Məzmuna keç

Maun surəsi

wikishia saytından
Maun surəsi
Cüz30
Ayə7
Məkkə\MədinəMəkkə
Nazil olma sırası17
Surənin nömrəsi107
Söz25
Hərf114


Maun surəsi (سورة الماعون) və ya Ərəəytəlləzi surəsi Qurani-Kərimin 107-ciMəkkədə nazil olmuş surələrindəndir. Bu surə Qurani-Kərimin 30-cu cüzündə yerləşir. Adı sonuncu ayədə keçən "Maun" sözündən götürülmüşdür və zəkat və ya faydalı bir şey mənasını verir. Bu surədə qiyamət gününü inkar edənlərin xüsusiyyətlərindən bəhs olunur. Quranda deyilir ki, bu insanlar infaq etməz, namaza səhlənkar yanaşar və riya edərlər.

Bildirilir ki, "Maun" surəsi Əbu Süfyan haqqında nazil olmuşdur. Bu surənin oxunmasına aid bəzi fəzilətlər qeyd edilmişdir. Məsələn, kim "Maun" surəsini işa namazından sonra oxusa, Allah onu bağışlayar və sübh azanına qədər qoruyar.

Tanıtımı

  • Adlandırılması

Bu surəni "Maun" və "Ərəəytəlləzi" adlanırıblar. "Maun" adı surənin sonunda, "Ərəəytəlləzi" isə surənin əvvəlində keçən ifadədən götürülmüşdür.[1] Cahiliyyət dövründə "maun" hər hansı bir fayda və ya faydalı vasitə mənasında işlənmiş, İslamdan sonra isə zəkat mənasında istifadə edilmişdir.[2] Bu surənin digər adları "din" və "təkzib"dir, çünki bu surənin mövzuları arasında bu məzmunlar yer alır.[3]

  • Nazilolma yeri və sırası

"Maun" surəsi Məkkədə nazil olmuş surələrdən sayılır və nazilolma sırasına görə Peyğəmbərə (s) enən 17-ci surədir. Quranın hazırkı düzülüşündə 107-ci surədir[4] və 30-cu cüzdə yerləşir. Əllamə Məhəmməd Hüseyn Təbatəbai bu surənin həm Məkkədə, həm də Mədinədə nazil olma ehtimalını qeyd etmiş və bəzilərinin onun yarısının Məkkədə, yarısının isə Mədinədə nazil olduğunu söylədiklərini bildirmişdir.[5]

  • Ayələrin sayı və digər xüsusiyyətlər

Maun surəsi 7 ayə, 25 kəlmə və 114 hərfdən ibarətdir. Həcminə görə "Müfəssəlat surələr" (qısa ayələrdən ibarət) qrupuna aiddir.[6]

Məzmunu

"Maun" surəsində qiyaməti inkar edənlərin sifət və əməlləri beş mərhələdə bəyan edilmişdir. Bu şəxslər qiyamət gününü inkar etdiklərinə görə, Allah yolunda infaq etməkdən, yetimlərə və yoxsullara kömək etməkdən çəkinir, namazı səhlənkarlıqla qılır, riyakarlıq edir və ehtiyac sahiblərinə yardım göstərmirlər.[7] "Əl-Mizan" təfsirində surənin mövzusu, din iddiasında olan, lakin münafiqlərin xüsusiyyətlərini daşıyan şəxslərə qarşı təhdid kimi izah edilmişdir. Bu xüsusiyyətlər axirətə, mükafata və cəzaya imanın olmaması ilə uyğun gəlir, məsələn: namazdan qafil olmaq, əməllərdə riyakarlıq etmək və başqalarını hətta ən zəruri həyat vasitələrindən məhrum qoymaq.[8]

İbn Ərəbi bu qrupun sifət və xüsusiyyətlərini, həmçinin bu sifətlərin təsirlərini belə təsvir etmişdir: Tövhid həqiqətindən məhrum olmaq, təfərrüatlara və xırda işlərə aludə olmaq, axirət gününə inanmaqdan uzaq olmaq, maddi aləmə tam etibar etmək və təbiət aləminə bağlanmaq, bunun nəticəsində isə Allahı sevməmək; əxlaqi rəzilliklərə düşmək səbəbilə ədalət fəzilətindən məhrum olmaq, fəzilətlərdən uzaqlaşmaq; qorxu və ümiddən məhrum olmaq, kamillikdən qafil olmaq, axirətə qarşı cahil olmaq... . Bu xüsusiyyətlər səbəbilə bu qrup insanlar heç kəsə kömək etmir və nəticədə əsla nicat tapmayacaqlar.[9]

Maun surəsinin nazilolma səbəbi

Maun surəsinin nazilolma səbəbi haqqında deyilir ki, bu surə, Əbu Süfyan barəsində nazil olmuşdur. O, hər gün özünün və dostlarının istifadəsi üçün iki böyük dəvə kəsirdi. Lakin bir gün bir yetim gəlib ondan bir şey istədi. Əbu Süfyan isə onu əsası ilə vuraraq qovdu.[10]

Fəzilət və faydaları

Peyğəmbərdən (s) nəql edilmişdir ki, hər kim Maun surəsini işa namazından sonra oxuyarsa, Allah onu bağışlayar və sübh azanına qədər qoruyar.[11] İmam Sadiqdən (ə) də belə nəql edilmişdir ki, hər kim Maun surəsini əsr namazından sonra oxuyarsa, növbəti günün əsrinə qədər Allahın qoruması altında olar.[12] Digər rəvayətlərdə deyilir ki, Maun surəsinin vacib və müstəhəb namazlarda oxunması insanın namaz və orucunun qəbul olmasına səbəb olar və Allah onun digər əməllərini hesaba çəkməz.[13]

Maun surəsinin mətn və tərcüməsi

Maun surəsi

Tərcümə Ərəbcə mətn
Bağışlayan və mehriban Allahın adı ilə

1. (Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü? 2. Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar. 3. Və (heç kimi) yoxsulları yedirtməyə rəğbətləndirməz. 4. Vay halına o namaz qılanların ki, 5. Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar. 6. Onlar riyakarlıq edər, 7. Və ehtiyac olan şeyləri (borc, zəkat, sədəqə, ev ləvazimatı və s. başqalarından) əsirgəyərlər. (Yetimi qovmaq və fəqirə (miskinə) etinasız yanaşmaq dini inkar etmək əlamətlərindəndirsə, onda vay halına namazdan qafil olanın, əməldə riyakarlıq edənin və zəkata mane olanın! Onların günahı daha böyükdür).

أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ ١ فَذَلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ ٢ وَلَا يَحُضُّ عَلَى طَعَامِ الْمِسْكِينِ ٣ فَوَيْلٌ لِلْمُصَلِّينَ ٤ الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ ٥ الَّذِينَ هُمْ يُرَاءُونَ ٦ وَيَمْنَعُونَ الْمَاعُونَ ٧




Sonrakı surə:
<<
Maun surəsi
Məkkə surələriMədinə surələri
Əvvəlki surə:
>>

1.Fatihə 2.Bəqərə 3.Ali-İmran 4.Nisa 5.Maidə 6.Ənam 7.Əraf 8.Ənfal 9.Tövbə 10.Yunus 11.Hud 12.Yusuf 13.Rəd 14.İbrahim 15.Hicr 16.Nəhl 17.İsra 18.Kəhf 19.Məryəm 20.Taha 21.Ənbiya 22.Həcc 23.Muminun 24.Nur 25.Furqan 26.Şüəra 27.Nəml 28.Qəsəs 29.Ənkəbut 30.Rum 31.Loğman 32.Səcdə 33.Əhzab 34.Səba 35.Fatir 36.Yasin 37.Saffat 38.Sad 39.Zumər 40.Ğafir 41.Fussilət 42.Şura 43.Zuxruf 44.Duxan 45.Casiyə 46.Əhqaf 47.Muhəmməd 48.Fəth 49.Hucurat 50.Qaf 51.Zariyat 52.Tur 53.Nəcm 54.Qəmər 55.Rəhman 56.Vaqiə 57.Hədid 58.Mücadələ 59.Həşr 60.Mümtəhənə 61.Səff 62.Cümə 63.Münafiqin 64.Təğabun 65.Talaq 66.Təhrim 67.Mülk 68.Qələm 69.Haqqə 70.Məaric 71.Nuh 72.Cin 73.Müzzəmmil 74.Müddəssir 75.Qiyamət 76.İnsan 77.Mürsəlat 78.Nəbə 79.Naziat 80.Əbəsə 81.Təkvir 82.İnfitar 83.Mütəffifin 84.İnşiqaq 85.Buruc 86.Tariq 87.Əla 88.Ğaşiyə 89.Fəcr 90.Bələd 91.Şəms 92.Ləyl 93.Zuha 94.Şərh 95.Tin 96.Ələq 97.Qədr 98.Bəyyinə 99.Zəlzələ 100.Adiyat 101.Qariə 102.Təkasür 103.Əsr 104.Hüməzə 105.Fil 106.Qüreyş 107.Maun 108.Kövsər 109.Kafirun 110.Nəsr 111.Məsəd 112.İxlas 113.Fələq 114.Nas


İstinadlar

  1. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1269
  2. Türeyhi, Məcməul-bəhreyn, h.ş 1375, c.6, s.316
  3. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1269
  4. Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.2, s.168
  5. Təbatəbai, Əl-Mizan, c.20, s.367
  6. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1269
  7. Məkarim Şirazi, Bərqozide təfsire nümune, h.ş 1382, c.5, s.602
  8. Təbatəbai, Əl-Mizan, c.20, s.368
  9. İbn Ərəbi, Təfsiru İbn Ərəbi, h.q 1422, c.2, s.433
  10. Məkarim Şirazi, Nümunə təfsiri, c.27, s.356
  11. Bəhrani, Əl-Burhan fi təfsiril-Quran, h.q 1415, c.5, s.767
  12. Bəhrani, Əl-Burhan fi təfsiril-Quran, h.q 1415, c.5, s.767
  13. Şeyx Səduq, Səvabul-əmal, h.ş 1382, s.126

Ədəbiyyat

  • Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli
  • İbn Ərəbi, Muhyiddin, Təfsiru İbn Ərəbi, h.q 1422 - m.2001
  • Bəhrani, Seyyid Haşim, Əl-Burhan fi təfsiril-Quran, Bunyade besət, h.q 1416
  • Xürrəmşahi, Qivamuddin, Sureye Kövsər, Dustan - Nahid, h.ş 1377
  • Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal, Tehran, h.ş 1382
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Məşhəd, Astane qodse Rəzəvi, h.ş 1390
  • Türeyhi, Fəxruddin ibn Məhəmməd, Məcməul-bəhreyn, Tehran, Mürtəzəvi nəşri, 3-cü çap, h.ş 1375
  • Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, 1-ci çap, h.ş 1371
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371

Xarici keçid