İla

wikishia saytından
Bu məqalə İla məfhumu və hökmü haqdadır. İla ayəsi kimi məşhur olan Bəqərə surəsinin 226-cı ayəsi haqda məlumat almaq üçün adı keçən məqaləyə daxil olun.

İla (ərəbcə: الإيلاء) cahiliyyət dövrünün adət-ənənələrindən biridir və kişinin həyat yoldaşı ilə nikah münasibətini tərk etmək andı deməkdir. Bu İslamda haram sayılır və onun üçün kəffarə nəzərdə tutulmuşdur. Əgər belə olarsa, qadın şəriət hakiminə və ya məhkəməyə şikayət edə bilər. Hakim kişiyə qadına dönməsi üçün dörd ay vaxt verir, əks halda, onu qadından boşamağa məcbur edir. Fəqihlər İlanın hökmlərini bəyan etmək üçün "Bəqərə" surəsinin 226 və 227-ci ayələrinə istinad ediblər. Evliliyin daimi olması və ən azı dörd ay cinsi yaxınlıqdan çəkinməyə and içmək İlanın həyata keçməsinin şərtlərindəndir.

Tərif və məqamı

İla kişinin arvadı ilə nikah əlaqəsi olmamağa and içməsidir.[1] İla İslamda haramdır. Həmçinin müsəlman fəqihləri onun həyata keçməsi üçün xüsusi hökm və şərtlər, habelə ondan sonrakı hökmləri bəyan ediblər.[2] Onlar bu hökmlərin bir hissəsi üçün "Bəqərə" surəsinin 226 və 227-ci ayələrinə istinad edildiyini bəyan ediblər.[3] İlanın fiqhi mənbələrdə müstəqil bir fəsli vardır.[4]

Mövzunun keçmişi

İla cahiliyyət mədəniyyətində bir növ boşanma kimi qeyd olunur.[5] Cahiliyyət dövründə kişi həyat yoldaşına nifrət edərsə, onunla yaxınlıq etməyəcəyinə[6] and içər və bir neçə il[7] və ya ömrünün sonuna qədər nə qadınla yaxınlıq edər və nə də onu boşamazdı.[8] Bu işin məqsədi qadını incitmək,[9] onu sərgərdan etmək[10] və yenidən evlənməsinə mane olmaqdır.[11] "Nümunə" təfsirində qeyd edildiyi kimi, Allah "Bəqərə" surəsinin 226-cı ayəsində bu ənənə ilə mübarizə aparmış və bu andı pozmağın yollarını açıqlamışdır.[12] Həmçinin digər təfsirçilərin fikrincə, bu ayədə qadınların xeyrinə və onların hüquqlarının bərpasına hökm edilmişdir.[13]

Fiqhi hökmlər

İla haram hesab olunur və buna səbəb dörd aydan çox həyat yoldaşı ilə cinsi əlaqəni tərk etməyin haram olmasıdır.[14] Bəziləri bu hökmü "Bəqərə" surəsinin 226-cı ayəsindən "fə innəllahə ğəfurun rəhim" istifadə ediblər.[15]

İlanın həyata keçməsi üçün əsaslar və şərtlər

İla üçün üç rükn qeyd ediblər: İla edən (ər), İla olunan (arvad) və ilanı bəyan etmək üçün istifadə olunan söz. Onun mənasını aydın şəkildə çatdıran hər hansı bir söz və dillə düzgün sayılır.[16] İlanın reallaşması üçün də şərtlər var ki, əgər onlardan biri olmasa, İla gerçəkləşməyəcək. Bu şərtlər bunlardan ibarətdir:

  • İla edən ağıllı, yetkin yaşda, iradə və ixtiyar sahibi olmalıdır.
  • Allahın adlarından birinə and içilməlidir.
  • Cinsi əlaqədən çəkinməyə and içilməlidir.
  • Cinsi əlaqəni tərk etməyin müddəti dörd aydan az olmamalıdır.
  • İladan əvvəl kişi və qadın arasında evlilik münasibətləri və cinsi əlaqə olmalıdır.
  • İlanın edənin bunu etməsinin səbəbi həyat yoldaşını incitmək olmalıdır.
  • Daimi həyat yoldaşı olmalıdır.[17]

İladan sonrakı hökmlər

Fəqihlər belə hesab edirlər ki, əgər kişi ilanı etsə, qadın şəriət hakiminə şikayət edə bilər. Hakim kişiyə qadının yanına qayıtması üçün dörd ay möhlət verir və cinsi əlaqədə olduqdan sonra andı pozmaq üçün kəffarə verməsini istəyir.[18] Əgər kişi bu müddət ərzində bir addım atmazsa, hakim ona həyat yoldaşına dönmək və ya onu boşamaq üçün seçim haqqı verər. Əgər hər ikisini etməkdən imtina edərsə, onu zindana salmaqla və yemək məsələsində ona çətin tutmaqla onu bu iki yoldan birini seçməyə məcbur edir.[19] Bəzi fəqihlər belə hesab edirlər ki, bu halda şəriət hakimi qadını boşaya bilər.[20]

İstinadlar

  1. Sədi, Əl-Qamusul-fiqhi, h.q 1408, s.23
  2. Cəziri və başqaları, Əl-Fiqhu ələl-məzahibil-ərbəə, h.q 1419, c.4, s.548-574
  3. Əlipur, İyla, s.184
  4. Tusi, Əl-Xilaf, h.q 1407 c.4, s.507; Qutbuddin Ravəndi, Fiqhul-Quran, h.q 1405, c.2, s.200; İbn Zöhre, Ğunyətun-nuzu, h.q 1417, s.363
  5. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.6, s.429; İbn Ərəbi, Əhkamul-Quran, h.q 1408, c.1, s.177; Sələbi, Əl-Kəşfu vəl bəyan, h.q 1422, c.2, s.168; Əbul-Futuh Razi, Rəvzul-cinan, h.q 1408, c.3, s.254
  6. Feyz Kaşani, Təfsirus-safi, h.q 1415, c.1, s.255; Cəfəri, Təfsiru Kövsər, h.ş 1376, c.1, s.531; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.6, s.429; Biyzavi, Ənvarut-tənzil, h.q 1418, c.1, s.140; Tusi, Ət-Tibyan, Beyrut, c.2, s.232; Muğniyə, Ət-Təfsirul-kaşif, h.q 1424, c.1, s.339
  7. İbn Ərəbi, Əhkamul-Quran, h.q 1408, c.1, s.177
  8. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.269
  9. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.269
  10. Tusi, Ət-Tibyan, Beyrut, s.108
  11. Əbu Həyyan, Əl-Bəhrul-muhit, h.q 1420, c.2, s.445; Tusi, Ət-Tibyan, Beyrut, s.108; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.149
  12. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.2, s.149
  13. Təbrani, Ət-Təfsirul-kəbir, m. 2008, c.1, s.398; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.6, s.429; Cəfəri, Təfsire kövsər, h.ş 1376, c.1, s.532
  14. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.10, s.138; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.115
  15. Əlipur, İyla, s.184
  16. Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.1, s.748-749
  17. Meşkini, Mustələhatul-fiqh, h.ş 1392, s.98
  18. Fazil Miqdad, Kənzul-irfan, h.q 1425, c.2, s.292
  19. Fazil Miqdad, Kənzul-irfan, h.q 1425, c.2, s.292; İmam Xomeyni, Təhrirul-vəsilə, c.2, s.357
  20. Tusi, Əl-Xilaf, h.q 1407, c.4, s.515

Ədəbiyyat

  • Əbul-Futuh Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan, Məşhəd, Astane qodse Rəzəvi, h.q 1408
  • Əbu Həyyan, Məhəmməd ibn Yusif, Əl-Bəhrul-muhit, Beyrut, Darul-fikr, h.q 1420
  • İbn Zöhre Hələbi, Həmzə ibn Əli, Ğunyətun-nuzu, İmam Sadiq müəssisəsi, Qum, 1-ci çap, h.q 1417
  • İbn Ərəbi, Məhəmməd ibn Abdullah, Əhkamul-Quran, Beyrut, Darul-cəbəl, h.q 1408
  • İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Qum, Darul-ilm, 1-ci çap
  • Biyzavi, Abdullah ibn Ömər, Ənvarut-tənzil, Beyrut, h.q 1418
  • Sələbi, Əhməd ibn Məhəmməd, Əl-Kəşfu vəl bəyan, Beyrut, h.q 1422
  • Cəziri və başqaları, Əl-Fiqhu ələl-məzahibil-ərbəə, Beyrut, Darus-səqəleyn, 1-ci çap, h.q 1419
  • Cəfəri, Yaqub, Təfsiru Kövsər, Qum, h.ş 1376
  • Zəməxşəri, Mahmud ibn Ömər, Əl-Kəşşaf, Beyrut, Darul-kitabil-ərəbi, 3-cü çap, h.q 1407
  • Sədi, Əl-Qamusul-fiqhi, Dəməşq, Darul-fikr, 2-ci çap, h.q 1408
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, 1-ci çap, h.q 1413
  • Təbrani, Süleyman ibn Əhməd, Ət-Təfsirul-kəbir, İordaniya, m. 2008
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Qum, 1-ci çap, Dəftəre enteşarate İslami, h.q 1407
  • Əlipur, Hüseyn, İyla. Qum, Bustane kitab, 3-cü çap, h.ş 1383
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan, Qum, Mürtəzəvi nəşriyyatı, 1-ci çap, h.q 1425
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, 3-cü çap, h.q 1420
  • Feyz Kaşani, Məhəmməd ibn Şah, Təfsirus-safi, 2-ci çap, h.q 1415
  • Qutbuddin Ravəndi, Səid ibn Abdullah, Fiqhul-Quran, Düzəliş: Seyyid Əhməd Hüseyni, Qum, 2-ci çap, h.q 1405
  • Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqhe farsi, Qum, h.ş 1387
  • Meşkini Ərdəbili, Mustələhatul-fiqh, Qum, Darul-hədis, h.ş 1392
  • Muğniyə, Məhəmməd Cavad, Ət-Təfsirul-kaşif, Darul-kitabil-İslami, h.q 1424
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404