Naməhrəm

wikishia saytından


Naməhrəm (ərəbcə: الأجنبي) məhrəmin müqabilində, o kəsə deyilir ki, onun qarşısında hicabın hökmlərinə riayət etmək vacib və onunla evlənmək icazəlidir.

Fəqihlərin nəzərinə görə, naməhrəm qadının üzünə və biləklərə qədər əllərindən başqa bədəninə baxmaq caiz deyil. Həmçinin naməhrəm qadının üzünə və əllərinə baxmaq, səsinə qulaq asmaq günaha düşməyə səbəb olarsa, haramdır. Fəqihlərin fətvasına əsasən, qadının bütün bədənini naməhrəmdən örtməsi vacibdir. Əlbəttə ki, üzün yumruluğunu və əllərin barmaqlardan biləyə qədər örtməkdə ixtilaf vardır və fəqihlərin çoxu bunu vacib hesab etmirlər. Həmçinin qadının naməhrəm kişinin bədəninə baxması caiz deyil.

Naməhrəm kişi və qadının günaha düşmə ehtimalı olduğu surətdə tək qalmaları, həmçinin naməhrəmin bədəninə toxunmaq haramdır. İslam fiqhində naməhrəmlə evlənmək caizdir, baxmayaraq ki, xüsusi hallarda bəzi naməhrəmlərlə evlənmək haram olur.

Tərifi və mövqeyi

Məhrəmlərdən olmayan şəxsə naməhrəm deyilir. Məhrəmlərdən məqsəd o şəxslərdir ki, nəsil, evlənmə və südvermə yollarından biri ilə bir-biri ilə qohumluq əlaqəsi tapırlar.[1] Bu termin nikah, boşanmahüdud kimi fiqh fəsillərində işlənir.[2]

"Nur" surəsinin 30 və 31-ci ayələrində naməhrəmə və Allahın haram buyurduqlarına baxmaqdan gözləri bağlamaq əmr edilmişdir.[3]

Məsum imamların (ə) bir çox hədislərində naməhrəm kişi ilə qadının əlaqəsinin olması məzəmmət edilmişdir.[4]

İmam Baqir (ə) naməhrəmlərlə danışmağı şeytanın tələlərindən hesab etmişdir.[5] İmam Sadiqdən (ə) gələn bir rəvayətdə naməhrəm qadına baxmaq şeytanın zəhərli oxlarından bir ox sayılıb.[6] Həmçinin İmam Əlidən (ə) nəql edilən rəvayətə görə, naməhrəm qadınlarla danışmaq bəlanın nazil olmasına və qəlblərin azğınlığa düşməsinə səbəb olur.[7]

Feyz Kaşani "Məhəccətül-Bəyza"[8] kitabında və Molla Məhəmməd Mehdi Nəraqi "Cameus-Səadat"[9] kitabında naməhrəmə baxmağı göz nemətinə küfr etmək hesab ediblər.

Şəhid Mürtəza Mütəhhəri "Hicab məsələsi" kitabında İslam dinində hicaba və qadınların düzgün geyiminə diqqət yetirilməsinin fəlsəfəsini fərdlərin sağlamlığının və psixi sağlamlığının, cəmiyyətin sağlamlığı və sabitliyinin qorunması, ailənin sisteminin möhkəmlənməsi, qadınların hörmətini yüksəltmək və onun hörmətsiz olmasının qarşısını almaq kimi məsələlər hesab edir.[10]

Naməhrəmlərlə ünsiyyət qaydaları

İslam fiqhində bir-biri ilə naməhrəm olan insanlar üçün qaydalar var:

Naməhrəmə baxmağın haram olması

  • Kişinin naməhrəm qadının bədəninə üzü və barmaqlarından biləyinə qədər əlləri istisna olmaqla, baxması haramdır.[11] Həmçinin üzə və biləyə qədər əllərə baxmaq əgər ləzzət almaq qəsdi ilə və günaha düşmək qorxusundan olarsa, haramdır.[12]
  • Qadının ləzzət almaq və harama düşmək qorxusu olmadan baş, əl və ayaqlar kimi adətən örtülməsi lazım olmayan hissələri istisna olmaqla, naməhrəm kişinin bədəninə baxması haramdır.[13]
  • Şiə fəqihlərinin fətvasına əsasən, evlənmək niyyəti ilə qadının üzünə baxmaq caizdir.[14] Bəzi fəqihlər evlənmək niyyəti ilə və ləzzət almaq qəsdi olmadan qadının bədəninə - saçına və bədəninin boyun və sinəsinin bir hissəsinə baxmağı caiz hesab etmişlər.[15]
  • Hicaba riayət etməyən qadınların video və şəkillərinə əgər şəhvətsizdirsə və o qadınları tanımırsa, baxmağın eybi yoxdur. Amma əgər onları tanıyırsa, onların video və şəkillərinə baxmaq onların özlərinə baxmağın hökmündə sayılır.[16]
  • Müalicə üçün lazım gəldikdə həkimin naməhrəmin bədəninə baxması caizdir.[17]
  • Qeyri-müsəlman qadınların hicabsız şəkillərinə baxmaq əgər ləzzət almaq qəsdi ilə və fəsada düşməyə səbəb olmasa heç bir eybi yoxdur.[18]

Naməhrəmin qarşısında bədəni örtməyin vacib olması

Qadınlara öz bədənlərini naməhrəmdən örtmələri vacibdir.[19] Əlbəttə ki, üz və əlləri barmaqların ucundan biləklərə qədər örtməyin vacibliyi haqqında ixtilaf vardır.[20]

Şeyx Tusi,[21] Sahibi-Hədaiq,[22] Şeyx Ənsari,[23] Seyid Məhəmməd Kazım Yəzdi,[24] Seyid Möhsün Hakim[25], İmam Xomeyni (r.ə)[26]Ali Məqamlı Rəhbər Seyid Əli Xamenei kimi fəqihlərin nəzərinə əsasən,[27] üz və əlləri barmaqların ucundan biləklərə qədər örtmək qadınlara vacib deyildir. Əllamə Hilli "Təzkirətul-füqəha" kitabında[28] Fazill Miqdad[29] və Seyid Əbdül Əli Səbzivari[30] kimi fəqihlər üz və əlləri örtməyi də vacib saymışlar. Həmçinin bütün fəqihlərin rəyinə əsasən, harama düşmək qorxusu varsa və ya kişini harama salmaq niyyəti olarsa, üz və əlləri örtmək də vacib olar.[31]

Naməhrəmə toxunmağın haram olması

  • Fəqihlərin nəzərinə əsasən naməhrəmin bədəninə toxunmaq caiz deyil, əlbəttə, müalicə və insan həyatını xilas etmək kimi fövqəladə hallarda caizdir.[32] Həmçinin naməhrəmin bədəninə şəhvətsiz və ləzzət almaq qəsdi olmadan paltar və ya bir maniənin üstündən toxunmağın eybi yoxdur.[33] Bəzi fəqihlər, naməhrəmlə əl verib görüşməyi, əgər parça və ya əlcəklə olsa, pis niyyətlə olmasa və naməhrəmin (qadın və ya kişi olmasından asılı olmayaraq) əlini sıxmasa caiz hesab ediblər.[34]

Naməhrəm qadının səsinə qulaq asmağın hökmü

  • Fəqihlərin nəzərinə əsasən, ləzzət qəsdi və harama düşmək qorxusu olmadan naməhrəm qadının səsinə qulaq asmaq olar, amma harama düşmək qorxusu və ləzzət niyyəti ilə haramdır.[35]
  • Şəhid Əvvəl kimi fəqihlərin rəyinə görə, qadının naməhrəmin səsini eşidə biləcəyini bildiyi yerdə ucadan namaz qılması haramdır və namazın batil olmasına səbəb olur.[36] Sahibi Cəvahir belə bir işin haram olduğunu qəbul etməklə bərabər, namazın onun vasitəsi ilə batil olmasını qəbul etməmişdir.[37]

Naməhrəmlə tək qalmağın hökmü

Bəzi fəqihlərin nəzərinə görə, naməhrəm ilə tək qalmaq haramdır.[38] Bəzi fəqihlər isə, yalnız günaha düşmək ehtimalı olduğu surətdə naməhrəm ilə tək qalmağı haram saymışlar.[39]

Ayətullah Xoinin (miladi təqvimi ilə 1992-ci ildə vəfat edib) fətvasına əsasən, naməhrəmlə tək qalmaq haram iş görməyin müqəddiməsi olduğu və günaha düşməyə zəmin yaratdığı üçün haramdır.[40] "Cəvahirul-Kəlam" kitabının müəllifi Məhəmməd Həsən Nəcəfinin nəzərinə görə, naməhrəmlə tək qalmaq məkruhdur.[41]

Naməhrəmlə danışmaq

  • Fəqihlərin nəzərinə görə, naməhrəmlə danışmaq, əgər ləzzət almaq qəsdi və harama düşmək qorxusu olmadan olarsa, caizdir.[42]
  • Mirzə Cavad Təbrizinin nəzərinə əsasən, hətta ləzzət almaq qəsdi və harama düşmək  qorxusu olmadan belə, gənc qadınla söhbət etməkdən çəkinmək yaxşıdır.[43]
  • Naməhrəmlə SMS, çatlaşma və e-poçt vasitəsilə ünsiyyət fəsada və günaha düşməyə səbəb olarsa, haramdır.[44]

Naməhrəm bir şəxslə evlənməyin caizliyi

  • İslam fiqhində nikah yalnız naməhrəmlə icazəlidir, məhrəmlərlə deyil.[45]
  • Əlbəttə ki, baldız naməhrəm olsa da, həyat yoldaşı sağ olduğu və ya boşanmadığı müddətcə onunla evlənmək caiz deyil.[46]
  • Bəzi naməhrəmlərlə evlilik bəziüm şərtlərə görə əbədi olaraq haram olur:
  1. Kişinin doqquz dəfə boşadığı qadınla evlənməsi.[47]
  2. Kişinin bir qadınla evlənməmişdən əvvəl onun anası və ya qızı ilə zina etdikdən sonra evlənməsi.[48]
  3. Kişinin evli qadınla və boşanma iddəsi saxlayan bir xanımla zina etdikdən sonra evlənməsi.[49]
  4. Kişinin evlənmədən əvvəl oğlu, qardaşı və ya atası ilə livat etdiyi bir qadınla evlənməsi.[50]

Əlaqəli məqalələr

İstinadlar

  1. Müctehidi Tehrani, Se Risale: Qonahane kəbire, məhrəm və naməhrəm, Əhkamul-ğeybət, h.ş 1381, s.10
  2. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.237; Muəssiseye dairətul-məarif əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.5, s.405
  3. Qiraəti, Nur təfsiri, h.ş 1387, c.6, s.171-173
  4. Nuri, Əl-Mustədrəkul-vəsail, h.q 1408, c.14, s.272
  5. Nuri, Əl-Mustədrəkul-vəsail, h.q 1408, c.14, s.272
  6. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.18
  7. İbn Şube, Tuhəful-uqul, h.q 1404, s.151
  8. Feyz Kaşani, Məhəccətül-Bəyza, h.q 1417, c.7, s.161
  9. Mehdi Nəraqi, Cameus-Səadat, c.3, s.245
  10. Mütəhhəri, Məsəleye Hicab, h.ş 1386, s.76
  11. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.75
  12. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.75; Sistani, Tozihul-məsail, h.q 1415, s.508
  13. Sistani, Tozihul-məsail, h.q 1415, s.508; Məkarim Şirazi, Əhkame xanavade, h.ş 1389, s.22
  14. Şəhid Sani, Məsalikul-əfham, h.q 1412, c.7, s.40
  15. Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.5, s.97-98; Təbrizi, İstiftaate cədid, h.ş 1385, c.1, s.355
  16. Təbrizi, İstiftaate cədid, h.ş 1385, c.1, s.356
  17. Məkarim Şirazi, Əhkame xanavade, h.ş 1389, s.25; Xoyi, İstiftaat, s.299
  18. Məkarim Şirazi, Əhkame xanavade, h.ş 1389, s.31
  19. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.2, s.4
  20. Muəssiseye dairətul-məarif əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.2, s.283
  21. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.4, s.160
  22. Bəhrani, Hədaiqun-nazirə, c.23, s.56
  23. Şeyx Ənsari, Kitabun-Nikah, h.q 1415, s.48
  24. Yəzdi Təbatəbai, Əl-Urvətul-vüsqa, h.q 1430, c.6, s.206
  25. Həkim, Mustəmsəkul-ürvə, h.q 1391, c.5, s.241-242
  26. İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1434, c.2, s.261
  27. farsi.khamenei.ir, پوشش و نگاه کردن
  28. Əllamə Hilli, Təzkirətul-füqəha, c.2, s.573
  29. Fazil Miqdad, Kənzul-irfan, h.ş 1373, c.2, s.222
  30. Səbzivari, Muhəzzəbul-əhkam, h.q 1413, c.5, s.230-237
  31. Bəhrani, Hədaiqun-nazirə, c.23, s.56; Sistani, Tozihul-məsail, h.q 1415, s.508
  32. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.100
  33. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.99; Muəssiseye dairətul-məarif əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.5, s.381
  34. İmam Xomeyni, Risalətu nəcatil-ibad, h.q 1409, s.363
  35. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1415, c.5, s.490
  36. Şəhid Əvvəl, Zikruş-şiə, h.q 1419, c.3, s.322
  37. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.9, s.383-384
  38. Şəhid Sani, Məsalikul-əfham, h.q 1412, c.9, s.323-325
  39. Muəssiseye dairətul-məarif əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.5, s.185
  40. Tövhidi, Misbahul-fəqahət, h.q 1417, c.1 s.350
  41. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.32, s.344
  42. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.99
  43. Təbrizi, İstiftaate cədid, h.ş 1385, s.362
  44. https://ahkam.makarem.ir
  45. Nümunə üçün baxın: Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.224; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.237
  46. Bəni Haşim Xomeyni, Risaleye tozihul-məsail sizdəh mərcə, h.ş 1385, Əhkame nikah, məsələ 2390
  47. Mufid, Əl-Muqniə, c.1, s.501
  48. Şəhid Sani, Məsalikul-əfham, h.q 1412, c.7, s.297-298
  49. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.446
  50. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.233

Ədəbiyyat

  • İbn Şube Hərrani, Həsən ibn Əli, Tuhəful-uqul, Qum, İslami nəşr müəssisəsi, 2-ci çap, h.q 1404
  • İmam Xomeyni, Seyyid Ruhullah, Risalətu nəcatil-ibad, Tehran, 1-ci çap, h.q 1409
  • İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Qum, 1-ci çap, h.q 1434
  • Bəhrani, Yusuf, Hədaiqun-nazirə, Qum, İslami nəşr müəssisəsi
  • Bəni Haşim Xomeyni, Seyyid Məhəmməd Həsən, Risaleye tozihul-məsail sizdəh mərcə, Qum, Dəftəre enteşarate İslami, h.ş 1385
  • Təbrizi, Mirza Cavad, İstiftaate cədid, Qum, Surur nəşri, 3-cü çap, h.ş 1385
  • Tövhidi, Məhəmməd Əli, Misbahul-fəqahət, Qum, Ənsariyan nəşriyyatı, h.q 1417
  • Həkim, Seyyid Möhsin, Mustəmsəkul-ürvə, Qum, Darut-təfsir, h.q 1391
  • Xoyi, Seyyid Əbül-Qasim, İstiftaat, Nəcəf
  • Səbzivari, Seyyid Əbdül-Əli, Muhəzzəbul-əhkam, Qum, Darut-təfsir nəşriyyatı, h.q 1413
  • Sistani, Seyyid Əli, Tozihul-məsail, Qum, Mehr nəşri, h.q 1415
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Zikruş-şiə, Qum, 1-ci çap, h.q 1419
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, h.q 1412
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Rövzətul-bəhiyyə, Qum, Davər nəşriyyatı, h.q 1410
  • Şeyx Ənsari, Mürtəza, Kitabun-Nikah, Qum, h.q 1415
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, 2-ci çap, h.q 1413
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut fi fiqhil-İmamiyyə, Tehran, 3-cü çap, h.q 1387
  • Yəzdi Təbatəbai, Seyyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Qum, h.q 1430
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan, Qum, Mürtəzəvi nəşriyyatı, h.ş 1373
  • Feyz Kaşani, Məhəmməd ibn Şah Mürtəza, Məhəccətül-Bəyza, Qum, İslami nəşr müəssisəsi, 4-cü çap, h.q 1417
  • Qiraəti, MöhsiN, Nur təfsiri, Tehran, h.ş 1387
  • Muəssiseye dairətul-məarif əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, Qum, h.ş 1387
  • Müctehidi Tehrani, Əhməd, Se Risale: Qonahane kəbire, məhrəm və naməhrəm, Əhkamul-ğeybət, Qum, h.ş 1381
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, İsmailiyyan müəssisəsi, 2-ci çap, h.q 1408
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Muqniə, Qum, h.q 1413
  • Mütəhhəri, Mürtəza, Məsəleye Hicab, Qum, Sədra nəşriyyatı, h.ş 1386
  • Məkarim Şirazi, Nasir, Əhkame xanavade, Qum, 2-ci çap, h.ş 1389
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.q 1404
  • Mehdi Nəraqi, Molla Məhəmməd Mehdi, Cameus-Səadat, Beyrut, 4-cü çap
  • Nuri, Mirza Hüseyn, Əl-Mustədrəkul-vəsail, Qum, h.q 1408

Xarici keçidlər