Məzmuna keç

Əsr surəsi

wikishia saytından
Əsr surəsi
Cüz30
Ayə3
Məkkə\MədinəMəkkə
Nazil olma sırası13
Surənin nömrəsi103
Söz14
Hərf73


Əsr (ərəbcə: سورة العصر) ya Vəl-əsr surəsi Qurani-Kərimin 103-cü surəsidir və Məkkədə nazil olmuş surələrdəndir. Bu surə Quranın 30-cu cüzündə yer alır. Surənin adı birinci ayəsindən götürülmüşdür. Bu surədə Allah əsrə and içir ki, insanlar ziyan içindədirlər. Ancaq iman gətirən, saleh əməllər edən, bir-birinə haqqı və səbr etməyi tövsiyə edənlər istisnadır.

Rəvayətlərdə qeyd olunur ki, iman gətirənlər dedikdə, İmam Əlinin (ə) vilayətinə etiqad bəsləyənlər nəzərdə tutulur. Peyğəmbərdən (s) rəvayət edilib ki, kim bu surəni oxusa, onun aqibəti səbr və dözümlülüklə nəticələnəcək və qiyamət günü haqq yolunun tərəfdarları ilə birlikdə məhşərə gələcək.

Əsr surəsinin tanıtımı

  • Adlandırılması

Bu surə "Əsr" adlanır, çünki onun birinci ayəsində "Əsr: Zaman" üzərinə and içilmişdir. Bu surənin digər adı isə "Vəl-Əsr"dir.[1]

  • Nazilolma yeri və sırası

Əsr surəsi Məkkədə nazil olmuş surələrdəndir və nazilolma sırasına görə Peyğəmbərə (s) nazil olan on üçüncü surədir. Bu surə indiki Quran müsəhhifində 103-cü surədir[2] və Quranın 30-cu cüzündə yerləşir.

  • Ayə sayı və digər xüsusiyyətləri

Əsr surəsi 3 ayə, 14 söz və 73 hərfdən ibarətdir. Bu surə, həcminə görə "müfəssəlat" (qısa ayələrə malik olan)  surələrdən biridir. Əsr surəsi and içməklə başlayır.[3]

Surənin məzmunu

Bu surədə Allah əsrə (zamana) and içərək bildirir ki, həqiqətən, insanlar ziyan içindədirlər. Lakin iman gətirənlər, saleh əməllər edənlər, bir-birlərinə haqqı və səbirli olmağı tövsiyə edənlər istisnadırlar.[4]


Dünyada və axirətdə ziyana uğramaq

Əsr surəsi

İnsanın dünyada və axirətdə ziyana uğraması bu surənin vurğuladığı əsas təlimlərdən biri hesab edilir.[6] "Xüsr" (ziyan) və onun törəmələrinin Quranda 60-dan çox dəfə işlədildiyi bildirilmişdir.[7] Maddi məsələlərdə "xüsran"ın mənası itkini və zərəri ifadə edir, mənəvi və ruhani məsələlərdə isə azğınlıq və məhv anlamını daşıyır. Quranda bu söz, əsasən mənəvi və ruhani ziyan mənasında işlədilir.[8] Rağib İsfahaniyə görə, "xüsran" sözü o zaman işlədilir ki, əsas sərmayə azalsın.[9] "Nur" təfsirində Fəxri Razidən belə nəql edilir: "İnsan dünyada buz satan bir tacir kimidir, sərmayəsi hər an əriməkdədir və onu tez satmalıdır, əks halda, zərərə uğrayar".[10] Əllamə Təbatəbai bu surənin təfsirində dünya həyatını insanın sərmayəsi kimi görür. İnsan bu sərmayədən axirət həyatı üçün istifadə etməlidir; əgər əqidələrində və əməllərində haqq yolla getsə, onun ticarəti mənfəətli, gələcəyi isə pislikdən uzaq olar. Amma batilə tabe olub imandansaleh əməldən üz döndərsə, şübhəsiz ki, ticarəti ziyanlı, nəticəsi isə axirətdə məhrumiyyət olar.[11] Zəməxşəri isə salehlərin ziyan çəkməkdən istisna edilməsinin səbəbini belə izah edir: "Salehlər dünya vasitəsilə axirəti qazanırlar, nəticədə ticarətləri də mənfəətli, özləri də xoşbəxt olurlar. Digərləri isə bunun əksinə davranaraq ziyana uğrayırlar.[12]

Fəzilətləri və mövqeyi

Tabloda Əsr surəsi

"Əsr" surənin əhəmiyyəti və mövqeyi haqqında rəvayətlərdə bir neçə xüsusiyyət qeyd olunub:

  • İslam peyğəmbərinin (s) səhabələri arasında bu surə o qədər əhəmiyyətli idi ki, bəzi mənbələrə görə, onlar bir-birilə görüşəndə, "Əsr" surəsini bir-biri üçün oxumadan ayrılmazdılar.[16]
  • Peyğəmbərdən (s) nəql edilən bir rəvayətdə deyilir: Kim bu surəni oxuyarsa, onun işi səbr və dözüm ilə başa çatacaq və Qiyamət günü haqq əhli ilə birlikdə məhşur olacaq.[18]

Mətn və tərcümə

Əsr surəsi

Tərcümə Ərəbcə mətn
Bağışlayan və mehriban Allahın adı ilə

1. And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Quranın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f.) İlahi hökumətinin zühur dövrünə) ki, 2. Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir, 3. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa.

وَالْعَصْرِ ١ إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ ٢ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ ٣




Sonrakı surə:
<<
Əsr surəsi
Məkkə surələriMədinə surələri
Əvvəlki surə:
>>

1.Fatihə 2.Bəqərə 3.Ali-İmran 4.Nisa 5.Maidə 6.Ənam 7.Əraf 8.Ənfal 9.Tövbə 10.Yunus 11.Hud 12.Yusuf 13.Rəd 14.İbrahim 15.Hicr 16.Nəhl 17.İsra 18.Kəhf 19.Məryəm 20.Taha 21.Ənbiya 22.Həcc 23.Muminun 24.Nur 25.Furqan 26.Şüəra 27.Nəml 28.Qəsəs 29.Ənkəbut 30.Rum 31.Loğman 32.Səcdə 33.Əhzab 34.Səba 35.Fatir 36.Yasin 37.Saffat 38.Sad 39.Zumər 40.Ğafir 41.Fussilət 42.Şura 43.Zuxruf 44.Duxan 45.Casiyə 46.Əhqaf 47.Muhəmməd 48.Fəth 49.Hucurat 50.Qaf 51.Zariyat 52.Tur 53.Nəcm 54.Qəmər 55.Rəhman 56.Vaqiə 57.Hədid 58.Mücadələ 59.Həşr 60.Mümtəhənə 61.Səff 62.Cümə 63.Münafiqin 64.Təğabun 65.Talaq 66.Təhrim 67.Mülk 68.Qələm 69.Haqqə 70.Məaric 71.Nuh 72.Cin 73.Müzzəmmil 74.Müddəssir 75.Qiyamət 76.İnsan 77.Mürsəlat 78.Nəbə 79.Naziat 80.Əbəsə 81.Təkvir 82.İnfitar 83.Mütəffifin 84.İnşiqaq 85.Buruc 86.Tariq 87.Əla 88.Ğaşiyə 89.Fəcr 90.Bələd 91.Şəms 92.Ləyl 93.Zuha 94.Şərh 95.Tin 96.Ələq 97.Qədr 98.Bəyyinə 99.Zəlzələ 100.Adiyat 101.Qariə 102.Təkasür 103.Əsr 104.Hüməzə 105.Fil 106.Qüreyş 107.Maun 108.Kövsər 109.Kafirun 110.Nəsr 111.Məsəd 112.İxlas 113.Fələq 114.Nas


İstinadlar

  1. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1268
  2. Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.1, s.166
  3. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1268
  4. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1268
  5. Xaməgər, Məhəmməd, Saxtare surehaye Qurani-Kərim, Nəşra nəşri, c.1, h.ş 1392
  6. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1268
  7. Yusifzadə, Xusran, s.104
  8. Yusifzadə, Xusran, s.104
  9. Rağib İsfahani, Əl-Müfrədat, c.17, s.281
  10. Qiraəti, Nur təfsiri, c.10, s.585
  11. Təbatəbai, Əl-Mizan, c.20, s.356-357
  12. Razi, Əl-Kəşşaf, c.4, s.794
  13. Bəlazuri, Ənsabul-əşraf
  14. Qumi, Təfsirul-Qumi, Darul-kitab, Qum, h.ş 1367, c.2, s.441
  15. Siyuti, əd-Durrul-mənsur, h.q 1404, c.6, s.392
  16. Siyuti, əd-Durrul-mənsur, h.q 1404, c.6, s.391
  17. Şeyx Səduq, Səvabul-əmal, h.ş 1382, s.125
  18. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.434

Ədəbiyyat

  • Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli
  • Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, c.2, Nahid- Dustan, Tehran, h.ş 1377
  • Rağib İsfahani, Əl-Müfrədatu fi ğəribil-Quran
  • Siyuti, Əbdür-Rəhman ibn Əbi Bəkr, əd-Durrul-mənsur, Qum, Mərəşi Nəcəfi adına kitabxana, h.q 1404
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal, Təhqiq: Sadiq Həsənzadə, Tehran, h.ş 1382
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov nəşriyyatı, 3-cü çap, h.ş 1372
  • Razi, Zəməxşəri, Əl-Kəşşafu ən ğəvamizi həqaqit-tənzil
  • Qiraəti, Möhsin, Nur təfsiri, Tehran, 11-ci çap, h.ş 1383
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Darul-kitab, Qum, h.ş 1367
  • Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, h.ş 1371

Xarici keçid