Həzrət Fatimənin (s) dəfn olunduğu yer

wikishia saytından
Bu məqalə Həzrət Fatimənin (s) dəfn olunduğu yer haqqındadır. Həzrət Fatimənin (ə) dəfn mərasimi haqda məlumat almaq üçün adı keçən məqaləyə daxil olun.

Həzrət Fatimənin (s) dəfn olunduğu yer (ərəbcə: موقع قبر السيدة فاطمة (ع)) naməlum bir yerdir ki, onun barəsində Həzrət Fatimənin (s) öz evi, Rəvzətun-Nəbi, BəqiƏqilin evi (Bəqidə dəfn olunan imamların məqbərəsi) kimi ehtimallar verilmişdir. Həzrət Fatimənin (ə) evi şiə alimlərinin nəzərində məşhur rəy kimi tanınır; Baxmayaraq ki, Şeyx Tusi şiə alimlərinin əksəriyyətinin o xanımın "Rəvzətun-Nəbi"də dəfn edilməsini daha güclü hesab etdiklərinə inanır. Əllamə Məclisinin dediyinə əsasən, şiə əqidəsinə görə, "Rəvzətun-Nəbi" Həzrət Fatimənin (s) evini də əhatə edir. Bu səbəbdən də bəzi tədqiqatçılar "Rəvzətun-Nəbi" sözünü dəfn yerinin o Həzrətin evi olma ehtimalının təsdiqi kimi qiymətləndiriblər.

Tarixçi Seyyid Cəfər Mürtəza Amuli Həzrət Fatimənin (s) qəbrinin yerini qəti şəkildə müəyyən etməyi qeyri-mümkün hesab edib. Şeyx Tusi və Əminul-İslam Təbrsiyə görə, Həzrət Fatiməni (s) hər üç yerdə ziyarət etmək daha yaxşıdır: Rəvzətun-Nəbi, Həzrət Fatimənin (s) evi və Bəqi.

Şiələr hesab edirlər ki, Həzrət Fatimənin (s) qəbrinin yerinin bilməməsinin səbəbi onun gizli şəkildə dəfn edilməsidir, bu da Həzrət Fatimənin (s) öz vəsiyyəti ilə olmuşdur. Onların dediyinə görə, Həzrət Fatimə (s) xilafətin İmam Əlidən (ə) qəsb edildiyinə, Fədəkin əllərindən alınmasına və müsəlmanların kömək etməməsinə görə onu gizli şəkildə dəfn etmələrini vəsiyyət etmişdir.

Əksər əhli-sünnə alimləri Həzrət Fatimənin (s) qəbrinin Bəqidə İmamların məqbərəsində olduğunu hesab edirlər. Bəzi şiə alimləri onların bu fikri söyləməsindən məqsədin Həzrət Fatimənin (s) qəbrinin gizli olması ilə bağlı şiə tərəfdarlarının dini təzyiqlərini azaltmaq olduğunu bildiriblər .

Həzrət Fatimənin (s) dəfn olunduğu yerə dair "Mərqədu səyyidətin-nisai Fatiməti Əş-Şəhidəti Əz-Zəhari (s) fi əyyi məkanin ?" və "Əynə qəbru Fatimə (s)" kimi əsərlər yazılıb.

Dəfn yerinin əhəmiyyəti

Həzrət Fatimənin (s) dəfn yeri mövzusu şiə kəlam kitablarında təqdim edilmiş və onun məxfi olmasından birinci xəlifə Əbu Bəkri pisləmək üçün istifadə edilmişdir.[1] Şiələr Həzrət Fatimənin (s) dəfn olunduğu yerin məlum olmamasını Həzrət Fatimənin (s) Əbu Bəkr və Ömərdən narazılığına dəlil, xilafət və Fədəkin qəsb edilməsinə etiraz bilirlər.[2] Seyid Məhəmməd Hüseyn Cəlalinin (vəfatı 1399 h.ş.) dediyinə görə, Həzrət Fatimə (s) gizli şəkildə dəfn olunmasını vəsiyyət edib ki, onun şəhid olmasının faktorları tarixdə unudulmasın.[3]

Həzrət Fatimənin (s) məzarının məxfiliyi ədəbiyyatda öz əksini tapmışdır.[4] Məsələn, çağdaş İran şairi Seyid Məhəmmədhüseyn Şəhriyar bu haqda yazmışdır.[5] Onun məzmunu belədir:

Çiynin üstündə cansız bir cəsəd gizli bir yerə aparıldı.
Gecənin acı və dözülməz olmasına baxmayaraq hamı gecənin uzun olmasını istəyirdi.
Çünki gecənin sirri faş edilməməli, gündüzün ürəyi gecənin sirrinə agah olmamalı idi.
Gecənin sirri torpağın qucağında dəfn edilən Zəhranın (s) cənazəsi idi.

Dəfn yeri üçün ehtimal verilən yerlər

Şiə alimləri Həzrət Fatimənin (s) dəfn yeri ilə bağlı ehtimallar vermişlər.[6] Şiə alimləri arasında məşhur fikir Həzrət Fatimənin (s) öz evində dəfn edilməsidir;[7] Baxmayaraq ki, şiə mühəddisi Şeyx Tusiyə görə, əksər şiə alimləri Həzrət Fatimənin (s) "Rəvzətun-Nəbi"də dəfn edildiyinə inanırlar.[8] Şiə mənbələrində başqa ehtimallar da bəyan edilmişdir. O cümlədən Bəqi[9] və Əqilin evi (Bəqidə dəfn olunan imamların məqbərəsi) də qeyd olunmuşdur.[10]

Tarixçi Seyid Cəfər Mürtəza Amuli Həzrət Fatimənin (s) qəbrinin yerini qəti şəkildə müəyyən etməyi qeyri-mümkün hesab edib.[11] Şeyx Tusi[12] və Əminul-İslam Təbərsiyə[13] görə, Həzrət Fatiməni (s) hər üç yerdə ziyarət etmək daha yaxşıdır: Rəvzətun-Nəbi, Həzrət Fatimənin (s) evi və Bəqi.[14]

Seyyid İbn Tavus "Misbahuz-Zair" kitabında ziyarət yerini Rəvzətun-Nəbi,[15] "Əl-İqbal" kitabında isə Peyğəmbərin (s) otağı hesab etmişdir.[16]

Həzrət Fatimənin (s) evi

Məscidün-Nəbidə Həzrət Fatimənin (ə) evinin sxemi. Həzrət Fatimənin (ə) ehtimal olunan məzarının yeri.

Şiə alimləri arasında məşhur fikir Həzrət Fatimənin (s) öz evində dəfn edilməsidir.[17] Şeyx Səduq,[18] İbn İdris Hilli,[19] İbn Tavus,[20] Əllamə Məclisi[21] və Seyid Möhsün Əmin[22] də bu ehtimalı digər ehtimallardan daha güclü hesab ediblər. Onlar İmam Rzanın (ə) bir rəvayətinə[23] istinad edirlər ki, ona görə də Həzrət Fatimə (s) öz evində dəfn olunub. Əməvilərin Məscidün-Nəbini genişləndirnəsindən sonra o, məscidin içərisində qərar tutdu.[24]

Bəzi şiə alimlərinin əqidəsinə görə, İmam Əli (ə) bir sıra sözlərində Həzrət Fatiməni (s) “Peyğəmbərin (s) yanında dəfn edilmiş” kimi tanıtdırır.[25] Bu da onun evdə dəfn olunma ehtimalını təsdiqləmişdir; Çünki Peyğəmbərin (s) dəfn yerinə ən yaxın yer Həzrət Fatimənin (s) evi idi.[26] Həzrət Peyğəmbərin (s) qəbrinin yanında dəfn olunmaq şərəfi bu ehtimalın daha bir təsdiqi hesab olunur, belə ki, İmam Həsən (ə) də imkan daxilində Peyğəmbərin (s) qəbrinin yanında dəfn olunmasını vəsiyyət etmişdi.[27]

Bəzi şiə alimləri evdə dəfn olunma ehtimalının İmam Əlinin (ə) dəfn üçün Həzrət Fatimənin (s) cənazəsini evdən çıxarması haqqında olan rəvayətlərlə düz gəlmədiyini hesab ediblər.[28] Buna cavab olaraq dəfn mərasiminin gerçək olmadığı, həqiqətdə, zahirdə cənazənin dəfn mərasimi keçirildiyi bildirilmişdi.[29] Yaxud da dəfn mərasiminin qəbirlərin zahiri görünməsi və həqiqi qəbrin yerinin müəyyən edilməməsi üçün edildiyi ehtimalı verilmişdir.[30] Şiə alimlərindən biri belə hesab edir ki, cənazə Həzrət Əli (ə)Həzrət Fatimənin (s) Bəqi yaxınlığında yerləşən evindən Həzrət Fatimənin (s) digər evinə aparılaraq dəfn edilmişdir.[31] Onun sözlərinə görə, Peyğəmbərin (s) vəfatından sonrakı hadisələr, o cümlədən Həzrət Fatimənin (s) evinə edilən hücum Bəqi yaxınlığındakı evdə baş vermişdir.[32]

Rəvzətun-Nəbi

Şeyx Müfid "Əl-Muqniə" kitabında Həzrət Fatimənin (s) "Rəvzətun-Nəbi"də dəfn edilməsi ehtimalını düzgün hesab etmişdir.[33] Şiə mühəddisi Şeyx Tusi Həzrət Fatimənin (s) "Rəvzətun-Nəbi"də dəfn edilməsi ehtimalını şiə alimlərinin əksəriyyətinin əqidəsi olduğunu bildirmişdir.[34] "Rəvzətun-Nəbi", Məscidün-Nəbidə Peyğəmbərin (s) minbəri ilə qəbri arasındakı məsafəyə deyilir ki, Peyğəmbər (s) onu behişt rəvzələrindən bir rəvzə (yaşıllıq olan bir yer)[35] adlandırmışdır.[36] "Məanil-Əxbar" kitabında nəql olunan rəvayətə görə, Peyğəmbər (s) bu yerin "rəvzə" olmasının səbəbinin Fatimənin (s) orada dəfn olunması olduğunu demişdir.[37]

6-cı qəməri əsrin təfsirçisi və mütəkəllimi Əminul-İslam Təbərsi[38] həmçinin 6-cı qəməri əsrin təfsirçisi və mühəddisi İbn Şəhr Aşub[39] ev və "rəvzə"də dəfn olunma ehtimalını həqiqətə daha yaxın hesab etmişlər. Şeyx Tusi bu iki ehtimalı bir-birinə yaxın hesab edib.[40] Habelə Əllamə Məclisi o ikisini birləşdirməyin mümkün olduğunu hesab edirdi; Çünki şiə əqidəsinə görə "rəvzə" Həzrət Fatimənin (s) evini də ehtiva edir.[41] Bu səbəbdən, bəzi tədqiqatçılar "Rəvzətun-Nəbi" sözünü dəfn yerinin o Həzrətin evi olma ehtimalının təsdiqi kimi qiymətləndiriblər.[42]

Bəqi qəbiristanlığı

7-ci əsr şiə tarixçisi Bəhauddin İrblinin dediyinə görə, Həzrət Fatimənin (s) Bəqidə dəfn edilməsi insanlar və tarixçilər arasında məşhurdur. O, bu ehtimalı təsdiq etmək üçün bir rəvayət də qeyd etmişdir. Amma Bəqi qəbiristanlığının xüsusi bir yerini müəyyən etməmişdir.[43]

Şeyx Tusi[44] və Əminul-İslam Təbərsi[45] bu ehtimalı qeyri-mümkün hesab ediblər. "Əl-Kafi" kitabında nəql olunan bir rəvayətdən də istifadə olunub ki, Həzrət Fatimə (s) Bəqidə dəfn edilməmişdir.[46] Bu rəvayətə əsasən, İmam Həsən (ə) İmam Hüseynə (ə) vəsiyyət etmişdir: "Şəhid olduqdan sonra məni  Peyğəmbərin (s) qəbrinə apar ki, onunla əhdimi təzələyim. Sonra məni anamın qəbrinə qaytar və oradan Bəqiyə apar".[47]

Əqilin evi (Bəqidəki İmamların məqbərəsi)

Əllamə Məclisi "Misbahul-Ənvar" kitabında Həzrət Fatimənin (s) Əqil ibn Əbi Talibin evində dəfn edildiyini bildirən bir rəvayət qeyd etmişdir.[48] Əqilin evi Bəqi qəbiristanlığının çölündə, amma onun yaxınlığında yerləşirdi.[49] Abbas ibn Əbdül-Müttəlibdörd İmamın (ə) orada dəfn olunmasından sonra o, yaşayış yerindən ümumi ziyarətgaha çevrildi.[50] Həmçinin Bəqinin genişlənməsi ilə ona birləşdirildi.[51]

Qacarlar dövrünün şairi və yazıçısı Məhəmmədhüseyn Fərahani hicri qəməri təqvimi ilə 1302-1303-cü illər arasında yazdığı səyahətnamədə Bəqi imamlarının məqbərəsində Həzrət Fatiməyə (s) nisbət verildiyinə inandıqları bir qəbrin olmasından xəbər verir ki, şiə və sünni də həmin yerdə ziyarət oxuyurdular.[52]

Sünni alimləri arasında məşhur nəzər budur ki, Həzrət Fatimənin (s) qəbri Bəqidəki İmamların məqbərəsində yerləşir.[53]

Onların dəlillərindən biri də İmam Həsənin (ə) anası Fatimənin (s) yanında dəfn edilməsi ilə bağlı vəsiyyətidir.[54] Əksinə, şiələr bir rəvayətə əsasən,[55] inanırlar ki, Bəqidə dəfn olunan Fatimə, İmam Əlinin (ə) anası Fatimə binti Əsəddir.[56] Şiə alimi Məhəmməd Sadiq Nəcmi hesab edir ki, sünni yazıçıları Fatimənin (s) qəbrini Bəqi İmamlarının məqbərəsinin içərisində olduğunu bildirməklə çalışıblar ki, Fatimənin (s) qəbrinin gizli saxlanılması ilə bağlı şiə tərəfdarlarının dini təzyiqlərini azaltsınlar.[57]

Sünni mənbələrində Həzrət Fatimənin (s) dəfn yeri ilə bağlı başqa ehtimallar da qeyd edilmişdir. Onlardan bəziləri aşağıdakılardır: Öz evi,[58] Rəvzətun-Nəbi,[59] Əqil ibn Əbi Talibin evinin çöl hissəsi[60]Beytul-Əhzan.[61]

Qəbrin gizli qalmasının səbəbi

Mərcə təqlid Vəhid Xorasaninin yazdığı şer (Həzrət Fatimənin (ə) qəbrinin məxfi qalmasıyla bağlı) Məhəmməd Cavadzadə

Şiə alimləri Həzrət Fatimənin (s) qəbrinin gizlədilməsinin səbəbini o Həzrətin öz vəsiyyətinə əsasən, gizli dəfn edilməsi hesab etmişlər.[62] Şiə mənbələrinə görə, Həzrət Fatimə (s) bu vəsiyyətin səbəbini İmam Əlidən (ə) xilafətin qəsb edilməsi, Fədəkin qəsb olunması və müsəlmanların kömək etməməsi hesab edib.[63] Şeyx Müfidin[64] və "Dəlailul-imamə" kitabının müəllifinin[65] dediyinə görə, Həzrət Fatimə (s) qəbrinin gizlədilməsini vəsiyyət etmişdir.

İmam Əli (ə) Həzrət Fatiməni (s) gecə vaxtı və gizli dəfn etdi.[66] Həmçinin dəfn etdikdən sonra onun qəbrinin izlərini aradan apardı.[67] Bundan sonra qırx zahiri qəbr[68] və başqa xəbərə əsasən, yeddi zahiri qəbr[69] düzəltdi ki, Həzrət Fatimənin (s) qəbri tanınması müəyyən olmasın. Bəzi şiə mənbələrində gəlib ki, Ömər ibn Xəttab qəbrləri qazıb Həzrət Fatiməyə (s) namaz qılmaq qərarına gəldi. Amma İmam Əlinin (ə) təhdid etməsindən sonra bu işdən əl çəkdi.[70]

Deyilib ki, indiyə qədər qəti şəkildə Həzrət Fatiməyə (s) xüsusi bir qəbir aid edilməmişdir.[71] Şiə alimlərindən Qazi Nurullah Şuştəri[72] və Seyid Məhəmməd Şirazi[73] Həzrət Fatimənin (s) qəbrinin İmam Mehdinin (ə.f) zühuru zamanı  və onun tərəfindən aşkar olacağını bildiriblər. Əlbəttə, onlar bu iddialarına bir dəlil qeyd etməyiblər.

Sünni tarixçisi Əli ibn Abdullah Səmhudi (hicri 911-ci ildə vəfat edib) Həzrət Fatimənin (s) qəbrinin gizli olmasının dəlillərindən birini İslamın əvvəlində qəbirlərin suvaq və kərpiclə möhkəmləndirilməməsi olduğunu bildirib.[74] Bu dəlil tənqid edilmişdir; Çünki Peyğəmbərin (s) bir sıra səhabələrinin və digər qohumlarının qəbirləri məlumdur.[75]

Monoqrafiya

Həzrət Fatimənin (s) dəfn yeri mövzusunda yazılmış kitablardan bəziləri bunlardır:

  • Seyid Haşim Naci Musəvi Cəziari tərəfindən yazılmış "Mərqədu Səyyidətin-Nisai Fatiməti Əş-Şəhidəti Əz-Zəhrai fi əyyi məkanin" kitabı: Bu əsərdə Həzrət Fatimənin (s) qəbrinin gizlədilməsinin səbəbi haqqında olan şiə rəvayətləri və dəfn yeri üçün verilən ehtimallar toplanmışdır.[76] "Daniş" nəşriyyatı bu kitabı 1395-ci şəmsi ilində Qumda çap edib.[77]
  • Hüseyn Razi tərəfindən yazılmış "Əynə qəbru Fatimə (s)" kitabı: Bu əsərdə Həzrət Fatimənin (s) dəfn yeri üçün verilən ehtimallar qeyd edilib və düzgün ehtimal onun evi hesab olunub.[78] "Darul-Muhəccətul-Bəyza" bu kitabı hicri 1432-ci ildə Beyrutda çap etdirmişdir.[79]

Həmçinin M. Ümmül-Möhsinin yazdığı "Anamın məzarı haradadır? Anam Zəhranın nişansız məzarının axtarışında" kitabı[80] və Mehrdad Viskərəmi tərəfindən yazılmış "Sədəfin sirri: Siyasi və irfani baxımdan Həzrət Fatimənin (s) Gizli qəbri" kitabı bu mövzuda çap edilmişdir.[81]

İstinadlar

  1. Əllamə Hilli, Kəşful-murad, h.q 1413, s.373
  2. Təbrizi, Siyrətu ustadil-füqəha vəl-müctehidin, s.89; Məzahiri, Əndişehaye nab, h.ş 1390, s.65
  3. Hüseyni Cəlali, Fihrisut-turas, h.q 1436, s.71
  4. Şahrəxi, Ayineye ismət, Üsvə nəşri, s.116, 127, 140, 550, 555
  5. شهریار شوریده شهر شعر, iribnews.ir saytı
  6. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.301
  7. Hüseyni Şirazi, Əd-Dua vəz-ziyarət, h.q 1414, s.588; Ənsari Zəncani, Əl-Muusətul-kübra ən Fatimətiz-Zəhra (ə), c.16, s.113
  8. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.711
  9. İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.501
  10. Məclisi, Biharul-ənvar, h.q 1403, c.79, s.27
  11. Amili, Məsətuz-Zəhra (s), h.q 1418, c.1, s.252 və 253
  12. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.711
  13. Təbərsi, Tacul-məvalid, h.q 1422, s.80
  14. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.711
  15. Seyyid İbn Tavus, Misbahuz-Zair, s.52
  16. İbn Tavus, Əl-İqbal, h.ş 1376, c.3, s.161
  17. Hüseyni Şirazi, Əd-Dua vəz-ziyarət, h.q 1414, s.588; Ənsari Zəncani, Əl-Muusətul-kübra ən Fatimətiz-Zəhra (ə), c.16, s.113
  18. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.572
  19. İbn İdris Hilli, Əs-Sərair, h.q 1410, c.1, s.652
  20. İbn Tavus, Əl-İqbal, h.ş 1376, c.3, s.163
  21. Əllamə Məclisi. Miratuı-uqul, h.q 1404, c.5, s.349
  22. Əmin, Əyanuş-şiə, h.q 1403, c.1, s.322
  23. Şeyx Səduq, Məanil-əxbar, h.q 1403, s.268
  24. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.572
  25. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, h.q 1414, xütbə 202, s.319; İbn Şəhraşub, Mənaqib, h.q 1379, c.3, s.634
  26. Mazandarani, Şərhul-kafi, h.ş 1384, c.7, s.208; Həsənzadə Amili, Hezaro yek nökte, h.ş 1376, c.3, s.446
  27. Nəcmi, Tarixe hərəme əimmeye Bəqi və asare digər dər Mədineye Münəvvəre, h.ş 1386, s.122
  28. Həmud, Əbhəyul-midad, h.q 1423, c.2, s.547
  29. Hüseyni Şirazi, Əd-Dua vəz-ziyarət, h.q 1414, s.588
  30. Turabi, Costecu dər çekunegi və məkane dəfne Həzrət Fatimə Zəhra (ə) dər mənabeye nəxostin, s.131
  31. Nəcmi, Tarixe hərəme əimmeye Bəqi və asare digər dər Mədineye Münəvvəre, h.ş 1386, s.166
  32. Nəcmi, Tarixe hərəme əimmeye Bəqi və asare digər dər Mədineye Münəvvəre, h.ş 1386, s.163
  33. Şeyx Müfid, Əl-Muqniə, h.q 1413, s.459
  34. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.711
  35. İbn Seyyidə, əl-Muhkəmu vəl-muhitul-əzəm, h.q 1421, c.8, s.245, Rəvz sözünün şərhində
  36. Kuleyni, Əl-Kafi, h.q 1429, c.9, s.257
  37. Şeyx Səduq, Məanil-əxbar, h.q 1403, s.267
  38. Təbərsi, Tacul-məvalid, h.q 1422, s.80
  39. İbn Şəhraşub, Mənaqib, h.q 1379, c.3, s.365
  40. Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, c.6, s.9
  41. Məclisi, Biharul-ənvar, h.q 1403, c.97, s.193; Əllamə Məclisi. Miratul-uqul, h.q 1404, c.5, s.349
  42. Qaidan, Tarix və asare İslamiye Məkkeye Mukərrəme və Mədineye Münəvvəre, h.ş 1386, s.210
  43. İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.501
  44. Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, c.6, s.9
  45. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.301
  46. Ənsari Zəncani, Əl-Muusətul-kübra ən Fatimətiz-Zəhra (ə), c.16, s.51
  47. Kuleyni, Əl-Kafi, h.q 1429, c.2, s.43
  48. Məclisi, Biharul-ənvar, h.q 1403, c.79, s.27
  49. Qaidan, Tarix və asare İslamiye Məkkeye Mukərrəme və Mədineye Münəvvəre, h.ş 1386, s.208
  50. Nəcmi, Tarixe hərəme əimmeye Bəqi və asare digər dər Mədineye Münəvvəre, h.ş 1386, s.127
  51. Nəcmi, Tarixe hərəme əimmeye Bəqi və asare digər dər Mədineye Münəvvəre, h.ş 1386, s.81
  52. Fərahani, Səfərnameye Mirza Məhəmməd Hüseyn Fərahani, h.ş 1362, s.229
  53. Səmhudi, Vəfaul-vəfa, h.q 1419, c.3, s.93; İbn Nəccar, Əd-Durrətus-səminə, s.166; Qaidan, Tarix və asare İslamiye Məkkeye Mukərrəme və Mədineye Münəvvəre, h.ş 1386, s.209
  54. Muhibuddin Təbəri, Zəxairul-üqba, h.q 1356, s.54 və 141
  55. Şeyx Mufid, Əl-İrşad, h.q 1413. c.2, s.17
  56. Qumi, Əl-Ənvarul-Bəhiyyə, s.174; Qaidan, Tarix və asare İslamiye Məkkeye Mukərrəme və Mədineye Münəvvəre, h.ş 1386, s.209
  57. Nəcmi, Tarixe hərəme əimmeye Bəqi və asare digər dər Mədineye Münəvvəre, h.ş 1386, s.128
  58. İbn Cəvzi, Musirul-ğəram, h.q 1415, s.464
  59. Sibt ibn Cəvzi, Miratuz-zəman, h.q 1434, c.5, s.60
  60. İbn Şəbbəh, Tarixul-Mədinə, h.q 1399, c.1, s.105
  61. Diyar Bəkri, Tarixul-xəmis, c.2, s.176
  62. Təbərsi, Tacul-məvalid, h.q 1422, s.80; Naci Cəzairi, Mərqədu Seyyidətun-nisa Fatimətuş-şəhidətiz-Zəhra (ə) fi əyyi Məkanin ?, h.ş 1395, s.16
  63. Xəsibi, Əl-hidayətul-kübra, h.q 1419, s.178; Fəttal Nişaburi, Ruzətul-vaizin, h.ş 1375, c.1, s.151
  64. Şeyx Mufid, Əl-Əmali, h.q 1413, s.281
  65. Təbəri Amili Səğir, Dəlailul-İmamə, h.q 1413, s.133
  66. İbn Şəbbəh, Tarixul-Mədinə, h.q 1399, c.1, s.107
  67. Kuleyni, Əl-Kafi, h.q 1429, c.2, s.490
  68. Təbəri Amili Səğir, Dəlailul-İmamə, h.q 1413, s.136; Xəsibi, Əl-hidayətul-kübra, h.q 1419, s.179
  69. İbn Şəhraşub, Mənaqib, h.q 1379, c.3, s.363
  70. Hilali, Kitabu Səlim ibn Qeys Əl-Hilali, h.q 1405, c.2, s.871; Məclisi, Biharul-ənvar, h.q 1403, c.28, s.304
  71. Amili, Məsətuz-Zəhra (s), h.q 1418, c.1, s.252 və 253; Nəcmi, Tarixe hərəme əimmeye Bəqi və asare digər dər Mədineye Münəvvəre, h.ş 1386, s.113
  72. Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.28, s.534
  73. Seyid Məhəmməd Şirazi, Fatimətuz-Zəhra əfzəlu üsvətin lin-nisa, h.q 1414, c.1, s.31
  74. Səmhudi, Vəfaul-vəfa, h.q 1419, c.3, s.93
  75. Nəcmi, Tarixe hərəme əimmeye Bəqi və asare digər dər Mədineye Münəvvəre, h.ş 1386, s.114
  76. Naci Cəzairi, Mərqədu Seyyidətun-nisa Fatimətuş-şəhidətiz-Zəhra (ə) fi əyyi Məkanin ?, h.ş 1395, mündəricat
  77. Naci Cəzairi, Mərqədu Seyyidətun-nisa Fatimətuş-şəhidətiz-Zəhra (ə) fi əyyi Məkanin ?, h.ş 1395, kitabla tanışlıq
  78. Razi, Əynə qəbru Fatimə (ə), h.q 1432, s.135
  79. Razi, Əynə qəbru Fatimə (ə), h.q 1432, kitabla tanışlıq
  80. کتابشناسی قبر مادرم کجاست؟»
  81. «کتابشناسی راز صدف»

Ədəbiyyat

  • İbn İdris Hilli, Məhəmməd ibn Əhməd, السرائر الحاوی لتحریر الفتاوی, Qum
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, مثیر الغرام الساکن الی اشرف الاماکن, Təhqiq: Mustafa Məhəmməd HÜseyn, Qahirə, Darul-hədis
  • İbn Seyyidə, Əli ibn İsmayıl, əl-Muhkəmu vəl-muhitul-əzəm, Təhqiq və düzəliş: Əbdül-Həmid, Beyrut, DArul-kutubil-elmiyyə, h.q 1421
  • İbn Şəhraşub Mazandarani, Məhəmməd ibn Əli, Mənaqib, Qum, Əllamə, h.q 1379
  • Seyyid İbn Tavus, Əli ibn Musa, Misbahuz-Zair, Təhqiq: Alul-beyt (ə) müəssisəsi, Qum
  • İbn Tavus, Əli ibn Musa, Əl-İqbal, Təhqiq və düzəliş: Cavad Qəyyumi, Qum, Dəftəre təbliğate İslami, h.ş 1376
  • İbn Qüteyb, تأویل مختلف الحدیث, eshia.ir saytı
  • İbn Nəccar, Məhəmməd ibn Mahmud, الدرة الثمینه فی اخبار المدینه
  • İrbili, Əli ibn Musa, Kəşful-ğummə, Təhqiq və düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Təbriz, h.q 1381
  • Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Beyrut h.q 1403
  • Ənsari Zəncani, لموسوعة الکبری عن فاطمة الزهرا(س)
  • Hüseyni Şirazi, Seyyid Məhəmməd, فاطمة الزهراء افضل اسوة للنساء
  • Həmud, أبهی المداد فی شرح مؤتمر علماء بغداد،
  • Həsənzadə Amuli, Həsən, هزار و یک کلمه
  • Xəsibi, Hüseyn ibn Həmədan, Əl-Hidayətul-kübra, Beyrut, h.q 1419
  • Diyar bəkri, Hüseyn, Tarixul-xəmis, Beyrut, Daru sadir
  • Razi, Hüseyn, أین قبر فاطمة(س)
  • Sibt ibn Cəvzi, Yusif ibn Ğəzavəqli, Miratuz-zəman, Dəməşq, h.q 1434
  • Şahrəxi, Ayineye ismət, Qum, Üsvə nəşri, 1-ci çap
  • Şüştəri, Qazi Nurullah, İhqaqul-həqq, Qum, h.q 1409
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, معانی الأخبار, Qum
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, h.q 1413
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Darul-hədis, Qum, h.q 1429
  • Nəcmi, Tarixe hərəme əimmeye Bəqi və asare digər dər Mədineye Münəvvəre, h.ş 1386
  • Mazandarani, Məhəmməd Saleh ibn Əhməd, Şərhul-kafi, Tehran, h.ş 1384
  • Məzahiri, Hüseyn, Əndişehaye nab, İsfahan, h.ş 1390
  • Əllamə Məclisi, Məhəmməd Baqir ibn Məhəmməd, Miratuı-uqul, Təhqiq və düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Tehran, Darul-kutubil-İslamiyyə
  • Məclisi, Məhəmməd Baqir ibn Məhəmməd, Biharul-ənvar, Təhqiq və düzəliş: Bir qrup mühəqqiq, Beyrut, h.q 1403
  • Qaidan, Tarix və asare İslamiye Məkkeye Mukərrəme və Mədineye Münəvvəre, h.ş 1386
  • Turabi, Costecu dər çekunegi və məkane dəfne Həzrət Fatimə Zəhra (ə) dər mənabeye nəxostin
  • Nəcmi, Tarixe hərəme əimmeye Bəqi və asare digər dər Mədineye Münəvvəre, h.ş 1386
  • Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, h.q 1414
  • Ənsari Zəncani, Əl-Muusətul-kübra ən Fatimətiz-Zəhra (ə)

Xarici keçid