Məssi meyyit

wikishia saytından
(Ölən insana toxunmaq səhifəsindən yönləndirilmişdir)
Bu məqalə məssi meyyit (ölən insana toxunmaq) barəsindədir. Eyni adlı qüsl barəsində məlumat almaq üçün Məssi-meyyit qüslü məqaləsinə daxil olun.

Məssi meyyit (ərəbcə: مس الميت) – meyyitə (ölən insana) toxunmaq mənasındadır.[1] Məssi meyyit haqqında fiqhi kitabların təharət bölümünün hökümləri fəslində söhbət açılır.[2]

Meyyitə toxunmağın hökümləri

  • Məsumun, döyüş meydanında şəhid olan şəxsin və şəri cəza və ya qisasdan öncə meyyit qüslü alan şəxsin bədəninə toxunarkən məssi meyyit qüslü vacib olmur.[4] Əlbəttə bəzi fəqihlər şəhidin bədəninə toxunmağın məssi meyyit qüslünə səbəb olduğunu ehtimal vermişdir.[5]
  • Fəqihlər arasında məşhur olan nəzərə əsasən meyyitə toxunmaq dəstəmazı batil etmir.[6] Amma bəzi fəqihlər meyyitə toxunmağın dəstəmazı batil etdiyini düşünür.[7]
  • Təqlid mərcələrindən bir çoxunun fətvasına əsasən insanın bədənindən ayrılan sümüklü bədən üzvünə toxunmaq qüslə səbəb olur.[8] Bunun müqabilində, Ayətullah Sistaninin fikrincə insanın bədənindən ayrılan hətta sümüklü və ətli bədən üzvünə toxunmaq qüslə səbəb olmur.[9]
  • Bəzi fəqihlərin fikrincə məssi meyyit qüslü yalnız dəstəmazın lazım olduğu namaz qılmaq və Quranın yazısına toxunmaq kimi işlər üçün vacibdir. Digər bir qrup isə meyyitə toxunmanı böyük hədəs hesab etmişdir. Buna görə də təharətlə yerinə yetirilən namaz, təvaf, oruc, məsciddə dayanmaq kimi əməllər üçün məssi meyyit qüslünün alınmasını vacib hesab edirlər.[10]

Əlaqədar məqalə

İstinadlar

  1. Fazil Lənkərani, Risaleye tozihul-məsail, h.q 1426, s.541
  2. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.12
  3. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.3; İsfəhani, Ən-Nicat, h.q 1422, s.60
  4. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.5, s.307
  5. Təbrizi Ğərəvi, Ət-Tənqihu, h.q 1411, c.8, s.294-298
  6. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.9
  7. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.9
  8. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.5
  9. Sistani, Minhacus-salihin, h.q 1417, c.1, s.116
  10. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.11; Hüseyni Amili, Miftahul-kəramə, c.4, s.314-317

Ədəbiyyat

  • İsfahani, Seyyid Əbül-Həsən, Vəsilətun-nicat, Qum, h.q 1422
  • Təbrizi Ğərəvi, Mirza Əli, Ət-Tənqih, h.q 1411
  • Hüseyni Amuli, Seyyid Məhəmməd Cavad, Miftahul-kəramət, Təhqqi: Məhəmməd Baqir Xalisi, Qum, İslami nəşr müəssisəsi
  • Sistani, Seyyid Əli, Minhacus-salihin, Qum, Dəftəre nəşre Ayətullah Sistani, h.q 1417
  • Təbtəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Qum, İslami nəşr müəssisəsi, h.q 1419
  • Fazil Lənkərani, Məhəmməd, Risaleye tozihul-məsail, Qum, h.q 1426
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.ş 1362