Məzmuna keç

Ana Səhifə: Redaktələr arasındakı fərq

wikishia saytından
imported>Rezvani
Redaktənin izahı yoxdur
imported>Rezvani
Redaktənin izahı yoxdur
Sətir 33: Sətir 33:
     | id = mf-ua
     | id = mf-ua
     | image = Help-browser - ar.svg
     | image = Help-browser - ar.svg
     | title = Bilirdinizmi?
     | title = Bilirdinizmi...?
     | content =<div
     | content =<div
         style="height: 600px; overflow: hidden; -moz-column-count: 1; -webkit-column-count: 1; column-count: 1;">
         style="height: 600px; overflow: hidden; -moz-column-count: 1; -webkit-column-count: 1; column-count: 1;">

13:54, 8 fevral 2023 tarixinə olan versiya

Vikişiəyə
Əhli-Beyt Ümumdünya Assambleyasına bağlı Əhli-beyt məktəbinin virtual ensiklopediyası.
Azərbaycan dilində 888 məqalə
Seçilmiş məqalə
Ayətül-Kürsü (ərəbcə: آية الكرسي) (Bəqərə surəsi, 255) Allahın cəlal və camal sifətlərinin toplusudur ki, həm təklik, həyat, qəyyumiyyət, elm və qüdrət kimi Allahın zati sifətləri, həm də varlıq aləminə malik olmaq və şəfaət kimi fel sifətlərini ehtiva edir. Bu ayə “vəsiə kürsiyyuhus-səmvati vəl-ərzi" cümləsinə görə "Ayətül-Kürsü" adı ilə məşhur olub. Bəziləri "Bəqərə" surəsinin 256 və 257-ci ayələrini də onun tərkib hissəsi hesab ediblər. Amma bəziləri, rəvayət və dəlillərə əsasən, Ayətül-Kürsünün "Bəqərə" surəsinin yalnız 255-ci ayəsi olduğunu hesab ediblər.

Rəvayət mənbələrində bu ayə üçün bir çox xüsusiyyət və fəzilətlər qeyd edilmişdir, o cümlədən bəzi rəvayətlərdə bu ayə Quranın ən üstün ayəsi hesab olunur. Bu ayəni hər zaman və bütün hallarda, xüsusən namazdan sonra, dəstəmaz aldıqdan sonra, yatmazdan əvvəl, evdən çıxarkən, təhlükə və çətinliklə üzləşəndə və s. oxumaq tövsiyə olunur. Qəbrin ilk gecəsini namazı kimi bəzi müstəhəb namazlarda da bu ayəni oxumaq qeyd olunub.

Məqalənin davamı:
Seçilmiş şəkil
Təbriz şəhərinin came məscidi

Əhli-Beyt Ümumdünya Məclisinin digər saytları

Bilirdinizmi...?
  • Bilirdinizmi, Kərbəla şəhidlərindən qırxa yaxını yəmənli olub?
  • Bilirdinizmi, "Vuddə" ayəsinə əsasən, Allah möminlərin məhəbbətini başqalarının qəlbinə yerləşdirir ?
  • Bilirdinizmi, Həzrət Süleyman (ə) Allahdan ondan sonra heç kimin layiq olmadığı bir hökumət istədi və Allah onun duasını qəbul etdi?
  • Bilirdinizmi, Musanın (ə) həyat hekayələri Quranda digər peyğəmbərlərin hekayələrindən daha çox xatırlanır?
  • Bilirdinizmi, Bəhreyn əhalisinin təxminən 70%-i şiələrdir, hakim kral ailəsi isə sünnidir?
  • Bilirdinizmi, Qardaşı Habili öldürdükdən sonra Qabil Adəmin yerinə seçilən Şeysi öldürməklə hədələdi?
  • Bilirdinizmi, "Şiraz Ətiq Came məscidinin" ortasında Qurani-Kərimi saxlamaq və oxumaq məqsədi ilə VIII əsrdə tikilmiş Xodayexanə adlı daş bina var?
  • Bilirdinizmi, Şəhid Əvvəl Əllamə Hillinin oğlu Fəxr əl-Mühəqqinin tələbəsi idi ?
  • Bilirdinizmi, İmam Əlinin (ə) hərəminin qərb tərəfində tikilmiş Həzrət Fatimə (s) səhni (həyəti) İmam Əlinin (ə) hərəminin köhnə hərəmindən dörd dəfə böyükdür ?
  • Bilirdinizmi, Bağdad beş əsr Abbasi xilafətinin paytaxtı olub ?
  • Bilirdinizmi, Sünni mənbələrinə görə, Əbdürrəhman ibn Əvf döyüşlərin birində imam camaat olub və İslam Peyğəmbəri (s) ona iqtida edib ?
  • Bilirdinizmi, Coşan Kəbir duası ilə bağlı nəql olunub ki, İmam Əli (ə) İmam Hüseynə (ə) vəsiyyət edib ki, bu duanı əzbərləyib başqalarına da öyrətsin?
  • Bilirdinizmi, Əllamə Hilli sünni alimləri ilə mübahisədə İmam Əlinin (ə) imamətini və şiə məzhəbinin qanuniliyini sübut edə bildi və bu hadisə şiə məzhəbinin padşahı seçilməsinə və adı dəyişdirilərək Sultan Məhəmməd Xudabəndə qoyulmasına səbəb oldu ?
  • Bilirdinizmi, 1977-ci ildə Nəcəfdə qəflətən dünyasını dəyişən İmam Xomeyninin böyük oğlu Seyyid Mustafa Xomeyninin cənazə namazını Ayətullah Xoyi qılıb ?
  • Bilirdinizmi, İraqın Bəəs Partiyasının Ərbəin yürüşü mərasiminə qarşı çıxması səbəbindən Ayətullah Seyid Məhəmməd Sədr Kərbəlaya piyada getməyi vacib elan etmişdi ?
  • Bilirdinizmi, "Kəffül-Abbas" Kərbəlada iki yerin adıdır ki, orada deyirlər ki, Aşura günü bu yerlərdə Həzrət Abbasın (ə) əlləri kəsilib ?
  • Bilirdinizmi, Şəhid Salis Hindistanda "Məcalisul-muminin" kitabını yazdığına görə şallaqla döyülərək öldürülən iranlı alimlərdəndir ?
  • Bilirdinizmi, Cins dəyişikliyi tibb fiqhində ortaya çıxan yeni məsələlərdən biridir və İmam Xomeyni İranda cinsiyyət dəyişikliyinin şəriət hökmünü şərh edən ilk fəqih (1343-cü ildə) hesab olunur ?
  • Bilirdinizmi, bəzi alimlər “Rövzətuş-şühəda” kitabını təsir və şöhrət baxımından Aşura tarixi barədə yazılan ən mühüm kitabı hesab ediblər ?
  • Bilirdinizmi, Kufəlilərin İmam Hüseynə (ə) yazdığı məktubların birində ona "Kufəyə tələs" dörd dəfə təkidlə istənilir ?
  • Bilirdinizmi, Şiə fəqihlərinə görə müstəhəb namazı camaatla qılmaq olmaz ?
  • Bilirdinizmi, Kərbəla hadisələrinin böyük bir hissəsini Ömər bin Sədin ordusundan olan Həmid bin Müslim çatdırmışdır ?
  • Bilirdinizmi, Bəhreyn ölkəsində müsəlmanların təxminən 70%-i şiədir, hakim kral ailəsi isə sünnidir ?
  • Bilirdinizmi, Şəhid Sani Məkkə şəhərində şiəliyi təbliğ etmək cinayətinə görə həbs olunub, İstanbula aparılıb və orada şəhid olub ?
  • Bilirdinizmi, Səddam Hüseyn və İraq BƏƏS partiyasının bir çox tərəfdarları İslamı ərəb dini və hərəkatı hesab edirdilər, məqsədi ərəbizmi yeniləmək və təkmilləşdirmək idi ?
  • Bilirdinizmi, Müstəcər Kəbənin arxa divarının bir hissəsidir, şiə hədislərinə görə İmam Zaman (ə.f) Kəbənin pərdələrini tutar və dua edərdi ?
  • Bilirdinizmi, Kərbəlayi Kazım Nəvvab Səfəvi tərəfindən müxtəlif yerlərə aparılıb və bütün məclislərdə Allahın möcüzəsi kimi təqdim edilib ?
  • Bilirdinizmi, bəzi məlumatlara görə, Şəhid Saninin cənazəsi şəhadətindən sonra üç gün yerdə qalıb, sonra dənizə atılıb ?
  • Bilirdinizmi, Habil Adəm (ə) peyğəmbərin varisi və vəlisi idi; O öldürüldükdən sonra Şeys Həzrət Adəmin (ə) canişini oldu ?
  • Bilirdinizmi, Şəhid Mütəhhəri İmam Xomeyninin “Əsfar” dərslərinin şəxsi tələbələrindən biri idi və bu dərs, İmam Xomeyninin (r.ə) fəlsəfə dərslərinin son dərsi idi ?
  • Bilirdinizmi, Allah Rəsulunun (s) oğlu İbrahim vəfat etdiyi zaman gün tutulması baş verdi. Həzrət Peyğəmbər (s) tutulmanın onun ölümü ilə əlaqələndirilməsinin qarşısını almaq üçün buyurmuşdur ki, günəş və ay kiminsə ölümünü görə tutulmaz ?
  • Bilirdinizmi, öz dövründə şiələr arasında nüfuz sahibi olan Seyid Əbülhəsən İsfahani Axund Xorasaninin ən yaxın və ən yaxşı tələbələrindən idi ?
  • Bilirdinizmi, ruh ayəsinə əsasən, ruhun tam elmi yalnız Allaha xasdır və bəşərin elmi bu haqda çox azdır ?
  • Bilirdinizmi, Həzrət Nuh (ə) 950 il öz qövmünü doğru yola yönəltməyə çalışmışdır ?
  • Bilirdinizmi, Qumdakı Vadius-Səlam qəbiristanlığı Nəcəfdəki Vadius-Səlam qəbiristanlığına oxşadılaraq Ayətullah Burucerdi tərəfindən tikilib ?
  • Bilirdinizmi, nizam arqumenti Allahın varlığını sübut etmək üçün təqdim edilən ən sadə və ən ümumi arqument hesab edilmişdir ?
  • Bilirdinizmi, Xızr və Musanın əhvalatı, Həzrət Musanın (ə) Allah-taala ondan daha hikmətli bir kimsəni yaratmadığını düşünməsindən sonra baş verdi ?
  • Bilirdinizmi, Əllamə Təbatəbai “Təfsirül-mizan”ı Quranın Qurana təfsir prinsipi əsasında yazıb; Birinci meyar Quranı özünün vasitəsilə Quranın təfsiridir.
  • Bilirdinizmi, Ayətullah Qolpayeqaninin kitabxanasında hicri 2-ci və 3-cü əsrlərə aid Kufi xətti ilə Qurani-Kərimin əlyazma səhifələri var ?
  • Bilirdinizmi, Məhəmməd Fazil Lənkəraninin atası Abdulla Fazil Lənkərani kommunist hakimiyyəti dövründə İrana gələn Azərbaycan alimlərindən biri olub ?
  • Bilirdinizmi, Seyid Haşim Həddad Arif və Seyid Əli Qazi Təbatəbainin görkəmli tələbələrindən hesab edirdilər ki, körpə Əhli-beytin (ə) müqəddəsliyini özünə cəlb etdiyi üçün onu mübarək yerlərə və dini məclislərə aparmaq lazımdır ?
  • Bilirdinizmi, Əl-Əzhər sünni İslam düşüncəsinin nümayəndəsi kimi tanınan qədim İslam elmi müəssisəsi kimi tanınır. Hicri IV əsrdə Qahirədə Fatimilər tərəfindən tikilib ?
  • Bilirdinizmi, Ramazan ayının son ongünlüyü İslam Peyğəmbərinin (s) e'tikaf günləri idi və Ramazan ayında baş vermiş Bədir döyüşü səbəbindən Peyğəmbər (s) etikafa gedə bilmədi və sonrakı Ramazan ayında iyirmi gün e'tikaf keçirdi ?
  • Bilirdinizmi, Məmun İmam Rza (ə)-ı elmi bəhslərə çəkməklə camaatın Əhli-beytə (ə) baxışını və “elmi-lədun” kimi xüsusi elmlərə malik olduğuna inanan insanların ümumi təsəvvürünü qırmaq istəyirdi ?
  • Bilirdinizmi, Ömər, İmam Əlinin (ə) təklifi ilə Hz. Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətini İslam tarixinin başlanğıcı kimi qəbul etdi ?
  • Bilirdinizmi, İmam Sadiq (ə) dünyanın hər yerindən müsəlmanların bir araya gəlməsini, bir-birini tanımasını, müxtəlif ticarət mənbələrindən faydalanmağı, Allah Rəsulunun (s) təlim və hədisləri ilə tanış olmağı həccin hikmətlərindən hesab etmişdir ?
  • Bilirdinizmi, “Səhih-Buxari”də Əbu Hüreyrədən 446, İmam Əlidən (ə) cəmi 19 hədis nəql edilmişdir?
  • Bilirdinizmi, Şiə məzhəbinin etiqadına görə, Ramazan ayının nafilələləri ümumilikdə 1000 rükətdir ki, ilk 20 gecənin hər biri 20 rükət, axırıncı 10 gecənin hər biri 30 rükət və hər qədr gecəsinin nafiləsi isə 100 rükətdir ?
  • Bilirdinizmi, “Səhər duası” müxtəlif cür zikr olunmuşdur, onlardan ən məşhurunu İmam Rza (ə) İmam Baqirdən (ə) nəql etmişdir və o dua belə başlayır: “Allahummə inni əsəlukə min bəhaikə bi-əbhahu”...
  • Bilirdinizmi, İmam Zaman (ə) şiələrə Ramazan ayının hər gecəsində İftitah duasını oxunmasını tövsiyə edib ?
  • Bilirdinizmi, Ramazan ayı Quranda adı keçən yeganə aydır ?
  • Bilirdinizmi, Həzrət Musa (ə) Mədinədən Misirə qayıdarkən yolda azıb, Sinada yanğın görüb xəbər və ya atəş almaq üçün getdi, amma orada ona vəhy oldu və ora peyğəmbər seçildi?
  • Bilirdinizmi, Kəbə müsəlmanlar baxımından ilk tövhid evi və yer üzündəki ən müqəddəs və ən hörmətli yerdir?
  • Bilirdinizmi, bəzi şiə fəqihləri şəriət vəzifələrini yerinə yetirməkdə problemlərə səbəb olan problemi neytrallaşdırmaq üçün cinsi dəyişməyi vacib saymışlar və yeganə çıxış yolu cinsi dəyişməkdir?
  • Bilirdinizmi, Bağdad şəhərinin “Kərx” məhəlləsi III əsrdən etibarən Bağdadda şiələrin əsas toplanma mərkəzi olmuşdur?
  • Bilirdinizmi, öz zamanında şiələrin ümumi nüfuzu olan Seyid Əbülhəsən İsfahani övladının qatilini bağışlayıb ?
  • Qara daş (Həcərul-əsvəd), hətta cahiliyyət dövründə də heç vaxt sitayiş edilməmiş, büt hesab edilməmiş, lakin həmişə xalis tövhid və şirki inkar etmək əlaməti olmuşdur.
  • Bağdaddakı Sədr şəhərciyi Əs-Sura Mədinə kimi tanınırdı, Səddam adını dəyişərək “Səddamın Mədinəsi” və Səddamın devrilməsindən sonra yenidən Sədr şəhəri adlandırıldı?
  • Bilirdinizmi, "Məşhəd" şəhadət yeri deməkdir və İmam Rza (ə)-ın şəhadətindən sonra Sənabadda dəfn edilmişdir. Bundan sonra “Sənabad Noğan”, “Məşhəd ər-Rza”, sonra isə “Məşhəd” adlandırıldı?
  • Bilirdinizmi, Kərrar ləqəbi İmam Əliyə (ə) İslam Peyğəmbəri (s) tərəfindən Xeybər yürüşü zamanı (Kərrar, qaçmayan; qaçılmaz hücumçu mənasında) verilmişdir ?
  • Bilirdinizmi, “Pişəvər gecələri” kitabı Sultan Əl-Vaezin Şirazi ilə sünni alimləri arasında Pakistanın Pişəvər şəhərində on gecə keçirilən mübahisənin mətnidir ?
  • Bilirdinizmi, İsveçrədə ilk şiə mərkəzi 1998-ci ildə fəaliyyətə başlayıb və bu gün onun məscidi İmam Əli (ə) məscidi adlanır ?
  • Bilirdinizmi, İslam Peyğəmbəri (s) Şəb Əbi Talibdə və sonralar Əqil bin Əbi Talibə məxsus olan evdə doğulub ?
  • Bilirdinizmi, 2014-cü ildə Mina fəlakətində, Mina torpağında həddindən artıq sıxlıq səbəbindən 7 mindən çox insan həlak oldu?
  • Bilirdinizmi, Xacə Nəsrəddin Tusi vəsiyyət etdi ki, Kazimeyn ziyarətgahında dəfn olunsun və bu ayə ki, («و کَلبُهُم باسِطٌ ذِراعَیهِ بِالوَصید» "...Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı." Kəhf surəsi, ayə 18) Əshabi-kəhfin iti barəsində idi, qəbrinin üzərinə yazılsın ?
  • Bilirdinizmi, Nigeriya şiələrinin lideri İbrahim Zəkzaki Nigeriya və qonşu ölkələrdə 300 dini mədrəsə yaratmış və onun səyi ilə milyonlarla insan şiə olmuşdur ?
  • Bilirdinizmi, Zihar ayəsi cahiliyyət dövründə geniş yayılmış adət-ənənələrdən biri idi ki, kişi və qadın ayrılığını batil bilirdi, bunun üçün ağır cərimə tətbiq etdi ?
  • Bilirdinizmi, cihad məsələsində kafirlərdən məsləhət üzündən olarsa və xainlik sayılmazsa kömək almaq olar ?