Yəhya ibn Hərsəmə

wikishia saytından
(Yəhya bin Hərsəmə səhifəsindən yönləndirilmişdir)
Yəhya ibn Hərsəmə
Səhabəsiİmam Hadi (ə)
Qohum əqrəba arasında tanınmış şəxslərHərsəmə ibn Əyən
Başqa fəaliyyətləriİmam Hadini (ə) Mədinədən Samirraya köçürmək məmuriyyəti - İsfahan və Qum şəhərlərinin hökmranlığı


Yəhya ibn Hərsəmə (ərəbcə: يحيى بن هرثمة) İmam Hadinin (ə) rəvayətçilərindəndir. İmam Hadini (ə) Mədinədən Samirraya köçürmək Mütəvəkkil Abbasi tərəfindən ona həvalə edilmişdi. O, “Həşviyyə” məzhəbininin davamçısı idi və bu səfərdə İmam Hadidən (ə) müşahidə etdiyi kəramətlərin təsiri ilə şiə oldu. Şiə rəvayət mənbələrində onun vasitəsi ilə İmam Hadinin (ə) səfərinin təfərrüatları və fəzilətləri haqqında rəvayətlər nəql edilmişdir.

Tarixdə onun hicri 233-cü ildə Məkkənin yoluna bələdçilik, 243-cü ildə Qum və daha sonra 260-cı ildə İsfahana rəhbərlik etdiyi qeyd edilmişdir.

Onun həyatı

Yəhya ibn Hərsəmə Harunər-RəşidMəmun Abbasinin Həraəmə ibn Əyən adlı məşhur şərkərdəsi və işçisinin oğlu idi.[1] Yəhyanın doğum və ölüm tarixi haqqında dəqiq məlumat yoxdur. Hicri 233-cü ildə Məkkəyə gedən yolu bələdçiliklə məşğul idi.[2]

Qummi tarixinə görə, Yəhya ibn Hərsəmə hicri 243-cü ildə və Mütəvəkkil Abbasinin hakimiyyəti dövründə (hicri 206-247) Qum şəhərinə hakimi oldu.[3] O, hicri 252-ci ildə Müstəin ilə Mötəz Abbasi arasında gedən müharibədə iştirak etmişdir.[4] Bəzi tarixçilər onu hicri 260-cı ildə İsfahanın valisi olduğunu bildirmişlər.[5]

İmam Hadini (ə) Mədinədən Samirraya müşayiət etməsi

Hicri 233-cü ildə Yəhya ibn Hərsəmə Mütəvəkkil Abbasi tərəfindən İmam Hadini (ə) Mədinədən Samirraya köçürmək üçün bir missiya aldı.[6] Şeyx Müfid “Əl-İrşad” kitabında Mütəvəkkilin bu əmrini hicri 243-cü ildə olduğunu bildirsə də,[7] İslam tarixi tədqiqatçısı Rəsul Cəfərian, bu tarixi yanlış hesab etmişdir.[8] Mədinə əhalisinin İmam Hadinin (ə) imamətinə iman gətirdiyinə dair xəbərlərə[9] və həmçinin Abdullah ibn Məhəmmədin[10] ya Bureyhə Abbasinin[11]  İmam (ə) haqqında pis danışdığına görə Mütəvəkkül Abbasi Yəhya ibn Hərsəmə vasitəsi ilə o Həzrətə hörmətli məktub göndərdi və onu Samirraya dəvət etdi.[12] Səbt ibn Cozinin tarix yazarlara nisbət verdiyinə əsasən, Mütəvəkkil, Əli (ə) və onun övladlarına qarşı kin bəsləyirdi. Habelə Mədinə xalqının İmam Hadiyə (ə) meyl etməsi xəbərini eşidəndə özünə təhlükə hiss etdi və Yəhyaya o Həzrəti Mədinədən Bağdada aparmağı tapşırdı.[13]

Yəhya ibn Hərsəmədən rəvayət olunur ki, bu məsələyə Mədinə camaatı müqavimət göstərdi[14] və onlar elə bir nalə və şivən etdilər ki, heç vaxt eşitməmişdim.[15] Yəhya, İmam Hadiyə (ə) hörmətdən başqa bir rəftar etməyəcəyinə dair and içdi.[16]

Onun məzhəbi

Yəhya ibn Hərsəmədən rəvayət edilənlərə əsasən, o, “Həşviyyə” məzhəbinin ardıcılı idi və İmam Hadini (ə) Mədinədən Samirraya apararkən o Həzrətdən kəramətlər görməyin nəticəsində şiə oldu.[17] Məhəmməd Saleh Mazandaraninin dediyinə görə, bu mətləb Fazil Əstarabadinin Rical kitabında da qeyd olunub.[18]

Şiə rəvayət mənbələrində onun vasitəsi ilə İmam Hadinin (ə) səfərinin təfərrüatları[19] və kəramətləri haqqında rəvayətlər nəql edilmişdir. O cümlədən, isti, susuz və otsuz bir məntəqədə ağacların və su bulaqlarının çıxmasını,[20] Həmçinin isti yay havasında, gözlənilməz yağış və soyuqda səyahət üçün isti paltarın hazırlandığını müşahidə etdi.[21]

İstinadlar

  1. Zirikli, Əl-Əlam, m.1989, c.8, s.81
  2. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.9, s.163
  3. Qumi, Tarixe Qum, h.ş 1361, s.103
  4. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.9, s.293
  5. Qumi, Tarixe Qum, h.ş 1361, s.185
  6. Yaqubi, Tarixul-Yaqubi, Beyrut, c.2, s.484; Nobəxti, Firəquş-şiə, h.q 1404, s.92; Əşəri Qumi, Əl-Məqalat vəl-firəq, h.ş 1360, s.100; Qumi, Tarixe Qum, h.ş 1361, s.201
  7. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.310
  8. Cəfərian, Həyate fikri və siyasiye əimme, h.ş 1381, s.503
  9. Yaqubi, Tarixul-Yaqubi, Beyrut, c.2, s.484
  10. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.4, s.417
  11. Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.233
  12. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.501
  13. İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.322
  14. İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.32; Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.4, s.84
  15. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.4, s.84
  16. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.4, s.85
  17. İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.392; İbn Həmzə Tusi, Əs-Saqibu fil-mənaqib, h.q 1419, s.552; Qutbuddin Ravəndi, Əl-Xəraicu vəl-cəraih, h.q 1409, h.q 1409, c.1, s.396
  18. Mazandarani, Əl-Kafinin şərhi, h.q 1382, c.7, s.303
  19. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.4, s.84; İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.390
  20. İbn Həmzə Tusi, Əs-Saqibu fil-mənaqib, h.q 1419, s.531
  21. İbn Həmzə Tusi, Əs-Saqibu fil-mənaqib, h.q 1419, s.551-552; Qutbuddin Ravəndi, Əl-Xəraicu vəl-cəraih, h.q 1409, h.q 1409, c.1, s.396; Amili Nəbati, Əs-Siratul-müstəqim, h.q 1384, c.2, s.202

Ədəbiyyat

  • İbn Cəvzi, Əbül-Fərəc, Təzkirətul-xəvass, h.q 1418
  • İbn Həmzə Tusi, Məhəmməd ibn Əli, Əs-Saqibu fil-mənaqib, Qum, Ənsariyan, h.q 1419,
  • İbn Şəhraşub Mazandarani, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, h.q 1379
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Təbriz, h.q 1381
  • Əşəri Qumi, Səd ibn Abdullah, Əl-Məqalat vəl-firəq, Qum, h.ş 1360
  • Zirikli, Xeyruddin, Əl-Əlam, Beyrut, Darul-ilm, 8-ci çap, m.1989
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Beyrut, 2-ci çap, h.q 1387
  • Amili Nəbati, Əs-Siratul-müstəqim, Təhqiq: Mixail Ramazan, Nəcəf, Əl-məktəbətul-heydəriyyə, h.q 1384
  • Qutbuddin Ravəndi, Əl-Xəraicu vəl-cəraih, Təhqiq: İmam Mehdi (ə.f) müəssisəsi, Qum, h.q 1409
  • Qumi, Həsən ibn Məhəmməd ibn Həsən, Tarixe Qum, Tərcümə: Həsən ibn Əli, Təhqiq: Seyyid Cəlaləddin Tehrani, Tehran, Tus, h.ş 1361
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Mazandarani, Məhəmməd Saleh ibn Əhməd, Əl-Kafinin şərhi, Tehran, Əl-Məktəbul-İslamiyyə, h.q 1382
  • Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb, Qum, Ənsariyan, h.q 1409
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Təhqiq: Alul-beyt (ə) müəssisəsi, Qum, h.q 1413
  • Nobəxti, Həsən ibn Musa, Firəquş-şiə, Beyrut, h.q 1404
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yaqubi, Beyrut, Daru sadir