Siddiqeyi Şəhidə (ərəbcə: الصديقة الشهيدة) Həzrət Fatimənin (s) iki ləqəbidir. "Siddiqə" çox doğru danışan xanım deməkdir[1] və "Şəhidə" Allah yolunda öldürülən xanım deməkdir.[2] İmam Kazimdən (ə) nəql edilən və səhih sayılan bir rəvayətdə[3] "Siddiqə" və "Şəhidə" ləqəbləri birlikdə Həzrət Fatiməyə (s) aid edilmişdir: "İnnə Fatimətə (s) Siddiqətun Şəhidətun". "Həqiqətən Fatimə (s) Siddiqeyi Şəhidədir".[4]

Əsər: Əli Şirazi

Hədis mənbələrində Həzrət Fatiməyə (s) belə bir salam verildiyi gəlmişdir: "Əssəlamu əleyki əyyətuhəs-siddiqətuş-şəhidətu". (Salam olsun sənə, ey Siddiqeyi Şəhidə).[5] Lakin Məhəmməd Hadi Mazandaraniyə görə, görünür ki, Həzrət Fatimənin (s) bütün ziyarətnamələri yazanların özləri tərəfindən deyilmişdir.[6] Həmçinin "Siddiqeyi Şəhidə" ifadəsi ilə olan belə bir salamın hədis mənbəyi yoxdur. Necə ki, Şeyx Səduq, Peyğəmbərin (s) məscidində Həzrət Fatiməyə (s) bu ifadə ilə salam verdiyini qeyd etmişdir, lakin bu salamı bir məsumdan nəql etməmişdir.[7]

Hədislərdə "Siddiqə" sözü tək halda da Həzrət Fatimənin (s) ləqəbi kimi qeyd edilmişdir. Məsələn, İmam Əli (ə) bu ifadə ilə o xanımdan bəhs etmişdir.[8] Həmçinin İmam Sadiq (ə) Allah dərgahında Həzrət Fatimənin (s) doqquz adını saymış və bunlardan biri də "Siddiqə" olmuşdur.[9] İmam Həsən Əskəri (ə) isə Peyğəmbərə (s)onun vəsilərinə salavat göndərmə qaydasını öyrətdiyi hədisdə Həzrət Fatimə (s) haqqında belə buyurmuşdur: "Əllahummə səlli ələs-Siddiqəti Fatimətəz-Zəkiyyəti...". (Ey Allahım, Siddiqə Fatimə Zəkiyyəyə salam göndər)".[10]

Şiələr inanırlar ki, Həzrət Fatimeyi Zəhra (s) şəhid olmuşdur.[11] Həzrət Fatimənin (s) evini yandırmaqla hədələmək, evin yandırılmasına əmr vermək, Zəhranı (s) divar və qapı arasında sıxmaq, bətnindəki bir neçə aylıq uşağının (Məhəmməd Möhsin) siqt olması, Zəhraya (s) təpik vurmaq, qılıncın qını ilə vurmaq və qamçı ilə vurmaq, bu hücumda qabırğasının sındırılması hədis və tarix mənbələrində gələn[12] və onun şəhid olmasına işarə edə biləcək hadisələrdəndir.

Həmçinin baxa bilərsiniz: Həzrət Fatimənin (s) şəhadətiHəzrət Fatimənin (ə) evinə hücum

İstinadlar

  1. Baxın: Dəhxoda lüğətnaməsi, Siddiq sözünün mənası
  2. Baxın: Dəhxoda lüğətnaməsi, Siddiq sözünün mənası
  3. Məhəmməd Reyşəhri, Hikmətnameye Fatimi, h.ş 1395, s.688
  4. Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.458, hədis 2; Əli ibn Cəfər, Məsailu Əli ibn Cəfər, h.q 1409, s.325, hədis 811
  5. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1404, c.2, s.573; Məfatihul-cinan, Allah Rəsulunun (s), Həzrət Fatimənin (s) və Bəqidə olan əimmənin Mədinədəki ziyarətində, s.317
  6. Baxın: Mazandarani, Furue Kafinin şərhi, h.ş 1388, c.5, s.528
  7. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1404, c.2, s.573
  8. Şəhid Sani, Munyətul-murid, h.ş 1368, s.115; İmam Əskəri (ə), Təfsirul-imamil-Əskəri (s), h.q 1409, s.340, hədis 216
  9. Şeyx Səduq, İləluş-şəraye, h.q 1385, s.178, hədis 3; Şeyx Səduq, Əl-Xisal, h.ş 1362. s.414, hədis 3
  10. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, s.399; Seyid ibn Tavus, Cəmalul-usbu, h.ş 1371, s.296
  11. Məhəmməd Reyşəhri, Hikmətnameye Fatimi, h.ş 1395, s.688 və 37
  12. Məhəmməd Reyşəhri, Hikmətnameye Fatimi, h.ş 1395, s.692

Ədəbiyyat

  • İmam Əskəri (ə), Təfsirul-imamil-Əskəri (s), Qum, h.q 1409
  • Seyid ibn Tavus, Cəmalul-usbu, Təhqiq: Cavad Qəyyumi, Afaq, h.ş 1371
  • Şəhid Sani, Munyətul-murid, Təhqiq: Rza Muxtari, Qum, h.ş 1368
  • Şeyx Səduq, Əl-Xisal, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, İslami nəşr müəssisəsi, h.ş 1362
  • Şeyx Səduq, İləluş-şəraye, Təhqiq: Seyyid Məhəmməd Sadiq Bəhrul-ulum, Nəcəf, əl-Məktəbətul-Heydəriyyə, h.q 1385
  • Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, İslami nəşr müəssisəsi, h.q 1404
  • Şeyx Tusi, Misbahul-mütəhəccid, Təhqiq: Əli əSğər əl-Mirvarid, Beyrut, Fiqhuş-şiə müəsisəsi, h.q 1411
  • Əli ibn Cəfər, Məsailu Əli ibn Cəfər, Təhqiq: Alul-beyt (ə) müəssisəsi, Məşhəd, h.q 1409
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Darul-kutubil-İslamiyyə, 5-ci çap, h.ş 1363
  • Dəhxoda lüğətnaməsi
  • Mazandarani, Məhəmməd Hadi, Furue Kafinin şərhi, Qum, Darul-hədis, h.ş 1388
  • Məhəmməd Reyşəhri, Məhəmməd, Hikmətnameye Fatimi, Qum, Darul-hədis, h.ş 1395
  • Məfatihul-cinan