Məzmuna keç

Ümmü Fərvə, İmam Sadiqin (ə) qızı

wikishia saytından
(İmam Sadiqin (ə) qızı Ümmü Fərvə səhifəsindən yönləndirilmişdir)
Ümmü Fərvə
LəqəbiÜmmü Fərvə
Doğulduğu məkanMədinə
Yaşadığı yerMədinə
Nəsəb \ QəbiləBəni Haşim
Tanınmış qohumlarıİmam Sadiq (ə) (ata) - Hüseyn ibn Zeyd ibn Əli (həyat yoldaşı)


Ümmü Fərvə, İmam Sadiqin (ə) qızı (ərəbcə: أم فروة بنت الإمام الصادق (ع)) idi. Onun anası Fatimə, Hüseyn ibn Əli ibn Hüseynin (ə) qızıdır. İsmayılAbdullah onun ata bir və ana bir qardaşları idilər.[1] İbn Şəhr Aşubun fikrinə görə, onun adı Əsma, künyəsi isə Ümmü Fərvə olmuşdur. Lakin o, bəzi rəvayətlərdə Əsma, Ümmü Fərvə və Fatimə adında İmam Sadiqin (ə) üç qızından da bəhs etmişdir.[2] Ümmü Fərvə əmisi oğlu Hüseyn ibn Zeyd ibn Əli ilə evlənmişdir.[3] Amma əhli-sünnə alimlərindən Fəxri Razi onun həyat yoldaşını Əbdüləziz ibn Süfyan Mərvani kimi qeyd etmişdir.[4]

Kafi”nin “Rəvzə” bölməsində nəql edilən bir rəvayətə əsasən, İmam Sadiq (ə), Süfyan ibn Musəbdən İmam Hüseynin (ə) müsibətinə dair mərsiyə oxumasını istəmiş və Ümmü Fərvənin də həmin məclisdə iştirak etməsini əmr etmişdi. Mərsiyə oxunmağa başlayanda Ümmü Fərvə ağlamağa başladı. Həmin mərsiyə Ümmü Fərvəyə xitabla belə başlanır:

“فَرْوُ جُودِي بِدَمْعِكِ اَلْمَسْكُوبِ” (Ey Ümmü Fərvə! Axıd göz yaşlarını!)[5]

İstinadlar

  1. Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.209
  2. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.280
  3. Şəbravi, Əl-İthafu bi hubbil-əşraf, h.q 1423, s.216
  4. Fəxri Razi, Əş-Şəcərətul-mübarəkə, h.q 1419, s.90
  5. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.8, s.216

Ədəbiyyat

  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Əl-Mənaqib ali əbi Talib, Qum, Əllamə nəşri, h.q 1379
  • Şəbravi, Cəmaluddin, Əl-İthafu bi hubbil-əşraf, Qum, Darul-kutub, 1-ci çap, h.q 1423
  • Fəxri Razi, Məhəmməd ibn Ömər, Əş-Şəcərətul-mübarəkə fi ənsabit-talibiyyə, Qum, 2-ci çap, h.q 1419
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1362
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad fi mərifəti hocəcillah ələl-ibad, Düzəliş: Alul-beyt müəssisəsi, Qum, h.q 1413