Milli mürtəd
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Milli mürtəd (ərəbcə: المرتد الملي) - fitri mürtədin müqabilində keçir və valideynləri müsəlman olmayan, özü həddi-büluğa çatandan sonra müsəlman olan, lakin yenidən dindən çıxan şəxsə deyilir.
Milli mürtəd, şəriət qanunlarına görə, sahiblik hüququndan məhrum edilir və eləcədə nikahı pozulur. Tövbə etməyən kişi milli mürtədin cəzası ölümdür. Lakin qadın milli mürtəd tövbə edənə və ya ölənə qədər həbs edilir.
Məfhumu
Milli mürtəd rüşeym halında ikən valideynləri müsəlman olmayan, özü həddi-büluğa çatandan sonra müsəlman olan, lakin yenidən kafir olan şəxsə deyilir.[1] Fitri mürtəd isə valideynləri müsəlman olan, lakin özü həddi-buluğa çatandan sonra kafir olan şəxsə deyilir.[2]
Cəzalar
Şəriətdə milli mürtəd qarşı müəyyən cəzalar nəzərdə tutulmuşdur: əvvəlcə milli mürtədə tövbə etmək üçün möhlət verilir, tövbə etmədikdə qətlə yetirilir.[3] Qadın milli mürtəd isə həbs edilir, namaz vaxtları tənbih edilir, bu hal tövbə edənə və yaxud ölənə qədər davam edir.[4]
Qadın bir neçə dəfə mürtəd olarsa, bəzi fəqihlərin rəyinə əsasən, üçüncü və ya dördüncü dəfə edam edilir.[5] Lakin Ayətullah Seyid Əbülqasim Xoyinin rəyinə əsasən, qadın mürtəd dəfələrlə mürtəd olsa belə yenə də hökmü ölüm deyil.[6]
Hökümlər
Milli mürtədin hökümləri və nəticələri:
* Sahiblik hüququnun pozulması: bəzi fəqihlərin rəyinə əsasən, milli mürtəd tövbə edənədək əmlakından istifadə etmə hüququndan məhrum edilir.[7] Lakin Ayətullah Seyid Əbülqasim Xoyi milli mürtədin sahiblik hüququnun pozulmasını caiz bilmir.[8]
* Nikahın pozulması: şiə fəqihlərinin nəzərinə görə, mürtədlik nikahı pozur. Əlbəttə ər-arvad arasında cisni münasibət olduğu təqdirdə nikah, qadının iddəsi (talaq iddəsi: üç dəfə heyz (aybaşı) qanından paklanmaq) başa çatandan sonra pozulur.[9]
* Nikahın etibarsızlığı: əksər şiə fəqihlərinin rəyinə görə, mürtəd müsəlman və ya kafirlə ailə qura bilməz.[10] Bununla belə, Ayətullah Seyid Əbülqasim Xoyiyə görə, kişi mürtəd kafir qadınla evlənə bilər.[11]
* Vərəsəlik hüququndan məhrum olma: mürtəd müsəlmandan irs aparmır, lakin müsəlman ondan irs aparır.[12]
* Napaklıq: Milli mürtəd napakdır.[13]
Şiə fəqihlərinə görə, milli mürtəd tövbə etməklə əleyhinə sadalanan hökümlər və nəticələr qüvvədən düşür.[14]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Şəhid Sani, Ər-rövzətul-bəhiyyə, h.q 1410, c.8, s.30
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.4, s.170
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.4, s.170; Xoyi, Məbaniyu təkmilətil-minhac, h.q 1422, c.1, s.396
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.41, s.610-613; İmam Xomeyni, Təhrirul-vəsilə, h.ş 1379, c.2, s.365-368; Xoyi, Məbaniyu təkmilətil-minhac, h.q 1422, c.1, s.396
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.4, s.172; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.15, s.31
- ↑ Xoyi, Məbaniyu təkmilətil-minhac, h.q 1422, c.1, s.401
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.41, s.620
- ↑ Xoyi, Məbaniyu təkmilətil-minhac, h.q 1422, c.1, s.396
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.41, s.615; Xoyi, Məbaniyu təkmilətil-minhac, h.q 1422, c.1, s.396
- ↑ Şeyx Tusi, Əl-Məbsut, h.ş 1351, c.7, s.289; Mühəqqiq Kərəki, Cameul-məqasid, h.q 1429, c.12, s.423; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.4, s.172; Əllamə Hilli, Alul-Beyt (ə) müəssisəsi, c.2, s.21; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.41, s.602
- ↑ Xoyi, Məbaniyu təkmilətil-minhac, h.q 1422, c.1, s.405
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.39, s.17
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.6, s.293
- ↑ Şəhid Sani, Ər-rövzətul-bəhiyyə, h.q 1410, c.8, s.30
Ədəbiyyat
- İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Qum, Darul-ilm, h.q 1379
- Xoyi, Seyyid Əbül-Qasim, Məbaniyu təkmilətil-minhac, Qum, h.q 1422
- Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-rövzətul-bəhiyyə, Qum, h.q 1410
- Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, h.q 1413
- Əllamə Hilli, Həsən ibn Yusif, Təhrirul-əhkma, Qum
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-islam, Təhqiq: Əbdül-Hüseyn Məhəmməd Əli Bəqqal, Qum, İsmailiyyan, h.q 1408
- Mühəqqiq Kərəki, Əli ibn Həsən, Cameul-məqasid, Qum, h.q 1429
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Təhqiq: İbrahim Sultani, Beyrut, h.q 1362
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsutu fil-fiqhil-İmamiyyə, Tehran, Məktəbətur-Rəzəviyyə, h.ş 1351