsi” kitabında[26] fars dilində şərh edilib. Bundan başqa, Məkarimul-əxlaq duası həm də Seyid Əli xan Mədəninin “Riyazus-salikin”,[27] Məhəmməd Cavad Muğniyənin “Səhifeyi-Səccadiyyənin kölgəsində”,[28] Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-arifin”,[29] Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-ruh” əsəri[30] kimi kitablarda ərəb dilində şərh edilib. Bu duanın sözləri isə Feyz Kaşaninin “Təliqat ələs-Səhifə əs-Səccadiyə”[31] və İzzədin Cəzairinin “Şərhus-Səhifə əs-Səccadiyə” kimi[32] leksik şərhlərində də izah olunub.

Mətn və tərcümə

Məkarimul-əxlaq duası (O Həzrətin gözəl əxlaq üçün etdiyi duası)

Tərcümə Ərəbcə mətn
İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və imanımı ən kamil dərəcəyə yetir, yəqinimi ən üstün yəqin qərar ver, niyyətimi ən yaxşı niyyətlərə çevir, əməlimi ən gözəl əməllərə döndər.

İlahi! Öz lütfünlə niyyətimi kamil və xalis et, yəqinimi bidiyin kimi doğru yola apar, işimin pisliyini öz qüdrətinlə islah et. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və fikrimi özünə məşğul edən bütün işlərimin düyünü aç, məni sabah sorğu-sual edəcəyin işdə qərar ver, ruzigarımı xəlq edildiyim iş üçün sərf et, məni ehtiyacsız edərək mənə olan ruzini genişləndir. Göz dikməyə düçar etmə, əziz edib təkəbbürümə rücah etmə, öz bəndəliyinə ram et, bəndəliyimi özünü bəyənməkliyə bulaşmaqla məhv etmə, bütün insanlara yaxşılığı və xeyri mənim əlimlə cari et, onu minnət qoymağın kudurətindən uzaq et, mənə ali bir əxlaq mərhəmət et, məni fəxr etməkdən qoru. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və məni öz yanında həmin ölçüdə alçatmayınca insanlar arasındakı məqamımı ucaltma, batinimdə o qədər zəlillik yaratmayınca mənim üçün aşkar bir izzət icad etmə. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə bəyənilmiş bir adətlə bəhrə ver ki, onu heç bir şeylə əvəz etməyim, məni haqq yoluna hidayət et ki, ondan heç cür üz döndərməyim, mənə düzgün və möhkəm bir niyyət ehsan et ki, onda şübhəyə düşməyim, məni o vaxta qədər sağ saxla ki, ömrün Sənin itaətində keçə, və ömrüm Şeytanın otlağı olmazdan öncə o düşmən mənə üz tutmazdan, yaxud qəzəbinə tuş olmazdan qabaq canımı al. İlahi! Mənim vücudumun bütün eybli xasiyyətlərini islah et, qınanılacağ heç bir eybi məndə saxlama, məndə olan bütün kəramətləri kamilləşdir. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və kin-küdurət salanların kinini sevgiyə, təcavüz əhli-nin həsədini məhəbbətə, yaxşıların düşmənçiliyini dostluğa, səlah əhlinin bədgümanlığını e’timada, qohumların ayrılmalarını xoş rəftarlığa, qohumların bir-birinə yardım etməsi əvəzinə biri digərini incitmələrinə köməyə, zahir düzəldənlərin dostluğunu həmin dostluğa, həmsöhbətlərin bir-birindən eyb tutmalarını gözəl rəftara, zalımlardan olan qorxunun acılığını şirin-liyə döndər. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və məni mənə zülm edənə qalib et, mənimlə mübahisəyə, qalxanla iti dil ver, mənə qarşı düşmənçilik edənə qələbə qazandır, məni aldadana qarşı bir çarə et, məni həlak etmək istəyənə qarşı qüvvət ver ki, yalanı aşkar edim, mənə çəng atandan azad et, doğru yolu göstərənə itaətim üçün yardım et, hidayət edənə təslim olmağa müvəffəq et. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə hiylə edənə yaxşılıq etməyə, məndən uzaqlaşana yaxşı mükafat verməyə, məni məhrum edənə bəxşiş etməyə, məndən üzülənə birləşməyə, qeybətimi edənə bəxşiş etməyə, yaxşılığa təşəkkür etməyə və pislikdən göz yummaqda mənə yardım et. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə salehlərin zillət ilə bəzə, və bu işlərdə məni təqva əhlinin zinəti ilə ört: ədalət süfrəsi açmaqda, qəzəbi udmaqda, fitnə odunu söndürməkdə, pərakəndələri yığmaqda, insanların arasında islah etməkdə, yaxşı işləri aşkar etməkdə, eybləri örtməkdə, mülayim olmaqda, sadəlikdə, xoş rəftarda, vüqar gözəl davranış, fəzilətdə etməkdə, başaqalarına ehsan etməkdə, başqalarını məzzəmmət etməkdən göz yummaqdan ləyaqəti olmayana təmannasız bəxşiş etməkdə, ağır olsa belə haqq sözü deməkdə, hərçənd çox olsa da əməl və dilimdə yaxşılığı az bilməkdə, az olsa da belə əməl və danışığımda pisi çox bilməkdən. Və bütün bunları itaətə davam etməklə, müsəlman camaatla yanaşı olmaqla, dində bi’dət əhlini və öz rə’yinə əməl edəni başlamaqla kamilləşdir. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər, qocalıq çağımda mənə ən bol ruzini nəsib et, çarəsizlik halımda özümün ən üstün qüvvəndən məni bəhrəmənd et, ibadətin yolunda məni süslüyə düçar etmə, məhəbbətinin əksinə olan işlər görməyə üçar, səndən uzaq olana yaxın olmağımı bəyənmə, Səninlə olandan uzaq düşməyimi xoşlama. İlahi! Elə et ki, Sənin güc və qüdrətinlə çətinliklərə hucum edim, və çarəsizlik zamanı Səndən başqasından bir şey diləmə, qorxu zamanı Səndən başqasına üz tutmağa düçar etmə ki, buna görə nəticədə Sənin tərəfindən e’tinasızlığa düçar olub rəhmətindən kənar edilməyim, ey rəhm edənlərin rəhm edəni! İlahi! Lütf göstər ki, Şeytanın sənə qarşı qəlbinə batil zündən saldığı bədgümanlıq, həsəd əvəzinə Sənin əzəmətini yad edim, qüdrətin haqqında düşünüm, düşmənlərini aradan aparmaq üçün çarə fikirləşim, Şeytanın dilimə saldığı yalan şəhadət, nasəza, söyüş, haqsız şəhadət, qeydə olan mö’minin qeybətini edib bu kimi işlər görmək əvəzinə Sənin tə’rifinə sözlər deyim, sənə səna etməkdə irəli edim, bütün varlığınıla Sənin böyüklüyünü sitayiş edim, ne’mətinin mükrünü əmələ gətirim, ehsanına e’tiraf edim, ne’mətlərini saymağa məşğul olum. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və zülmü məndən uzaqlaşdırdığına qadir ikən məni zülm görməyə qoyma, və icazə vermə ki, başqasına zülm edim, halbuki sən hiylə etməkdə Sən məndən daha qüdrətlisən, azmağımı bəyənmə, halbuki həqiqətən də məni hidayət etməyə qadirsən yoxsullaşmağımı istəmə, halbuki mənim ruzimin çoxalması Sənin yanındadır, və məni tüğyanla imtahan etmə ki, bütün əlimdəkilər Sənin tərəfindəndir. İlahi! əfvinə sarı gəlmişəm, bəxşi işinə tərəf üz gətirmişəm, Sənin bağışlamağına müştağam, lütfünə e’timad edib ehsanına arxalanıram, mənim yanımda elə bir şey yoxdur əfvinə nail etsin, nə də elə bir iş görməmişəm ki, bəxşişinə layiq olum, özümə etdiyim zülmlərlə Sənin lütfünə və ehsanına arxalanmandan başqa bir yolum yoxdur, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və mənə mərhəmət göstər. İlahi! Dilimi hidayətinə danışan, təqvanı qəlbimə ilham et və ən yaxşı adətə yönəlməyə yardım göstər məni hər şeydən çox ondan razı qaldığın işə yönəlt. İlahi! ən yaxşı yolu ayğım önündə qoy, məni o vaxta qədər az dinində saxla ki, onda ölüm və dirimin. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və məni qənaət ne’məti ilə bəhrələndir, doğru və istiqamət əhlindən, xeyrinə yol göstərənlərdən və layiqli bəndələrindən qərar ver və qiyamət günü nicat tapıb əzab pusqusundan qaçmağı nəsib et. İlahi! öz nəfsimdən azadlığına səbəb olan şeyi özünə götür, islahına səbəb olacaq şeyi mənim üçün saxla çünki nəfsim həlakət astanasındadır, məgər bu ki, Sən onu qoruyasan. İlahi! qəmləndikcə Sən məni xoşhal edəsən, məhrum olduqda ümid yerisən, müsibət mənə hücum etdikdə pənahım Səndədir, əlimdən gedənlərin tədarükü Sənin yaşındadır, aradan gedənlərin İslahı Sənin tərəfindəndir, xoşa gəlməyənlərin dəyişilməsi Sənin əlindədir. Belə isə bəladan öncə əmin-amanlıqla, tələb etməzdən əvvəl dövlətli almaqla, və azmaqdan qabaq hidayətlə mənə minnət qoy və insanların əziyyətilərindən mənə kifayət et, qiyamət günündə amanda, olmağı nəsibim qərar ver, gözəl yolda olmağı mənə mərhəmət et. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və öz lütfünlə bütün şərləri məndən qaytar, məni ne’mətinlə bəslə, kərəminlə islah et, ehsanınıla dərman et, rəhmət sayəndə bir yer ver, mənə razılıq xələtini geyindir və işlər bir-birinə qarışdıqda daha doğru olmağına, hadisələr nəzərimdə oxşarlaşdıqda onların ən yaxşısına, dinlər qarışdıqda onların ən üstününə yol göstər. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və işlərdə yaxşılığa himayət et, mənə hidayətin doğruluğunu ehsan et, ruzi bolluğu ilə imtahan etmə, həyatda rahatlıq nəsib et, məişətimi ağırlaşdırma, duamı üstümə qaytarma, çünki mən Sənə şərik qoşmuram, Sən ola-ola hacət əlimi başqasına uzatmıram. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və məni israfdan saxla, ruzimi tələf olmaqdan qoru, əlimdə olanları bərəkət verməklə çoxalt, o maldan xeyir işlərdə sərf etməkdə mənə rəhbərlik et. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və çətinliklə ruzi gətirməkdən kifayət et, gümanım gəlməyən yerdən mənə ruzi ehsan et, ki, ruzi ələ gətirmək yolunda bəndəliyindən geri düşməyim, onun bəlasının çətinliyini çəkməyim. İlahi! ələ gətirmək üçün yolunda olduğum şeyləri öz qüdrətinlə mənim üçün hazır et, qorxduğum şeylərdən öz qüdrətinlə pənah ver. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və abırlı dövlətli olmaqla qoru, məqam və dəyərimi yoxsulluqla alçatma ki, ruzi yeyənlərindən ruzi istəyim, məxluqatın pislərindən bəxşiş istəyim və nəticədə verdikləri şeyə görə məzəmmətə düçar olum, halbuki bəxşiş və onu əsirgəmək Sənin müqəddəs məqamına məxsusdur (və başqalarının əlindən bir şey gəlmir). İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə ibadətdə işimə yarayan salamatlıq zahidlikdə sərf edilən vaxt, işə bağladığım elm və qənaətli olmağı duzi et. İlahi! Həyatda öz əfvinlə sona yetir, arzumu rəhmətinlə həqiqətə çevir, razılığına yetişmək yollarını mənə hamarlaşdır, bütün hallarda əməllərimi yaxşılaşdır. İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və xəbərsizlik halımda məni Səni yad etməyə ayılt, möhlət zamanında itaətinə yönəlt, eşqinə sarı olan yolu mənim üçün aç, onun səbəbi ilə dünya və axirət xeyrini məndən ötrü kamilləşdir. İlahi! Muhəmməd və onun soyuna ondan öncə bəndələrinə hədiyyə etdiyin ən üstün səlavat göndər, bizə bu dünyada da, o dünyada xeyir nəsib et, və Öz rəhmətinlə məni Cəhənnəm odundan qoru

وَ كَانَ مِنْ دُعَائِهِ عَلَيْهِ السَّلَامُ فِي مَكَارِمِ الْأَخْلَاقِ وَ مَرْضِيِّ الْأَفْعَالِ
(۱) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ بَلِّغْ بِإِیمَانِی أَکمَلَ الْإِیمَانِ، وَ اجْعَلْ یقِینِی أَفْضَلَ الْیقِینِ، وَ انْتَهِ بِنِیتِی إِلَی أَحْسَنِ النِّیاتِ، وَ بِعَمَلِی إِلَی أَحْسَنِ الْأَعْمَالِ.

(۲) اللَّهُمَّ وَفِّرْ بِلُطْفِک نِیتِی، وَ صَحِّحْ بِمَا عِنْدَک یقِینِی، وَ اسْتَصْلِحْ بِقُدْرَتِک مَا فَسَدَ مِنِّی. (۳) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ اکفِنِی مَا یشْغَلُنِی الِاهْتِمَامُ بِهِ، وَ اسْتَعْمِلْنِی بِمَا تَسْأَلُنِی غَداً عَنْهُ، وَ اسْتَفْرِغْ أَیامِی فِیمَا خَلَقْتَنِی لَهُ، وَ أَغْنِنِی وَ أَوْسِعْ عَلَی فِی رِزْقِک، وَ لَا تَفْتِنِّی بِالنَّظَرِ، وَ أَعِزَّنِی وَ لَا تَبْتَلِینِّی بِالْکبْرِ، وَ عَبِّدْنِی لَک وَ لَا تُفْسِدْ عِبَادَتِی بِالْعُجْبِ، وَ أَجْرِ لِلنَّاسِ عَلَی یدِی الْخَیرَ وَ لَا تَمْحَقْهُ بِالْمَنِّ، وَ هَبْ لِی مَعَالِی الْأَخْلَاقِ، وَ اعْصِمْنِی مِنَ الْفَخْرِ. (۴) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ لَا تَرْفَعْنِی فِی النَّاسِ دَرَجَةً إِلَّا حَطَطْتَنِی عِنْدَ نَفْسِی مِثْلَهَا، وَ لَا تُحْدِثْ لِی عِزّاً ظَاهِراً إِلَّا أَحْدَثْتَ لِی ذِلَّةً بَاطِنَةً عِنْدَ نَفْسِی بِقَدَرِهَا. (۵) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ مَتِّعْنِی بِهُدًی صَالِحٍ لَا أَسْتَبْدِلُ بِهِ، وَ طَرِیقَةِ حَقٍّ لَا أَزِیغُ عَنْهَا، وَ نِیةِ رُشْدٍ لَا أَشُک فِیهَا، وَ عَمِّرْنِی مَا کانَ عُمُرِی بِذْلَةً فِی طَاعَتِک، فَإِذَا کانَ عُمُرِی مَرْتَعاً لِلشَّیطَانِ فَاقْبِضْنِی إِلَیک قَبْلَ أَنْ یسْبِقَ مَقْتُک إِلَی، أَوْ یسْتَحْکمَ غَضَبُک عَلَی. (۶) اللَّهُمَّ لَا تَدَعْ خَصْلَةً تُعَابُ مِنِّی إِلَّا أَصْلَحْتَهَا، وَ لَا عَائِبَةً أُوَنَّبُ بِهَا إِلَّا حَسَّنْتَهَا، وَ لَا أُکرُومَةً فِی نَاقِصَةً إِلَّا أَتْمَمْتَهَا. (۷) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ أَبْدِلْنِی مِنْ بِغْضَةِ أَهْلِ الشَّنَآنِ الْمَحَبَّةَ، وَ مِنْ حَسَدِ أَهْلِ الْبَغْی الْمَوَدَّةَ، وَ مِنْ ظِنَّةِ أَهْلِ الصَّلَاحِ الثِّقَةَ، وَ مِنْ عَدَاوَةِ الْأَدْنَینَ الْوَلَایةَ، وَ مِنْ عُقُوقِ ذَوِی الْأَرْحَامِ الْمَبَرَّةَ، وَ مِنْ خِذْلَانِ الْأَقْرَبِینَ النُّصْرَةَ، وَ مِنْ حُبِّ الْمُدَارِینَ تَصْحِیحَ الْمِقَةِ، وَ مِنْ رَدِّ الْمُلَابِسِینَ کرَمَ الْعِشْرَةِ، وَ مِنْ مَرَارَةِ خَوْفِ الظَّالِمِینَ حَلَاوَةَ الْأَمَنَةِ. (۸) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ اجْعَلْ لِی یداً عَلَی مَنْ ظَلَمَنِی، وَ لِسَاناً عَلَی مَنْ خَاصَمَنِی، وَ ظَفَراً بِمَنْ عَانَدَنِی، وَ هَبْ لِی مَکراً عَلَی مَنْ کایدَنِی، وَ قُدْرَةً عَلَی مَنِ اضْطَهَدَنِی، وَ تَکذِیباً لِمَنْ قَصَبَنِی، وَ سَلَامَةً مِمَّنْ تَوَعَّدَنِی، وَ وَفِّقْنِی لِطَاعَةِ مَنْ سَدَّدَنِی، وَ مُتَابَعَةِ مَنْ أَرْشَدَنِی. (۹) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ سَدِّدْنِی لِأَنْ أُعَارِضَ مَنْ غَشَّنِی بِالنُّصْحِ، وَ أَجْزِی مَنْ هَجَرَنِی بِالْبِرِّ، وَ أُثِیبَ مَنْ حَرَمَنِی بِالْبَذْلِ، وَ أُکافِی مَنْ قَطَعَنِی بِالصِّلَةِ، وَ أُخَالِفَ مَنِ اغْتَابَنِی إِلَی حُسْنِ الذِّکرِ، وَ أَنْ أَشْکرَ الْحَسَنَةَ، وَ أُغْضِی عَنِ السَّیئَةِ. (۱۰) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ حَلِّنِی بِحِلْیةِ الصَّالِحِینَ، وَ أَلْبِسْنِی زِینَةَ الْمُتَّقِینَ، فِی بَسْطِ الْعَدْلِ، وَ کظْمِ الغَیظِ، وَ إِطْفَاءِ النَّائِرَةِ، وَ ضَمِّ أَهْلِ الْفُرْقَةِ، وَ إِصْلَاحِ ذَاتِ الْبَینِ، وَ إِفْشَاءِ الْعَارِفَةِ، وَ سَتْرِ الْعَائِبَةِ، وَ لِینِ الْعَرِیکةِ، وَ خَفْضِ الْجَنَاحِ، وَ حُسْنِ السِّیرَةِ، وَ سُکونِ الرِّیحِ، وَ طِیبِ الْمُخَالَقَةِ، وَ السَّبْقِ إِلَی الْفَضِیلَةِ، وَ إِیثَارِ التَّفَضُّلِ، وَ تَرْک التَّعْییرِ، وَ الْإِفْضَالِ عَلَی غَیرِ الْمُسْتَحِقِّ، وَ الْقَوْلِ بِالْحَقِّ وَ إِنْ عَزَّ، وَ اسْتِقْلَالِ الْخَیرِ وَ إِنْ کثُرَ مِنْ قَوْلِی وَ فِعْلِی، وَ اسْتِکثَارِ الشَّرِّ وَ إِنْ قَلَّ مِنْ قَوْلِی وَ فِعْلِی، وَ أَکمِلْ ذَلِک لِی بِدَوَامِ الطَّاعَةِ، وَ لُزُومِ الْجَمَاعَةِ، وَ رَفْضِ أَهْلِ الْبِدَعِ، وَ مُسْتَعْمِلِ الرَّأْی الْمُخْتَرَعِ. (۱۱) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ اجْعَلْ أَوْسَعَ رِزْقِک عَلَی إِذَا کبِرْتُ، وَ أَقْوَی قُوَّتِک فِی إِذَا نَصِبْتُ، وَ لَا تَبْتَلِینِّی بِالْکسَلِ عَنْ عِبَادَتِک، وَ لَا الْعَمَی عَنْ سَبِیلِک، وَ لَا بِالتَّعَرُّضِ لِخِلَافِ مَحَبَّتِک، وَ لَا مُجَامَعَةِ مَنْ تَفَرَّقَ عَنْک، وَ لَا مُفَارَقَةِ مَنِ اجْتَمَعَ إِلَیک. (۱۲) اللَّهُمَّ اجْعَلْنِی أَصُولُ بِک عِنْدَ الضَّرُورَةِ، وَ أَسْأَلُک عِنْدَ الْحَاجَةِ، وَ أَتَضَرَّعُ إِلَیک عِنْدَ الْمَسْکنَةِ، وَ لَا تَفْتِنِّی بِالاسْتِعَانَةِ بِغَیرِک إِذَا اضْطُرِرْتُ، وَ لَا بِالْخُضُوعِ لِسُؤَالِ غَیرِک إِذَا افْتَقَرْتُ، وَ لَا بِالتَّضَرُّعِ إِلَی مَنْ دُونَک إِذَا رَهِبْتُ، فَأَسْتَحِقَّ بِذَلِک خِذْلَانَک وَ مَنْعَک وَ إِعْرَاضَک، یا أَرْحَمَ الرَّاحِمِینَ. (۱۳) اللَّهُمَّ اجْعَلْ مَا یلْقِی الشَّیطَانُ فِی رُوعِی مِنَ التَّمَنِّی وَ التَّظَنِّی وَ الْحَسَدِ ذِکراً لِعَظَمَتِک، وَ تَفَکراً فِی قُدْرَتِک، وَ تَدْبِیراً عَلَی عَدُوِّک، وَ مَا أَجْرَی عَلَی لِسَانِی مِنْ لَفْظَةِ فُحْشٍ أَوْ هُجْرٍ أَوْ شَتْمِ عِرْضٍ أَوْ شَهَادَةِ بَاطِلٍ أَوِ اغْتِیابِ مُؤْمِنٍ غَائِبٍ أَوْ سَبِّ حَاضِرٍ وَ مَا أَشْبَهَ ذَلِک نُطْقاً بِالْحَمْدِ لَک، وَ إِغْرَاقاً فِی الثَّنَاءِ عَلَیک، وَ ذَهَاباً فِی تَمْجِیدِک، وَ شُکراً لِنِعْمَتِک، وَ اعْتِرَافاً بِإِحْسَانِک، وَ إِحْصَاءً لِمِنَنِک. (۱۴) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ لَا أُظْلَمَنَّ وَ أَنْتَ مُطِیقٌ لِلدَّفْعِ عَنِّی، وَ لَا أَظْلِمَنَّ وَ أَنْتَ الْقَادِرُ عَلَی الْقَبْضِ مِنِّی، وَ لَا أَضِلَّنَّ وَ قَدْ أَمْکنَتْک هِدَایتِی، وَ لَا أَفْتَقِرَنَّ وَ مِنْ عِنْدِک وُسْعِی، وَ لَا أَطْغَینَّ وَ مِنْ عِنْدِک وُجْدِی. (۱۵) اللَّهُمَّ إِلَی مَغْفِرَتِک وَفَدْتُ، وَ إِلَی عَفْوِک قَصَدْتُ، وَ إِلَی تَجَاوُزِک اشْتَقْتُ، وَ بِفَضْلِک وَثِقْتُ، وَ لَیسَ عِنْدِی مَا یوجِبُ لِی مَغْفِرَتَک، وَ لَا فِی عَمَلِی مَا أَسْتَحِقُّ بِهِ عَفْوَک، وَ مَا لِی بَعْدَ أَنْ حَکمْتُ عَلَی نَفْسِی إِلَّا فَضْلُک، فَصَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ تَفَضَّلْ عَلَی. (۱۶) اللَّهُمَّ وَ أَنْطِقْنِی بِالْهُدَی، وَ أَلْهِمْنِی التَّقْوَی، وَ وَفِّقْنِی لِلَّتِی هِی أَزْکی، وَ اسْتَعْمِلْنِی بِمَا هُوَ أَرْضَی. (۱۷) اللَّهُمَّ اسْلُک بی‌الطَّرِیقَةَ الْمُثْلَی، وَ اجْعَلْنِی عَلَی مِلَّتِک أَمُوتُ وَ أَحْیا. (۱۸) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ مَتِّعْنِی بِالاقْتِصَادِ، وَ اجْعَلْنِی مِنْ أَهْلِ السَّدَادِ، وَ مِنْ أَدِلَّةِ الرَّشَادِ، وَ مِنْ صَالِحِ الْعِبَادِ، وَ ارْزُقْنِی فَوْزَ الْمَعَادِ، وَ سلَامَةَ الْمِرْصَادِ. (۱۹) اللَّهُمَّ خُذْ لِنَفْسِک مِنْ نَفْسِی مَا یخَلِّصُهَا، وَ أَبْقِ لِنَفْسِی مِنْ نَفْسِی مَا یصْلِحُهَا، فَإِنَّ نَفْسِی هَالِکةٌ أَوْ تَعْصِمَهَا. (۲۰) اللَّهُمَّ أَنْتَ عُدَّتِی إِنْ حَزِنْتُ، وَ أَنْتَ مُنْتَجَعِی إِنْ حُرِمْتُ، وَ بِک اسْتِغَاثَتِی إِنْ کرِثْتُ، وَ عِنْدَک مِمَّا فَاتَ خَلَفٌ، وَ لِمَا فَسَدَ صَلَاحٌ، وَ فِیمَا أَنْکرْتَ تَغْییرٌ، فَامْنُنْ عَلَی قَبْلَ الْبَلَاءِ بِالْعَافِیةِ، وَ قَبْلَ الْطَّلَبِ بِالْجِدَةِ، وَ قَبْلَ الضَّلَالِ بِالرَّشَادِ، وَ اکفِنِی مَئُونَةَ مَعَرَّةِ الْعِبَادِ، وَ هَبْ لِی أَمْنَ یوْمِ الْمَعَادِ، وَ امْنَحْنِی حُسْنَ الْإِرْشَادِ. (۲۱) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ ادْرَأْ عَنِّی بِلُطْفِک، وَ اغْذُنِی بِنِعْمَتِک، وَ أَصْلِحْنِی بِکرَمِک، وَ دَاوِنِی بِصُنْعِک، وَ أَظِلَّنِی فِی ذَرَاک، وَ جَلِّلْنِی رِضَاک، وَ وَفِّقْنِی إِذَا اشْتَکلَتْ عَلَی الْأُمُورُ لِأَهْدَاهَا، وَ إِذَا تَشَابَهَتِ الْأَعْمَالُ لِأَزْکاهَا، وَ إِذَا تَنَاقَضَتِ الْمِلَلُ لِأَرْضَاهَا. (۲۲) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ تَوِّجْنِی بِالْکفَایةِ، وَ سُمْنِی حُسْنَ الْوِلَایةِ، وَ هَبْ لِی صِدْقَ الْهِدَایةِ، وَ لَا تَفْتِنِّی بِالسَّعَةِ، وَ امْنَحْنِی حُسْنَ الدَّعَةِ، وَ لَا تَجْعَلْ عَیشِی کدّاً کدّاً، وَ لَا تَرُدَّ دُعَائِی عَلَی رَدّاً، فَإِنِّی لَا أَجْعَلُ لَک ضِدّاً، وَ لَا أَدْعُو مَعَک نِدّاً. (۲۳) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ امْنَعْنِی مِنَ السَّرَفِ، وَ حَصِّنْ رِزْقِی مِنَ التَّلَفِ، وَ وَفِّرْ مَلَکتِی بِالْبَرَکةِ فِیهِ، وَ أَصِبْ بی‌سَبِیلَ الْهِدَایةِ لِلْبِرِّ فِیمَا أُنْفِقُ مِنْهُ. (۲۴) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ اکفِنِی مَئُونَةَ الِاکتِسَابِ، وَ ارْزُقْنِی مِنْ غَیرِ احْتِسَابٍ، فَلَا أَشْتَغِلَ عَنْ عِبَادَتِک بِالطَّلَبِ، وَ لَا أَحْتَمِلَ إِصْرَ تَبِعَاتِ الْمَکسَبِ. (۲۵) اللَّهُمَّ فَأَطْلِبْنِی بِقُدْرَتِک مَا أَطْلُبُ، وَ أَجِرْنِی بِعِزَّتِک مِمَّا أَرْهَبُ. (۲۶) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ صُنْ وَجْهِی بِالْیسَارِ، وَ لَا تَبْتَذِلْ جَاهِی بِالْإِقْتَارِ فَأَسْتَرْزِقَ أَهْلَ رِزْقِک، وَ أَسْتَعْطِی شِرَارَ خَلْقِک، فَأَفْتَتِنَ بِحَمْدِ مَنْ أَعْطَانِی، و أُبْتَلَی بِذَمِّ مَنْ مَنَعَنِی، وَ أَنْتَ مِنْ دُونِهِمْ وَلِی الْإِعْطَاءِ وَ الْمَنْعِ. (۲۷) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ ارْزُقْنِی صِحَّةً فِی عِبَادَةٍ، وَ فَرَاغاً فِی زَهَادَةٍ، وَ عِلْماً فِی اسْتِعْمَالٍ، وَ وَرَعاً فِی إِجْمَالٍ. (۲۸) اللَّهُمَّ اخْتِمْ بِعَفْوِک أَجَلِی، وَ حَقِّقْ فِی رَجَاءِ رَحْمَتِک أَمَلِی، وَ سَهِّلْ إِلَی بُلُوغِ رِضَاک سُبُلِی، وَ حَسِّنْ فِی جَمِیعِ أَحْوَالِی عَمَلِی. (۲۹) اللَّهُمَّ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ نَبِّهْنِی لِذِکرِک فِی أَوْقَاتِ الْغَفْلَةِ، وَ اسْتَعْمِلْنِی بِطَاعَتِک فِی أَیامِ الْمُهْلَةِ، وَ انْهَجْ لِی إِلَی مَحَبَّتِک سَبِیلًا سَهْلَةً، أَکمِلْ لِی بِهَا خَیرَ الدُّنْیا وَ الْآخِرَةِ.

(۳۰) اللَّهُمَّ وَ صَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، کأَفْضَلِ مَا صَلَّیتَ عَلَی أَحَدٍ مِنْ خَلْقِک قَبْلَهُ، وَ أَنْتَ مُصَلٍّ عَلَی أَحَدٍ بَعْدَهُ، وَ «آتِنا فِی الدُّنْیا حَسَنَةً وَ فِی الْآخِرَةِ حَسَنَةً»، وَ قِنِی بِرَحْمَتِک «عَذابَ النَّارِ».

İstinadlar

  1. Xatəmi, Ayineye Məkarim, h.ş 1368, s.13; Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.2, s.207
  2. ترجمه دعای مکارم الاخلاق, Ayətullah Məkarim Şirazinin dəftərinin rəsmi internet saytı
  3. Qasimpeyvəndi, "Səbkşenasiye duaye Məkarimul-əxlaq, s.3-4
  4. Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.6, s.183
  5. Xatəmi, Ayineye Məkarim, h.ş 1368, s.13
  6. Fəlsəfi, Şərhe duaye Məkarimul-əxlaq, c.1, s.6-7
  7. Xatəmi, Ayineye Məkarim, h.ş 1368, c.1, s.13
  8. Xatəmi, Ayineye Məkarim, h.ş 1368, s.13
  9. Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.2, s.207
  10. ترجمه و شرح دعای بیستم صحیفه سجادیه, erfan saytı
  11. Duanın mətni
  12. Duanın mətni
  13. Duanın mətni
  14. Duanın mətni
  15. Duanın mətni
  16. Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.6, s.171-351; Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.2, s.207-283
  17. Duanın mətni
  18. Duanın mətni
  19. Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.6, s.171-351; Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.2, s.207-283
  20. شرح و تفسیر دعای مکارم الاخلاق, darolmoballeghin.ir saytı
  21. شرح دعای مکارم الاخلاق, mesbahyazdi.ir saytı
  22. نورالافاق شرح دعای مکارم الاخلاق, İran kitabxanalarının rəsmi internet saytı
  23. آینه مکارم شرح دعای مکارم الاخلاق, Vikinur internet saytı
  24. Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.6, s.171-351
  25. Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.2, s.207-283
  26. Fihri, Şərh və təfsire Səhifeye Səccadiyyə, h.ş 1388, c.2, s.215-327
  27. Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.3, s.255-440
  28. Muğniyə, Fi Zilalis-Səhife, h.q 1428, s.246-281
  29. Darabi, Riyazul-arifin, h.ş 1379, c.235-264
  30. Fəzlullah, Afaqur-ruh, h.q 1420, c.1, s.431-544
  31. Feyz Kaşani, “Təliqat ələs-Səhifə əs-Səccadiyə”, h.q 1407, s.47-51
  32. Cəzayiri, “Şərhus-Səhifə əs-Səccadiyə”, h.q 1402, s.111-121

Ədəbiyyat

  • Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, h.ş 1372
  • Xatəmi, Ruhullah, Ayineye Məkarim, Tehran, Zülal nəşri, h.ş 1368
  • Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
  • Fəzlullah, Məhəmməd Hüseyn, Afaqur-ruh, Beyrut, Darul-mulk, h.q 1420,
  • Fəlsəfi, Məhəmmə Təqi, Şərhe duaye Məkarimul-əxlaq, h.ş 1370
  • Fihri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeye Səccadiyyə, Tehran, Üsvə, h.ş 1388
  • Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, “Təliqat ələs-Səhifə əs-Səccadiyə”, Tehran, h.q 1407
  • Qasimpeyvəndi, Zəhra və Seyyid Məhəmməd Rza, "Səbkşenasiye duaye Məkarimul-əxlaq, h.ş 1393
  • Mədəni Şirazi, Seyyid Əlixan, Riyazus-salikin, Qum, İslami nəşr müəssisəsi, h.q 1435
  • Muğniyə, Məhəmməd Cavad, Fi Zilalis-Səhife, Qum, Darul-kitabil-İslami, h.q 1428
  • Məmduhi Kermanşahi, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388

Xarici keçid